“
80-130” rəqəmləri “
20-50” rəqəmləri ilə əvəz edilmişdir və “
torpaq sahələrinin” sözlərindən sonra
“qanunsuz” sözü əlavə edilmişdir, “bağlanılması və” sözləri “bağlanılması və ya” sözləri ilə əvəz
edilmişdir.
5
aprel
2016-
cı
il
tarixli
185-VQD nömrəli
Azərbaycan
Respublikasının
Qanunu
(“Respublika” qəzeti, 29 aprel 2016-cı il, № 91) ilə
110-cu maddəsi yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 110.
Torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Aşağıdakı hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar:
bu Məcəllənin 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması;
torpaq sahələrinin özbaşına tutulması;
torpaq sahələrində qanunsuz tikinti aparılması;
torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi;
torpaqların zibilləndirilməsi, istehsalat və məişət tullantıları ilə, kimyəvi və radioaktiv
maddələrlə, habelə çirkab suları ilə çirkləndirilməsi, bakterial-parazitik və zərərli karantin
orqanizmlərlə yoluxdurulması;
torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından və torpaqların münbitliyini
pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsi;
torpaqların (o cümlədən meşə torpaqlarının) münbit qatının korlanması;
torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi, tikilməsi və
istismara verilməsi;
müvəqqəti istifadəyə və icarəyə verilən torpaqların vaxtında qaytarılmaması və ya onları
təyinatı üzrə istifadə etmək üçün yararlı hala salmaq barədəki öhdəliklərin yerinə yetirilməməsi,
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50
metrlik zolağının altında olan torpaq sahələrinin qanunsuz hasara alınması yolu ilə və ya digər
üsullarla bağlanılması və ya dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılması;
mülkiyyətdə və istifadədə olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsi;
torpaqla
rın dövlət uçotundan, qeydiyyatından gizlədilməsi, kəmiyyət və keyfiyyətinə dair
məlumatların təhrif edilməsi;
torpaq sahələrində meteoroloji şəbəkələrin və ölçü vasitələrinin geodeziya-istinad
məntəqələrinin və yerüstü nişanların, habelə meliorasiya və irriqasiya sistemlərinin sıradan
çıxarılması.
[87]
17 aprel 2007-ci il tarixli 315-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu
(
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 111-ci
maddənin 3-cü bəndinin ikinci cümləsi çıxarılmışdır.