17
hədəfi əhatə edir.
Göründüyü kimi, bu istiqamət
təhsilin məktəbəqədər, ümumi, ilk
peşə-ixtisas, orta ixtisas və ali olmaqla bütün pillələri üzrə
təkmilləşdirilmiş, yeniləşdirilmiş kurikulumların hazırlanması
məsələlərini qarşıya qoyur.
Özündə dünyanın mütərəqqi ölkələrinin təhsil təcrübələrini
ümumiləşdirən bu dəyərli pedaqoji sənəd ölkədə aparılan təhsil
islahatının həyata keçirilməsi istiqamətində görülmüş mühüm
işlərdən biridir. O, böyüməkdə olan nəslin hərtərəfli və ahəngdar
inkişafında mühüm vasitələrdən biri kimi əsas rol oynayır.
Strategiyaya əsasən, Azərbaycanda məktəbə hazırlıq təhsilinin
icbariliyinin təmin olunması planlaşdırılır. Bununla yanaşı,
məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını
təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati
bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil
standartlarının və yeni kurikulumların hazırlanması,
təkmilləşdirilməsi nəzərdə tutulur və deyilir: “Məktəbəqədər təhsil
üzrə yeni kurikulumun tətbiqinin sürətləndirilməsi zəruridir”.
Strategiyada təhsilin məzmununun formalaşmasında akademik
biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi,
müəllimin öyrətmə qabiliyyəti önə çəkilir və deyilir: “Səriştə - əldə
olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli
tətbiq etmək qabiliyyətidir”. Demək, bilikləri öyrətmək, tətbiq etmək
səriştəli müəllimin mühüm keyfiyyəti, onun didaktik qabiliyyətinin
əsas göstəricisidir. Necə ki demişlər: “Öyrədən insan bilən insandır”.
Dostları ilə paylaş: