167
dillərindən sayılır. Bu dil özünəməxsus musiqili ahəngi, səlisliyi
və axıcılığı ilə diqqəti cəlb edir. Çox
qədim zamanlarda dilimizdə
şifahi xalq ədəbiyyatı numunələri, daha sonra isə yazılı ədəbiyyat
yaranmışdır.Bu dildə ―Dədə Qorqud‖ dastanı bütün türk
xalqlarının ən sanballı əsəri adlandırılıb.
Milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin
qoruyucusu, daşıyıcısı xalqdır. Xalqın hər bir nümayəndəsi nitq
mədəniyyətinə dərindən yiyələnməli və onu layiqli şəkildə
qorumalıdır.Nitq mədəniyyəti dilçiliyin praktik sahəsidir. Gözəl
nitq nitq üçün tələb olunan şərtlər də genişdir. Dildə danışan hər
kəsin yüksək hazırlığı olmalıdır. Nitq mədəniyyətinə malik
olmağın ən yüksək göstəricilərindən şifahi və yazılı ədəbiyyatın
nümunələrini yaxşı bilmək tələb olunur. Belə olduqda nitq
mədəniyyəti hər hansı dilin və xalqın milli milli mədəniyyətinin
tərkib hissəsi kimi diqqəti cəlb edə bilər.
Dostları ilə paylaş: