Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


Mövzu 5, 6 və 7:Dil və mədəniyyət. Dil və xalqın tarixi



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə112/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   166
2015-332

Mövzu 5, 6 və 7:Dil və mədəniyyət. Dil və xalqın tarixi. 
Azərbaycan  dilinin  morfoloji  quruluĢu  və  ahəng  qanunu. 
Nitq  mədəniyyəti  anlayıĢı  və  onun  milli  mədəniyyətin  tərkib 
hissəsi olması.Azərbaycan dilinin quruluĢ və tarixi 
 Morfoloji quruluşuna görə dünya dilləri bir neçə qrupa - kök dil-
lər,  felektiv(kökü  içəridən  dəyişən),  iltisaqi(sözün  kökü  dəyiş-
məyən  və  həmişə  müstəqil  məna  daşıyan)  qruplara  bölünür. 
Azərbaycan dili morfoloji quruluşuna görə iltisaqi dillərə aiddir.  
Azərbaycan  dili  Azərbaycan  Respublikasının  dövlət  dili 
olub,  dünyanın  geniş  yayılmış  dillərindən  biridir.Bu  dildə  50 
milyona qədər adam danışır.Azərbaycan Respublikası ilə yanaşı, 
Cənubi  Azərbaycanın  da  əsas  əhalisi  Azərbaycan  türklərindən 
ibarətdir.  Dağıstan,  Gürcüstan,  Türkiyə  və  İraq  ərazilərində  də 


 
158 
azərbaycanlılar öz qədim yurdlarında toplu halda yaşamaqdadır-
lar.Azərbaycan  torpağının  böyük  bir  hissəsi  zorla  Ermənistan 
ərazisinə birləşdirilmiş, əhalisi isə öz qədim yurdlarından çıxarıl-
mışdır.Bunu bizim gələcək nəsillər unutmamalı, tarixin verəcəyi 
fürsətdən istifadə etməlidirlər.Bunlardan əlavə, Rusiyada, Avropa 
ölkələrində, ABŞ-da və başqa ərazilərdə də azərbaycanlılar səpəli 
halda yaşamaqdadırlar. 
 Azərbaycan dili dünyanın ən qədim dillərindəndir.Ümumxalq 
Azərbaycan  dili  eramızın  V  əsrində  formalaşmışdır.Azərbaycan 
dili türk dilləri ailəsinə-türk dillərinin oğuz qrupuna daxildir.Lakin 
formalaşma  tarixi  oğuz  qrupuna  daxil  olan  digər  dillərdən  daha 
qədimdir.Türklərin ən qədim vətəni  Ön  Asiyadir,  şimallı-cənublu 
Azərbaycan əraziləridir.Azərbaycanın kuti, kassi, lullu, turukki və 
başqa tayfalarının hələ e.ə XXVIII əsrdə Aratta dövlətini yaratmış, 
biraz sonra isə 100 ilə qədər müddətdə Şumeri idarə etmişlər.Türk 
adını  daha  qədimlərdən  yaşadan  və  gətirən  isə  Turukki  tayfası 
olmuşdur.Turukkilər çox güclü birlik yaratmış və öz zamanlarında 
yırtıcı Assur dövlətini daim qorxu altında saxlamışlar.Turukkisözü 
―güclü,  qüvvətli,  doğan,  törəyən‖  mənalarında  tur/tör  sözündən 
olub, türük//türk sözünü əmələ gətirmişdir.  
 Hələ  eradan  əvvəlki  birinci  minilliyin  sonlarında  Azər-
baycanın  cənub  hissəsində  əhali  dövlətin  adı  ilə  atropatenlər, 
şimalda  albanlar  adlanırdı,  cənubda  Atropatena  dili,  şimalda 
Alban dili ifadələri işlənirdi. 
 ―Türk‖  etnik  adı  Azərbaycanda  çox  qədim  tarixə  malikdir 
və  e.ə  III  minilliyin  əvvəllərindn  məlumdur.Bu  söz  Orta  və 
Mərkəzi  Asiya  ölkələrində  sürətlə  kütləviləşmiş,  daha  intensiv 
işlənmişdir.Azərbaycanda  isə  V  əsrdən  –Sasanilərin  dövründən 
kütləviləşməyə  başlamışdır.Sasanilər  Çindən  İrana  qədər  böyük 
bir  ərazidə  yerləşən  türk  xaqanlığı  ilə  əlaqə  saxlayır,  bəzən  qo-
humluq  münasibətlərinə  girməli  olurdular.Onlar  bu  minvalla 
Azərbaycan  türklərini  də  ―türk‖  adlandırırdılar.Digər  tərəfdən, 


 
159 
xaqanlığın  öz  dövründə  xaqanlıq  türklərinin  Azərbaycana  axını 
davam  etməkdə  idi.Ərəblər  gəldikdən  sonra  şimallı-cənublu  bu 
ölkəni  də  ―türk  ölkəsi‖bilir  və  ―türk  ölkəsi‖  adlandırırlar.Lakin 
ərəblər  cənub  ərazilərindən  tədricən  şimala  qalxdıqları  və  Atro-
patenasözünü  öz  şivələrində  ―Azərbaycan‖  şəklinə  saldıqları, 
azərbaycanlıları qısa şəkildə azəri adlandırdıqları üçün bu termini 
şimal  türklərinə  də  şamil  etməyə  başlamışdılar.Azəri  sözü  VII 
əsrdən işlənməyə başlamışdır.Azərbaycan sözü Antarpatianu sö-
zündə əmələ gəlmişdir.Antarpatianu sözünün birinci hecasındakı 
An  adının  ―n‖  samiti  düşmüş,  söz  Atarpatianu  tədricən  Atropa-
tena  adını  almışdır.Atropatena  sözündə  irəli  çıxan  ―t‖(dz)qovu-
şuq  səsinin  birinci  komponentinin  karlaşmış  variantı  saxlan-
mışdır.Ərəblər  isə  öz  dillərinin  xarakterinə  uyğun  olaraq  həmin 
qovuşuq səsin ikinci komponentinə üstünlük vermiş, sözü Adzir-
bican-Azirbican-Azərbaycan  şəklində  təlffüz  etmişlər,  fərqlən-
dirmək  üçün  Azərbaycan  ərazisində  işlədilən  dili  ―əl-azəriyə‖  – 
azəri dili adlandırmışlar.Azəri sözü bu sözdən, bu tələffüzdəndir. 
 Azərbaycan  Respublikasının  doqquz  milyonluq  əhalisinin 
gündəlik  ünsiyyət  vasitəsi  və  rəsmi  dövlət  dili  olan  Azərbaycan 
dili  İran  İslam  Respublikasında  yaşayan  20  milyonluq  azərbay-
canlıların  da  ana  dilidir.Yer  üzündə  hazırda  Azərbaycan  dilində 
danışan 30 milyondan çox adam yaşayır. 
 Ənənəvi-morfoloji  və  ya  tipoloji  təsnifat  baxımından  Azər-
baycan  dili  iltisaqi  dillər  qrupuna  daxildir.Bu  qrupa  daxil  olan 
bütün  dillər  kimi  Azərbaycan  dilində  də  flektiv  dillərdən  fərqli 
olaraq  bütün  söz  kökləri  özümlü  leksik  və  qrammatik  mənası 
olan müstəqil sözlərdir;qrammatik mənalar və qrammatik əlaqə-
lər  isə  həmişə  söz  kökündən  sonra  gələn  təkmənalı  şəkilçilər 
vasitəsilə ifadə olunur. 
 Azərbaycan  xalqının  etnik  əsasını  təşkil  edən  türklər  indiki 
Azərbaycan  ərazisində  eramızdan  əvvəl  görünməyə  başlamış, 
birinci  minilliyin  əvvəlindən  isə  başqa  mənşədən  olan  çoxsaylı 


 
160 
tayfalarla birlikdə bu torpağın qədim sakini olmuşlar. Türk mən-
şəli Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, 
başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun 
sürən,  bir  neçə  əsr  davam  edən  bir  proses  olmuşdur.Əhalinin 
etnik  tərkibində  türk  tayfalarının  sayı,  habelə  iqtisadi,  siyasi, 
mədəni  təsiri  artdıqca  dilin  fəaliyyət  dairəsi  də  genişlənmiş  və 
beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini bu gün də qo-
ruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi mədəni-mənəvi 
və dini birliyi olan bir xalq halında birləşmişlər.Azərbaycan dili 
böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. ―Kitabi-
Dədə Qorqud‖ dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi 
qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən 
dilin  yaşı  1300  ildən  çox  sayıla  bilər.Azərbaycan  yazılı  ədəbi 
dilinin tarixi isə hələlik əldə olunan məlumatlara görə XIII əsrdən 
başlayır.Azərbaycan  ədəbi  dili  öz  800  ilə  yaxın  inkişafı  müd-
dətində iki böyük dövrü əhatə edir.Əski dövr adlandırılan birinci 
dövr  13-cü  əsrdən  18-ci,  yeni  dövr  adlandırılan  ikinci  dövr  isə 
18-ci  əsrdən  yaşadığımız  günlərə  qədər  olan  bir  dövrü  əhatə 
edir.Qaraqoyunlular,  Ağqoyunlular,  Səfəvilər  kimi  Azərbaycan 
dövlətlərinin  saray  və  ordu  dili  olan  bu  dil  bütün  Ön  Asiyada 
ədəbi  dil  kimi  xidmət  etmişdir.Bu  dövr  Azərbaycan  ədəbi  dili 
yeni dövr Azərbaycan dilindən öz dilxarici xüsusiyyəti ilə yanaşı 
dildaxili özümlükləri ilə də seçilir. 
 Leksik cəhətdən mövcud olan fərqlərdən birincisi budur ki, 
birinci  dövr  Azərbaycan  dilində  ərəb  və  fars  sözləri  çoxdur.O 
dövrün  dil  üslubları,  xüsusən  aparıcı  poetik  janr  və  vasitələr 
ədəbi  dilimizə  külli  miqdarda  alınma  sözlərin  axıb-gəlməsinə 
səbəb olmuşdur.İkinci dövrdə isə realist seir məktəbinin, realizm 
ədəbi  metodunun  bir  yaradıcılıq  metodu  kimi  yaranması  və 
aparıcı yaradıcılıq metodu kimi formalaşması dilimizin əsas lüğət 
fonduna  keçə  bilməyən  alınma  sözlərin  ədəbi  dili  tərk  etməsinə 
səbəb olmuşdur.İkincisi, əski Azərbaycan dilinin osmanlı dili ilə 


 
161 
müştərək  olan  bir  sıra  sözləri  yeni  dövrdə  artıq  işləkliklərini 
tamamilə  itirmişdilər.Bu  türk  ədəbi  dilləri  sahəsində  ayrılma 
hadisəsinin tam başa çatmasının nəticəsi idi. 
Dövrlər 
arasındakı 
fərqlər 
fonetik 
səviyyədə 
də 
güclüdür.Belə ki, yeni dövr Azərbaycan ədəbi dili, eyni zamanda, 
fonem  tərkibinin  sabitləşməsi  ilə  də  səciyyələnir.Birinci  dövrə 
xas olan o//a sait, h//q//x samit müvaziliyi artıq birincilərin (o və 
h) qələbəsi ilə nəticələnir.Hər iki dövrün ədəbi dili öz növbəsində 
müxtəlif  mərhələləri  əhatə  edir.Birinci  dövr  Azərbaycan  dili  öz 
inkişafında iki mərhələdən keçmişdir: 
1)ədəbi dilin təşəkkül mərhələsi(13-14-cü əsrlər), 
2)klassik şeir dili mərhələsi(15-17-ci əsrlər). 
İkinci dövr Azərbaycan dili isə 3 mərhələni əhatə edir: 
1)ədəbi dilin xəlqiləşməsi mərhələsi(18-ci əsr), 
2)milli  dilin  yaranması  və  inkişafı  mərhələsi(19-20-ci  əsrin 
əvvəli), 
3)müasir mərhələ(20-21-ci əsrin əvvəli). 
Yeni  dövr.  Azərbaycan  dili  böyük  inkişaf  yoluna,  özünün 
ikinci  inkişaf  mərhələsində  çıxır.Bu  dildə  şeirlə  yanaşı,  nəsr  və 
dram  əsərləri  yazılır,  qəzet  və  jurnallar  nəşr  edilir,  o  bəzi  rəsmi 
sənədlərdə,  elmi  tədqiqatlarda  da  işlənməyə  başlayır.O  dövrdə 
Azərbaycana  gələn  xaricilər,  ruslar  və  almanlar  da  ona  maraq 
göstərir, bəziləri bu dili öyrənməyə başlayır. 
Azərbaycan dilinin inkişafı da, problemləri də daha çox 20-
ci əsrlə bağlıdır.Məhz bu dövrdə Azərbaycan ədəbi dili bənzərsiz 
bir  problemlə  qarşılaşır.Əsrin  əvvəllərindən  başlayaraq,  ədəbi 
dildə  3  meyil,  3  istiqamət  özünü  göstərir.Təbiidir  ki,  bu  ən  çox 
bədii əsərlərin dilinə və mətbuata aiddir. 
1.Birinci  meyil,  ədəbi  dili  bacardıqca  xalq  dili  ilə  eyniləş-
dirmək meyli.Bu özünü ―Molla Nəsrəddin‖ jurnalının və bu jur-
nalın əməkdaşlarının əsərlərində göstərir.Burada ədəbi dil ilə da-
nışıq dili arasındakı fərq götürülür.Xalq bu dili asan başa düşür. 


 
162 
2.Daha  çox  osmanlı  və  əski  Azərbaycan  dilinin  ənənəsinə 
söykənən ədəbi dili yaratmaq.Bu ―Füyuzat‖ və ―Həyat‖ kimi bir 
çox  jurnal  və  qəzetlərin  və  əksərən  bu  redaksiyada  işləyənlərin 
əsərlərinin  dilində  özünü  göstərir.Xalq  bu  ədəbi  dili  çətin 
anlayır.Bu dil o vaxtkı türk dilindən, demək olar ki, seçilmirdi. 
3.Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan 
ədəbi  dil  yaratmaq  meyli.Bu  dil  heç  bir  dialekt  təsirini  qəbul 
etməyən  bir  dil  idi.Ədəbi  dil  sahəsindəki  bu  proses  əsrin  əvvəl-
lərindən 1930-cu illərədək davam etdi. 
Yeni  dövr  Azərbaycan  dilinin  üçüncü,  yəni  müasir  mərhə-
ləsində  dil  həyatının  mühüm  hadisələrindən  biri  Azərbaycan 
ədəbi dilinin dövlət dili statusu almasıdır. 
Mirzə  İbrahimovun  təşəbbüsü  ilə  Azırbaycan  dilinin  dövlət 
dili olması haqqında qanunun qəbul edilməsi məsələsini xalqımız 
ruh  yüksəkliyi  ilə  qarşılamışdır.  Lakin  bu  hadisənin  sonrakı 
nəticələri müsbət olmamışdır. Bu barədə professor, ―Respublika‖ 
qəzetinin  baş  redaktoru  Teymur  Əhmədovun  qəzetin  2015-ci  il 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin