Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə79/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   75   76   77   78   79   80   81   82   ...   218
Mülki müdafiə (Mühazirələr)

təsdiq edilmişdir. 
Azərbaycan Respublikasında fövqəladə hadisələrdən 
müdafiə sahəsində əhalinin hazırlanması 
Qaydaları 
1. Ümumi müddəalar  
1.1.  Fövqəladə  hadisələrdən  müdafiə  sahəsində  əhalinin  hazırlanması  mülki 
müdafiənin əsas vəzifələrindən biridir. 
1.2. Fövqəladə hadisələrdən müdafiəyə respublikanın bütün əhalisi hazırlanır. 
Bu  zaman  6  —  17  yaşlı  şəxslərə  —  sülh  və  müharibə  dövrlərindəki  fövqəladə 
hadisələrdən mühafizə üsulları, 17 yaşından yuxarı şəxslərə isə, bundan əlavə belə 
hadisələrin nəticələrini aradan qaldırmaq üzrə fəaliyyət qaydaları da öyrədilir. 
1.3.  Fövqəladə  hadisələrdən  müdafiə  qaydalarının  və  mülki  müdafiənin  əhaliyə 
öyrədilməsi respublikanın bütün ərazisindəki nazirlik, komitə, idarə, müəssisələrin, 
təşkilatların  rəhbərləri  tərəfindən  təşkil  edilir,  kadrların  hazırlanması  sistemində 
işçilərin  əsas  vəzifələri  ilə  yanaşı  mülki  müdafiə  üzrə  vəzifələr  də  nəzərə 
alınmaqla, fərdi və fasiləsiz yerinə yetirilir. 
1.4.  Obyektlərdə  mülki  müdafiənin  öyrədilməsi  işləri  tədris  qruplarında  məşğələ 
aparmaq,  mühafizə  məsələlərini  müstəqil  surətdə  öyrənmək  üsulları  ilə,  məşq  və 
təlimlər vasitəsilə həyata keçirilir. 
1.5.  Məşğələlərin  mövzuları,  keçirilməsi  qaydası  və  vaxtı  (iş  vaxtı  və  ya  işdən 
sonra)  yerli  şərait,  istehsalın  xüsusiyyətlərini  və  öyrədilən  şəxslərin  hazırlıq 
dərəcəsini nəzərə almaqla müəyyən edilir. 
1.6.  İşçilər  fəaliyyətə  hazırlanarkən  onlara  «Mülki  müdafiə»  mövzullarının 
öyrədilməsi  nəzərdə  tutulur,  həmçinin  təhlükəsizlik  texnikası  üzrə  ilkin  təlimat 
proqramlarına,  müəssisədə  işin  xüsusiyyətləri  nəzərə  alınmaqla  mülki  müdafiə 
məsələləri də daxil edilir. 
1.7.  Kollektiv  və  fərdi  əmək  müqaviləsi,  digər  müqavilələr  bağlanarkən  bunlarda 
mülki  müdafiəyə  hazırlığın  təşkili  üzrə  işəgötürənin  və  əmək  kollektivinin 
vəzifələri müəyyən olunur. 
1.8.  Dövlət  və  qeyri-dövlət  təhsil  müəssisələrində  şagirdlərin,  tələbələrin  və 
dinləyicilərin  mülki  müdafiə  hazırlığı  proqramları,  mövzuları  və  tədris  saatlarının 
miqdarı  müvafiq  nazirlik,  dövlət  komitələri,  baş  idarələr,  təhsil  müəssisələri 
tərəfindən  yerli  xüsusiyyətlər  nəzərə  alınmaqla  işlənib  hazırlanır  və  Azərbaycan 
Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılır. 
1.9.  Əməli  məşğələlər,  mülki  müdafiə  təlimləri  və  məşqləri  —  sülh  və  müharibə 
dövrlərindəki  fövqəladə  hallarda  mülki  müdafiə  tədbirlərinin  yerinə  yetirilməsinə 
bütün əhali qruplarını hazırlamağın əsas forması hesab edilir. 
Respublikanın  əhalisinə  mühafizə  bitkilərinin  öyrədilməsində  mülki  müdafiə 
təbliğatına geniş yer verilir. 
Mülki  müdafiə  təbliğatı  sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarda 
mühafizəsinin üsul və qaydalarını bütün əhaliyə öyrətməyin formalarından biridir. 


Mülki  müdafiə  təbliğatında  kütləvi  informasiya  vasitələrinin,  gönüllü  hərbi-
vətənpərvərlik  texniki-idman  cəmiyyətlərinin,  digər  dövlət  və  ictimai  təşkilatların 
imkanlarından səmərəli istifadə olunmalıdır. Bu sahədə Fövqəladə Hallar Nazirliyi 
nəzdində yaradılan mətbuat və informasiya qurumu xüsusi rol oynamalıdır. 
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin