Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


Mövzu 20: Azərbaycan ədəbi dilinin funksional üslubları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə134/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   166
2015-332

Mövzu 20: Azərbaycan ədəbi dilinin funksional üslubları 
barədə 
 
Azərbaycan  ədəbi  dilinin  funksional  üslublarına  aşağıdakı 
üslublar daxildir: bədii üslub, elmi üslub, publisistik üslub, məi-
şət üslubu, rəsmi-üşgüzar üslub. Bu üslubların hər birinin özünə-
məxsus  xüsusiyyət  ləri  vardır.  Tarixi  inkişaf  prosesində  müəy-
yənləşmiş  həmin  xüsusiyyətlər  bir  üslubu  başqa  üslubdan  fərq-
ləndirir. Məsələn, bədii üslub obrazlılığı, bədii ifadə vasitələrinin 
bolluğu ilə seçildiyi kimi, elmi üslubun da əsas səciyyəvi xüsu-
siyyəti terminlərdən istifadəyə üstünlük verilməsidir. Bu üslublar 


 
188 
bir-birindən  nə  qədər  fərqlənsə  də,  onların  hamısı  ədəbi  dilin 
üslublarıdır. Buna görə də bu üslubların hər biri ədəbi dilimizin 
fonetik, leksik və qrammatik normalarına tabe olur. 
Üslublarda  həm  diferensiasiya  (ayrılma,  ixtisaslaşma),  həm 
də inteqrasiya (yaxınlaşma) prosesi gedir. Birinci halda ədəbi dil 
ixtisaslaşır  (yəni  üslublar  bir-birindən  fərqlənir,  ayrılır),  ikinci 
halda isə onlar hamı üçün anlaşıqlı olur. 
Bədii  üslub  –  milli  bədii  təfəkkürün  ifadəsidir.  Obrazlı, 
emosional  nitq  formasıdır.  Bədii  üslub  ədəbi  dilimizin  tarixində 
həmişə  aparıcı  olmuşdur.  Funksional  imkanlarının  genişliyinə 
görə bədii üsluba ədəbi-bədii dil deyilir. Bədii üslubun ən vacib 
şərti və ümumi cəhəti obrazlılıqdır. Bədii üslubun obrazlılığı həm 
fonetik, həm leksik, həm də qrammatik səviyyədə özünü göstərir. 
Emosionallıq  (ekspressivlik)  ilk  növbədə  obrazlılıqdan  ya-
ranır. Obrazlı nitq həm də emosional (ekspressiv) nitqdir. 
Fonetik  səviyyədə  bədii  üslubun  göstəriciləri  alliterasiya, 
assonans, təkrar və intonasiyadır. Birinci üç göstərici nitqdə ritm 
yaradan əsas vasitələrdir. 
Alliterasiya eyni samit səslərin təkrarına deyilir. 
Məsələn:  ―Yaxşılığa  yaxşılıq  hər  kişinin  işidir,  yamanlığa 
yaxşılıq ər kişinin işidir‖. 
Atalar  sözündə  təkrar  olunan  y  və  ş  samitləri  nitqdə  alli-
terasiya  yaradır.  Nəsiminin:  ―Al  ilə  ala  gözlərin  aldadıb  aldı 
könlümü; Alinə bax nə al edər, kimsə irişməz alinə‖ beytində ilə l 
samitinin təkrarı alliterasiyadır. 
Assonans isə eyni saitlərin təkrarına deyilir. Məsələn: ―Aza-
cıq aşım, ağrımaz başım‖ atalar sözündə a və ı saitlərinin təkrarı 
nitqdə  assonans  yaradır.  Nəsiminin  yuxarıdakı  beytində  də  bu 
saitlərin təkrarı assonansdır.  
Təkrar  dedikdə  isə  ritmik  (fonetik)  təkrar  nəzərdə  tutulur. 
Məsələn:  ―Ağa  Kərəm,  paşa  Kərəm,  xan  Kərəm;  Alış  Kərəm, 
tutuş  Kərəm,  yan  Kərəm‖  misralarında  Kərəm  sözünün  təkrarı 


 
189 
xüsusi  bir  ritm  yaradır.  İntonasiya  isə  şeirin  və  ya  cümlənin 
xüsusi intonasiya ilə oxunması deməkdir. 
Bədii  üslubun  leksik  səviyyədə  göstəriciləri:  epitet,  təşbeh, 
istiarə,  mübaliğə,  kinayə;  frazeoloji  birləşmələr,  omonimlər, 
sinonimlər, antonimlər və s. 
Bədii üslubun qrammatik səviyyədə göstəriciləri: 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin