290) Daxili qanaxmalar zamanı xəstələri nəql edərkən onlara hansı vəziyyət verilməlidir ?
A) Xəstəni xərəyə baş hissəsi aşağı salınmış vəziyyətdə uzanmalıdır
B) Xəstə xərəkdə arxası üstə, başı yana çevrilmiş vəziyyətdə uzanmalıdır
C) Xəstəyə xərəkdə yarımoturaq vəziyyət verilməlidir
D) Xəstə xərəkdə arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalıdır
E) Xəstə xərəkdə bir tərəfi üstdə uzanmalıdır
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 45 . “ Təhsil ” Bakı 1998.
291) Qida zəhərlənmələri zamanı göstərilən təxirəsalınmaz yardım nə ilə başlanılır?
A) İmalə ilə
B) Mədənin yuyulması ilə
C) Dəri altına və ya venaya məhlul yeritməklə
D) Dəri altına atropin vurmaqla
E) Ürək-damar preparatları yeritməklə
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.514 “Çıraq”
2008.
292) Elektrotravma zamanı aşağıda göstərilən yardımlardan hansı qəti qadağandır?
A) Xəstəni dərhal cərəyan mənbəyindən ayırmaq
B) Elektrik vurma nəticəsində əmələ gələn yanıq nahiyəsinə aseptik sarğı qoymaq
C) Xəstəni ən yaxın xəstəxanaya aparmaq
D) Dərialtına kofein, kordiamin, kamfora vurmaq (damar çatışmazlığı olarsa)
E) Elektrik vurmuş şəxsi torpağa basdırmaq
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.521 “Çıraq”
2008.