Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi “DİO-nun inzibati fəaliyyəti” kafedrası


“İXM, maddə 510. Xırda xuliqanlıq



Yüklə 468,5 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix30.04.2022
ölçüsü468,5 Kb.
#56768
1   2   3   4   5   6   7   8   9   ...   15
499 im72020 qiyabi

“İXM, maddə 510. Xırda xuliqanlıq 

Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq 

olunması ilə və ya  belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv 

edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -  

əlli  manatdan  yüz  manatadək  məbləğdə  cərimə  edilir,  işin  hallarına  görə, 

pozuntunu  törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla,  bu  tədbirlərin  tətbiqi  kifayət 

sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur”.  

Xırda  xuliqanlıq  ictimai  qaydaya  qəsd  edən  inzibati  xətadır.  O,  təqsirli  şəxsin 

mədəniyyət və dünyagörüşü səviyyəsinin aşağı olmasını, onun təkəbbürlüyünü, özündən 

razı  olmasını,  onu  əhatə  edən  insanların  maraqlarına  laqeydliyini  və  əxlaq  qaydalarına 

məhəl qoymamağın sübut edir. 

Şərh  edilən  inzibati  xətanın  obyekti  -  ictimai  qaydadır.  Qeyd  etməliyik  ki,  bu 

inzibati  xətanın  bilavasitə  obyekti  isə  vətəndaşların  ictimai  yerlərdə  olması  ilə  əlaqədar 

yaranan ictimai münasibətlərdir. Hüquq ədəbiyyatlarının məzmunları ilə tanış olarkən ən 

çox  rast  gəlinən  fikirlər  bunlardır  ki,  xırda  xuliqanlığın    törədilməsi  zamanı  (hər  bir 

halda)  ictimai  qaydaya,  vətəndaşların  şərəf  və  ləyaqətinə,  onların  normal  iş  şəraitinə, 

istirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur. 

Obyektiv  cəhətdən  xırda  xuliqanlıq  aktiv  hərəkətlərlə  (ictimai  qaydanı  pozan 

hərəkətlər)  xarakterizə  edilir.  törədilir.  Qanunvericilik  quruluşuna  görə  bu  maddədə 

göstərilən inzibati xəta formal tərkiblidir.  

Qanunvericinin  iradəsinə  görə  “Xırda  xuliqanlıq”da  ictimai  qaydanı  pozan 

hərəkətlər ilə yanaşı aşağıdasadalananların heç biri (müstəqil və ya cəmdə olmamalıdır): 

-  fiziki şəxslər üzərində zor tətbiq olunması; 

-  zorun tətbiq olunması hədəsi; 

-  özgənin əmlakının məhv edilməsi

-  özgənin əmlakının zədələnməsi ilə müşayiət edilməməlidir. 

İctimai  qayda  kobud  surətdə  pozulduqda  və  göstərilən  hallardan  biri  (yaxud  bir 

neçəsi) olduqda araşdırılan əməl qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəl-

ləsinin 221-ci maddəsi ilə nəzərdə tutulan “Xuliqanlıq” maddəsi ilə cinayət məsuliyyətinə 

səbəb olur.  

Nəzərə  almaq  lazımdır  ki,  İnzibati  Xətalar  Məcəlləsinin  təhlil  edilən  maddəsi 

daxilində  “xırda  xuliqanlıq”  hərəkətlərinin  davranış  olaraq  dairəsi  (siyahısı)  qanunverici 

tərəfindən müəyyən edilməyib.  

Fikrimizcə, burada aşağıdakı müxtəlif hərəkətlər ola bilər: 

 

əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması; 



 ictimai yerlərdə ünvansız söyüşlərin söyülməsi; 

 vətəndaşlara  təhqiramiz  yanaşma  (eyni  cinsdən  olan  və  ya  digər  cins  nüma-



yəndələrinə sataşma); 


 



 ictimai  mənəviyyatı  təhqir  edən  sərxoş  vəziyyətdə  ictimai  yerlərdə  olma  və 

başqalarını narahat etmə; 

 

divarlar üzərində nalayiq sözlərin yazılması; 



 mənəviyyata  zidd  görüntülərin  ictimai  yerlərdə  yerləşdirilməsi  (çəkilməsi, 

yapışdırılması və s.) 

“Xırda  xuliqanlıq”  ictimai  həyatın  istənilən  sahəsində  törədilə  bilər.  Buraya 

mənzillər  (yaşayış  sahələrinin  girişi,  evlərin  qapı  ağızları,  mansartlar),  küçələr, 

meydanlar, parklar, aeroportlar, dəmir yolu və avtovağzallar aid oluna bilər.  

Müasir dövrümüzdə  insanların  daha  çox  informasiya  əldə  etmək, ötürmək və  şərh 

etmək  imkanları  mümkün  olan  internet  məkanı  (virtual  məkan),  habelə  bu  imkanlar 

çərçivəsində  qurulan  sosial  şəbəkələrdə  də  bir  çox  hüquqpozmaların  (o  cümlədən  də 

inzibati  xətaların)  törədilməsi  narahatçılıq  yaradır.  Təcrübədə  bu  hüquqpozmalar 

sırasında  “Xırda  xuliqanlıq”  faktlarına  da  kifayət  qədər  rast  gəlinir.  Hesab  edirik  ki, 

qanunvericinin  bu  məsələyə  dair  mövqe  bildirməsi  (aidiyyəti  normativ  hüquqi  aktlarda 

ümumi  müddəalar  sırasında  anlayışın  verilməsi,  yaxud  müvafiq  normada  qeyd  hissə 

olaraq  nəzərdə  tutulması  və  s.)  artıq  sosial  sifarişdir.  Bu  səbəbdən  dəqanunvericilikdə 

ehtiyac  duyulan  hüquq  müəyyən  etmə  həyata  keçirilənə  qədər  (İXM-in  510-cu 

maddəsinin  tövsifedici  əlaməti  kimi  “Virtual  xırda  xuliqanlıq”  tərkibi  və  s.)  məhkəmə 

təcrübəsində internet məkanı, habelə bu imkanlar çərçivəsində qurulan sosial şəbəkələrdə 

xırda  xuliqanlıq  törədildiyi  təqdirdə,  əməlin  qüvvədə  olan  İXM-in  510-cu  maddəsinin 

mövcud redaksiyası ilə tövsif edilməsi mümkünlüyünə pozitiv yanaşılmalıdır.  

Yeri  gəlmişkən,  bir  çox  inkişaf  edən  dövlətlərdə  qanunvericilikdə  olan  aidiyyəti 

hüquqpozmaların böyük əksəriyyətinə dair dəqiq tənzimləmə olmayan hissələrdə təcrübi 

çətinlikləri məhkəmələr müvafiq işlərə baxarkən öz yurişdiksiyalarında hüquq tətbiqetmə 

aktlarını (aralıq və ya yekun qərarlar formasında) qəbul etməklə, aradan qaldırırlar. Lakin 

bu  qanunverici  tərəfindən  səlahiyyətləri  daxilində  qəbul  etməli  olduqları  hüquqi 

tənzimləmə sahəsində ətalətsiz vəziyyətdə qalmaları üçün dolayı şəraitin yaranması kimi 

başa düşülməməlidir.  

Hesab  edirik  ki,  aidiyyəti  məhkəmə  instansiyalarında  (əsasən  apellyasiya  və 

kassasiya  instansiyası  məhkəmələri  nəzərdə  tutulur)  aparılan  məhkəmə  təcrübəsinin 

ümumiləşdirilməsi  zamanı  bu  kimi  faktlar  ayrıca  qruplaşdırılmalı  və  Azərbaycan 

Respublikasının  Konstitusiyasının  96-cı  maddəsinə  uyğun  olaraq  Azərbaycan  Respub-

likasının Ali Məhkəməsi tərəfindənqanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini 

və  başqa  məsələləri  Azərbaycan  Respublikası  Milli  Məclisinin  müzakirəsinə  təqdim 

etmək hüququ) şəkilində rəsmiləşdirilməlidir. 

Adətən, xırda xuliqanlıq bilavasitə insanların yanında törədilir. Belə ki, yalnız belə 

şəraitdə təqsirli şəxs cəmiyyətə olan hörmətsizliyi daha aşkar (nümayişkaranə) nümayiş 

etdirir.  Lakin  əməlin  xəta  kimi  qiymətləndirilməsi  üçün  nümayişlik  (kütləvilik)  və  ya 

insanların iştirakı əsas tövsifedici əlamət kimi çıxış edə bilməz. 

Subyektiv  tərəfdən  xırda  xuliqanlıq  qəsdlə,  adətən  düzünə  qəsdlə  xarakterizə 

olunur. Təqsirkar şəxs başa düşür ki, onun hərəkətləri hüquqaziddir. O, əvvəlcədən görür 

ki, bu hərəkətlərin törədilməsi zamanı ictimai qayda və vətəndaşların rahatlığı pozulacaq 

və  bunu  da  arzu  edir.  Lakin  şəxs  inzibati  xəta  törədilməsini  (konkret  sadaladığımız 

hərəkətlərdən  istənilən  birini  arzu  etmirsə,  lakin  buna  şüurlu  surətdə  yol  verirsə,  xırda 

xuliqanlıq  dolayı  qəsdlə  törədilir.  Bu  kimi  faktlar  adətən  bir  qrup  şəxs  tərəfindən  xırda 

xuliqanlıq törədildikdə mümkün olur.  

Təhlilini apardığımız inzibati xəta tərkibi üçün subyekt - 16  yaşına çatmış, anlaqlı, 

fiziki şəxsdir. 



 

Bu inzibati xətaların baxılması rayon (şəhər) məhkəmələrinə və aidiyyəti üzrə İXM-



in  513-cü  maddəsi  ilə  təsbit  edilən  inzibati  xətalar  haqqında  işlərə  “Azərbaycan 

Respublikası  İnzibati  Xətalar  Məcəlləsinin  təsdiq  edilməsi  haqqında”  Azərbaycan  Res-

publikasının  2015-ci  il  29  dekabr  tarixli  96-VQ  nömrəli  Qanununun  tətbiqi  barədə 

Azərbaycan  Respublikası  Prezidentinin  15  fevral  2016-cı  il  tarixli  Fərmanının  5.1-ci 

bəndinə  əsasən  Daxili  İşlər Nazirliyi və  aidiyyəti üzrə  İXM-in 43-cü  maddəsinə  əsasən 

rayon (şəhər) məhkəmələri baxır. 

Nəzərə  almaq  lazımdır  ki,  İXM-in  43.1-ci  maddəsində  göstərilən  inzibati  xətalar 

haqqında  işlərə  baxmaq  hüququ  müvafiq  icra  hakimiyyəti  orqanı  (Azərbaycan 

Respublikasının Prezidenti) tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) 

aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) 

inzibati  xətanın  xarakterini,  inzibati  xəta  törədənin  şəxsiyyətini,  onun  təqsirinin 

dərəcəsini,  məsuliyyəti  ağırlaşdıran  halların  və  müsadirə  olunmalı  malların 

mövcudluğunu  nəzərə  alaraq,  şəxs  barəsində  müvafiq  maddənin  sanksiyasında  nəzərdə 

tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin 

tətbiqi  üçün  əsasların  olması  qənaətinə  gəldikdə,  inzibati  xəta  haqqında  protokolu 

baxılmaq üçün məhkəməyə göndərir. 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci fəslinə (İctimai qayda, 

ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar) aid olan inzibati 

xətalardan  biri  də  İXM-in  513-cü  maddəsində  nəzərdə  tutulan  “Toplantıların  təşkili  və 

keçirilməsi qaydasının pozulmas”ıdır. 


Yüklə 468,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin