Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə27/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   166
2015-332

                                        Dissimilyasiya 
 
Sözdəki  eynicinsli  səslərin  birinin  digərinə  təsir  edərək  onu 
başqa səsə çevirməsinə dissimilyasiya deyilir. Məsələn, sararmaq 
və qararmaq sözlərinə nəzər yetirək. 
 
Çəmənlər, bağçalar, bağlar sararsa,  
Fəzalar dönərək sular qararsa,  
Hər şeyi bir ölüm qorxusu sarsa 
Əyilməm bir daha.... bir həvəs məni.... 
                                                       (S.Vurğun) 
 
Bu misalda sararsa və qararsa sözləri sarı və qara sözlərinə 


 
42 
raq şəkilçisi artırılmaqla düzəldilmişdir. 
Lakin  sonradan  həm  sararmaq,  həm  də  qararmaq  sözlərin-
dəki birinci səsi ikinci r səsinə təsir edərək onu l səsin çevirmiş 
və  buna  əsasən  də  hazırda  həmin  sözlər  saralmaq,  qaralmaq 
formasında deyilir. 
Azərbaycan dilindəki dissimilyasiya hadisəsi öz istiqamətinə 
və sözdəki yerinə görə irəli və geri, yaxın və uzaq olur. 
Sözdəki  qonşu  səslərin  bir-birinə  təsiri  nəticəsində  yaranan 
dissimilyasiyaya  yaxın  dissimilyasiya  deyilir.  Məsələn,  hammal 
sözündəki  birinci  m  səsi  ―qonşusu‖  olan  ikinci  m  səsinə  təsir 
edib, onu b səsinə çevirir. Buna görə də həmin söz hammal yox, 
hambal formasında tələffüz olunur.  
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin