III FƏSİL
QARAQOYUNLU-AĞQOYUNLU-OSMANLI
QARŞILIQLI ƏLAQƏLƏRİ
§1. Qaraqoyunlu -Ağqoyunlu münasibətləri.
Qaraqoyunlu-Ağqoyunlu münasibətləri tarixinin dərindən araşdınlmasının tarixşünaslığımız üçün
əhmiyyəti vardır. Hər iki tayfa birliyi «türkman» adlanan etnik qrupa mənsub olmuş və XV əsrdə Azərbaycanda
bir-birini əvəz etmiş müstəqil dövlətlərin əsasını qoymuşdur. Bu tayfa birlikləri arasında qədim dövrlərdən
yaranmış münasibətlər XV əsrdə daha yüksək, siyasi məcrəda davam etmişdir.
Qaraqoyunlular və Ağqoyunlularla əlaqədar olaraq tədqiqat aparmış türk tarixçiləri həmin tayfalar
arasındakı qarşılıqlı əlaqələri də araşdırmışlar. Faruq Sümer yazır ki, qaynaqların çoxunda bu iki türkman
tayfası arasında qədim ədavətin olduğu göstərilirsə də bunun səbəbi aydınlaşdırılmır. Dəfələrlə baş verdiyi kimi
bu qədim düşmənçiliyin səbəbi ərazi ixtilafı və ya üstünlük uğrunda savaş olmuşdur
1
. İ.P.Petruşevski qeyd edir
ki, XTV əsrin sonunda bu iki tayfa birliyi arasında baş vermiş münasibətlərin səbəbi yeni torpaqlara, otlaqlara
və hərbi qənimətə yiyələnmək hissi olmuşdur
2
. M.X.Yınançın fikrincə, «iki tayfa arasındakı düşmənçilik XIV
əsrin 30-cu illərində başlanmışdır. Süqut etmiş Elxanilər dövlətinin xarabalıqları üzərində bir-biri ilə
mübarizəyə başlamış Cəlayiri, Çobani və Sutay xənadanlarının qovğalarında iştirak edən bu iki tayfadan
qaraqoyunlular İraqdakı Cəlayiri ailəsinin, ağqoyunlular isə bu ailəyə düşmən kəsilmiş və Mosul-Diyarbəkr
vilayətlərində hakim olan Sutayoğullarının xidmətinə girmiş və bir-birinə qarşı hərb etmişlər
3
.
Sutayoğullarının Cəlayirilərə qarşı uzunmüddətli mübarizəsi bu iki düşmən tərəfin yanında xidmətdə
olmuş, eyni kökdən və soydan yaranmış, qaraqoyunluların və ağqoyunluların bir-birinə düşmən
kəsilən
[89-90]
iki zümrə halına düşməsinə səbəb olmuşdur
4
. Diyarbəkr valisi olmuş Sutayın (1332-ci ildə vəfat
etmişdir) oğlu Hacı Tuqay ilə nəvəsi İbrahim Şah arasında Mosuldan Ərzuruma qədər geniş əyaləti ələ keçirmək
uğrunda mübarizə zamanı, qaraqoyunlular Hacı Tuğayı, ağqoyunlular isə İbrahim Şahı müdafıə etmiş və
nəticədə Mosul-Ərzurum bölgəsi qaraqoyunluların, Diyarbəkr vilayəti ağqoyunluların əlində qalmışdı
5
. Faruq
Sümer belə nəticəyə gəlir ki, bu iki qardaş türkman tayfası arasındakı «qədim edavətin» əsası Hacı Tuğayla
İbrahim Şah arasındakı qanlı düşmənçilikdən başlanmışdır
6
.
İ.H.Uzunçarşılnın fikrincə, qaraqoyunlularla ağqoyunlular arasındakı qədim düşmənçiliyin
səbəblərindən biri də aralarındakı məzhəb fərqidir. Qaraqoyunluların şiə məzhəbində olması, Ağqoyunluları və
digər sünnü məzhəbə mənsub dövlətləri onların düşməni etmişdi.
7
Həmin fikri V.A.Qordlevski
8
,
İ.P.Petruşevski
9
və Ş.F.Fərzəliyev
10
də müdafiə edir. Ancaq Faruq Sümer qeyd edir ki, XV-XVI əsrin fars, ərəb
və türk tarixçilərindən Qaraqoyunluların şiə təriqətində olması haqqında heç bir qeydə rast gəlinmir. Buna görə
də onları şiə təriqətli hesab etmək doğru deyildir". V.Minoskinin qənaətinə görə, Qaraqoyunlularla
Ağqoyunlular arpasındakı düşmənçiliyin qaraqoyunluların şiə və ağqoyunluların sünni olmasından yarandığını
göstərməyin heç bir əsası yoxdur
12
.
XIV əsrin 70-ci illərinin sonunda Qaraqoyunlular Bayram Xocanın rəhbərliyi altında Azərbaycanın cənub-qərb
torpaqlarını-Xoyu, Naxçıvanı, Ağkilsəni və Sürməli bölgəsini ələ keçirmiş və Cəlayiri hökmdarına vergi
ödəməkdən irntina etmişdilər
13
. 1380-ci ildən Qaraqoyunlu tayfa birliyinə Bayram Xocanın qardaşı oğlu Qara
Məhəmməd (1380-1389) rəhbərlik etməyə başladı. Qara Məhəmməd bacarıqlı şəxs idi. O, Qaraqoyunlu tayfa
ittifaqının həm daxili, həm də xarici vəziyyətində ciddi dönüş yarada bildi. Cəlayiri hökmdarı Sultan Hüseynin
(1374-1382) ölümündən sonra dövlətin daxilində kəskinləşmiş mübərizədən məharətlə istifadə edən Qara
[90-91]
Məhəmməd Qaraqoyunlu tayfa ittifaqını daha da möhkəmləndirdi. Qara Məhəmməd Sultan Əhmədin
Cəlayiri taxt-tacına yiyələnməsinə yardım etmiş, bu dövlət ilə Qaraqoyunlu tayfa birliyi arasındakı gərginliyi
aradan qadırdı. Sultan Əhməd Qara Məhəmmədi Qaraqoyunlu tayfa ittifaqının başçısı kimi tanıdı və onun
həyata keçirdiyi tədbirlərə mane
olmadı.
14
Ağqoyunlu hökmdarları Qaraqoyunlu tayfa birliyinin getdikcə güclənməsi ilə heç cür razılaşa
bilmirdilər. Onlar rəqibin mövqeyini zəiflətmək üçün qonşu ərazilərə vaxtaşırı hücumlar edirdilər. İki tayfa
birliyi arasında Ərzincana sahib olmaq üçün şiddətli mübarizə baş verdi. F. Sümer və Y.Yücel belə hesab edirlər
ki, Ağqoyunlulara məğlub olan Ərzincan hökmdarı Mutaharten kömək üçün Qara Məhəmmədə müraciət etmiş,
o isə qaraqoyunlular və ağqoyunlular arasında qədim düşmünçiliyə sadiq qalaraq Mutahartenin təklifinə
razılıq vermişdi.
15
Mutaharten ilə birləşən Qara Məhəmməd Ağqoyunlu Əhmədi ağır məğlubiyyətə
uğratmışdı. F.Sümer qeyd edir ki, bu qələbə o qədər tə'sirli idi ki, ağır itkilər verən ağqoyunlular Sivas-Kayseri
hökmdarı Qazi Bürhanəddinin himayəsinə girməyə məcbur oldular
16
.
1389-cu ildə Ağqoyunlu hökmdarı Bayandur tayfasının başçısı Qutluq bəyin ölümündən sonra onun
varisləri-Əhməd, Pir Əli və Qara Yuluq Osman arasında səltənət uğrunda mübarizə başlandı. İlk mərhələdə
38
üstünlük qazanmış Əhməd və Pir Əli qorxulu hesab etdikləri Qara Yülük Osmanı məğlub etdilər, onu zindana
saldılar. Lakin tezliklə Qaraqoyunlu Qara Yusif böyük qüvvə ilə Ağqoyunlu torpaqlarına hücum etdi və Qara
Yülük Osman həbsdən azad edildi. Qara Yülük Osman qaraqoyunlular əleyhinə təşkil edilmiş qoşunun başında
durdu. O, qaraqoyunlular üzərində qələbə çaldı və Ağqoyunlu tayfa ittifaqının başçısı kimi Diyarbəkrdə
öz mövqeyini möhkəmləndirdi
17
.
XIV əsrin II yarısında Azərbaycanın cənub-qərb sərhədlərində yaranmış Qaraqoyunlu tayfa
ittifaqını xeyli
[91-92]
möhkmələndirmiş olan Qara Məhəmməd öz dövlətinin ərazisini genişləndirmək, ilk
növbədə Azərbaycan torpaqlarında möhkəmlənmək üçün tədbirlər hazırlamağa başladı. Mənbələrdən mə'lum
olur ki, qaraqoyunlular Azərbaycanda Teymurun işğalından sonra yaranmış əlverişli vəziyyətdən istifadə etmiş,
1388-ci ilin 25 mayında Təbriz şəhərini ələ keçirmiş, lakin burada möhkəmlənə bilməmiş və tezliklə şəhəri tərk
etməli olmuşdular
18
.
Əmir Teymurun Azərbaycanı işğal etməsi dövründə qaraqoyunlularla ağqoyunlular arasındakı
münasibətlər daha da kəskinləşdi. Əmir Teymur Azərbaycan uğrunda mübarizədə Qara Məhəmmədin
müqaviməti ilə qarşılaşdı. Şərəfxan Bidlisi qeyd edir ki, «Qara Məhəmmədin fəsadını yatırmaq üçün»
Azərbaycanın cənub torpaqlarında Teymurla qaraqoyunlular arasında dəfələrlə böyük toqquşmalar baş verdi.»
19
Ağqoyunlu hökmdarı Qara Yuluğ Osman Osmanlı sultanlığı ilə, həm də, qaraqoyunlularla düşmən münasibətdə
idi və Əmir Teymurla yaxınlaşmağa üstünlük verdi.
20
Qara Yuluğ Osman Sivaş uğrunda döyüşdə osmanlılara
məğlub olmuş və Ərzincan hakimi Mütahartənin vasitəsi ilə Əmir Teymurun hüzuruna getmiş, Cığatay
hökmdarının hakimiyyətini qəbul etmişdir
21
. Əmir Teymur itaətsizlik göstərən qaraqoyunlulara qarşı
mübarizədə ağqoyunlulardan istifadə etdi və onlar arasında qədim düşmənçiliyi daha da qızışdırdı.
Qaraqoyunlularla ağqoyunlular arasındakı düşmənçilik Teymurun hərbi səfərləri dövründən başlayaraq müxtəlif
təmayüldə zahirə çıxdı. Qaraqoyunlular Əmir Teymurun düşməni, ağqoyunlular isə onun müttəfiqi oldü
22
.
M.Seyfəddini göstərir ki, Qara Məhəmməd əmir Pir Hüseyn tərəfindən öldürüldükdən sonra iki tayfa arasındakı
mübarizə daha da kəskinləşdi.
23
Ancaq M.X.Yınanç yazır: «Əbu Bəkr Tehrani Qara Məhəmmədin Pir Həsən
tərəfmdən öldürüldüyünü, Qara Məhəmmədin oğlu Qara Yusifin, atasının intiqamını almaq üçün Qara Yuluğ
Osmandan yardım istədiyini, Qara Osmanın öz oğlu İbrahim bəyi bir qədər qüvvə ilə Qara Yusifə yardıma
göndərdiyini bildirir»
24
. Bu fakt
[92-93]
bir daha sübut edir ki, düşmənçiliyə baxmayaraq, tərəflər bir-birinə
yardım göstərməkdən də imtina etməmişlər. Lakin nəzərə almaq lazımdar ki, bu hadisə 1389-cu ildə Qara Yuluğ
Osmanın qardaşları ilə Ağqoyunlu tayfa ittifaqında rəhbərliyi ələ keçirmək uğrunda gərgin mübarizəsi dövrünə
təsadüf edir.
Əmir Teymurun Azərbaycanı tərk etməsindən istifadə edən Qara Yusif yenidən möhkəmlənməyə cəhd
etdi. Mənbələrdən aydın olur ki, Qaraqoyunlu Qara Yusif 1390-1392-ci illərdə bir neçə dəfə Təbriz şəhərini ələ
keçirmiş və Əmir Teymurun yeni yürüş xəbərini eşidərək oranı tərk etməli olmuşdu
23
.
Qara Yusif Cəlayiri Sultan Əhmədlə Əmir Teymurun qoşunlarına qarşı mübarizə apardı, lakin heç bir
nəticə əldə edə bilmədi. Onlar Teymurun zərbələri altında məğlub oldular və Osmanlı Sultanı İldırım Bayəzidin
himayəsinə sığındılar
26
. Osmanlı Sultanı Teymurun hücum təhlükəsi qarşısında Qara Yusiflə Sultan Əhmədin
yardımından faydalanmaq məqsədilə, onlara himayəçilik etdi. Lakin Teymurun Kiçik Asiyaya hücumu
ərəfəsində Qara Yusif Osmanlı Türkiyəsini tərk etdi.
Əmir Teymur İldırım Bayəzidə qarşı hərbi yürüşlərində iştirak edən Qara Yuluğ Osmanın Osmanlı
qoşunları əleyhinə mübarizədə yaxşı döyüş nümunələrini nəzərə alaraq Diyarbəkr vilayətinin hakimliyini ona
verdi
27
. Teymurun Azərbaycanı tərk etməsindən sonra Qara Yuluğ Osman Diyarbəkr ətrafındakı şəhərləri,
qalaları ələ keçirdi və öz dövlətini möhkəmləndirməyə başladı. Mənbələrin qeyd etdiyinə görə Ərzincan hakimi
Mutahartənin ölümündən (1403) sonra Ərzincan və Bayburta sahib olmaq üstündə Qaraqoyunlu Qara Yusiflə
Ağqoyunlu Qara Osman arasında şiddətli mübarizə başlandı ,
28
1405-ci ilin yanvar ayında Dəməşqdə Şam naibi Şeyx Mahmudi tərəfindən həbsdən azad edilmiş Qara
Yusif ətrafındakı qaraqoyunlularla Şeyx Mahmudinin Misir sultanı Fərəcə qarşı mübarizəsində iştirak etmişdi.
Lakin o, məğlubiyyətə uğramış, vətəninə qayıtmalı olmuşdu
29
. Teymur
[93-94]
artıq ölmüşdü və Azərbaycanda
onun xələfləri arasında şiddətli mübarizə başlamışdı. 1405-ci ilin qışını Mosulda keçirən Qara Yusif baharda
Mardin ətrafına gəldi. Əbu Bəkr Tehraninin verdiyi mə'lumata görə, Qara Yusif Ağqoyunlu Qara Osmanla
yenidən qarşılaşmamaq, mövcud olan ədavəti unutmaq, münasibətləri qaydaya salmaq məqsədilə ona
məktub göndərdi. Qara Yusif yazırdı: «Bizim hər ikimiz türkmanıq. Gəl bundan sonra bir-birimizin üzərinə
hücum etməyək, bir-birimizi qırmayaq. Yaxşı olar ki, bizim hər birimiz Rumdan və Cığıtaydan olan
düşmənlərimizə qarşı döyüşsün».
30
Güman etmək olar ki, Qar Yülük Osman Qara Yusifin bu təklifı ilə
razılaşmamışdı. Çünki, Faruq Sümer və Osman Turan qeyd edirlər ki, Qara Yusif 1405-ci ilin baharında Mardin
ilə Hısnkeyfə arasındakı, Takı adlanan yerdə Ağqoyunlu Qara Yülük Osmanla qarşılaşmış və nəticəsiz
savaşdan sonra tərəflər arasında sülh müqaviləsi bağlanmışdı.
31
Şərqi Anadoluya qayıtmış Qara Yusif
Van və Bitlis hakimlərinə öz hakimiyyətini qəbul etdirmiş, sonra isə Ərzurum yaxınlığındakı Avnikə
doğru hərəkət etmiş, Teymurun Azərbaycandan ayrılarkən «Türkman Qara Yusifə qarşı durmaq»« tapşırığı
almış Əmir Doladaydan qalanı almağa müvəffəq olmuşdu
32
. Qara Yusif 1408-ci ilin 21 aprelində
39
Sərdudda Əbubəkr üzərində qələbə çaldı və 1410-cu ildə Təbriz şəhəri paytaxt olmaqla Qaraqoyunlu dövlətinin
əsasını qoydu. Azərbaycanın cənub torpaqlarında möhkəmlənə bilmiş Qaraqoyunlu hökmdarı Ağqoyunlu
birliyinin getdikcə güclənməsini böyük təhlükə hesab edirdi. Bu bəyliyi zəiflətməyə çalışırdı. Mardin şəhərinə
yiyələnmək uğrundakı mübarizənin gedişində Qaraqoyunlu-Ağqoyunlu münasibətləri yenidən kəskinləşdi. Qara
Yusifin teymuri şahzadəsi Əbubəkrə qarşı mübarizə aparmasından istifadə edən Ağqoyunlu Qara Yülük
Osman öz qüvvələrini Mardin üzərinə yönəltdi. 1409-cu ilin baharında Muş düzündə bu xəbəri almış Qara Yusif
Amid şəhəri ətrafına gələrək Ağqoyunlu Qara Yülük Osmanı məğlubiyyətə uğratdı və onu qaçmağa məcbur
etdi
33
. Beləliklə, tərəflər arasındakı növbəti
[94-95]
münaqişə də qaraqoyunluların qələbəsi ilə başa çatdı. Türk
tarixçiləri Qaraqoyunlu-Ağqoyunlu münasibətlərini araşdırarkən daha çox tərəflər arasındakı hərbi
toqquşmalara geniş yer vermişlər. Onlar bu toqquşmaların səbəbini izah etməkdən çəkinmişlər. 1411-ci ildə
ikinci dəfə Amid şəhəri önünə gəlmiş Qara Yusif şəhərin ətrafını talan etmiş və Ərqani qalası ətrafında Qara
Yülük Osmanla şiddətli döyüşə girmişdi. Bu döyüşdə də Ağqoyunlu hökmdarı məğlub olmuşdu
34
. Faruq Sümer
qeyd edir ki, Ağqoyunlu hökmdarı mə'ruz qaldığı məğlubiyyətlərə baxmayaraq, özünü Qaraqoyunlu hökmdarı
qarşısında qorxudulmuş kimi göstərmirdi
35
. Bu onunla bağlı idi ki, Ağqoyunluları yalnız Cağatay hökmdarı
Şahrux deyil, habelə Məmlük sultanı da müdafıə edirdi.
Qara Yusif Teymuri hakimləri məğlub etdi, Cəlayiri Sultan Əhmədi məğlubiyyətə uğratdı, Azərbaycana
hakim oldu. O, teymurilərin təhlükəli qonşusuna çevrildi. O dövrdə Şahrux da hökmdarı olduğu Teymurilər
dövlətinin hüdudlarını qonşu ölkələr hesabına genişləndirməyə cəhd edirdi
36
. Əcəm İraqının Teymurilər
dövlətinə birləşdirilməsi Qaraqoyunlu dövləti üçün təhlükə törədirdi. Ağqoyunlu hökmdarı Qara Yülük Osman
da Qaraqoyunlu dövlətinin torpaqlarını elə keçirmək iddiasandan əl çəkməmişdi və hər vasitə ilə
onun vəziyyətini ağırlaşdırmağa çalışırdı. O, teymurilərlə ən'ənəvi dostluq əlaqələrini bərpa etdi. Qara
Osman qatı düşməni olan Qara Yusifə qarşı mübarizədə Şahruxun himayəsindən istifadə etmək istəyirdi
37
. Qara
Osmanın Şahruxu Qara Yusifə və sultan I Mehmedə qarşı müharibəyə təhrik etmək üçün göndərdiyi məktub da
bunu sübut edir. Məktubda deyilirdi: «Biz özümüzün az miqdarda olan qoşunumuzla Azərbaycan və
Rum hakimlərindən qorxub çəkinmirik. Sizin gəlişinizi gözləyirik. Qara Yusif Türkmanın qüdrət və mətanəti
onun sizin qullamlarınızın birinə qarşı (yə'ni Qara Osmana-T.N.) çıxması üçün kifayət qədər deyildir. Təkcə
Qara Yusif deyil, həmçinin Rum və Şam da sizin hücumunuzla alınar. Bütün Anadolu bəyləri ilə Bizans,
Trabzon Rum imperatorları, Gürcü məlikləri,
[95-96]
Şirvan, Gilan, Luristan hakimləri sizin fərmanınıza baş
əyməyə hazırdır«.
38
Ağqoyunlu Qara Osmanın Şahruxa göndərdiyi məktub Qara Yusif tərəfindən ələ keçirildi.
O, Ağqoyunlu hökmdarının gizli niyyətindən xəbər tutmuş və ona qarşı qəti tədbirlər görməyə məcbur olmuşdu.
1417-ci ildə Qara Yusif Ağqoyunlu Qara Osman üzərində qələbə çalmış və tərəflər arasında sülh müqaviləsi
bağlanmışdı. Sülh müqaviləsinə görə, Qara Osman Mardinin şimal-şərqindəki Sağur qalasını Qara Yusifə təslim
etmiş və əvəzində 1 mln dirhəm pul, 100 at və dəvə almışdı
39
. Lakin tərəflər arasındakı sabit münasibətlər uzun
çəkməmişdi. 1418-ci ilin may ayında Qara Osman Şahruxun təhriki ilə sülh müqaviləsini pozmuş və Mardin
üzərinə hücuma keçmişdi. Bu xəbəri eşidən Qara Yusif Qara Osman üzərinə yürüş etdi və onu Amid ətrafında
məğlub edə bildi. Qara Osman Hələb torpaqlarına qaçdı. Onu tə'qib edən Qara Yusif Ağqoyunlu hökmdarını
1418-ci ilin 20 sentyabrında Fərat çayının sağ sahilində Mərc Dabıkda ağır məğlubiyyətə uğratdı və Qara
Osman Hələb şəhərinə qaçmaqla xilas ola bildi.
40
Bundan sonra qaraqoyunlularla ağqoyunlular arasındakı münasibətlər daha gərgin məcrada davam
etmişdi. 1420-ci ildə Qara Yusifin Ərzincandakı əmiri Pir Ömər Qara Osmanın oğlu, Kəmax qalasının hakimi
Yaqubun üzərinə hücum etdi. Yaqub məğlub edildi və əsir alınaraq Təbrizə göndərildi
41
. M.Seyfəddini eyni
qaynaqdan istifadə etməsinə baxmayaraq, bu hadisənin 1418-ci ildə baş verdiyini qeyd edir
42
. Lakin tezliklə
Ağqoyunlu hökmdarı Qara Osman bütün qüvvələrini topladı. Ərzincan əmiri Pir Ömərdən intiqam almaq və
onun Qara Yusifin göndərdiyi qüvvələrlə birləşməsinə imkan verməmək üçün Topğan vadisində düşmənə
hücum etdi. Baş vermiş döyüşdə Pir Ömər məğlub oldu, onun oğlanları, yaxınlarından 24 nəfər əsir düşdü və o,
Qara Osman tərəfindən öldürüldü
43
.
Qara Yusif Şahruxun Azərbaycana yürüş xəbərini aldığı üçün düşmən üzərinə nəzərdə tutduğu yürüşü
tə'xirə salmışdı. Şahruxun Azərbaycana yürüşünü və Qara Yusifin ölüm xəbərini
[96-97]
eşidən Ağqoyunlu
Qara Osman yaranmış vəziyyətdən faydalanaraq öz ərazilərini genişləndirmək qərarına gəldi. O, Mardin
şəhəri üzərinə hücum etdi, lakin öz məqsədinə nail ola bilmədi. 1421-ci ilin mart-aprel aylarında
Qaraqoyunlu İskəndərlə Ağqoyunlu Qara Osman arasında Şeyx kəndi yaxınlığında baş vermiş şiddətli
döyüşdə Qara Osman ağır məğlubiyyətə uğradı.
44
Qaraqoyunlu İskəndər bu döyüş haqqında Osmanlı
sultanı I Mehmed Qaziyə məktubunda yazırdı: «...Qəflətən Özbək əmirlərinin yazdığı bir məktubu aparan
casusu ələ keçirtdim. Mə'lum oldu ki, Qara Osman qədim ədavəti təzələyərək özbəklərin ittifaqı ilə bizə pusqu
qurmaq və beləliklə zərər yetirməklə məşğuldur... mən də bir casus yollayıb, öyrəndim ki, Osman... bizə
tərəf gəlməkdədir... Biz on min süvari ilə ona gecə basqın etdik. Düşmənin...20 mindən çox adamı qırıldı».
Onun Təvaçisi Əhməd bəyin başını Cəmşid Ağa Əfşarla sizə göndərdim ki, qədim dostluğumuzu və səmimi
məhəbbətimizi unutmayasınız«
45
.» Lakin Ağqoyunlu hökmdarı bu məğlubiyyətə baxmayaraq, öz
düşmənindən intiqam almaq məqsədi ilə Şahruxun yardımından faydalanmaq üçün onu qaraqoyunlularla qəti
40
döyüşə sövq etməyə başladı. İsmayıl Aka qeyd edir ki, Qara Osman hər iki türkman tayfası
(qaraqoyunlular və ağqoyunlular nəzərdə tutulur) arasındakı düşmənçiliyi davam etdirmək, onu məğlub etmiş
İskəndərdən intiqam almaq məqsədilə Şahruxu qızışdırmış və qeyd etmişdir ki, «türkmənlər və Qara Yusifin
tərəfdarları tamam məhv edilməsələr, ölkədə qayda-qanun bərpa olunmayacaq və əhalinin vəziyyəti
yaxşılaşmayacaq»«
46
. Bu fıkrə şərik çıxan Şahrux Qaraqoyunlu mirzələrinin dəfələrlə etdikləri sülh
təklifini qəbul etməmiş və onlarla döyüşə girməyə qərar vermişdi. 1421-ci ilin 30 iyulunda qaraqoyunlularla
teymurilər arasında baş vermiş döyüşdə türkmanlar qəhrəmançasına vuruşduqlarına baxmayaraq sayca
üstün olan cığatay ordusunun təzyiqi altında döyüş mövqeyini tərk etməli olmuşdular
47.
.
[97-98]
«Ağqoyunlu Qara Osmanın bu döyüşdən sonra ən mühüm qələbəsi Ərzincanı ələ keçirməsi olmuşdu».
48
Şahrux Azərbaycan hakimliyini Qaraqoyunlulara düşmən olan Qara Osmanın oğlu Əli bəyə verdikdən
sonra ölkəni tərk edib Xorasana qayıtmışdı.
49
Qara Osmanın Osmanlı sultanı II Murada göndərdiyi məktub da
Şahruxun Azərbaycan hakimliyini Ağqoyunlulara verməsini sübut edir
50
. Azərbaycanın idarəsinin düşmən tayfa
nümayəndəsinə verilməsi qaraqoyunlularla ağqoyunlular arasında olan münasibətləri daha da gərginləşdirdi
51
.
Şahruxun Azərbaycanı tərk etməsindən xəbər tutan Qaraqoyunlu İspənd Təbriz üzərinə hərəkət etdi. Ağqoyunlu
Əli bəy Diyarbəkrə qaçdı. Təbriz İspənd Mirzənin əlinə keçdi. Lakin qardaşı İskəndərin Təbrizə hücum xəbərini
alan İspənd Mirzə şəhəri tərk etməyə məcbur oldu və İskəndər Azərbaycan taxtına əyləşdi. Qaraqoyunlularla
ağqoyunlular arasındakı münasıbətlər Şahruxun Azərbaycana növbəti yürüşləri zamanı daha da gərginləşdi.
Mənbələrin qeyd etdiyinə görə, Şahruxun Azərbaycana yürüşündə Ağqoyunlu Qara Osmanın xidməti az
olmamışdı
52
. 1435-ci ildə Şahruxun Azərbaycana yürüş xəbərini alan İskəndər Anadoluya çəkildi. Şahrux Qara
Osmanın yanına qasid göndərmiş, rəqibin yolunu kəsməyi təklif etmişdi. Türk tarixçilərinin fikrincə,
Ərzurumda olan Qara Osman İskəndərə yol verməmiş və iki tərəf arasında 1435-ci ilin avqustunda şiddətli
döyüş baş vermiş və ağqoyunlular məğlub olmuşdular.
53
Döyüşdə ağır yaralanan Qara Osman Ərzurumda vəfat
etdi. Qaynaqlardan mə'lum olur ki, qaraqoyunlularla ağqoyunluların vuruşduğu yerə gəlmiş Cığataylar
gördükləri mənzərədən dəhşətə gəlmişdilər. Buna görə də Cığataylar qaraqoyunluları təqib etməkdən imtina
etmək istədilər
54
.
Ağqoyunlu hökmdarı Qara Osmanın varisi Əli bəyin (1435-1438) hakimiyyəti illərində də iki tayfa
arasında düşmənçilik münasibətləri davam etmişdi. Ağqoyunlu Qara Osmanın ölümündən sonra hakimiyyət
uğrunda onun varisləri arasında gərgin mübarizəyə baxmayaraq, tərəflər arasında
[98-99]
ədavət
zəifləməmişdi. Cahanşah Qaraqoyunlu dövlətinin başçısı kimi öz hakimiyyətini möhkəmləndirdi. O, Ağqoyunlu
tayfa birliyi ilə münasibətləri yaxşılaşdırmağa çalışdı. Lakin onun bu fıkri həyata keçmədi və Qaraqoyunlu-
Ağqoyunlu münasibəti yenidən kəskinləşdi
55
. Türk tarixçilərinin qeyd etdiyinə görə, münasibətlərin belə
kəskinləşməsinin səbəbi Qaraqoyunlu İskəndərin oğlu Əlvəndin Cahanşaha qarşı üsyan qaldırması və onun
Ağqoyunlu Cahangirə sığınması, Qaraqoyunlu hökmdarının tələblərinə baxmayaraq, Əlvəndin qaytarılmaması
olmuşdu
56
. 1450-ci ildə qaraqoyunlularla ağqoyunlular arasında başlanan qanlı mübarizə iki ilə qədər
davam etdi. 1452-ci ilin baharında Xorasan hakimi Sultan Baburun, ölkəsinə hücum etmək üçün Reyə
gəldiyini xəbər alan Cahanşah ağqoyunlularla mübarizəni dayandırdı və Cahangirə barışıq haqqında
xəbər göndərdi. O, Cahangirdən hakimiyyətini tanımasını da tələb etdi. Cahanşah Cahangiri bütünlüklə özünə
bağlamaq, şərqə hərəkət edərkən qərb cəbhəsindən tamamilə əmin olmaq üçün onun qızını öz oğlu
Məhəmmədi Mirzəyə istədi. Cahangir onun bu təklifmi qəbul etdi.
57
Bununla da bir əsrə yaxın müddət ərzində
türkmanların iki qardaş ulusu, iki xanədanı arasında ardıcıl və getdikcə şiddətlənən düşmənçilik müvəqqəti
olaraq müəyyən vaxt üçün dayandırılmış oldu.
58
Lakin Uzun Həsən qardaşının bu hərəkətindən razı
qalmadı və ona qarşı mübarizəyə başladı. Diyarbəkri ələ keçirdi. Ağqoyunlu tax-tacını zəbt etdi
59
.
Qardaşının hücumları qarşısında dura bilməyən Cahangir Qaraqoyunlu hökmdarı Cahanşaha sığındı. Əbu
Bəkr Tehranı bu haqqda yazırdı: «Cahangir qardaşı Uzun Həsəndən incidi, onun günü-gündən artan
zəfərlərindən qorxaraq Cahanşahm dərgahına yollandı. Uzun Həsən onu bu əməlindən çəkindirmək istədi
və kürd Osmanı risalətə göndərdi. Dedi ki, biz bir anadan və atadan doğulmuş iki qardaşıq. Gərək bir-birimizlə
əhd-peyman bağlayaq, and içək ki, bundan sonra sülh və dostluq yolunu tutacaq, müxalifət və düşmənçüikdən
uzaq olacağıq. Bizimlə qaraqoyunlular arasında qədim ədavət
[99-100]
olduğuna görə, ona birləşmək
münasib deyildir»«».
60
Mənbənin verdiyi mə'lumatdan aydın olur ki, Uzun Həsən qaraqoyunlulara qarşı olan
qədim ədavəti qardaşına xatırlatmaqla onu tutduğu yoldan çəkindirmək istəmiş, lakin buna nail ola bilməmişdi.
Orta əsr feodal şüuru ata-oğul, qohum-qardaş münasibətlərini kəskinləşdirdiyi üçün şahzadələr atalarına, yaxud
bir-birinə qarşı çox vaxt mübarizə aparır, hər vasitə ilə hakimiyyətə doğru can atırdılar
61
. Cahangirin Cahanşaha
sığınması və ondan yardım istəməsi Qaraqoyunlu-Ağqoyunlu münasibətlərini daha da kəskinləşdirdi və Uzun
Həsənlə Cahanşah arasındakı düşməkçilik daimi bir şəkil aldı. Qaraqoyunlular ilə ağqoyunlular arasında
kəskinləşən mübarizənin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin dövləti daxilindəki
feodal ziddiyyətlərindən fəal surətdə istifadə etməyə çalışırdı. Onlar rəqib tərəfdəki daxili ziddiyyətləri
kəskinləşdirməyə, bir-birini zəiflətməyə cəhd edirdilər. Cahanşah Uzun Həsənə qarşı apardığı mübarizədə
Ağqoyunlu taxtını almağa çalışan Cahangirə yardım göstərirdi. Uzun Həsən də Cahanşahın üsyan etmiş
oğlanlarına kömək edirdi.
62
Faruq Sümer yazır ki, Cahanşah Ağqoyunlu padşahlığını Cahangirə verdi, Ərzincanı
41
da ona iqta etdi və onu Azərbaycan ordusu ilə Ərzincana göndərdi
63
. Cahanşah 1457-ci ilin baharında Tərxan
oğlu Rüstəmi 20 minlik qüvvə ilə Cahangirə yardıma göndərdi. Diyarbəkr yaxınlığında iyun ayında Uzun
Həsənlə döyüşdə Cahangirlə qaraqoyunlular məğlub olmuş, Rüstəm əsir düşərək öldürülmüşdü
64
. Uzun Həsən
bu qələbə haqqında Osmanlı sultanı II Mehmedə göndərdiyi məktubda ətraflı mə'lumat vermişdi
6
'. M.X. Yınanç
qeyd edir ki, Cahanşah bir il sonra Uzun Həsənlə barışmış və əsirlərin xeyli hissəsini geri almışdı.
66
Bu faktı
qaynaqlar belə təsdiq edir. Əbu Bəkr Tehrani bu haqda yazır: «Uzun Həsən Rakka qışlağında olarkən
Cahanşahın elçisi gəlmiş və iki tərəf arasında sülh yenidən möhkəmləndirilmişdi«»
67
. Bu qələbə Uzun Həsənin
mövqeyini daha da möhkəmləndirmiş və ona böyük hökmdarlarla eyni sırada durmağa imkan vermişdi.
[100-
101]
Qaraqoyunlu dövlətinin daxilindəki ziddiyyətlərin getdikcə artması və köçəri ə'yanlar arasındakı
ixtişaşlar Uzun Həsənin öz mövqeyini daha da möhkəmləndirməsinə şərait yaradırdr. XV əsrin 50-ci
illərinin sonu 60-cı illərin əvvəllərində Qaraqoyunluların Anadoludakı əksər şəhər və qalaları
Ağqoyunlular tərəfındən ələ keçirildi. Uzun Həsən Cahanşahın oğlu Pir Budağın atasına qarşı üsyanından
faydalanmağa çalışdı, lakin buna nail ola bilmədi. Cahanşah Uzun Həsənə məktub göndərib bildirdi ki, əgər
Ağqoyunlu hökmdarı onun oğluna yardım etməzsə, Sincar, Mosul və Ərbil şəhərlərini ona verəcəkdir. Buna
görə də Pir Budaq Uzun Həsəndən heç bir yardım ala bilməmişdi
68
. Oğlunun üsyanını yatıran Cahanşah Uzun
Həsəni Gürcüstana müvəffəqiyyətli yürüş münasibətilə təbrik etmişdi. Cahanşah ona bir qılınc da
göndərmişdi. Uzun Həsən təşkil etdiyi mərasimdə bu qılıncı qurşanmış və elçiyə bunun bir hökmdarlıq nişanəsi
olduğunu söyləmiş və böyük hökmdara daim sadiq qalacağına söz vermişdi.
69
Lakin ö dövrün bir çox
hökmdarları arasında olan dostluq və ittifaq yalnız, siyasət məqsədi güdürdü, müvəqqəti səciyyə daşıyırdı. Uzun
Həsəninin qatı düşməninə qarşı bu mövqeyı, yalnız uzaqgörən siyasi xadimin zahiri bir hərəkəti idi. O, yaxşı
bilirdi ki, Cahanşah oğlu Pir Budağm üsyanını yatırtdıqdan sonra onun üzərinə gələcəkdir. M.X.Yınanç yazır ki,
Uzun Həsən Misir sultanı Xoş Qədəmə elçilər göndərmiş, Cahanşahın oğlunun üsyanını yatırmasından sonra öz
üzərinə hücum olacağını sultana bildirmişdi
70
.
Türk tarixçilərinin fıkrincə, artıq Qaraqoyunlu dövləti İslam dünyasının ən böyük dövlətlərindən birinə
çevrilmişdi. Cahanşah özünü əski Elxani hökmdarının xələfı sayır və onların vaxtilə hakim olduqları əraziləri
bütünlüklə əlinə keçirməyə çalışırdı. O, qaraqoyunluların düşməni olan, mərkəzi Diyarbəkr şəhəri olmaqla şərqi
və cənub-şərqi Anadolunun bə'zi bölgələrinə hakim olan Ağqoyunluları əzmək, Uzun Həsəni məhv etmək,
intiqam almaq istəyirdi
71
.Cahanşah ağqoyunluların dövlət hüdudlarının getdikcə genişlənməsi faktı
[101-102]
ilə heç cür hesablaşmaq istəmirdi. O, Osmanlı sultanını xəbərdar etmiş, ondan yardım istəmiş və 1467-ci ilin 15
mayında Təbrizdən Diyarbəkrə tərəf hərəkətə başlamışdı
72
.
Qaraqoyunlu-Ağqoyunlu münasibətlərini tədqiq ermiş türk tarixçiləri (F.Sümer, M.X.Yınanç,
İ.H.Uzunçarşılı və b.) Qaraqoyunlu Cahanşahın bu yürüş ərəfəsində Osmanlı sultanı II Mehmedi xəbərdar
etməsi və hətta ondan yardım istəməsi faktına nəinki toxunmuş, hətta bu faktın üzərindən sükutla keçmişlər. T.
Bıyıqlıoğlu isə belə bir nəticəyə gəlir ki, qaraqoyunlular Osmanlılarla müttəfıq idilər, lakin Osmanlı dövləti
ağqoyunlulara qarşı mübarizədə qaraqoyunlularla əlaqəyə girmək haqqında düşünməmiş, Uzun Həsənin
Qaraqoyunlu dövlətini ilhaq etməsinə biganə yanaşmışdı
73
. Türk tarixçilərinin bu mövqeyi onların siyasi
baxışları ilə tarixi hadisələrə münasibətdə və Osmanlı dövlətinin yeritdiyi xarici siyasətə birtərəfli yanaşması ilə
bilasavitə bağlıdır. Qaynaqlar onların bu mövqeyini təkzib edir. Qaraqoyunlu Cahanşah Uzun Həsən üzərinə
yürüşdən öncə Osmanlı sultanı II Mehmedə gödərdiyi məktubunda Uzun Həsənə qarşı mübarizədə yardım
istəmişdi: «0, büləndhimmət həzrət... onun dəfi ve cəzalanması üçün cəhd etsinlər... Sizdən sədaqətlə rica olunur
ki, bu məsələdə iradə istək və inadınız qırılmasın və həqiqi dostların məqsəd və istəkləri həyata keçsin».
74
Qaynaqlar bir daha təsdiq edir ki, 1467-ci ildə Qaraqoyunlu Cahanşah sultan II Mehmedin təhriki ilə Diyarbəkr
üzərinə hərəkət etmişdi. «Amasya valisi olan Bəyazid sultan II Mehmedin əmri ilə Uzun Həsənə qarşı döyüşdə
Cahanşaha hərbi yardım etməli idi» .
75
Ərcişə doğru irəliləyən Cahanşah yolda Uzun Həsənin elçisi Xızır bəy Tərxanla görüşdü. Elçi Uzun
Həsənin padşaha sadiq və tabe olduğunu, hökmdarın Xarputda, yaylaqda olduğunu bildirdi. Lakin Cahanşah
qəzəblənərək onu geri qaytardı
76
. Qaraqoyunlu hökmdarı Məhəmməd Süfrəçini Uzun Həsənin yanına göndərdi
və tələb etdi ki, əgər o həqiqətən itaət və sədaqətdən bəhs edirsə, ya bilavasitə özü, ya da oğlu onun hüzuruna
gəlməlidir. Əks təqdirdə o rəqib üzərinə qoşun
[102-103]
göndərəcəkdi. Uzun Həsən bu tələblərə rədd cavabı
verdi. Lakin, o, Qazı Rüknəddin Əlini itaətkarcasına yazılmış məktubla və hədiyyələrlə Cahanşahın qərargahına
göndərdi, Cahanşah isə hədiyyələri qəbul etmədi və elçini geri qaytardı
77
. Beləliklə, qaraqoyunlularla-
ağqoyunlular arasındakı müharibə zərurətə çevrildi.
Ağqoyunluların üzərinə hərəkət edən Cahanşah Cəpəkcura gəldi. Sentyabrın ortalarında Pərvanəçi
Qasım bəylə Cahangir bəyin 5 minlik qüvvəsi Ağqoyunlu Xəlil Mirzənin 3 minlik qüvvəsi tərəfındən məğlub
edildi. Cahanşah bu hərbi yürüşü tə'xirə salmağı qət etdi. O, qoşunun çox hissəsini geri qaytardı, özü isə bir neçə
yaxın adamı, az qüvvə ilə Səncəqdə eyş-işrət etdiyi vaxt 1467-ci ilin 11 noyabrına keçən gecədə Uzun Həsənin
qəfıl hücumuna mə'ruz qaldı və öldürüldü
78
.
Qeyd etmək lazımdır ki, bu hadisənin baş verdiyi tarixi tədqiqatçılarımız müxtəlif cür yazmışlar.
C.İbrahimov
79
1467-ci ilin mayını, V.Minorski
80
və Ş. Fərzəliyev
81
oktyabrın 4-nü, M. Seyfəddini
82
isə 1468-ci
42
ilin aprelini göstərirlər. Yalnız İ.P. Petruşevski və S.Məmmədov düzgün olaraq 1467-ci ilin 10 noyabrını .qeyd
edirlər.
83
Uzun Həsən Cahanşah üzərində qələbə münasibətilə Osmanlı Sultanı II Mehmedə göndərdiyi məkubda
bu hadisə ilə elaqədar olaraq ətraflı mə'lumat vermiş və hadisənin 872-ci il hicri rəbbüsani ayının 13-də (11
noyabr 1467) baş verdiyini göstərmişdi.
84
Uzun Həsənin bu qələbəsi ilə Azərbaycan Qaraqoyunlu dövlətinə uzun illər başçılıq etmiş Cahanşahın
hakimiyyəti başa çatdı. 1468-ci ildə Həsən Əlinin qüvvələrinə də qalib gələn Uzun Həsən Qaraqoyunlu
dövlətinin varlığına son qoydu və paytaxtı Təbriz şəhəri olan Ağqoyunlu dövlətini bərqərar etdi.
Beləliklə Qaraqoyunlu-Ağqoyunlu qarşılıqlı əlaqələrinin türk tarixçiləri tərəfindən tədqiqini
araşdırarkən mə'lum olur ki, onların əksəriyyəti bu problemi tədqiqat obyekti seçməmiş, iki tayfanın, iki
dövlətin siyasi tarixini öyrəndikləri üçün onlar arasındakı münasibətləri də araşdırmalı olmuşlar. Qaraqoyunlu-
Ağqoyunlu münasibətlərindən bəhs etmiş türk tarixçiləri siyasi
[103-104]
hadisələrə daha çox yer vermiş və çox
zaman onların izahından çəkinmişlər. Lakin bütün bunlara baxmayaraq, Qaraqoyunlu-Ağqoyunlu
münasibətlərinin öyrənilməsində türk tarixçilərinin araşdırmalarının əhəmiyyəti böyükdür.
Dostları ilə paylaş: |