152
balkarların bir hissəsi isə Qırğızıstan, Qazaxıstan və Öz-
bəkistanda yaşayır.Onların miqdarı 200 min nəfərdən
çoxdur.Qaraçay-balkar dili əsrimizin 20-ci illərindən sonra tədqiq
olunmağa başlamışdır.Bu dilin əlifbası rus qrafikası əsasında
yaradılmışdır.
8.Qırğız dili. Əsasən, Qırğızıstanda, daha sonra Özbəkis-
tanda, Tacikistanda, Qazaxıstanda, habelə Çində, Monqolus-
tanda, Əfqanıstan və Pakistanda yaşayan 2 milyondan çox əha-
linin dilidir.Qırğız dili fonetik və leksik xüsusiyyətlərinə görə
Altay dilinə daha yaxındır.Müasir qırğız ədəbi dilinin formalaş-
ması Sovet hakimiyyəti illərinə təsadüf edir.1926-cı ilədək ərəb,
sonra latın, 1940-cı ildən etibarən isə rus qrafikası əsasında yeni
əlifbadan istifadə olunur.
Dostları ilə paylaş: