Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


partlayışının gücü və koordinatları



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə194/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   190   191   192   193   194   195   196   197   ...   218
Mülki müdafiə (Mühazirələr)


partlayışının gücü və koordinatları; 
 
-  radiasiyanın  səviyyələri,  zəhərləyici  maddənin  konsentrasiyası,  zəhərli 
hava buludunun yayılma istiqaməti ; 
 
- zədələmə ocağının hüdudları; 


 
-  xilasetmə  və  digər  işlər  aparılan  rayonlarda  zədələnmə  şəraitini  necə 
dəyişdiyi; 
 
-  mühafizə  qurğularının,  oradakı  adamların  vəziyyəti,  onlar  yardım 
göstərmənin yolları; 
 
-  kommunal  enerci  şəbəkələrinin,  rabitə  xətlərinin,  habelə  MM  dəstələri, 
köçürülən əhali hərəkət edəcək marşrutların vəziyyəti; 
 
- yanğın yerləri, onların yayılma istiqaməti; 
 
-  hidrotexniki  qurğularının  nə  dərəcədə  zədələndiyi,  fəlakətli  subasma  və 
daşqın zonaları yaranıb-yaranmadığı və s. 
 
Kəşfiyyat  fəal,  fasiləsiz,  vaxtında  və  məqsədyönlü  aparılmalı,  başlıcası  isə 
topladığı  məlumatlar  dəqiq  olmalıdır.  Bu  tələblərin  yerinə  yetirilməsinə  nail 
olmaqdan  ötrü  kəşfiyyat  qüvvələrini  (kəşfiyyat  qrupları,  manqaları,  müşahidə 
postları, nəzarət laboratoriyaları və s.) əvvəlcədən komplektləşdirib işə hazırlamaq, 
onların  fəaliyyətini  planlaşdırıb  düzgün  təşkil  etmək,  həmçinin  kəşfiyyatın 
müxtəlif növlərindən, üsullardan, qüvvə və vasitələrdən istifadə etmək lazımdır. 
 
Hansı  qüvvə  və  vasitələrlə  aparılmasından  asılı  olaraq  yerüstü  kəşfiyyat, 
havadan  kəşfiyyat  və  dənizdən  (çaydan)  kəşfiyyat  növləri  müəyyən  edilmişdir. 
Yerüstü  kəşfiyyat  –  ən  dəqiq,  daha  dolğun  kəşfiyyat  növü  sayılır  və  bütün  MM 
qərargahları tərəfindən təşkil edilir. 
 
Havadan  kəşfiyyat  –  zədələnmə  ocaqlarında,  təbii  fəlakət  və  qəza 
rayonlarında  ümumi  vəziyyəti  tez  aşkar  etmək  üçün  təyyarələr,  vertolyotlardan 
aparılır. 
 
Dənizdən  (çaydan)  kəşfiyyat  –  sahillərdə,  limanlarda,  buradakı  qurğularda 
vəziyyəti öyrənmək məqsədi güdür, yüksək sürətli gəmilər, katerlər vasitəsi ilə icra 
edilir. 
 
Yerinə  yetirdiyi  vəzifələrin  xarakterinə  görə,  ümumi  kəşfiyyat  fövqəladə 
hallar – baş vermiş sahələrdə yaranan vəziyyət barədə dərhal ilkin məlumatlar əldə 
etmək  üçündür.  Belə  işlərə MM  qoşun  hissələrinin,  hərbiləşdirilməmiş dəstələrin, 
habelə  rayonların,  obyektlərin  kəşfiyyat  qrupları,  manqaları,  müşahidə  və 
laboratoriya nəzarəti şəbəkəsi cəlb olunur. 
 
Xüsusi  kəşfiyyatı  adətən  MM  xidmətləri  təşkil  edir,  radiasiya  və  kimya 
müşahidəsi  postları  ,  mühəndis  və  epidemioloci  kəşfiyyat  qrupları,  baytar  və 
fitopatoloci  manqalar  və  s.  qüvvələr  yerinə  yetirirlər.  Bu  zaman  kəşfiyyat 
yerlərindəki  konkret  vəziyyət  mütəxəssislər  tərəfindən  təfsilatı  ilə  dəqiqləşdirilir, 
ümumiləşdirilir . 
 
Kəşfiyyat-sülh və müharibə dövrlərində MM tədbirlərinin yerinə yetirilməsi 
üçün  MM qüvvələrinin ən başlıca formasıdır.  
 
Təbii və texnogen xarakterli fövqəladə hadisələr və düşmənin müasir qırğın 
silahlarından  istifadəsi  nəticəsində  yaranmış  vəziyyət  barədə  məlumatlarının  əldə 
edilməsi  məqsədilə  bütün  təbəqəli  komandirlərin,  qərargahların,  hərbiləşmiş  və 
hərbiləşdirilməmiş  MM  qüvvələrinin  həyata  keçirdikləri  tədbirləri  kəşfiyyat 
özündə əks etdirir. Kəşfiyyat, daimi və məqsədəuyğun aparılır. 
 
Qarşıya çıxan tapşırığın xarakterinə və kəşfiyyat məlumatların əldə edilməsi 
üsullarına görə kəşfiyyat ümumi və xüsusi kəşfiyyat növlərinə bölünür. 
 
Növünə görə isə kəşfiyyat – yerüstü,  hava və dəniz (çay). 


 
Ümumi  kəşfiyyat  qoşun  hissələrinin  komandirləri,  qərargahları  və 
hərbiləşdirilməmiş MM dəstələri tərəfindən qəzanın yerinin, vaxtını və xarakterini, 
dağıntının dərəcəsini və dəyən maddi ziyanın miqdarını və xəsarət alanların sayını, 
köməyə ehtiyacı olanların və əhalinin mühafizəsi və xilasedilməsi üzrə vacib olan 
tədbirlərin  görülməsini,  xilasetmə  və  digər  təxirəsalınmaz  işlərin  görülməsini  
müəyyən etmək məqsədilə təşkil olunur və aparılır. 
  Ümumi  kəşfiyyat  müşahidə  qəzaya  məruz  qalmış  əraziyə  (obyektə)  baxış; 
zərərçəkənlərin  və  zədə  alanların  axtarışı;  müxtəlif  planların  (sxemlərin) 
öyrənilməsi, qəzanın baş verməsi barədə məlumatı onlarla sorğunun keçirilməsi ilə 
aparılır. Kəşfiyyat aparılan zaman müxtəlif texniki fasilələrdən istifadə edilə bilər. 
(şəkil çəkmə, kino çəkilişi, radio çertiyoc və s) 
 
Ümumi  kəşfiyyatın  vəzifələrinin  yerinə  yetirilməsi  üçün  hava  və  dəniz 
(tələbat  üzrə)  kəşfiyyatının  qüvvə  və  vasitələri  cəlb  edilirlər;  ərazinin  (obyektin), 
marşrutun  və  dəniz  yolu  marşrutlarının  kəşfiyyatı  üçün  nəqliyyat  vasitələrinin 
bazasında;  dəniz  (çay)  akvatoriyasında  və  sahilyanı  ərazidə  su  nəqliyyatının 
bazasında;  qoşun  hissələrinin  və  hərbiləşdirilməmiş  MM  dəstələrinin  kəşfiyyat 
orqanları.  Xüsusi  hallarda  MM  vəzifələrinin  yerinə  yetirilməsi  üçün  (yuxarı 
rəhbərliyin qərarına əsasən) ümumqoşun hissələrinin kəşfiyyat qüvvə və vasitələri 
cəlb edilə bilər. 
 
Xüsusi  kəşfiyyat  radiasiya,  kimya  mühəndis,  yanğın,  tibb  və  bioloci 
kəşfiyyat  növlərinə  bölünür.  Xüsusi  kəşfiyyat  təbii  və  texnogen  xarakterli 
fövqəladə  hadisələrin  və  düşmənin  müasir  qırğın  silahlarından  istifadəsi  zamanı 
yaranmış  vəziyyət  barədə  dolğun  məlumatların  alınması  məqsədilə  təşkil  olunur. 
Kəşfiyyat  aparılması  kəşfiyyat orqanları,  MM  xidmətləri  və  MLNŞ-ya  daxil  olan 
müəssisələrlə birgə təşkil olunur. Kəşfiyyatın qarşısında duran vəzifələr müşahidə 
aparılması,  ətraf  mühitə  dozimetrik  və  kimyəvi  nəzarətin  təşkili,  nümunələrin 
götürülməsi, analizin aparılması və digər üsullarla həyata keçirilir. 
  Xüsusi kəşfiyyat və xüsusi hissələrdən, qurumlardan və MM  dəstələrindən ayrılış 
kəşfiyyat orqanları tərəfindən aparılır. 
 
Kəşfiyyat  vəzifələrinin  yerinə  yetirilməsi  üçün  kimyəvi  kəşfiyyat  dozoru 
(KKD),  radiasiya  və  kimyəvi  müşahidə  postu  (KKP),  mühəndis  kəşfiyyat  dozoru 
(MKD),  yanğından  mühafizə,  tibbi,  bioloci  (bakterioloci)  və  digər  MM 
xidmətlərinin  kəşfiyyat  orqanları  cəlb  oluna  bilər.  Yuxarı  komandirin  qərarı  ilə 
yaranmış vəziyyət barədə  məlumatların dəqiqləşdirilməsi üçün qərargahların zabit 
heyətindən kəşfiyyat dozoru yarardılır.  
 
Sənaye qəzaları və digər FH zamanı kəşfiyyatın 
ümumi vəzifələri 
 
Sənaye qəzaları və  digər FH zamanı kəşfiyyat müəyyən edilir: 
-dağıntıların xarakterini, dərəcəsini, xilasetmə və digər təxirəsalınmaz işlərin 
həcmini  və  fərdi  mühafizə  vasitələrindən  istifadə  etmədən  tədbirlərin  həyata 
keçirilməsinin mümkünlüyünü;  
 
-şəraitin gərginləşməsinə səbəb olan dağıntıların miqdarını; 


 
-adamların  həyatı  üçün  yaranmış  təhlükənin  dərəcəsini  və  onların  toplanma 
yerlərini; 
 
-giriş yollarının vəziyyətini; 
 
-sənaye və kommunal-enerci xətlərinin vəziyyətini; 
 
-texnoloji qurğuların və inşaat konstruksiyalarınn zədələnməsini. 
Təbii fəlakət rayonunda kəşfiyyatın ümumi vəzifələri    
  təbii fəlakət rayonunda kəşfiyyatda müəyyən edilir: 
fəlakət ocağının (rayonunun) sərhədlərini və qəzanın yayılma istiqamətlərini; 
-təhlükə gözlənilən obyektləri və yaşayış məntəqələrinin; 
-adamların toplanma yerlərini; 
-qəza zonasına texnikanın aparılması yollarını; 
-zədələnmiş bina və qurğuları və orada xəsarət alanların sayını; 
-texnoloji və kommunal-enerji sistemlərində qəza yerlərini; 
-işlərin  aparılması  zamanı  mexanikləşdirilmə  vasitələrindən  istifadənin 
mümkünlüyünü görüləcək işlərin həcmini və s. 
Təbii fəlakətlər zamanı yaranmış vəziyyətdən asılı olaraq kəşfiyyatın xüsusi 
vəzifələri yerinə yetirilir. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin