295) Kəskin sol mədəcik çatışmazlığı(ürək astması) zamanı tibb bacısı xəstəyə yardım edərkən aşağıda göstərilənlərdən nəyi düz etmir?
A) Həkimin göstərişi ilə qanburaxma aparır
B) Venaya sürətlə strofantin və ya korqlükon yeridir
C) Xəstənin ayaqlarını salladaraq rahat oturmasına kömək edir
D) Oksigenoterapiya aparır
E) Xəstənin ətraflarına turna qoyur
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”.Səh.505 “Çıraq”
2008
296) Sadalananlardan hansı vərəm dispanserində işləyən sahə tibb bacısının səlahiyyətinə aid deyil?
A) Vərəm tapılmış yeni xəstə barədə sanitar - epidemioloji stansiyaya xəbər verir
B) Rentgen və laborator müayinələrin nəticələrini xronoloji qaydada xəstəlik tarixinə
yapışdırır
C) Xəstənin müalicəsi ilə əlaqədar məlumatları kartotekaya yazır
D) Dispanserə müraciət edən xəstəni müayinə edir, lazım olan analizləri və müalicəni təyin
edir
E) Təzə xəstə üçün sahə tibb bacısının vərəqini açir
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.171 “Çıraq
”2008