Qeyd. Win+Tab düymələri Windows 7 ƏS – dən fərqli olaraq aktiv pəncərələri 3D formatda
göstərmir.
63. İstifadəçi interfeysi: İş masası (Desktop), Tapşırıq paneli (Taskbar), Başlat menyusu (Start) -
Cavab sual 56-58,64,66-68
64. Tapsiriq paneli (Taskbar)
Taskbar iş masasının aşağısında yerləşir. Onun əsas funksiyalarından biri kompüterə
quraşdırılmış müəyyən proqramların qısayolunu əks etdirmək və aktiv pəncərələrin birindən digərinə
keçidi təmin etməkdir. Üzərində soldan birinci sistemin baş (əsas) menyusu olan Start menyu
(Başlat), axtarış sahəsi, tez–tez istifadə olunan proqramlara cəld keçid üçün proqramların
piktoqramları, aktiv (cari anda işlək olan) proqramların pəncərələri, sağ hissədə isə - Notification
Bar (Bildirim paneli) – da Language Bar ( Dil paneli), Show Desktop (AERO Peek və ya Win+D)
düyməsi və bir sıra vacib düymələr (səs, enerji, sensor klaviatura, Action Center – bildirişlər və s.)
yerləşir. Action Center düyməsini sıxdıqda aşağıdakı kimi pəncərə açılır və buradakı əmrlərlə bir sıra
tənizmləmələri icra etmək olar:
1.
Dostları ilə paylaş: |