15
mərhələ açmışdır. Bu sənəd təhsil sistemimizin metodoloji əsası,
pedaqoji elmimizin təməl prinsipi, və əsas hüquqi-normativ
sənəddir.
Strategiyanın məqsədi ölkədə səriştəli müəllim kadrları
hazırlığı üçün, ən yeni texnologiyalara əsaslanan, müasir
infrastruktura malik, yüksək keyfiyyət nəticələrinə görə dünya
ölkələri sırasında qabaqcıl mövqe tutan Avropa standartlarına uyğun,
mükəmməl təhsil sistemi yaratmaqdır. Məqsəd ölkə qarşısında duran
növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da
modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə
uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi
və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Bu
məqsəddən irəli gələrək təhsilin məzmununun yeniləşdirilməsi,
səriştəli müəllim kadrlarının hazırlanması, müəllimlərin peşə
hazırlıqlarının müasir tələblər səviyyəsində təkmilləşdirilməsi,
onların müasir innovativ metodlarla tədris prosesini qurması, təhsilin
məzmununun cəmiyyətin tələblərinə, iqtisadi inkişafın tələblərinə
uyğun şəkildə qurulması, yeni kurikulumların işlənməsi, təhsildə
idarəetmə mexanizminin təkmilləşdirilməsi, təhsil işçilərinin ilboyu
təhsillə, özünütəhsil və özünütəkmilləşdirmə ilə məşğul olması,
məktəbin maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsi
məsələləri bu dövlət sənədinin beş strateji istiqamətində öz əksini
tapmışdır.
Strategiyaya əsasən, Azərbaycanda məktəbə hazırlıq təhsilinin
icbariliyinin təmin olunması planlaşdırılır. Bununla yanaşı,
məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını
təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati
bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil
standartlarının və yeni kurikulumların hazırlanması,
təkmilləşdirilməsi nəzərdə tutulur.
Strategiyaya əsasən, uşaqların davamlı inkişafına yönəlmiş
pedaqoji fəaliyyətə dəstək vermək məqsədi ilə valideynlərin sistemli
şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi üçün "Səriştəli
valideynlər" proqramı hazırlanması nəzərdə tutulur.
16
Təhsilin yeniləşməsində onun yeni məzmunu, keyfiyyəti,
əhatəliliyi və dərinliyi mühüm əhəmiyyət kəsb edir.
Pedaqogika elmində təhsilin keyfiyyətinin yüksəldilməsində
Dostları ilə paylaş: