Əziz müsəlman! Namaz qılmaq hər bir müsəlmana vacibdir. Gündəlik 5 vaxt namaz Allahın verdiyi vaxtın
cüzi hissəsini aparır. Allah Quranda insanlara əmr edir:
“Namaz qılın...” (əl-Bəqara,110), “... Mənə ibadət etməyə
təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər” (Ğafir,60). Namaz insanı pis əməllərdən çəkindirir:
“Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir.” (əl-Ənkəbut,45). Hər müsəlman gündə beş vaxt namaz
qılmalıdır:
1)
Sübh (2 rükət) - “...fəcr namazını da qıl!” (əl-İsra sürəsi,78)
2)
Zöhr (4 rükət) - “Gün batmağa meyl edəndən...namaz qıl!” (əl-İsra,78)
3)
Əsr (4 rükət) - “...orta namazı qoruyun” (əl-Bəqara,238)
4)
Məğrib (3 rükət) - “Gün batmağa meyl edəndən gecənin qaranlığınadək bəlli vaxtlarda
namaz qıl” (əl-İsra,78).
5)
İşa (4 rükət) - “gecənin qaranlığınadək bəlli vaxtlarda namaz qıl” (əl-İsra,78)
Yuxarıdakılara əlavə dəlil:
“Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında
namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır.” (Hud,114).
Unutmaq olmaz ki, hər namaz vaxtında qılınmalıdır.
Allah Təala Qurani-Kərimdə buyurur:
“Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib
edilmişdir.” (ən-Nisə,103).
“... sən və səninlə olan insanların bir qismi bəzən gecənin üçdə ikisindən az, bəzən
yarısını, bəzən də üçdə birini ibadət üçün durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin
bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. ” (əl-Muzzəmmil,20).
Hər bir müsəlmana Cümə namazına getmək vacibdir (qadınlar və uşaqlar müstəsnadır).
“Ey iman gətirən-
lər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə
qədər xeyirlidir!” (əl-Cumuə,9).
Tərcümə
(Diqqət! Namazın tərcüməsi onun mənasını anlamanız üçündür, azərbaycan dilində namaz qılmaq üçün deyil).
Allah ən böyükdür!
Ey bütün nöqsanlardan uzaq olan Allahım, Sənə həmd olsun! Sənin adın mübarəkdir, əzəmətin
ucadır! Səndən başqa haqq İlah yoxdur! Lənətlənmiş şeytandan Allaha sığınıram!
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Həmd olsun aləmlərin Rəbbi Allaha, Mərhəmətli və Rəhmliyə, Haqq-hesab gününün
Hökmdarına! Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola
yönəlt – nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox!
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”.
Allah ən böyükdür!
Mənim Əzəmətli Rəbbim bütün nöqsanlardan uzaqdır!
Allah Ona həmd edənləri eşidər!
Ey Rəbbimiz! Sənə həmd olsun!
Allah ən böyükdür!
Mənim ən uca Rəbbim bütün nöqsanlardan uzaqdır!
Allah ən böyükdür!
Ey Rəbbim, məni bağışla!
Allah ən böyükdür!
Mənim ən uca Rəbbim bütün nöqsanlardan uzaqdır!
Allah ən böyükdür!
Bütün həmd və dualar Allaha, bütün yaxşı işlər Allah üçün edilir. Ey Peyğəmbər, sənə salam olsun,
Allahın mərhəməti və bərəkəti yetişsin! Bizə və Allahın əməlisaleh bəndələrinə salam olsun! Mən
şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur, və şəhadət edirəm ki, Muhəm-
məd Onun qulu və elçisidir. Allahım, Muhammədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə
xeyir-dua verdiyin kimi xeyir-dua ver! Sən, həqiqətən, həmdə layiq və şan-şöhrətlisən!
Muhammədə və onun ailəsinə də İbrahimə bə onun ailəsinə bərəkət verdiyinkimi bərəkət ver! Sən,
həqiqətən, həmdə layiq və şan-şöhrətlisən!
Allahım, Həqiqətən, mən cəhənnəm əzabından, qəbir əzabından, həyatın və ölümün fitnəsindən və
yalançı məsihin fitnəsinin şərrindən Sənə sığınıram.
Sizə salam olsun və Allahın mərhəməti yetişsin!
Sizə salam olsun və Allahın mərhəməti yetişsin!
ميِحَّرلا ِنَمْحَّرلا ِهَّللا ِم ْسِب
Təkbir:
Qıyamda:
Fatihə surasi:
İxlas surəsi:
Təkbir:
Rükuda:
Rükudan qalxanda:
Qıyamda:
Təkbir:
Səcdədə:
Təkbir:
Səcdələr arasında:
Təkbir:
Səcdədə:
Təkbir:
Təşəhüddə:
Salamlar:
Sağa:
Sola: