Fonetik prinsip – orfoqrafiyanın əsas və başlıca prinsipidir.
Bu prinsipə görə sözlər eşidildiyi kimi, tələffüzə uyğun şəkildə
yazılır. Fonetik prinsip yazıda həm asanlığı, həm də demok-
ratikliyi təmin edən prinsipdir. Məs: qardaş, bacı, adam və s. La-
kin fonetik prinsipə əsaslanıb söz və qrammatik formaları tələf-
füzə uyğun, səsləndiyi kimi yaza bilmərik. Çünki bir sıra söz,
yaxud şəkilçi dildə müxtəlif şəkildə tələffüz olunur. Məs: asan-
asand, hasan, hasant; ev, əv, öy və s. Eləcə də bəzi şəkilçilər adi
danışıq dilində yazıldığından fərqli şəkildə tələffüz olunur. Bu
cür söz və şəkilçilər müəyyən bir orfoqrafik qaydada deyil, hər
kəsin tələffüz etdiyi şəkildə yazılarsa, bu, yazıda hərcmərcliyə,
anarxiyaya gətirib çıxarar.
Dostları ilə paylaş: |