oynayır. Doğrudur, tərbiyənin prinsipləri, bu prinsiplərin miqdarı,
əlamətlərindən biridir. Tərbiyə prinsipi davranışla əlaqədar olan mənəvi
11
dəyərlərin formalaşdırılmasında nəzərə alınır.
Prinsip, hər hansı bir işi görməzdən əvvəl rəhbər tutulan
ideya, nəzərə alınan tələb kimi başa düşülür. Tərbiyə prinsipləri
haqqında nəzəri fikirlərin qeyri-müəyyənliyi, subyektivliyi, elmdən
uzaq düşməsi isə tərbiyə ilə əməli şəkildə məşğul olan şəxslərin
fəaliyyətini çətinləşdirir. Prinsiplərin miqdarını və adlarını tərbiyə
prosesinin qanunauyğunluqları əsasında dəqiqləşdirmək mümkün
olmuşdur. Tərbiyə prinsipləri sistematık olaraq statusa malikdirlər,
yəni nisbi müstəqildirlər, köməkçi prinsiplər funksiyasını yerinə
yetirirlər. Tərbiyə prinsipləri tərbiyə prosesinin məzmunu, metodları
və təşkilinə verilən əsas tələbləri ifadə edən başlanğıc müddəalardır.
Bu müddəalar tərbiyə prosesinin spesifikliyini əks etdirir.
Pedaqoji prosesin qanunauyğunluqlarından irəli gələn, onun
məzmununa, üsullarına və təşkili formalarına təsir göstərən, müəllim
(tərbiyəçi) və şagirdlərin (tələbələrin) fəaliyyətini səmərəli qurmağa
imkan verən aparıcı ideyalara pedaqoji prosesin prinsipləri deyilir.
Dostları ilə paylaş: