Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi “DİO-nun inzibati fəaliyyəti” kafedrası


“İXM, maddə 524. Fahişəliklə məşğul olma



Yüklə 468,5 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix30.04.2022
ölçüsü468,5 Kb.
#56768
1   ...   7   8   9   10   11   12   13   14   15
499 im72020 qiyabi

“İXM, maddə 524. Fahişəliklə məşğul olma 

Fahişəliklə məşğul olmağa görə - 

yüz manat məbləğində cərimə edilir”.  

Araşdırdığımız inzibati xətanın  əsas  obyekti ictimai  mənəviyyat,  əlavə  obyekti isə 

əhalinin sağlamlığıdır. Fahişəliyin ictimai təhlükəliliyi zöhrəvi xəstəliklərin və ya HİV-in 

(insanın immunçatışmazlığı virusu) kütləvi yayılması, habelə buna meyl göstərən əsasən 

qadın cinsindən olan şəxslərin psixikasının korlanmasıdır.Qeyd edilməsi vacibdir ki, tibb 

işçilərinin  müsahibələrində  rast  gəlinən  fikirlərdən  biri  də  budur  ki,  fahişəliklə  məşğul 

olan şəxslərdə insanlara və cəmiyyətdə olan mənəvi-əxlaq dəyərlərinə qarşı hörmətsizlik 

kompleksi yaranır. 

İnzibati  xətanın  obyektiv  tərəfi  fahişəliklə  məşğul  olmaqdır.  Lakin  bu  maddədə 

qanunverici  hansı  əməllərin  hüquqazidd  olduğunu  açıqlamır.  Maddənin  məzmunundan 

aydın  olur  ki,  fahişəlik  cinsi  əlaqədə  olmaqdan  maddi  gəlir  götürülməsinə  yönəldilmiş 

sistematik hərəkətlərdir. Bu səbəbdən də mükafatlandırmaya görə ayrılıqda bir dəfə cinsi 

əlaqəyə girmə faktı şərhini verdiyimiz maddənin tərkibini yaratmır. 

Gəlir  əldə  etmək  fahişəliyin  əsas  əlamətidir.  Bununla  yanaşı,  hər  bir  fakta  görə 

alınan mükafatın həcmi və növü tövsif üçün əhəmiyyət kəsb etmir. 



 

17 


Maddi mükafat kimi yalnız milli və ya xarici valyuta deyil həmçinin, maddi aləmin 

müxtəlif əşyaları da çıxış edə bilər (müvafiq əşyalar, ərzaq məhsulları, nəqliyyat vasitəsi, 

yaşayış sahəsi, paltarlar, spirtli içkilər və s.). 

Təhlil  edilən  inzibati  xətanın  subyekti  -  16  yaşına  çatmış  anlaqlı,  fiziki  şəxslərdir. 

Qeyd edilməsi yerinə düşər ki, təhlil edilən inzibati xətanın subyekti qismində fiziki şəxs 

olaraq  əsasən  qadın  başa  düşülür.  Lakin  son  dövrlər  təcrübə  göstərir  ki,  mükafat 

müqabilində kişi cinsindən olan şəxslər də cinsi əlaqəyə girirlər. Məsələyə diqqət etdikdə

nəyə görə kişi cinsindən olan şəxs fahişəliyin subyekti ola bilməz kimi sual ortalığa çıxır. 

Hesab  edirik  ki,  kişi  cinsindən  olan  şəxslərin  mükafat  müqabilində  cinsi  münasibətlər 

göstərmələri  fahişəliklə  məşğul  olmakimi  inzibati  xəta  tərkibini  yaradır.  Qeyd  edilən 

əməllərin  hüquqi  cəhətdən  qiymətləndirilməsində  heç  bir  hüquqi  məhdudiyyət  yoxdur. 

Bizim  fikirlərin  əsaslı  olmasına  Özbəkistan  DİN-in  Akademiyasında  icra  edilən 

“Mənəviyyat əleyhinə olan hüquqpozmalara görə inzibati məsuliyyət” adlı hüquq elmləri 

doktorluq dissertasiyasının avtoreferatında rast gəlirik. Belə ki, müəllif elmi tədqiqatında 

qeyd edir ki, fahişəliklə məşğul olan şəxslərin böyük əksəriyyəti qadınlardır, lakin bir çox 

hallarda  kişi  cinsindən  olan  fərdlərin  müəyyən  mükafat  müqabilində  qadın  müştərilərin 

cinsi tələbatlarını təmin etmələri faktlarına rast gəlirik(13, səh.47). 

Subyektiv  tərəfdən  bu  inzibati  xəta  düzünə  qəsdlə  xarakterizə  olunur.  Belə  ki, 

təqsirkar öz hərəkətlərinin hüquqazidd olmasını dərk edir və bunları törətməyi arzulayır. 

Bundan başqa, təqsirli şəxsdə dəqiq ifadə olunan  məqsəd –  maddi gəlirin əldə edilməsi 

mövcud olur. Maddi gəlirin alınması fahişəliyin əsas əlamətidir. Burada məqsəd təqsirli 

şəxsdə  cinsi  əlaqəyə  girməmişdən  əvvəl  yaranır.  Bu  səbəbdən  də  maddi  xeyir 

götürülmədiyi hallarda cinsi əlaqə faktı fahişəlik sayılmır. 

Təhlil  edilən  inzibati  xəta  haqqında  işlərə  “Azərbaycan  Respublikası  İnzibati 

Xətalar  Məcəlləsinin  təsdiq  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  2015-ci  il 

29  dekabr  tarixli  96-VQ  nömrəli  Qanununun  tətbiqi  barədə  Azərbaycan  Respublikası 

Prezidentinin  15  fevral  2016-cı  il  tarixli  Fərmanının  5.1-ci  bəndinə  əsasən  Daxili  İşlər 

Nazirliyi baxır. 

Qüvvədə  olan  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  Məcəlləsi  ilə  nəzərdə 

tutulan ictimai mənəviyyat əleyhinə inzibati xətalardan biri də Azərbaycan Respublikası 

İnzibati  Xətalar  Məcəlləsinin  525-ci  maddəsi  ilə  müəyyən  edilmişdir.  Həmin  maddə 

“Qumar oyununda iştirak etmə” adlanır.  




Yüklə 468,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin