Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə84/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   166
2015-332

Ritorika və fiziologiya 
 
Məlumdur ki, şifahi nitq səsli dildir. Burada səsin böyük rolu 
vardır.  Ritorun  səs  telləri  (bütövlükdə  səs  cihazı)  sağlam  olma-
lıdır. Nə qədər gözəl sözlər işlədirsə işlətsin, səsi xırıltılı, dili pəl-
tək olan natiq heç bir uğur qazana bilməz. 
Fizioloji  qüsur  olaraq  kəkələmək  də  nitqi  eybəcərliyinə 
gətirib çıxarır. 
Danışıq  səslərinin  düzgün  tələffüzü,  orfoepiya  qaydalarına 
riayət  etmək  nitqi  gözəlləşdirən  amillərdən  biridir.  Bəzən  elə 
adamlara  rast  gəlmək  olur  ki,  nitq  axını  prosesində  sanki 
ilişmələr  baş  verir.  Buna  görə  də  istər-istəməz  danışanın  nitqi 
qırılır.  Bu,  həm  onun  özünə,  həm  də  dinləyiciyə  pis  təsir  edir. 
Nitqin  fizioloji  qüsurlarını  aradan  qaldırmaq  üçün  Loqopediya 
adlanan  elm  sahəsi  mövcuddur  (loqos  –  yunanca  söz,  pediya  -
təlim  deməkdir).  Əgər  nitqi  qüsurlu  uşağın  eşitmə  qabiliyyəti 
varsa,  onun  nitq  qüsurlarını  aradan  qaldırmaq  mümkündür. 
Eşitmə  qabiliyyəti  də  nitqin  bəlağətli  alınmasında  əhəmiyyətli 
rol  oynayır.  Əgər,  ritorun  özü  zəif  eşidirsə,  o,  qışqıra-qişqıra 
danışacaq.  Onda  bəlağətli  nitqin  keyfiyyətlərindən  biri  aradan 
çıxmış olacaqdır. Belə nitqə heç kəs qulaq asmaz. 
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin