48
§3. Ağqoyunlu-Osmanlı münasibətləri.
Azərbaycanın Osmanlı Türkiyəsi ilə qarşılıqlı əlaqələri tariximizin lazımi səviyyədə öyrənilməmiş
problemlərindəndir. Problemin araşdırılmasının tarixşünaslığımız üçün başlıca elmi əhəmiyyəti bundan ibarətdir
ki, Azərbaycan xalqının XV-XVI əsrlərdəki inkişafı Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri
kimi geniş əraziyə malik olmuş siyasi qurumlarının tarixi ilə bilavasitə bağlı olmuşdur. Bu dövlətlərin sosial-
siyasi, iqtisadi tarixinin, onların Osmanlı Türkiyəsi ilə qarşılıqlı əlaqələrinin dərindən öyrənilməsi ümumdünya
tarixinin bə'zi məsələlərinin obyektiv həlli üçün də vacibdir. Orta əsrlər Şərqinin Ağqoyunlu və Səfəvi dövlətləri
kimi iri siyasi vahidləri qonşu dövlətlərlə geniş iqtisadi əlaqələrə malik idi. Bu feodal dövlətləri beynəlxalq
münasibətlər sistemində fəal mövqe tutmuş, Asiya və Avropa ölkələrinin Osmanlı imperiyasına qarşı hərbi-
şiyasi ittifaqlarında başlıca rol oynamışlar.
Ağqoyunlu-Osmanlı münasibətləri məsələsinə tarixşünaslığımızda Ağqoyunlu dövlətinin Avropa
ölkələri ilə əlaqələrinin səbəblərini izah etmək məqsədilə araşdırmalar
[116-117]
aparmış tədqiqatçılar ümumi
şəkildə toxunmuşlar. İ.P.Petruşevski Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə (xüsusən Venetsiya ilə)
diplomatik əlaqələrini tədqiq etmiş, Ağqoyunlu hökmdarının Avropaya meyl etməsini XV əsrin II yansında
Osmanlı Türkiyəsinin kömrük siyasəti, habelə sultan II Mehmedin (1451-1481) qəsbkarlıq planları ilə
əlaqələndirmişdir
145
. C.M.İbrahimov da Azərbaycanın XV əsr tarixinə dair tədqiqatlarında İ.P.Petruşevskinin
elmi nəticlərini təsdiq etmişdir
146
. Bə'zi əsərlərdə isə Ağqoyunlu-Osmanlı münasibətləri tədqiq edilərkən
Osmanlı Dövlətinin istilaçılıq siyasəti ön plana çəkilir. Ağqoyunlu dövləti Venetsiya respublikası və digər Qərb
dövlətləri «Türk hücumu təhlükəsindən ehtiyat edən» siyasi vahidlər kimi təqdim edilir
147
. Ağqoyunlu-Osmanlı
münasibətləri Y.M. Mahmudovun əsərlərində daha geniş tədqiq olunmuşdur
148
.
Ağqoyunlu dövlətinin Osmanlı Türkiyəsi ilə münasibətlər tarixini elmi baxımdan düzgün
qiymətləndirmək üçün bu əlaqələrin inkişaf prosesini iki dövrə bölmək mümkündür.
1. Ağqoyunluların Azərbaycanda hakimiyyətə gəlməsindən əvvəlki dövr.
2. Ağqoyunluların Azərbaycanda hakimiyyətə gəlməsindən sonrakı dövr.
XV əsrin ikinci yarasında Ağqoyunlu tayfa ittifaqı Dəclə və Fərat çaylarının yuxarı axarında
möhkəmlənmişdi. Diyarbəkr isə bu feodal bəyliyinin mərkəzi idi. Ağqoyunlu əmirləri ilə Osmanlı sultanları
arasında ən'ənəvi düşmənçilik münasibətləri vardı. Yaşar Yücel və Yılmaz Öztuna bu düşmənçiliyin XIV əsrin
sonlarında Qara Osmanın dövründə başladığını göstərir. Qazi Bürhanəddini öldürmüş Ağqoyunlu rəisi Osman
bəy Sivası almağa çalışırdı. İldırım Bəyazidin Sivası zəbt etməsi, ağqoyunluların ən böyük rəqibi olan
qaraqoyunluların osmanlıların dostu olması bu düşmənçiliyi daha da gücləndirdi
149
. Faruq Sümerin fikrincə,
Ağqoyunlu bəyliyinin qurucusu olmuş Qara Osmanın osmanlılarla
[117-118]
münasibətləri daim dostluq
məcarəsında keçmişdir
150
. Osmanlı dövləti ilə həmsərhəd olan yerlərdə Ağqoyunlu tayfa ittifaqının getdikcə
güclənməsi Osmanlı sultanlığını təşvişə saldığından, Sultan İldırım Bayəzid öz qüvvələrini toplayaraq
ağqoyunlulara qarşı mübarizəyə qalxır. Vəziyyətin gərginləşdiyini hiss edən Qara Osman osmanlılar əleyhinə
mübarizədə Teymurun qüvvələri ilə əlaqəyə girir. Teymur qoşunlarının Kiçik Asiyaya yürüşü zamanı onlar
üçün əlverişli şərait yaradır. Ağqoyunlular Ankara döyüşündə (1402) İldırım Bəyazidə qarşı Teymurun tərəfində
vuruşduqdan sonra Ağqoyunlu-Osmanlı münasibətləri daha da pisləşdi. Tofiq Bıyıqlıoğlu belə hesab edir ki,
Teymurun istilasından sonra Osmanlı dövləti daxilində baş vermiş qanşıqlıqdan faydalanan ağqoyunlular
Osmanlı torpaqlarına təcavüz etməkdən çəkinməmişdi. Bu təcavüzlər 50 ildən artıq bir müddət ərzində baş
vermişdi.
151
Dövrün qaynaqları T.Bıyıqlıoğlunun bu iddiasını tamamilə təkzib edir. Osmanlı sultanı I Mehmed
Qazinin Qara Osmana məktubunda deyilir: «...Biz (bu vaxtlar ərzində) onlardan (yə'ni Qara Osmandan-T.N.)
dostluq və xeyirxahlıqdan başqa bir şey müşahidə etməmişik,.. özünüzü qədim dost və bu tərəfdən səmimi insan
bilib, bu münasibətdə heç bir dəyişikliyə yol verməyin»
152
. Məktubdan göriindüyü kimi, Osmanlı Sultanı
Ağqoyunlu hökmdarı Qara Osmanla münasibətlərinin dostluq məcrasında inkişaf etdiyindən bəhs etməkdədir.
Ancaq nəzərə almaq lazımdır ki, bu dostluğun dərin özülü olmadığından, o yalnız zahiri xarakter daşımışdır.
XV əsrin 40-50-ci illərində Ağqoyunlu tayfa ittifaqında hakimiyyət uğrunda gedən feodal
mübarizələrinin ardı-arası kəsilmir və onların əllərində olan yerlər əldən-ələ keçirdi. Qara Osmanın dövründə
qüvvətli mövqe tutan Ağqoyunlu tayfa ittifaqında başlanan və arası kəsilməyən feodal mübarizələri Osmanlı
sultanlığının diqqətini özünə cəlb edir. Osmanlı dövləti ağqoyunlular əleyhinə bir sıra tədbirlər həyata
keçirməyə cəhd edirsə də, əhəmiyyətli nəticələr əldə edə bilmir. Ağqoyunlu-Osmanlı münasibətləri kəskinləşir.
[118-119]
Ağqoyunlu-Osmanlı münasibətlərinin pisləşməsində ticarət mənafelərinin toqquşmasının mühüm rolu
olmuşdu. XV əsrin II yarısında beynəlxalq əhəmiyyəti olan başlıca karvan yolları Ağqoyunlu dövlətinin
ərazisindən keçirdi. Bu yollardan biri Yaxın və Orta Şərq bazarlarını Təbrizlə, Xəzər sahili Azərbaycan
bölgələrini isə, Həştərxan vasitəsilə Moskva ilə birləşdirirdi.
153
Digər mühüm karvan yolu Hindistanı, İranı və
Azərbaycanı Qara dənizlə birləşdrən Hörmüz-Təbriz-Trabzon ticarət yolu idi. Şərq-Qərb ticarət əlaqələrinin
inkişafında Təbriz-Bursa-İstanbul yolunun da böyük əhəmiyyəti vardı'
54
.
49
Azərbaycan-Osmanlı və Azərbaycan-Avropa ticarət əlaqələrində Təbriz-Bursa karvan yolu mühüm rol
oynayırdı. Bu karvan yolunda başlıca məntəqə Toqat idi. Təbrizdən gedən ticarət karvanları Toqatda Şirvan,
Gəncə və Gürcüstandan gəlmiş ipək karvanları ilə birləşir və Bursaya yönəlirdi. Fəxri Dalsar Bursaya gedən
ipək karvanlarında təxminən 300-400 yük heyvanının olduğunu göstərir
155
. Xəlil İnalcik qeyd edir ki, Təbrizdən
gələn hər karvan Bursaya orta hesabla 200 tay ipək gətirirdi
156
. Şirvan ipəyi də Bursa ticarətində əsas yer
tuturdu. 1467-ci ildə, yalnız Əbdürrəhim adlı bir tacir Şamaxıdan Bursaya 220 min akça dəyərində 4400 tay
ipək gətirmişdi.
157
Aralıq dənizinin Şərqində möhkəmlənmək uğrunda Venetsiya ilə müharibəyə başlamış II Mehmed
Avropa-Şərq ticarətində inhisar mövqeyinə malik olmaq istəyirdi. Müzəffər Arıkanın fikrincə, osmanlılar nəinki
Anadoludan keçən ticarət yollarına, Şərq ilə Qərb arasında bütün ticarət yollarına hakim olmağa çalışırdılar.
158
Buna görə də II Mehmed müxtəlif üsullarla avropalıların Şərqlə ticarətinə mane olurdu. O, Osmanlı Türkiyəsi
hüdudlarında toxuculuğun inkişafına ciddi fıkir verirdi. Sultan Türkiyəni Şərqdən alınmış ipəyi toxuyaraq
avropalılara hazır məhsul şəklində satan bir ölkəyə çevirməyə çalışırdı. O, bu məqsədlə, cürbəcür
məhdudlaşdırıcı tədbirlərlə Azərbaycandan gətirilmiş xam ipəyi Osmanlı Türkiyəsindən xaricə aparılmasına
maneçilik törədirdi. Azərbaycandan gətirilmiş xam ipək əlverişli olmayan şərtlərlə Osmanlı
[119-120]
tacirlərinə satılmalı idi. Ağqoyunluların Osmanlı ərazisi vasitəsilə Qərblə ticarət etməyə məcbur olduqlarını
yaxşı anlayan II Mehmed Azərbaycan tacirlərindən çoxlu kömrük haqqı alırdı. Azərbaycandan Bursaya gedən
ipək karvanlarından iki yerdə (Toqatda və Bursada) kömrük haqqı alınırdı
159
. Xəlil İnalcik qeyd edir ki,
Azərbaycan tacirləri Toqatda ikinci kömrük vergisindən çox şikayət edirdilər. Uzun Həsən isə bunu Fatehin
çıxardığı haqsız bir bid'ət hesab edir və pisləyirdi
160
. II Mehmedin qanunlarına görə, xam ipəyin və ipək
parçanın dəyərinin hər 100 axçasından 2 axça gömrük haqqı alınırdı.
161
Burada ümumi ticarət kömrüyündən əldə
edilmiş 3 mln. akca gəlirin 2 mln-u ipəkdən alınırdı
162
. Beləliklə, Ağqoyunlu dövləti ilə Osmanlı Türkiyəsi
arasında dərin ticarət ziddiyyətləri vardı. Osmanlı dövlətinin iqtisadi siyasətinin bu məcrada gedişi Ağqoyunlu
dövlətinin süqutuna səbəb ola bilərdi.
Sultan II Mehmed Şərqdən gələn ipək karvanlarından kömrük haqqı almaqla kifayətlənmirdi. O, 1453-
cü ildə strateji, hərbi-siyasi, iqtisadi əhəmiyyəti olan Bosfor və Dardanel boğazlarını ələ keçirmiş, sonra isə Şərq
istiqamətində də geniş istilaçılıq müharibələrinə başlamışdı. Sultan bu zaman Ön Asiyada mövcud olan bütün
xırda feodal dövlətlərini (Qaraman, İsfəndiyar oğulları, Alaiyyə, Zülqədəroğulları bəyliklərini, Şimali
Anadoludakı Kenuya müstəmləkələrini, Trabzon və Ağqoyunlu dövlətlərini) aradan qaldırmaq, Bütün Anadolu
yarımadasını öz hakimiyyəti altında birləşdirmək istəyirdi
163
. O, Şərqdə ticarətdə üstünlüyü ələ almağa,
imperiya ərazisində inkişaf edən ipəkçilik istehsalını daim xammalla tə'min etmək üçün «0smanlı
iqtisadiyyatının şah damarı olan Təbriz-Toqat-Bursa ipək yolunu»
164
ələ keçirməyə can atırdı. Digər tərəfdən
iqtisadi cəhətdən böyük əhəmiyyəti olan Şərqi Anadolunun fəth olunması nəticəsində osmanlılar Təbriz-Hələb,
Təbriz-Bursa ipək yolunun tam nəzarətini ələ keçirmiş olurdular. Bu iki yol Osmanlı xəzinəsinin böyük gəlir
mənbəyi olacaqdı.
165
Xəlil İnalcik belə bir nəticəyə gəlir ki, Bursanı Yaxm və Orta Şərqin ən böyük ticarət
mərkəzi olan Təbrizlə birləşdirən bu ipək yolu
[120-121]
Osmanlı fəthlərini Şərqə doğru istiqamətləndirən əsas
amil idi
166
. II Mehmedin Təbriz-Bursa yolu üzərində hakim olmaq təşəbbüsü Ağqoyunlu dövləti ilə Osmanlı
dövləti arasında uzunmuddətli və ağır bir mübarizəyə gətirib çıxaracaqdı.
167
Osmanlı Sultanı dövrün başlıca ipək
mənbəyi olan Azərbaycanı, habelə bütün Cənubi Qafqazı fəth etmək niyyətində idi.
Sultan II Mehmedin Trabzon yunan dövlətini aradan qaldırmaq cəhdləri də Ağqoyunlu-Osmanlı
ziddiyyətlərini kəskinləşdirdi. II Mehmed Trabzonu tutmağa və beləliklə özünün başlıca rəqibi olan Ağqoyunlu
dövlətini Qara dənizə çıxış yolundan məhrum etməyə, onun Qərblə əlaqələrini kəsməyə can atırdı. Səlahəddin
Tanselin fikrincə, Fateh Trabzonu almaqla Şərq ilə Qərbi birləşdirən böyük dəniz ticarəti yolunun nəzarətini öz
əlinə keçirmiş olardı.
168
XV əsrin II yansında Şərq istiqamətində Osmanlı işğallarının güclənməsi şəraitində Ağqoyunlu
Trabzon munasibətləri daha da möhkəmləndi. 1459-cu ildə Murad bəyin başçılığı ilə Ağqoyunlu elçiləri
İstanbula gəldilər və Trabzonun osmanlılara verdiyi bacın ləğv olunmasını, Dəspinə xatunun cehizi Sivas-
Kayseri bölgəsinin ağqoyunlulara təslim edilməsini tələb etdilər
169
. II Mehmed bu tələbi rədd etdi. İstanbuldan
mənfi cavab alan Uzun Həsən Trabzon yaxınlığında mühüm strateji məntəqə olan Qoyluhisarı 1460-cı ilin
baharında ələ keçirdi. Yaşar Yücel və B.S.Baykal Əbu Bəkr Tehraninin verdiyi mə'lumatlara əsaslanaraq
yazırlar ki, bu zaman Fateh sultan Mehmed sülh arzusu ilə «Muş Əli» adlı bir elçi göndərmişdi. Uzun Həsən bu
elçini böyük əmirlərindən olan Xurşid bəylə birlikdə Fateh Mehmedin yanına göndərmiş, «Trabzon və
ətrafındakı qalalarla bağlı tələblərini» Osmanlı hökmdarına bildirmişdi. Fateh Mehmed bu tələbləri qəbul etmiş
və əmirlərinə xəbər göndərərək Trabzon torpaqlarına hücum etməməyi, bu bölgəni Uzun Həsənin təbəələrinə
həvalə etməyi tapşırmışdı.
170
[121-122]
Beləliklə, iki dövlət arasında baş verə biləcək böyük bir münaqişənin qarşısı alınmışdı. Bəkir Sidqi
Baykal Sultan Mehmedin Uzun Həsənin tələblərini qəbul etməsinin səbəbini, Fatehin daha vacib olan Mora
səfərinə hazırlaşmağında görür'
71
. Lakin II Mehmed Trabzonu işğal etmək fıkrindən əl çəkməmişdi. Səlahəddin
Tansel Ağqoyunlularla münasibətdə II Mehmedin tərəddud etməsinin səbəbini, «Uzun Həsənın təcavüzlərinin
50
artması Fatehə qəti olaraq bunu anlatmışdı ki, özünə arxadan zərbə vura biləcək bir dövləti bitərəf etməsə,
Trabzona yürüş təhlükəli ola bilər»
172
. Buna görə də « II Mehmed Trabzon probleminin həllini tə'xirə salmış,
Uzun Həsənlə vuruşmaq üçün ordusunu Ərzincana yeritmiş və Yassıçəmən adlanan yerdə ordugah
qurmuşdu».
173
Türk tarixçiləri arasında bu məsələyə münasibətdə fıkir ayrılığı mövcuddur. Bəkir Sidqi Baykal və
Yaşar Yücel Səlahəddin Tanselin fikrinə qarşı çıxaraq göstərir ki, Fateh Mehmedin başlıca hücum hədəfə Uzun
Həsən deyil, Trabzon olmuşdur.
174
Bu dövrdə Ağqoyunlu dövləti çox çətin vəziyyətə düşmüşdü. Çünki Uzun Həsən keçmiş rəqibi olan
qaraqoyunlularla mübarizə aparırdı. Teymuri hökmdarı Əbu Səid də Qaraqoyunlu dövləti ilə ittifaq bağlamışdı.
Ağqoyunlular iki təhlükə arasında qalmışdılar. Beləliklə, o zaman hələ kiçik feodal bəyliyi olan Ağqoyunlu
dövlətinin aradan qaldırılması təhlükəsi yarandı. Vəziyyəti düzgün qiymətləndirən Uzun Həsən Yassıçəmənə -
II Mehmedin hərbi düşərgəsinə bir elçi hey'əti göndərdi.
175
Əbu Bəkr Tehraninin verdiyi mə'lumata görə, Fateh II Mehmed Uzun Həsənin yanına elçi göndərərək
sülh bağlamağı təklif etmişdi. O, yazır: «Rum padşahı Uzun Həsənə elçi göndərdi və bildirdi ki, əgər o, anası
Saray Xatunu sülh üçün onun yanına göndərərsə, sülh bağlamağa, Trabzona olan iddialarından imtina etməyə
hazırdır»
17
°. Ağqoyunlu elçilərinə Saray Xatun başçılıq edirdi. Bəkir Sidqi Baykal Əbu Bəkr Tehraninin verdiyi
mə'lumatların doğru olduğunu qəbul edir və
[122-123]
Uzun Həsənin anasını Fatehin yanına yollamağa razı
olmasının səbəbinin cavabsız qaldığını yazır.
177
Bütün Yaxın və Orta Şərqdə böyük nüfuzu olan Saray Xatun
Osmanlı sultanının hərbi düşərgəsində yaxşı qarşılandı. Qaynaqların verdiyi mə'lumata görə, danışıqlar zamanı
Saray Xatun II Mehmed bır-birinə «ana» və «oğul» deyə müraciət etmişlər
178
. Saray Xatun bu danışıqlar zamanı
özünün bütün diplomatik bacarığından istıfadə etdi və Uzun Həsənin birinci tapşınğını yerinə yetirə bildi: II
Mehmedi Ağqoyunlu dövlətinə qarşı müharibə etmək fıkrindən daşındırdı
179
. Rəşad Əkrəmə görə, iki ölkə
arasında, ağqoyunluların Osmanlı dövlətinə, habelə onun himayəsindəki ərazilərə hücum etməməsi, Osmanlı
qoşunlarının Trabzona hücumu zamanı Ağqoyunlu dövlətinin bitərəf qalması şərtilə sülh müqaviləsi bağlandı.
180
Bu sülh müqaviləsinin Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti oldu. Məhz Saray Xatunun bağladığı bu
müqavilə nəticəsində o zaman Osmanlı imperiyası ilə toqquşmağa qadir olmayan kiçik Ağqoyunlu dövləti öz
müstəqilliyini saxlaya bildi. Lakin Saray Xatunun bütün sə'ylərinə baxmayaraq, II Mehmedi Trabzon fəthindən
çəkindirmək mümkün olmadı.
Yaşar Yücel II Mehmedin Trabzon fəthi ərəfəsində Uzun Həsənlə olan münasibətlərini təhlil edərək
belə bir nəticəyə gəlir ki, nə Uzun Həsən Fatehi Trabzon fəthindən çəkindirmək üçün qəti bir təşəbbüsdə olmuş,
nə də Fateh onu tamamilə bitərəf etməyə çalışmışdı. Üstünlüyün Fateh tərəfində qaldığı və Uzun Həsənin
«şəfaət» diləməsi haqqında Osmanlı rəvayəti qəbul oluna bilməz. Çünki, Fateh bütün Trabzon səfəri boyunca
Uzun Həsəndən çəkinmişdi və onun arxadan edəcəyi hücumdan ehtiyat etmişdi. İbn Kamalın çox gözəl
bildirdiyi kimi Sultanın Saray Xarunu özü ilə götürməsi də bunu sübut edir
181
.
1461-ci ilin 26 oktyabrında Trabzon zəbt edildi. Şəhərin əldən getdiyini görən Saray Xatun öz gəlininin
(Dəspinə xatunun) Trabzon taxtına olan varislik hüququnu irəli sürdü. O, bundan istifadə edib Trabzon
xəzinəsini sultanla bölüşdürdü.
[123-124]
Yaşar Yücel bunu, sultanın danışıqlar zamanı Saray Xatuna bə'zi
şeylər və'd etməsi ilə əlaqələndirir.
182
Yaşar Yücel və Əli Sevim yazırlar ki, Sultan Fateh Uzun Həsənin ölkəsi
sərhədlərinə gələn zaman orduda girov olaraq götürülmüş Saray Xatunu bir elçi hey'əti və Trabzon xəzinəsindən
əldə olunmuş hədiyyələrlə oğlunun yanına göndərdi. Osmanlı hey'əti Uzun Həsənlə mövcud olan müqaviləni
«Şərq sərhədlərinin təhlükəsiz olması şərtilə təzələdi»
183
. Osmanlı sultanı bu tədbir vasitəsilə qərbdəki
istilalarını həyata keçirərkən öz arxasını təhlükəsizləşdirmək istəyirdi.
Trabzonun fəth olunması nəticəsində Ağqoyunlu dövləti nəinki öz müttəfiqini, habelə Qara dənizə olan
yeganə çıxış yolunu da itirdi. Ağqoyunlu-Osmanlı münasibətləri xeyli kəskinləşdi.
Qaraman hadisələri isə Ağqoyunlu-Osmanlı ziddiyyətlərini son həddə çatdırdı. Ancaq aralıq dənizi
sahilində, çox əlverişli coğrafi mövqedə yerləşmiş Qaraman bəyliyi bütün Anadolu yarımadasını ələ keçirməyə
çalışan Osmanlı dövləti ilə, Qərbi Avropa ölkələri ilə bilavasitə ticarət əlaqələri yaratmağa çalışan Ağqoyunlu
dövləti arasında mənafelərin toqquşduğu düyün nöqtəsi idi. Trabzonun işğalından sonra Qara dəniz ticarətindən
məhrum olan ağqoyunlular üçün Qaramanın əhəmiyyəti xeyli artmışdı. Qaraman bəyliyi osmanlılara qarşı
Ağqoyunlu dövlətinin ən'ənəvi müttəfıqi idi. Qaraman ərazisinin Ağqoyunlu dövləti üçün hərbi-strateji məntəqə
kimi əhəmiyyəti daha böyük idi. Osmanlı imperiyası ilə labüd olan müharibənin yaxınlaşdığı bir şəraitdə Uzun
Həsən Qaraman ərazisini heç cür itirmək istəmirdi.
184
Ədnan Sadıq Ərzi bu məsələ ilə əlaqədar olaraq yazır ki,
Trabzonun osmanlılar tərəfındən fəthi Uzun Həsən dövlətinə şimal istiqamətindən təhlükə törədirdi. Qaramanın
itirilməsi isə Ağqoyunlu hökmdarı üçün daha təhlükəli ola bilərdi. Buna görə də Fatehin rəqibi olan, Anadoluda
hegemonluq uğrunda mübarizəyə başlamış Uzun Həsənin
[124-125]
Qaramana hərbi, siyasi müdaxiləsi və
bu bölgədə müttəfıq bir dövlətin olmasını istəməsi təbii idi.
185
Mətin Kunt qeyd edir ki, Şərqi Anadoluda osmanlılara düşmən olan Ağqoyunlu dövləti ilə toqquşmanın
getdikcə yaxınlaşdığı bir şəraitdə cənubdan təhlükəsizliyinə tam əmin olmaq istəyən Fateh Sultan Mehmed
Qaraman ölkəsini zəbt etmək qərarına gəldi.
186
1464-cü ilin 4 avqustunda Qaraman əmiri İbrahimin ölümündən
51
sonra Osmanlı sultanının Qaramanı işğal etməsi üçün əlverişli məqam yarandı. Uzun Həsən yaranmış fürsətdən
istifadə edərək İshaqı Qaraman taxtına yerləşdirsə də, son nəticədə, Osmanlı qoşunlarının köməyi ilə Pir Əhməd
Qaraman taxtını ələ keçirdi
187
. İshaq kömək almaq üçün Uzun Həsənin yanına qaçdı. Lakin Cahanşahla həlledici
döyüşə hazırlaşan Ağqoyunlu hökmdarı bu dəfə öz müttəfiqinə yardım edə bilmədi. Türk tarixçiləri e'tiraf
edirlər ki, Asiyada, «Qaraman problemini» ən radikal şəkildə qısa bir vaxtda həll edən Osmanlı dövləti
Ağqoyunlu dövləti üçün həqiqətən bir təhlükə halını almışdı.
188
«Qaraman məsələsində» ilk müvəffəqiyyətsizliyə uğramış Ağqoyunlu hökmdarı Osmanlı Türkiyəsinin
Şərqdəki müttəfıqləri ilə mübarizəyə girmişdi. O, 1464-1469-cu illər ərzində ardıcıl olaraq böyük qələbələr
qazandı. Uzun Həsən 1467-ci ilin noyabrında Ərzincan yaxınlığında, Qaraqoyunlu Cahanşah üzərində parlaq
qələbə qazandı. Bundan sonra Cahanşahın oğlu Həsənəlini də məğlub edən ağqoyunlular 1468-ci ilin baharında
Kürdən cənubda olan bütün Azərbaycan ərazilərini ələ keçirirdilər
189
. Qaraqoyunlu dövləti süqut etdi. Onun
yerində paytaxtı Təbriz şəhəri olan Ağqoyunlu dövləti yarandı. 1469-cu ilin əvvəllərində Qızılağac və
Mahmudabad yaxınlağında Uzun Həsən Teymuri hökmdanrı Əbu Səidin 27 minlik ordusunu darmadağm etdi.
Teymurilər dövləti müvəqqəti olaraq ağqoyunlulardan asılı vəziyyətə düşdü
190
. Beləliklə, az vaxt ərzində iki
təhlükəli düşməni aradan qaldıran Uzun Həsən Kürdən cənubdakı Azərbaycan torpaqları (Ərdəbil mahalı istisna
olunmaqla) Ermənistan, İraq, Kürdüstan və bütün
[125-126]
Qərbi İranı əhatə edən geniş əraziyə malik olan
feodal imperiyasını yaratdı. Ağqoyunlu dövləti Orta Şərqdə mühüm hərbi-siyasi qüvvəyə çevrildi. Bu vaxtdan
e'tibarən Ağqoyunlu-Osmanllı münasibətlərinin ikinci dövrü başlandı.
Ağqoyunlu-Osmanlı münasibətlərinin II dövründə Uzun Həsən Osmanlılara qarşı hərbi ittifaq
yaradılmasının əsas təşkilatçısı idi. Bu vaxtdan Ağqoyunlu dövlətinin Osmanlı Türkiyəsinə qarşı
münasibətlərinin xarakteri də dəyişdi. XV əsrin 60-cı illərinin sonuna yaxm Osmanlı imperiyasına qarşı
mübarizə Ağqoyunlu dövlətinin başlıca xarici siyasət məsələsinə çevrildi. Uzun Həsən Osmanlı dövlətini aradan
qaldırmağa, bütün Kiçik Asiyanı ələ keçirməyə, Avropa ölkələri ilə bilavasitə ticarət əlaqələri yaratmağa
çalışırdı.
191
O, Osmanlı imperiyasına qarşı müharibəyə hazırlaşır, fəal xarici siyasət yeridirdi. Yılmaz Öztuna
yazır ki, Təbrızdə-Uzun Həsənin sarayında Osmanlı dövlətini Kiçik Asiyanın siyasi xəritəsindən yox etmək
planı hazırlanırdı. Bu palana əsasən İstanbul da daxil olmaqla Anadolu Ağqoyunlulara, bütün Rumeli isə
Venetsiya və onun müttəfiqlərinə veriləcəkdi. Osmanlı dövləti məhv ediləcək, Uzun Həsən isə İstanbul taxtında
oturacaqdı
192
. Müzəffər Ərəndil də Osmanlı ərazisinin Venetsiya ilə Ağqoyunlular arasında bölüşdürülməsini
nəzərdə tutan Təbriz planının olduğunu qeyd edir
193
. Beləliklə, Ağqoyunlu hökmdarı Uzun Həsənin də fəal
qəsbkarhq planları vardı. O, Yaxın və Orta Şərqdə hegemonluq uğrunda Osmanlı sultanı ilə fəal rəqabət
aparırdı.
Osmanlı Türkiyəsi ilə müharibənin labüd olduğunu anlamış Uzun Həsən toqquşmaya ciddi hazırlıq
görürdü. Mənbələrin mə'lumatına görə, Ağqoyunlu hökmdarı osmanlılara qarşı müharibə üçün yalnız İraqdan
37 min əsgər səfərbər etmişdi
194
. Uzun Həsən osmanlıların taxt-tacdan məhrum etdiyi bütün Kiçik Asiya feodal
hakimlərini də himayə edirdi. Qaraman şahzadələri, İsfəndiyar oğlu Qızıl Əhməd bəy, Zülqədəroğulları və
başqa keçmiş Kiçik Asiya hakimləri Ağqoyunlu sarayına sığmmışdılar. Onlar daim Uzun Həsəni
[126-127]
osmanlılara qarşı müharıbəyə təhrik edir və yenidən öz torpaqlarına yiyələnmək arzusu ilə yaşayırdılar
195
.
İsmayıl Haqqı Uzunçarşılı qeyd edir ki, bu hər iki dövlət arasındakı münasibəti gərginləşdirdi
196
.
Uzun Həsənin apardığı aramsız müharibələr, onun Yaxın və Orta Şərqdə, Avropada istedadlı bir
sərkərdə kimi məşhurlaşması da II Mehmedi təşvişə salmışdı. Ağqoyunlu hökmdarının hərbi uğurları
(Qaraqoyunlu dövlətini aradan qaldırması, Teymuri Əbu-Səid qonşularının darmadağm olunması, Misirlə, gürcü
knayzları ilə müharibələrdə qələbələr) Osmanlı sultanını narahat etməyə bilməzdi. S.Tansel qeyd edir ki,
dövrünün böyuk sərkərdələrindən biri olan fateh ləğəbi qazanmış sultan II Mehmed Ağqoyunlu hökmdarı ilə üz-
üzə gəlməkdən çəkinirdi
197
. Ağqoyunlu-Osmanlı münasibətlərindən bəhs edən mənbələrdə Uzun Həsən Osmanlı
Türkiyəsinin qüdrətli rəqibi kimi qiymətləndirilir və o, Əmir Teymurla müqayisə olunur.
198
Bəkir Sidqi Baykal
XV-XVI əsrlərdə Osmanlıların Asiya və Avropadakı düşmənlərini müqayisə edərək belə bir qənaətə gəlir ki,
Şərqdəki rəqiblər Osmanlı Türkiyəsi üçün daha qorxulu olmuşdur. Şərqdəki üç təhlükə Teymurun, Uzun
Həsənin və Şah İsmayılın hərbi qüvvələri Osmanlı dövlətini aradan qaldırmaq, onu kiçik bir bəylik səviyyəsinə
salmaq iqtidarında idi
199
. Bu fıkir İsmayıl Haqqı Uzunçarşılı tərəfindən müdafıə olunur
200
. Yılmaz Öztuna isə
Fateh sultan Mehmedlə müharibə vəziyyətində olmuş 20-yə qədər dövlətdən ən qüvvətlisinin Ağqoyunlular
olduğunu qeyd edir
201
. Təbiidir ki, türk tarixçiləri Osmanlı dövlətinin qəsbkar siyasətini örtbasdır etməyə çalışır
və onu yalnız özünü müdafıə edən dövlət kimi qələmə verirlər. Lakin II Mehmedin qələbələrini, şəxsiyyətini
mədh edən, onun rəqiblərinin uğurlarını isə kiçildən, qələbələrinə göz yuman türk tədqiqatçılarının
ağqoyunluların qüdrətli siyasi qüvvə olduğunu göstərməyə məcbur olması təsadüfı deyildi. Bə'zi türk
tarixçilərinin yazdığına görə, Uzun Həsən özünü Əmir Teymurun xələfı hesab edirdi
202
. Topqapı sarayında
saxlanılan
[127-128]
bir məktubun müəllifi isə 9 bənddə Uzun Həsəni Teymurla müqayisə edir və Ağqoyunlu
hökmdarının Teymurdan da üstün olduğu göstərilir.
203
Uzun Həsən Avropa mənbələrində də Teymura
bənzədilir, bə'zən isə ikinci Teymur adlandırılır
204
.
52
Osmanlı sultanı yetişməkdə olan müharibədə qələbə çalmaq üçün üstünlüyü ələ almaq məqsədilə
Qaraman əmirliyinin fəth olunmasını başa çatdırdı. Uzun Həsən sultandan Qaraman işlərinə qarışmamağı tələb
etdisə də, bu heç bir nəticə vermədi, görkəmli diplomat Saray Xatunun Osmanlı sultanı ilə Qaramanı öz keçmiş
hakimlərinə qaytarmaq haqqındakı danışıqları da faydasız qaldı
205
. «Qaraman böhranı» Ağqoyunlu-Osmanlı
ziddiyyətlərini müharibə həddinə yaxınlaşdırmaqda idi. Beləliklə, Ağqoyunlu dövləti ilə Osmanlı imperiyası
arasında dərin hərbi-siyasi ziddiyyətlər də vardı. Bu ziddiyyətlərdə başlıca cəhət Osmanlı dövlətinin qəsbkarlıq
siyasəti idi.
Osmanlı sultanı sülh müzakirələri ilə vaxt qazanmaq və qarşıdakı müharibəyə hazırlığı başa çatdırmaq
üçün Ağqoyunlu sarayına elçilər göndərdi. Şərafəddin Turan yazır ki, Osmanlı elçiləri Türkiyənin Ağqoyunlu
dövlətinə qarşı gördüyü bütün tədbirlər müqabilində Uzun Həsəndən üzr istəməli, ağqoyunlularla «vicdanlı sülh
və dostluq müqaviləsi» bağlamalı idilər. Lakin Dəspinə Xatunun, Qaraman şahzadələrinin və Katerino Zenonun
ümumi səyləri nəticəsində Uzun Həsən sultan II Mehmedin elçilərini qəbul etmədi
206
. Ağqoyunlu hökmdarı
Aralıq dənizi istiqamətində hücuma keçib Qaramanı fəth etmək, Qərb dövlətlərinin (o cümlədən Venetsiya
Respublikasının) hərbi qüvvələri ilə birləşmək üçün öz qoşunlarına döyüş əmri verdi. 1472-ci ildə Ağqoyunlu-
Osmanlı müharibəsi başlandı.
Başlamış Ağqoyunlu-Osmanlı müharibəsində təqsiri Uzun Həsənin üzərinə qoymaq və II Mehmedin
istilaçılıq siyasətinə haqq qazandırmaq türk tədqiqatçıları üçün səciyyəvi haldır. Mətin Kunt yazır ki, Həsən
padşah Azərbaycan və İrandakı üstünlüyü ilə kifayətlənsə idi, Fateh Sultan Mehmed Cənub-Şərqi Anadolunu
da ağqoyunlulara güzəştə gedər,
[128-129]
Balkan yarımadasındakı fəaliyyəti ilə məşğul olardı. Fəqət.
1472-ci üdə Həsən pabşah öz hakimiyyətini osmanlıların əlində olan Anadolunun içərilərinə doğru
genişləndirdiyi üçün əks tərəf buna qarşı çıxmışdı
207
. İsmət Barmaqsız oğlunun tədqiqat əsərində tarixi
həqiqətlər qismən açıqlanmışdır. O, yazır ki, ən'ənəvi olaraq Fərat çayının şərqində qalan Anadolu əraziləri
İranda və Azərbaycanda hakim olmuş dövlətlərin qanuni torpaqları sayılmışdır. Fatehin Fərat çayını keçməsi
Şərqi Anadolu, Azərbaycan və İran ərazilərində böyük bir dövlət yaratmış Ağqoyunlu hökmdarını bu tarixı
ən'ənənin müdafiəsi üçün hərəkətə gətirmişdi
208
.
Fateh sultan Mehmedin 30 avqust 1473-cü il tarixli yarlığında Ağqoyunlu dövlətinə qarşı aparılan
müharibənin başlıca səbəbi kimi, Uzun Həsənin Toqat şəhərini ələ keçirməsi göstərilir
209
. Rəhməti Arat yazır ki,
Toqat şəhərinin alınması bu müharibə üçün bir bəhanə olmuşdur. Fəqət, bu iki türk dövlətinin bir-birinə qarşı
olan düşmənçiliyinin ən mühüm səbəbi bu idi ki, Anadolunun böyük bir qismini öz hakimiyyəti altında
birləşdirmiş Osmanlı sultanını Şərqi Anadoluya doğru irəliləməsinə Ağqoyunlu hökmdarı maneçilik törətmişdi.
Fateh Mehmedin əsas məqsədi yalnız Uzun Həsən tərəfindən edilmiş təcavüzə cavab vermək deyil, bu kimi
təcavüzlərin gələcəkdə təkrar olunmaması üçün rəqib dövləti məhv etmək və yaxud onu Anadolu işlərinə
qarışmaq iqtidarında ola bilməyəcək siyasi vahid halına salmaq olmuşdur.
210
A. Kantarini Uzun Həsənlə
Osmanlı sultanı Fateh II Memed arasında baş verən müharibənin əsas səbəbini Qaraman bəyliyinin Osmanlılar
tərəfindən işğal olunması faktı ilə bağlayır
211
.
Osmanlı sultanı da müharibəyə ciddi hazırlıq görmüşdü. Xəlil İnalcikin qeyd etdiyi kimi, II Mehmed
müharibə ərəfəsində imperatorluğunun çıxara biləcəyi bütün qüvvələri bir araya toplamağa çalışdı
212
.
1472-1473-cü illərin Ağqoyunlu-Osmanlı müharibəsinin şahidi olmuş italiyalı C.M. Anciolelonun
məlumatına görə, II Mehmed Uzun Həsənə qarşı müharibəyə 220 minə qədər əsgər
[129-130]
səfərbər
etmişdi
213
. Katerino Zeno və Osmanlı tarixçisi İbn Kamal da ağqoyunlulara qarşı təqribən bu qədər əsgərin
səfərbər edildiyini göstərirlər
214
. Türk tarixçilərindən Ə.B. Şapolyo isə bu rəqəmin 100 min olduğunu qeyd
edir
215
.
1472-ci ilin baharında Osmanlı Türkiyəsinə qarşı müharibəyə başlamış Ağqoyunlu dövləti
müvəfəqqiyyətli döyüş əməliyyatları keçirərək Toqatı, Qeysəriyyəni, Ağsarayı və Ağşehiri zəbt etdi və
Qaramana daxil oldu. Lakin əsas qüvvələrdən ayrı düşmüş, Osmanlı qüvvələrindən qat-qat az olan, yorğun
Ağqoyunlu süvariləri Beyşehir gölü yaxınlığında ağır məğlubiyyətə uğradılar
216
. Qışın düşməsi ilə əlaqədar
olaraq hər iki tərəf əməliyyatı dayandırdı. II Mehmed Uzun Həsənə məktub göndərdi. 1473-cü ilin baharında
ona qarşı səfərə çıxacağını bildirdi
217
. Sultan əmin idi ki, artıq Qaraman Osmanlıların əlində olduğuna görə,
Ağqoyunlu dövləti və Venetsiya ona qarşı birləşə bilməyəcəkdir. Buna görə də, o, Osmanlı dövlətinin bütün
qüvvələrini Ağqoyunlulara qarşı yönəltmək qərarına gəldi. Müzəffər Ərəndil yazır ki, Fateh Sultan Mehmed
Osmanlı dövlətinin gələcəyinin Şərqdə baş verəcək böyük bir döyüşdə həll edəcəyinə inanmışdı.
218
1473-cü ilin 1 avqustunda Fərat çayı sahilində Ağqoyunlularla Osmanlılar arasında şiddətli vuruşma baş
verdi. Uzun Həsənin seçdiyi düzgün taktika nəticəsində Ağqoyunlu süvariləri Osmanlı qoşunlarının zərbə
qüvvəsini çaşdırdılar, çayın sol sahilinə keçirdilər və sultan II Mehmedi ağır məğlubiyyətə uğratdılar.
Şərafəddin Turan qeyd edir ki, qələbəyə ümidini itirmiş Osmanlı sultanı döyüşdən sonra öz zabitlərindən birini
barışıq əldə etmək üçün Ağqoyunlu hökmdarının yanına göndərdi. Lakin Uzun Həsən Venetsiya elçisi Katerino
Zenoya verdiyi anda sadiq qaldı və II Mehmedin sülh təklifini qəbul etmədi.
219
Osmanlı sultanı öz hərbi qüvvələrini Bayburd istiqamətində geriyə çəkdirdi. 1473-cü ilin 11 avqustunda
Ağqoyunlu süvariləri II Mehmedin qoşunlarını Ərzincanla Ərzurum arasındakı Üçağızlı dərəsində qarşıladılar.
53
Otluqbeli
[130-131]
döyüşü adı ilə məşhur olan bu vuruşmada Ağqoyunlu süvarilərı əvvəldən axıradək
üstünlüyü öz əllərində saxladılar, lakin döyüşün sonunda odlu silahları olan türk piyadasının əks
hücumu nəticəsində məğlub oldular. Döyüş Osmanlı qoşununun qələbəsi ilə sona yetdi
220
. Otluqbeli
döyüşündən sonra Osmanlılarla Ağqoyunlular arasında sülh bağlanması haqqında türk tarixçiləri arasında
fikirlər haçalanır. Yaşar Yücel, Əli Sevim və İ.H.Uzunçarşılı osmanlılarla-ağqoyunlular arasında sülh
müqaviləsinin bağlanmadığını yazırlar
221
. Səlahəddin Tansel, Şərəfəddin Turan və Xəlil İnalcik isə İbn
Kəmalın verdiyi mə'lumatlara əsaslanaraq sülh müqaviləsinin bağlandığını qeyd edirlər
222
. Azərbaycan
tarixşünaslığında Ağqoyunlularla Osmanlılar arasında sülh bağlanması haqqında heç bir qeyd yoxdur. İbn
Kəmal yazır ki, Fateh Mehmed Şəbinqarahisarda olan zaman Uzun Həsən Əhməd Begürcü
x
adlı bir şeyxi sülh
üçün göndərmişdi və Fateh Uzun Həsənin istədiyi sülhü bağlamışdır
223
. Şərafəddin Turan yazır ki, Uzun
Həsənin sülh üçün elçi göndərməsində məqsədi Osmanlı qüvvələrinin Ağqoyunlu torpaqlarına girməsinin
qarşısını almaq, Venetsiyanın göndərdiyi silahlara sahib olaraq ordusunu yenidən qurmaq üçün vaxt
qazanmaq olmuşdur
224
. Mu'ali özünün «Xunkarnamə» əsərində ağqoyunlularla osmanlıllar arasındakı sülh
haqqında yazır: «Uzun Həsən oğlu Zeynalı, Yusif və Fərrux Cəmalı xilas etmək üçün sülh bağlamağa qərar
verdi. Onun Mirzə Həsən adlı elçisi Fatehin yanına gəlmiş, sultan ona Uzun Həsənin Fərat çayının arxa
tərəfində qalması lazım gəldiyini bildirmiş və onun qızını oğlu Şahzadə Bayazidə istəyərək elçini geri
qaytarmışdır».
225
Mu'alinin mə'lumatından belə nəticəyə gəlmək olar ki, Uzun Həsənin sülh bağlamaqda mühüm
məqsədlərindən biri də osmanlılar tərəfındən ələ keçirilən əsirləri xilas etmək olmuşdur. Səlahəddin Tansel
isə qeyd edir ki, Uzun Həsən tərəflərin ələ keçirmiş olduqları əsirləri dəyişdirməyi də nəzərdə tutmuşdur.
226
Xəlil İnalcik göstərir ki, bağlanmış sülh müqaviləsinin şərtinə görə Uzun
[131-132]
Həsən Şəbirqarahisarı tərk
etmiş və Osmanlı ərazisinə bir daha təcavüz etməyəcəyinə söz vermişdi.
227
Ağqoyunlu hökmdarı üzərindəki qələbədən sonra türk tarixçilərinin Fateh Mehmedin ən böyiik düşməni
kimi göstərdikləri Ağqoyunlu dövlətini aradan qaldırmaq üçün imkan olmasına baxmayaraq, onu təqib
etməməsinin səbəbini, guya sultan II Mehmedin belə bir məqsədinin olmaması, yalnız Uzun Həsəni
cəzalandırmaq istəməsi ilə izah edirlər.
228
Səlahəddin Tansel bu məsələ ilə əlaqədar olaraq yazır ki, Fatehin
Ağqoyunlular üzərinə hücum etməməsinin başlıca səbəbi osmanlıların Ağqoyunlu dövlətindən çəkinməsi
olmuşdur
229
. Mənbələrin verdiyi mə'lumata görə, «Otluqbeli qələbəsi sultana o dərəcədə baha başa gəlmişdi ki,
o, bir də heç vaxt Ağqoyunlular üzərinə hücum etməyə cür'ət etməmiş və gələcək rnüharibələrində bütün
diqqətini Avropaya yonəltmişdir».
23ü
Beləliklə, Ağqoyunlu ordusunu məğlub edən Osmanlı sultanı özünün bütün hərbi qüvvələrini Venetsiya
respublikasına və başqa Avropa dövlətlərinə qarşı yönəltdi.
Otluqbeli vuruşmasından sonra Ağqoyunlu-Osmanlı münasibətləri gərgin məcrada davam etmişdi.
Uzun Həsən Osmanlı Türkiyəsini məğlub etmək planından əl çəkməmişdi. O, döyüşdən cəmi bir həftə sonra
Venetsiya diplomatı Katerino Zenonu və Macarıstan elçisini qəbul etmiş, onlara Osmanlı Türkiyəsinə qarşı yeni
müharibəyə hazırlaşdığını bildirmişdi
231
. Xəlil İnalcik yazır ki, Otluqbeli döyüşündən az sonra Uzun Həsənin
xristian dövlətiərini Osmanlılara qarşı təhrik etməkdə davam etdiyini öyrənmiş Fateh Mehmed Hüseyn
Bayqaraya göndərdiyi məktubunda, Uzun Həsəni məhv etmək üçün ikitərəfli hücuma keçməyi təklif etmişdi.
232
Yılmaz Öztuna qeyd edir ki, 1478-ci ilin 6 yanvarında Uzun Həsənin ölümündən sonra bu planın həyata
keçirilməsinə ehtiyac qalmamışdı
233
. Bütün bunlar göstərir ki, iki türk dövləti arasında mövcud olan zıddiyyətlər
hələ də həll edilməmişdir.
[132-133]
Türk tarixçilərinın «Uzun Həsənin xristıan dövlətlərinı osmanlüara qarşı təhrik etməsi» həqiqətdən
uzaqdır. Çünki Otluqbelidə ağqoyunlulara qalib gəlmiş II Mehmed özünün bütün hərbi qüvvələrini
Venetsiyaya qarşı çevirmişdi. Belə bir şəraitdə Agqoyunlu dövlətini yenidən osmanlılara qarşı
mühəribəyə təhrik etmək, düşmən qüvvələrini iki cəbhəyə parçalamaq, Venetsiya respublikası üçün daha
vacib idi. Buna görə də Venetsiya diplomatiyası əsas diqqətini Ağqoyunlu dövlətini yenidən osmanlılara qarşı
müharibəyə təhrik etməyə yönəltmişdi. Şərafəddin Turan yazır ki, bu məqsəd üçün Venetsiya respublikası
üç elçini Uzun Həsənin sarayına göndərmişdi.
393
Uzun Həsən Avropa elçiləri ilə söhbətində Osmanlı
Türkiyəsinə qarşı 1476-cı ilin baharında hərbi əməliyyata başlamaq qərarına gəldiyini
bildirmişdi
234
. Şərafəddin Turan qeyd edir ki, Uzun Həsən 1477-ci ilin baharında 20-24 minlik qüvvə ilə
Osmanlılara qarşı səfərə çıxmaq istədiyi haqda xəbər yaymış, lakin Venetsiya elçisi K.Barbaro buna
inanmamışdı. Uzun Həsən öz qüvvələrini Anadoluya deyil, Gürcüstana yeritmişdi.
235
Beləliklə, Otluqbeli
döyüşündən sonra Venetsiya respublikasının bir-birinin ardınca Ağqoyunlu sarayına göndərdiyi elçilər öz
məqsədlərinə nail ola bilmədilər. Uzun Həsən Osmanlılara qarşı müharibəyə yenidən başlamadı.
236
1478-ci ilin 6 yanvarında Uzun Həsənin ölümü ilə Venetsiya respublikasının, habelə başqa Qərb
dövlətlərinin Osmanlı Türkiyəsini əsasən Ağqoyunlu dövlətinin qüvvəsi ilə məğlub etmək cəhdi tamamilə boşa
çıxdı.
Uzun Həsənin ölümündən sonra Ağqoyunlu dövlətində xələflər arasında taxt-tac uğrunda şiddətli
mübarizə başladı. Hakimiyyəti ələ keçirmiş Sultan Xəlil qardaşlarına qarşı mübarizəyə girişdi. Sultan Xəlilin
dövründə Ağqoyunlu-Osmanlı münasibətlərinə toxunmuş türk tarixçiləri yazırlar ki, Uzun Həsənin ölümündən
54
sonra onun yerinə keçmiş oğlu Sultan Xəlil dostluğu yenidən qurmaq məqsədilə Qazi Əlaəddin Beyhəqini
İstanbula göndərmiş və hər iki dövlət arasında
[133-134]
dostluq əlaqələri yaradılmışdı.
237
Bu faktı mənbələr
də təsdiq edir. Fəzlullah ibn Ruzbihan Xunci qeyd edir ki, Sultan Xəlil sultan II Mehmedə padşahın ölüm
xəbərini çatdırmaq və dostluğu bərpa etmək məqsədilə özünün dıvan başçısı olan Qazi Əlaəddin Beyhəqini
İstanbula göndərmişdi
238
. Həsən bəy Rumlu da sultan Xəlilin Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq məqsədi
ilə oraya elçi hey'əti göndərdiyini yazır
239
. Məhəmməd Nəşrinin verdiyi mə'lumatlara əsaslanan Yılmaz Öztuna
ağqoyunlularla-osmanlılar arasında dostluq münasibətlərinin yaradılmasının səbəblərini səciyyələndirərək belə
bir nəticəyə gəlir ki, Uzun Həsən ölərkən vəsiyyət etdi ki, özündən sonra nəslindən padşah olanlar heç zaman
«Osmanlılarla müharibə etməsinlər». Oğlanları bu vəsiyyətə sadiq qaldılar. Fikrimizcə, Osmanlı türkiyəsinin
belə bir addım atması zərurətdən irəli gəlmişdi. Çünki Ağqoyunluların Avropadakı müttəfıqlərinə qarşı
mübarizəyə girişmiş sultan II Mehmed Avropa dölətlərinin Ağqoyunluları Osmanlılara qarşı yeni müharibəyə
təhrik etməkdə davam etdiklərini bilirdi, bunun qarşısını almaq məqsədilə bütün qüvvələrini Avropadakı
düşmənlərinə qarşı səfərbər edə bilməsi üçün o, Ağqoyunlulara qarşı belə bir addımı atmışdı.
Sultan Yaqubun hakimiyyətə gəlməsilə Ağqoyunlu-Osmanlı münasibətlərində yaxınlaşma hiss
edilməyə başlandı. Hələ vaxtı ilə Fransız şərqşünası C.Dögini yazırdı ki, Yaqub padşah Osmanlı dövləti ilə
daim dostluq münasibətləri yaratmışdı və atasının başına gələnlərdən qorxduğu üçün bu müdhiş qüvvəni öz
üzərinə cəlb etməkdən çəkinmişdi.
240
C.Hammer də Sultan Yaqubun Bəyazidlə dostluq əlaqələri yaratdığını və
12 illik hakimiyyəti zamanı dəfələrlə İstanbula elçilər, hədiyyələr göndərdiyini yazır
241
. İ.H.Uzunçarşılı
Ağqoyunlu hökmdarı sultan Yaqubun osmanlılarla dostluq əlaqəsi yaratmasını göstərmiş, lakin bunun səbəbini
izah etməmişdir.
242
«Azərbaycan tarixi» kitabında qeyd edilir ki, Ağqoyunlu ordusu 1480-ci ildə Osmanlıları
ağır məğlubiyyətə uğratmış və Sultan II Bayəzid sülh istəməyə məcbur
[134-135]
olmuşdur»
243
. Lakin
bu fıkir nə Ağqoyunlu, nə də Osmanlı qaynaqlarında öz əksini tapmamışdır. Lakin Fəzlullah ibn Ruzbihan
Xuncinin verdiyi mə'lumata görə, 1480-ci ildə Ağqoyunlu ordusu Bayandur bəy, Süleyman bəy Bican oğlu və
Xəlil bəy Bəktaşın rəhbərliyi altında Yaş-bəyin komandanlıq etdiyi Misir ordusunu məğlub etmişdir.
244
Uzun Həsənin ölümündən sonra Ağqoyunlu-Osmanlı münasibətlərindəki yaxınlaşma meyli Ağqoyunlu
və Osmanlı qaynaqlarında öz əksini tapmışdır. Osmanlı tarixçisi Xoca Sə'dəddin Əfəndi Ağqoyunlu sultanı
Yaqubla sultan II Bəyazid arasındakı münasibət məsələsinə toxunaraq yazırdı: «Yaqub padşah qonşu
hökdarlarla dostluq əlaqələri yaratdığı üçün onun sevgisi də təmiz ürəklərində yer tutmuşdu. O, xüsusilə
cənnətməkan sultan Bəyazid həzrətlərinə sevgilərini, yaxın diləklərini bildirən məktublar və elçilər göndərmiş,
taxta çıxdığı gündən ömrünün sonunadək bu vəziyyətə sadiq qalmışdır. İki tərəf arasındakı bu xeyirli əməl
anlaşılmazlıq izlərini də aradan qaldırmış, qarşılıqlı dostluq hər yerdə müşahidə olunmuşdur»
245
. Ağqoyunlu
tarixçisi Fəzlullah ibn Ruzbihan Xunci Osmanlı Sultanı II Bayəzidin elçilərinin qiymətli hədiyyələrlə Təbrizdə-
Ağqoyunlu sarayına gəlməsi haqqında mə'lumat verir.
246
Ağqoyunlu-Osmanlı münasibətlərindəki müsbət
dönüşü Yaqub Padşahın sültan II Bəyazidlə yazışmaları və tərəflərin müntəzəm olaraq bir-birinə elçi
göndərmələri də sübut edir. İki türk dövləti arasında münasibətlərin yaxşılaşması səbəbləri türk tarixçiləri
tərəfindən açıqlanmır. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri olmuşdur.
Osmanlı Türkiyəsi antitürk koalisiyasının üzvləri olan Ağqoyunlu dövləti və Venetsiya respublikası
üzərində qələbədən sonra Avropada işğalçılıq müharibələrini genişləndirmiş, Məmlük sultanı ilə müharibəyə
başladığı üçün Şərq qonşusu ilə sülh münasibətləri yaratmağa can atmışdı. Digər tərəfdən: antitürk
koalisiyasının üzvləri (xüsusən Venetsiya respublikası) II Mehmedlə müharibədə məğlub
[135-136]
olmalarına baxmayaraq, daha da güclənməkdə olan Osmanlı imperiyasına qarşı Ağqoyunlu dövlətini yeni
müharibəyə sövq etməyə çalışmış, regionda baş verən hərbi-siyasi dəyişikləri diqqətlə izləmək üçün öz
diplomatlarını Ağqoyunlu sarayına göndərmişlər. 1485-ci ildə İstanbuldakı Venetsiya səfiri Petro Bambo öz
hökumətinin tapşırığı ilə diplomat Covanni Darionu Ağqoyunlu sarayına göndərmişdi. Bu təcrübəli Venetsiya
diplomatına Uzun Həsənin ölümündən sonra Ağqoyunlu sarayında baş vermiş dəyişikliyi, Ağqoyunlu dövlətini
Osmanlı Türkiyəsinə qarşı yeni müharibəyə cəlb etməyin mümkün yollarını öyrənmək vəzifəsi həvalə
olunmuşdu
247
. Onun 1485-ci ilin 9-10 iyulunda Qəzvindən İstanbuldakı Venetsiya səfıri Bamboya göndərdiyi
məktublarında Ağqoyunlu sarayındakı qəbul zamanı və danışıqlarda Macar elçisi ilə yanaşı Hind elçisinin,
Osmanlı elçisi Davud Paşanın da olduğu qeyd edilmişdir
248
. Bu fakt bir daha göstərir ki, Sultan II Bayəzid Qərb
ölkələrinin Ağqoyunlu dövlətini Osmanlı Türkiyəsinə qarşı yeni müharibəyə cəlb etməsinə imkan verməmişdir.
Osmanlı elçisinin Qərb diplomatları ilə Ağqoyunlu padşahı Yaqubun danışıqlarında iştirak etməsi faktı da bunu
bir daha sübut edir. Osmanlı imperiyasının Ağqoyunlu və Venetsiya dövlətləri üzərindəki qələbəsi onun
əleyhdarlarının vahid cəbhədə yenidən birləşmək cəhdini puça çıxarmışdı. Avropa dövlətlərinin başçıları tarixi
gerçəkliklərlə hesablaşmağa məcbur olmuşdular.
Sultan II Bayəzidin taxt-tac uğrunda qardaşı Cəm ilə mübarizəyə başlaması, Avropa dövlətlərinin də bu
məsələyə cəlb olunması Ağqoyunlu-Osmanlı münasibətlərindəki yaxınlaşma meylini gücləndirmişdi.
Səlahəddin Tansel yazır ki, «Sultan II Bayəzid xarici siyasətdə daim ehtiyatla hərəkət edirdi. Düşmənlərinin edə
biləcəyi müştərək bir hücumdan yayınmaq üçün diplomatik incəlik göstərirdi».
249
Sultan II Bayəzid qardaşı
Cəmin taxt-tac uğrunda apardığı mübarizəni yatırmaq, cənub və qərb cəhbəsində uğurlu müharibə aparmaq
55
məqsədilə Ağqoyunlu dövləti ilə münasibətdə çevik,
[136-137]
diplomatik siyasət yeridir, bütün
məktublarında Ağqoyunlu sultanı Yaqubla dostluq şəraitində yaşamağı arzuladığını bildirirdi
250
. Məhz sultan II
Bayəzidin yolayovuq siyasəti nəticəsində Osmanlı Türkiyəsi ilə Ağqoyunlu dövləti arasında hərbi əməliyyatlar
kəsilmişdi
251
. Yaqub padşahın və Sultan II Bayəzidin şair təbiətli olması da iki dövlət arasındakı münasibətlərə
öz tə'sirini göstərmişdi.
Sultan Yaqubun ölümündən sonra hakimiyyət uğrunda qızğın mübarizə başlandı. Sultan Yaqubun
kiçik yaşlı oğlu Baysunqur hakimiyyətə gəldi (1490-1492). Sultan II Bayəzid Sultan Yaqubun ölümü, taxt-taca
Baysunqur Mirzənin gəlişi ilə bağlı olaraq göndərdiyi məktubda artıq, Ağqoyunlu sultanlarına münasibətdə
böyük qürurla davranması, əda ilə danışması ilə fərqlənir. Sultan II Bayəzid məktubunda yazırdı: «...İndi
Həzrət Fərzənd (yə'ni Baysunqur-T.N.) gərək...Bizim atalıq şərəfımizi olduqca güclü şəkildə təsəvvür etsin...
Vəziyyəti barədə və zəruri məsələlər haqqında yazışma qapılarını açıq saxlasın. Bu fıkrimizi sizə bildirmək
üçün Şeyx Həsənağanı göndərdim»
252
. Baysunqur Mirzənin anasının sultan II Bayəzidə məktubunda deyilirdi:
«...Baysunqur Mirzənin... Sizə çox böyük məhəbbəti ... vardır. ümidvaran ki, bu məhəbbət getdikcə
artacaq, dostları sevindirəcək... düşmənləri kədərləndirəcəkdir... hər iki tərəfın rəiyyəti də əsayiş və
xoşluqla güzəran edəcəkdir. Aramızda məktublaşma və elçi mübadiləsi məhz bu məhəbbət sayəsində
mövcuddur... və hər iki məmləkətin kasıb və zəif bəndələri əmin-amanhq beşiyindədirlər».
253
Məktubdan
aydın olur ki, iki dövlət arasındakı münasibətlərin yaxşılaşmasının perspektiv nəticələrinə diqqət
yetirilmişdir. Qarşılıqlı münasibətlərin bu məcrada davam etməsinin hər iki tərəfin mənafeyinə uyğun olması
açıq surətdə hiss edüməkdədir.
M.X.Yınanç Sultan II Bayəzid ilə sultan Baysunqurun bir-birinə məktublar və elçilər göndərməsini
qeyd etsə də,Ağqoyunlularla onlar arasındakı münasibəti tam açıqlamamışdır.
254
Hər iki dövlət arasında
münasibətlərin
[137-138]
nizama salınmasında sultan II Bayəzidin şəxsi keyfiyyətləri də mühüm rol oynamışdı.
İ.H. Uzunçarşılı qeyd edir ki, sultan II Bayəzid gəncliyində və səltənətinin sonuna qədər əyləncəli həyat tərzi
sürmüşdü.
255
S.Tansel isə yazır ki, gəncliyində eyş-işrət düşkünü olmuş və padşah olduqdan sonra da bir müddət
ərzində bu həyat tərzini davam etdirmiş olan II Bayəzid, Avropanın ən böhranlı bir dövründə Qərb və Şərq
dövlətlərinin Osmanlılara qarşı getdikcə qorxulu bir qüvvəyə çevrildikləri şəraitdə hakimiyyətdə olmuşdur
256
.
S. Tansel «şərq dövləti» ifadəsini işlədərkən Ağqoyunlu dövlətini nəzərdə tutmuşdur. Lakin onun bu mövqeyini
bütün mənbələr təkzib edir. XV əsrin sonlarında Osmanlı Türkiyəsinin Ağqoyunlu dövlətinin daxili işlərinə
müdaxilə etməsi və Ağqoyunlu əmirləri arasında hakimiyyət uğrunda güclənməkdə olan mübarizədən öz
mənafeyinə uyğun istifadə etməyə cəhd göstərməsi aydın şəkildə özünü biruzə vermişdi.
Ağqoyunlu əmirləri Rüstəm padşahdan narazı idilər. Onlar Sultan II Bayəzidə məktub yazmış, Uğurlu
Məhəmmədin oğlu Gödək Əhmədi yardıma göndərməyi ondan xahiş etmiş və əmir Hüseyn Əli Tərxanı
İstanbula göndərmişdilər
257
. Ağqoyunlu əmirlərindən olan Nur Əli Bəyin sultan II Bayəzidə göndərdiyi
məktubunda göstərilirdi ki, məmləkətdə özbaşınalıq baş alıb gedir. Sultan bu məmləkətin ərazisinə rəhm etsin
və şahzadə Əhməd Mirzəni bu tərəflərə göndərsin. Əgər şahzadə gəlməsə, bu məmləkətdə dinclik olmayacaqdır.
Əgər Sultan şahzadəyə kömək edərsə, bu məmləkətlə o vilayətin (Rumun-T.N.) birliyi hasil olar
258
. Ağqoyunlu
dövlətinin siyasi işlərinə müdaxilə etmək istəyən Osmanlı sultanı bu xahişi qənimət hesab etdi, Əhməd Mirzəyə
və Hüseyn Əli Tərxana qoşun verdi, onları Təbriz üzərinə göndərdi. Bunu qaynaqlar da sübut edir. Sultan II
Bayəzidin Nur Əli bəyə və başqa Ağqoyunlu əmirlərinə ünvanlanmış məktubunda deyilir: «...elə edin ki,
işlərinizdə təqsir və döyüşlərinizdə qüsur əmələ gəlməsin. Qənimət olan fürsəti əldən verməyin... Bizim
səadətmənd Fərzəndimiz (Gödək Əhməd-T.N.) ... o diyarın ədalətli
[138-139]
sultanlarından daha adil
və ağıllıdır... Mahmud Çavuşu göndərdik. Hər kim o fərzəndə (Gödək Əhmədə-T.N.) itaət və inayət göstərsə,
bir olan Allaha and olsun ki, padşahlıq bizim tərəfımizdən də lütfkarlığı ilə sərafraz olacaqdır»
259
.
Z.V. Toğanın fıkrincə, Ağqoyunlu əmirlərini belə bir addım atmağa məcbur edən əsas səbəb «şiyəlik
təhlükəsi» olmuşdur: «Ağqoyunlu bəyləri şıyəlik təhlükəsi qarşısında Osmanlılarla anlaşmaq zərurətini hiss
etdilər. Onlar Uğurlu Məhəmmədin Fatehin qızından doğulmuş və eyni zamanda II Bayəzidin kürəkəni olan
oğlu Gödək Əhmədi İstanbuldan gətirdilər və onu hökmdar e'lan etdilər»
260
. F.Kırzıoğlu da həmin fikri
müdafiə edərək yazır ki, ölkədəki qarışıqlıqdan üzülmüş və Səfəvi müridlərinin təhlükəsini aradan qaldıracaq
qüdrətli şahzadəni taxta çıxarmaq istəyən Ağqoyunlu əmirləri Gödək Əhmədi İstanbuldan gətirib padşah e'lan
etdilər. Hər iki türk tarixçisinin məsələyə münasibətində birtərəfli mövqe tutması, Osmanlı sultanının əsas
məqsədini ört-basdır etməsi aydın şəkildə Yılmaz Öztuna tərəfındən açıqlanmışdır. Şübhəsizdir ki,
«Sultan II Bayəzid Türkiyənin Fərat-Toroslar sərhəddini tuta bilmək üçün Ağqoyunlu dövlətinin əlindən Şərqi
və Cənub-Şərqi Anadolunu almağın geopolitik bir zərurət olduğunu anlamışdı. Fəqət o, işi məsləhətlə həyata
keçirmək istəyirdi. II Bayəzid qızı Ayni Şah Sultanı ana tərəfdən Fatehin nəvəsi olan Ağqoyunlu sultanı
Gödək Əhmədə vermiş, qohumluq yolu ilə Türkiyənin yüksək mənfəətlərini qorumaq yolu ilə getmişdi»
261
.
Tayyib Gökbilginin fıkrincə, quruluşundan e'tibarən fəth etdiyi və işğal etmək istədiyi məmləkətlərdə yerli
bəylərdən və şahzadələrdən istifadə etmək istəyi Osmanlı dövlətinin siyasi bir məsləki və ən'ənəsi olmuşdu
262
.
II Bayəzid öz məqsədinə nail olmaq üçün şahzadə Əhmədi Ağqoyunlu dövlətində hakimiyyətə gətirməyi qərara
aldı. Türk tarixçiləri sultan II Bayəzidin bu məqsədlə Gödək Əhmədə yardım etdiyini göstərirlər
263
. Faruq
56
Sümer qeyd edir ki, bə'zi Osmanlı tarixçilərinin (İbris Bitlisinin, Xoca Sədəddinin) Osmanlı hökmdarının
Əhmədin getməsinə icazə vermədiyinə dair fıkri,
[139-140]
yalnız II Bayəzidi üzürxah göstərmək üçün
söylənmişdir
264
. Gödək Əhməd Hüseyn Əli Tərxanın köməyi ilə Rüstəm padşah üzərində qələbə çalmış, Təbrizə
də sultan taxt-tacını ələ keçirmişdi. 902-ci ilin Ramazan ayının 1-də (3 may 1497) Təbriz məsçidində ilk dəfə
olaraq xütbə Əhməd Padşahın adına oxundu
265
. Gödək Əhməd Rüstəm padşah üzərində qələbə çalması
münasibətilə sultan II Bayəzidə göndərdiyi məktubunda yazırdı: «...Bütün Əcəm məmləkətləri və Iran ölkəsi
ədalətli və hünərvər əsgərlərimizin əlinə keçdi... Babam... Sultan Həsənin.... Təbrizdə olan taxtını əldə
etdim»
266
. Sultan II Bayəzid də Əhməd Padşaha təbrik məktubu göndərmişdi
267
.
Famq Sümerin fıkrincə, Sultan II Bayəzid bacısı oğlu və kürəkəninin qələbəsindən o qədər məmnin
oldu ki, şəhəri bayraqlarla bəzədi və şənliklər təşkil etdirdi.
268
Sultan Gödək Əhmədin Ağqoyunlu taxt-tacında hakimiyyəti uzun çəkmədi. 1497-ci ilin 13 dekabrında
o, İsfahan yaxınlığında Eybə sultan və Qasım Pornəkin qüvvələri ilə döyüşdə öldürüldü
269
. Gödək Əhmədin
ətrafındakı qüvvələrin əksəriyyətinin osmanlılardan ibarət olduğunu türk tarixçiləri təsdiq edirlər. Faruq Sümer
yazır ki, «Sultan Əhməd İstanbuldan özü ilə gətirdiyi əsgərlərlə birlikdə müharibə meydanında qaldı»
270
. Bu
faktda sübut edir ki, Osmanlı sultanı öz məqsədinə nail olmaq üçün yaranmış əlverişli şəraitdən istifadə etməyə
cəhd etmişdir.
XV əsrin son illərində Ağqoyunlu dövlətində hakimiyyət uğrunda şahzadələr arasında baş verən
mübarizə nəticəsində dövlətin son dərəcə zəiflədiyi aydın surətdə hiss edilirdi. II Bayəzid Venetsiya
respublikası ilə müharibə aparırdı, lakin Ağqoyunlu dövlətində baş verən hadisələri diqqətlə izləyirdi. İsmayılın
başçılığı ilə Səfəvilərin siyasi səhnəyə çıxmasından narahat olan Ağqoyunlu sultanı Əlvənd Mirzənin sultan II
Bayəzidə ünvanlanmış məktubunda sultanın kömək etməsi xahiş olunurdu.
271
Osmanlı sultanı cavab
məktubunda yazırdı: Onlar «...gərək bundan sonra tam qeyrətlə çalışıb
[140-141]
nahiyyənin bütün adamları
ilə iitifaq yaradaraq. o tayfanın darmadağın edilməsinə çalışsınlar. Fitnə atəşi alovlanmazdan əvvəl onu
söndürsünlər...Bizim köməyimizi də nəzərə alsınlar... Əgər lazım olarsa, kiçik bir işarə etsəniz,
biz yubanmadan sizə gömək edərik»
272
. Bu məktubdan aydın olur ki, Ağqoyunlu sultanları ilə Osmanlı
sultanı II Bayəzid yetişməkdə olan təhlükə qarşısında əzəli düşmənçiliyi unutmuş və birgə mübarizə aparmağı
nəzərə almışdılar. II Bayəzid Səfəvilərin getdikcə artan tə'sirini özünə qarşı çevriləcək real bir qüvvə
olduğunu gözəl anlamışdı. Buna görə də o, Ağqoyunlu sultanına istənilən yardımı göstərəcəyini
bildirmişdi. Beləliklə, «şiəlik təhlükəsi» qarşısında Ağqoyunlu dövləti ilə Osmanlı Türkiyəsi yaxınlaşmalı
oldular. Lakin bu yaxınlaşma meyli uzun çəkmədi. Çünki, Səfəvilər 1501-ci ildə Ismayılın başçılığı altında
Təbriz şəhərini ələ keçirəcək. Ağqoyunlu dövlətinə son qoydular. Azərbaycan Səfəvilər dövlətini
yaratdılar
273
. Yeni dövlətlə Osmanlı Türkiyəsi arasında dərin ziddiyyətlər özünü büruzə verdi.
Beləliklə, türk tarixçiləri Ağqoyunlu-Osmanlı münasibətlərinin müxtəlif dövrlərini araşdırarkən, Ağqoyunlu-
Osmanlı ziddiyyətlərinə, tərəflər arasındakı müharibəyə daha geniş yer vermişlər. Ağqoyunlu hökmdarı Uzun
Həsənin ölümündən sonrakı dövrdə Ağqoyunlu-Osmanlı münasibətləri türk tarixşünaslığında lazımi səviyyədə
araşdırılmamışdır. Hətta Ağqoyunlularla bağlı tədqiqat işi aparan M.X.Yınanç, F.Sümer və İ.P.Uzunçarşılı da
bu məsələlərin mahiyyətinə varmamışlar.
Dostları ilə paylaş: |