187
Sanki kişi Yer üzündə görünməmiş qəribə bir şey eşitmişdi.
Birdən barıt kimi açılaraq, dəyirmanın şırıltısını batıran qəzəbli
səslə mənim üstümə qışqırdı:…
(İ.Əfəndiyev)
Dramaturgiya dili – monoloq və dialoqlardan ibarət olan
səhnə əsərinin dilidir. Məsələn:
Böyükbəy: (Şahnazın əlindən tutaraq). Mənim əziz bacımın
kefi necədir?
Şahnaz: Şükür Allaha, qardaş, yaxşıyam, axşam gəlib-gedən
çox olduğu üçün soruşa bilmədim. Sənin Peterburq səfərin necə
keçdi?
Böyükbəy: Səfərim o qədər də fərəhli olmadı. Peterburq bu
saat qazan kimi qaynayır. Hər yerdə inqilab havası duyulur.
(İ.Əfəndiyev)
Bədii üslub başqa üslublarla müqayisədə daha qədim və daha
zəngin sayılır. Başqa üslubların formalaşması, ədəbi dil norma-
larının müəyyənləşməsində bədii üslub həmişə aparıcı olmuşdur.
Ədəbi dildə normanın yeniləşməsi, ümumxalq dili vahidlərinin
yazılı dilə gəlişi bədii üslubdan başlanır.
Dostları ilə paylaş: