1. Təlimdən fərqli olaraq tərbiyə işi uzun sürən bir prosesdir.
12
Tərbiyə olunan müxtəlif tərbiyəvi təsirlər nəticəsində böyüyür və
inkişaf edir. Bunların içərisində əsas təhsil ocağı olan məktəbin bö-
yük rolu vardır. Məktəb həyatı insanın həyatında mühüm rol oynayır.
Məktəb dövrü insanın şüurunda dərin iz buraxır, onun dünyagö-
rüşünü, həyata baxışını, əqidə və adətləri bu dövrdə təşəkkül tapır.
Lakin tərbiyə uşağın məktəbə daxil olmasından çox əvvəl ailədən,
hətta ana bətnindən başlayır və bütün həyatı boyu davam edir. Təlim
prosesi isə insanın müəyyən yaş dövrünü, həyatının müəyyən bir
hissəsini əhatə edir.
2. Tərbiyə prosesinin səciyyəvi cəhətlərindən biri tərbiyə işi-
nin nəticəsinin gec görünməsi və ya bəzən heç bəlli olmamasıdır.
Bəzən uzun müddət tərbiyə işi aparılır, lakin nəticəsi heç hiss
olunmur. Sonralar bir neçə illərdən sonra özünü bu və ya digər
formada göstərir.
3. Tərbiyə prosesinin bir səciyyəvi xüsusiyyəti də onun özü-
nütərbiyə və yenidəntərbiyə prosesi ilə sıx bağlılığıdır. Uşaq tərbiyə
prosesində passiv obyekt deyildir. O fəal bir subyektdir. O müvafiq
tərbiyəvi təsirlərə məruz qalaraq, bu və ya başqa keyfiyyətlərə
yiyələnmək üçün səy göstərir. Tərbiyənin müvəffəqiyyəti xüsusən
şagirdlərin özünün arzu və səyindən çox asılıdır. Özünütərbiyə yaxşı
tərbiyənin nəticəsi olaraq öz davranışını təhlil edərək ona düzəlişlər
edir, onu təkmilləşdirir, yaxşılaşdırır, pis keyfiyyətləri aradan planlı
məqsədyönlü şəkildə aradan qaldırır, yeni müsbət keyfiyyətlərə
yiyələnir. Özünütərbiyə adətən yeniyetməlik dövründən başlayır və
gənclik illərində daha da inkişaf edir.
Tərbiyə prosesi uşaqlara təkcə yeni, müsbət keyfiyyətləri
tərbiyə etməkdən ibarət deyildir; uşaqlarda əmələ gəlmiş mənfi
sifətləri və zərərli adətləri aradan qaldırmaq da, yəni uşağı yenidən
tərbiyə etmək də tərbiyə işinin xüsusiyyətidir. Vaxtında uşağın
tərbiyəsi ilə məşğul olmadıqda, o yenidəntərbiyəyə möhtacdır ki, bu
13
da uzunmüddətli, çətin və mürəkkəb bir prosesdir.
4. Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətlərindən biri də
ondadır ki, o uşaqların bütün həyat və fəaliyyətinin düzgün təşkil
edilməsini tələb edir. Əgər şagirdin bütün həyat və fəaliyyət tərzi
düzgün qurulmamışdırsa ona edilən bilavasitə tərbiyəvi təsirlərlə çox
şey əldə etmək olmaz.
5. Tərbiyə daha çox insanın əxlaqını, mənəviyyatını formalaş-
dırır, onun daxili aləminə, qəlbinə təsir göstərir. Təlim isə daha çox
insana bilik verir və dünyagörüşünü formalaşdırır.
6. Tərbiyə prosesinin səciyyəvi cəhətlərindən biri də budur ki,
ətraf aləm, küçə, bazar, kollektiv, müxtəlif insanlar, həmyaşıdlar uşa-
ğın tərbiyəsinə daha qüvvətli təsir göstərir, nəinki, ətraf aləm onlara
bilik verir.
7. Tərbiyə şagirdlərin həyata münasibətlərinin formalaşması
qanunlarından bəhs edir; təlim isə şagirdləri bilik, bacarıq və
vərdişlərlə silahlandırıb, onları intellektual inkişaf istiqamətinə
yönəldir.
8. Tərbiyədə tərbiyələndirmək fəaliyyəti, tərbiyələnmə
fəaliyyəti, tərbiyə fəaliyyəti (birgə fəaliyyət), təlimdə isə öyrənmə
fəaliyyəti, öyrətmə fəaliyyəti, birgə fəaliyyət (təlim fəaliyyəti)
mühüm rol oynayır.
9. Təlim şagirdləri bilik, bacarıq və vərdişlərlə silahlandırırsa,
tərbiyə uşaqların şüurunda davranış qaydalarına riayət etməyin
zəruriliyini formalaşdırır. Şagird bu normalara uyğun fəaliyyətini
qurur. Əqidə anlayışı təhsildə bilik, rəftar, bacarıq, adət isə vərdiş
anlayışına uyğun olaraq işlədilir.
10. Təlimdə bilik, bacarıq həyatı dərk etməyə istiqamət-
lənirsə, tərbiyədə əqidə, rəftar, adət həyata münasibəti formalaşdırır.
11. Tədris prosesi şagirdin məktəbə daxil olduğu vaxtdan
başlayır və müəllimin rəhbərliyi altında həyata keçirilir. Lakin
14
tərbiyə mühitin, yoldaşların, dostların uşağa göstərdiyi təsirdən əvvəl
özünü göstərir. Hər bir şagird müəllimin təsirinə məruz qalmazdan
əvvəl müəyyən tərbiyə tərcümeyi-halı qazanır. Bilik müəllimlə
şagirdin ünsiyyəti qurulandan sonra əldə edilir.
12. Təlimdə müəllim öyrətdiklərinin nəticəsini tez əldə edə
bilir. Belə ki, şagirdlərin necə mənimsədiklərini ya dərsin gedişində
və ya da növbəti dərsdə üzə çıxara bilir. Lakin tərbiyəvi təsirin bu
imkanı yoxdur. Onu yoxlamaq çətindir.
13. Təlimlə tərbiyə əməli iş zamanı daxili əlaqədə, dialektik
vəhdətdə olurlar. Onlar əməli işdə vəhdətdə həyata keçirilmələrinə
baxmayaraq hər birinin spesifik fərqli əlamətləri və xüsusiyyətləri
vardır.
Dostları ilə paylaş: