§3. Qaraqoyunlu və Ağqoyunluların dövlət quruluşuna dair
.
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ictimai-iqtisadi tarixi ilə bağlı olan məsələlər Türkiyə
tarixşünaslığında xüsusi tədqiqat mövzusuna çevrilməmiş, lakin türk tarixçilərinin (İ.H.Uzunçarşılı,
M.X.Yınanç Z.V.Toğan, F.Sümer, İ.Aka və b.) araşdırmalarında bu dövlətlərin siyasi quruluşu, inzibati idarə
sistemi, saray və hərbi təşkilatlarına aid müəyyən fıkirlər irəli sürmüşdür.
İ.H. Uzunçarşılı Qaraqoyunlu ve Ağqoyunlu dövlətlərinin idarə, hərbi və saray təşkilatının əsasən
Anadolu bəyliklərinin idarə sistemindən daha geniş, mükəmməl olduğunu göstərir
106
. Lakin Z.V.Toğan isə
Elxanilərlə Teymurilərin
107
, M.X.Yınanç Cəlayirilərlə Teymurilərin
108
, F.Sümer Elxanilərlə Cəlayirilərin
109
siyasi quruluşunun oxşarı olduğunu qeyd etmişlər.
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindəki saray, divan, qoşun təşkilatı, ayrı-ayrı əyalətlərin və
şəhərlərin idarə quruluşu Elxanilər dövründə mövcud olmuş siyasi strukturun inkişaf etmiş forması idi.
Qaraqoyunlu hökmdarı Cahanşah və Ağqoyunlu Uzun Həsən mərkəzləşmiş dövlət yaratmağa sə'y
göstərmiş, lakin müstəqilliyə can atan yerli feodallar və hərbi-köçəri ə'yanlar bu işə hər vasitə ilə maneçilik
törətmişlər. Ölkənin iqtisadi və siyasi cəhətdən dağınıqlığı da dövləttin mərkəzləşdirilməsinə
[74-75]
mane
olurdu. Əmirlər dövlətin işinə nəzarət edir, hətta hökmdarlara qarşı çıxırdılar. Məhz buna görə də dövrün
hökmdarları əmirlərlə hesablaşmalı olurdular. Bə'zən əmirlərin və tayfa rəislərinin məşvərəti əsasında bu və ya
digər bir şəxs Qaraqoyunlu və Ağqoyunlu sülalələrindən hakimiyyətə keçirdi
110
.
Rəsmi sənədlərdən, fərmanlardan və hətta zərb edilmiş sikkələrin oxunuşundan mə'lum olur ki,
Qaraqoyunlu və Ağqoyunlu hökmdarları «Sultan» və ya «padşah» titulu daşımışlar. İ.H.Uzunçarşılıya görə,
Qara Yusif üzərində «Noyani Əzəm Cəlaləddin Yusif» ibarəsi yazılmış gümüş sikkələri Bağdadda, Hillədə və
Təbrizdə zərb etdirmiş, oğlu Pir Budaqla müştərək kəsdirdiyi sikkələrdə də «Əs-Sultam aləm Pir Budaq xan Şah
Yusif Noyan» sözləri yazılmışdır
111
. Ağqoyunlularda isə əvvəllər «Ədalətli Sultan Həmzə Bahadur» deyə sikkə
zərb etdirmiş Qara Yoluğun oğlu Həmzə bəydir. Onların zərb etdirdikləri sikkələrində Ağqoyunluların
damğaları da müşahidə olunur
112
. Mənbələrin verdiyi mə'lumatlara görə, XV əsrdə hökmranlıq etmiş ən yüksək
təbəqəyə «sultanlar, əmirlər, vəzirlər, sədrlər və saraya yaxın adamlar» məxsus olmuşlar
113
. M.X.Yınançın
tə'birincə «dövlətin idarəsi altındakı bütün məmləkət sülalənin mülkü olduğu üçün şahzadələr hökmdara tabe
olmaqla ölkənin ayrı-ayrı vilayətlərinə vali tə'yin olunur, böyük bəylərdən biri də şahzadənin atabəyi (lələsi)
olurdu. Hansı şahzadə taxta çıxırdısa, onun atabəyi də Əmiri-Ə'zəm olurdu və dövlətin bütün nüfuzu və gücü
əgər hökmdar zəif isə bu şəxsin əlində olurdu»
114
.
Qaraqoyunlu və Ağqoyunlu dövətlərində Təbriz şəhəri hökumət mərkəzi idi və ən mühüm vilayətlər
Fars, Yəzd, İsfahan, Bağdad, Diyarbəkr, Ərzincan, Şərqi Qarahisar idi
115
. İ.H. Uzunçarşılıya görə, əyalət və ya
vilayətlər, özlərinə iqta edilmiş bəylərbəyilər tərəfindən idarə olunurdu
116
. V. Mironski «bəylərbəyi» istilahının
ilk dəfə I Şah Abbas (1587-1629) dövründə işlədildiyini qeyd edirdi
117
. Lakin İ.P.Petru-
[75-76]
-şevski və
O.Əfəndiyev bu istilahın nə vaxt meydana gəldiyini göstərməmiş, lakin onun I Şah Abbasa qədər ki dövrdə
mövcud olduğunu qeyd etmişlər»
118
. «Əmir Teymurun vəsiyyətləri» əsərində deyilir: «313 adamdan 4 nəfərini
bəylərbəyi, bir nəfərini ernirül-üməra tə'yin eləmələrini buyurdum»
119
. Məntdən aydın olur ki, Teymurun və
onun xələflərinin dövründə «bəylərbəyi» istiahı işlənmişdir. Lakin bu istilahın Qaraqoyunlu və Ağqoyunlu
dövlətlərində işlənməsi haqqında qəti fıkir söyləmək mümkün deyildir.
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində siyasi aparatm idarə olunmasmda sultandan və ya padşahdan
sonra birinci yerdə əmirül-üməra (əmirlər əmiri) dururdu. M.X.Yınanç belə hesab edirdi ki, Divanın ən nüfuzlu
üzvü olan əmirül-üməra hökmdarın iştirak etmədiyi səfərlərdə ordunun baş komandanı olurdu
120
. Mənbələrdən
mə'lum olur ki, onun hökmü yürüşlərdə, döyüşlərdə əmirlər və bütün hərbçilər tərəfındən sözsüz yerinə yetirilə
bilsin
121
. Əmirül-üməralıq titulu dövrün hökmdarı tərəfindən şəxsən verilirdi. Qaraqoyunlu dövlətinin ilk
vaxtlarında bu dövlətin əmirül-ümərası Bəstəm Cakirlu, Əmir Qaraman olmuş və onlar müxtəlif vaxtlarda bu
vəzifəni icra etmişlər
122
.
İ.H.Uzunçarşılı qeyd edir ki, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində məhkəmə və dini işlərə qazilər
baxırdılar. Ən yüksək dini vəzifə «Sədr», və ya «Sədarət» adlanırdı. Uzun Həsənin dövründə Əlaəddin Beyhəqi,
sultan Yaqubun hakimiyyəti illərində Qazi İsa Savəci sədr vəzifəsində olmuşdular
123
. Vəqf torpaqlarının bütün
məsələləri, qazı, müdərris, və ruhani idarələrinin ixtiyarı baş Sədrə məxsus idi. Baş Sədr həm seyidlərin,
qazıların, möhtəsiblərin, müdərrislərin, daimi xütbə oxuyanların və mütəvəllilərin işləri üzərində nəzarət
edirdi
124
. I.H. Uzunçarşılı baş Sədrin nəzarəti altında məhkəmə və dini işlərə baxan Sədarət divanının olduğunu
qeyd edir. Mədrəsələrin nəzarət və təftişi də Sədarət divanının ixtiyarında idi
125
. Bə'zi tədqiqatçılar Qaraqoyunlu
və Ağqoyunlu dövlətlərində tutduğu mövqeyə
[76-77]
görə, əmirül-üməradan sonrakı yerin Sədrə məxsus
olduğunu göstərirlər
126
. Lakin Ş.Fərzəliyevin qeyd edildiyi kimi, mənbələrdə XV əsr Azərbaycan feodal
dövlətlərində vəkilin, vəzirin tutduğu mövqeyin sədrə nisbətən daha üstün olduğu aşkar surətdə nəzərə çarpır və
sədrin fəaliyyəti əsasən göstərilmir. Ağqoyunlu Sədri Qazi İsa Savəcinin vəkil Sufi Xəlilin fərmanı ilə
öldürülməsi sədarət vəzifəsinin XV əsrdə hələ o qədər də möhkəm mövqe tutmadığını göstərir
127
.
32
Mərkəzi dövlət idarəsində mühüm yerlərdən biri də dövlətin gəlirlərinə nəzarət edən və maliyyə
aparatını idarə edən baş vəzirə məxsus olmuşdur. O, həmçinin ölkənin xarici işləri ilə məşğul olur və mülki-
inzibati idarələrə başçılıq edirdi
128
. Baş vəzir ali divana rəhbərlik etdiyinə görə, «Sahib divan» da adlanırdı.
Divanın möhürü ona e'tibar edilirdi. Hökmdarların verdikləri fərmanın və ya hökmün sərlövhəsində sultanın adı
və ləqəbi, sonunda isə möhürləri vurulurdu. Qaraqoyunlu hökmdarı Cahanşahın 1458-cü ildə verdiyi bir
hökmün sərlövhəsində «Məğlubedilməz Cahanşah hökmümüz» sözləri yazılmış möhür vardı. Ağqoyunlu
hökmdarı Uzun Həsən tərəfındən 1470-ci ildə verilmiş bir fərmanın sonunda (sol kənarında) hökmdarın
möhürü, fərmanın arxasında (sağ tərəfində) iki yerdə divanın möhürü və onun altında isə vəzirlərin möhürləri
vurulmuşdu. Həmin fərmanın altındı (sağ kənarında) pərvanəçinin adı yazılmışdır
129
. Y.H.Uzunçarşılının
fıkrincə, hökmdarın möhürü fərmanın sonuna vurulmuş, onun arxasında divanın və vəzirlərin möhürünün vurul-
ması fərmanın divanın nəzarəti və mə'suliyyəti altında olduğunu göstərir
130
. Divan möhürünün yuxarıda,
vəzirlrin möhürünün aşağıda olması sübut edir ki, vəzirlər divan rəisinə tabe olmuşlar. Bu məsələyə biz
«Tüzukati-Teymuri»də rast gəlirik. Orada göstərilir: «Əmr etdim vəzirlər Divanbəyə tabe olsunlar ki, mühüm
maliyyə işlərini onlarla birlikdə həll etsinlər»
131
. İ.H. Uzunçarşılının fıkrincə, Qaraqoyunlularda vəzirlərin
sənədlərin arxasına möhür vurmalarına təsadüf edilmir. Onlar sənədin altında və sağ kənarında, yalnız sənədi
[77-78]
yazmış pərvanəçinin adını yazmaqla kifayətlənmişlər
132
. «Uzun Həsənin 1472-ci ilin sentyabrında
Qaraqoyunlu Pir Əhməd bəyə göndərdiyi bir hökmün sonunda «Rəhmedici Allaha e'timad edən Həsən bin Əli
bin Osman» yazılmışdır. Bu hökmün üzərində və sağ kənarında Ağqoyunluların mənsub olduğu bayandur
boyunun damğası və içərisində isə «Hökmdür» sözü yazılmış, altında «Əbunəsr Həsən Bahadur sözümüz» qeyd
olunmuş, hökmün arxasında isə divanın beş üzvünün adı yazılmışdır»
133
.
İ. H. Uzunçarşılı qaraqoyunlularda və ağqoyunlularda divan əmiri vəzifəsinin olduğunu göstərir.
Onların hökmdardan sonra səltənət naibi kimi böyük ixtiyara malik olması, digər əmirlərdən üstün olduğu qeyd
olunur
134
.
Divan ayrı-ayrı sahələr üzrə üç yerə bölünürdü: divani təvaçi, divani mal, divani sədr. Bunların hər biri
üçün aynca pərvanəçi, ya da hər üçünə bir pərvanəçi tə'yin olunurdu
135
.
İ.H. Uzunçarşılı Qaraqoyunlu ve Ağqoyunlu divanlarında maliyyə işləri ilə məşğul olan «mustofi»
adlanan vəzifəli şəxsin olduğunu göstərir. Qazi İsa Savəcinin atası Şükrullah Uzun Həsənin hökmdarlığı
dövründə divanda mustofi (maliyyə vəkili) olmuşdu
136
.
Elxanilər və Teymurilər dövlətində olduğu kimi, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində də «dərgah»
və ya «dövlətxana» adlanan saray təbliğatı və təşkilatı var idi. Elxanilər dövründə olmuş «inak», «rikabdar»,
«bukavul», «əmiraxur», «ayaqçı» və sair istilahlara Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində də təsadüf
edilir
137
. Ağqoyunlu Sultan Xəlilin sarayında yasavul (mühafizə mə'muru), çaşnigər (aşxana müdiri), quşçu,
parsçı, piyada, rikabdar (bəbirçi) (heyvanların yeminə baxan), yamçı, (əsgərlərin keçəcəyi yolu göstərir), inak ,
mə'şəldar (məşəltutan), nağaraçı, mətbəxehumayun xadimləri, şirəçi (şərəbdar), fərraş, kitabxana xadimləri,
musiqi hey'əti, ayaqçı, cərrah, carçı, qalabəyi, eşikağası və qapıçı vəzifələrindən ibarət böyük bir hey'ətin olduğu
qeyd olunur
138
. İ.H.Uzunçarşalıya görə Qaraqoyun-
[78-79]
-lularda «rikabdar», «bukavul», «İnaq», «Əmir-
axur» və başqa islahatlara təsadüf olunur
139
. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində ordu sarayın ixtiyarındakı
qoşundan və ayrı-ayrı vilayətlərdən toplanan döyüşçü dəstələrindən (çərik) ibarət olmuşdur. Mənbələrdə ordu
sözü «ləşgər», «qoşun», ordunu təşkil edən əsgərlər isə «mülazim, əsgər, qulluqçu, nökər, dilavər»
adlandırılmışlar
140
. İ.H.Uzunçarşılının fikrincə, Qaraqoyunlu və Ağqoyunlularda ordu təbliğatı və hərbi
istilahlar tamamilə Elxanilərdə olduğu kimi idi
141
. Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarının bilavasitə
mühafizəsi isə məşğul olan alaylara qoruyucular deyilirdi.
142
Həsən bəy Rumlu 1410-cu ildə Sultan Əhməd
Cəlayirinin Təbrizə hücumu zamanı qorçilərin zərli paltar geyinərək, əllərində müxtəlif silahlar tutduqlarını
göstərir
143
.
Müharibə gözlənilən təqdirdə tabeliyindəki vilayətlərə gedərək hərbi qüvvə toplayan və ayrı-ayrı hərbi
dəstələr arasında əlaqə yaradan əmirlər təvaçi adlanırdı. Onlar döyüşçüləri səfərbər edir, ordunun yerini
büdirir, döyüşçülərin sayını özünün « təvaçi dəftərinə » qeyd edirdi
144
. I.H.Uzunçarşılı Təvaçi divanının
olduğunu qeyd edir
145
. Fəzlullah ibn Ruzbihan Xuncinin verdiyi mə'lumata görə, Uzun Həsənin dövründə
Hüseyn bey Hacılu Təvaçi divanının əmiri olmuş, sonra isə Sultan Xəlilin lələsi tə'yin olunmuşdu.
146
İ.H.
Uzunçarşılı Sultan Yaqub dövründə Cəlaləddin Həsən bəyin pərvanəçilikdən Təvaçi divanına əmir tə'yin
olunduğunu qeyd edir
147
. Lakin Fəzlullah İbn Ruzbihan Xuncinin verdiyi mə'lumatdan aydın olur ki, Sultan
Yaqub dövründə Cəlaləddin Həsən Əli bəy Nizaməddin Quli bəylə pərvanəçi vəzifəsindən Təvaçi divanına
deyil, pərvanəçi divanına əmir tə'yin olmunmuşdur
148
. Bu mə'lumatlardan aydın olur ki, pərvanəçilərin də öz
divanları olmuşdur.
İ.H.Uzunçarşılı Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində ordunun sağ cinahının-«bərənğar», sol
cinahının «cəvanğər» və mərkəz hissəsinin-« İluğ » adlandığını və müharibə zamanı mərkəz hissədən önə
göndərilən qoşuna «mənqəlay»
[79-80]
deyildiyini qeyd edir
149
. Lakin Fəzlullah ibn Ruzbihan Xunci ordunun
mərkəz hissəsinin «qul» adlandığını qeyd edir
150
. İ.H. Uzunçarşılı Qaraqoyunlu və Ağqoyunlu ordusunda çərxçi
və muçi dəstələrinin mövcudluğu haqqında bəhs etmir. Ş. Fərzəliyev də Qaraqoyunlu və Ağqoyunlu qoşununda
33
«çərxçi» və «muçi» istilahının olmadığını və onların Səfəvilər dövründə yarandığı fıkrindədir
151
. Lakin
Fəzlullah ibn Ruzbihan Xunicinin mə'lumatına görə, 1478-ci ilin 15 iyulunda Sultan Xəlillə Yaqub arasında baş
vermiş döyüşdə çərxçi və muçi dəstələri iştirak etmişdi.
152
Qaraqoyunlularda və Ağqoyunlularda qoşunun əsgəri hissəsi: puşandarlardan-ağır silahlanmış, zirehli
süvarilərdən, tirkəşbəndlərdən-ox atanlardan, qulluqçulardan ibarət olurdu. Puşandarlar dövrəsi gümüş və ya
qızıl suyuna çəkilmiş xırda lövhəciklərdən qayrılmış zirehli paltarlar geyirdilər. Tirkəşbəndlər isə möhkəm dəri
paltarlar geyirdilər ki, bunları nə qılınc zərbəsi kəsə bilir, nə də ox deşə bilirdi
153
.
İ.H.Uzunçarşılı Qaraqoyunlu və Ağqoyunlu ordusunun zireh, nizə, qılınc,şeşbər (altı dilimli toppuz)
xəncər, ox, kaman və kürzlə silahlandığını qeyd edir
154
. Lakin qaynaqların verdiyi mə'lumata görə Ağqoyunlu
ordusunda tüfəng, top, qaladağıdan silahlar-rəadə və mancaqlardan istifadə olunmuşdur
155
.
İ.H.Uzunçarşlılı orduda təbil, nağara, böyük nağara, nəfır, zurnadan ibarət təbilxana və nağaraçılar
hey'ətinin olduğunu da qeyd edir
156
. Hücum vaxtı kərənay (uzun zurna), qələbə çalınanda isə nağara səslənirdi.
Qaraqoyunlu və Ağqoyunlu ordusunun say tərkibi İ.H.Uznçarşılının fıkrincə, 100 min nəfər
olmuşdur.
157
M.X.Yınanç Uzun Həsənin şəxsi qoşununun 30 min olduğunu qeyd edir
158
. İ.H.Uzunçarşalıya görə
Uzun Həsənin daimi maaş alan şəxsi qoşunu 32 mindən çox olmuşdur.
159
Müxtəlif müəlliflərin mə'lumatını müqayisə edərək V.Minorski güman edir ki, Uzun Həsənin şəxsi
qoşunu 25 min süvari və 10 min piyadadan ibarət olmuşdur. Vilayət
[80-81]
canişinlərinin qeyri-nizami
qoşunları, habelə-silahlı və silahsız qullunçular da buraya əlavə edildikdə bu qoşunun sayı 100 min nəfərə
çatırdı
160
.
Dostları ilə paylaş: |