Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə86/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   166
2015-332

 
RĠTORĠKANIN QISA TARĠXĠ 
Yunanıstanda ritorika 
 
Ritorikanın  tarixi  e.ə.  V-IV  əsrlərdən  başlanır.  Ritorika  de-
dikdə,  onu  həm  sənət,  həm  də  elm  kimi  başa  düşmək  lazımdır. 
Qədim Yunanıstanda məhkəmələr açıq havada çoxsaylı insan iz-
dihamında  keçirilməli,  habelə  bayramlar,  təziyələr,  dostluq  gö-
rüşləri  çox  izdihamlı  olardı.  Burada  xalqın  hörmətini  qazanmış 
Demosfen,  Lisi,  Sokrat,  Perik  kimi  məşhur  ritorlar  çıxış  edərdi. 
Onlar böyük nüfuza malik və savadlı insanlar idi. Eyni zamanda 
ritorikanın  nəzəri  problemləri  də  hazırlanır  –  sistemləşdirilir, 
elmi-nəzəri  əsərlər  meydana  gəlirdi.  Bu  əsərlərdə  ritorika  –  na-
tiqlik  sənətinin  sirrləri  və  onlara  yiyələnmək  yolları  göstərilirdi. 
Bu  əsərlər  sırasında  ritorikanın  elmi  əsaslarını  sistemləşdirən, 
onu  nəzəri  cəhətdən  sabitləşdirən  (e  ə.  V  əsr)  Koraksın  şagirdi 
Siciliyalı  Gorqi  idi.  Amma  əslində  Yunanıstanda  ritorika  VI-III 


 
126 
əsrdə  çiçəklənmə  dövrü  keçirən  yunan  ədəbiyyatı  fonunda  və 
onun  təsiri  ilə  yaranırdı.  Belə  ki,  Hesiodun  «Zəhmətlər  və 
günlər»,  Ezopun  təmsilləri,  Esxilin  «Safoklan»,  Evripidin  faciə-
ləri,  lirik  şeirləri,  Aristofanın  komediyaları,  Herodotun,  Fukidi-
din,  Ksenofonrun  tarixşünaslığa  dair  əsərləri,  bəlağətli  nitqin 
meydana  gəlməsinə  çox  kömək  edirdi.  Bu  dövrdə  teatr  sənəti, 
memarlıq  misli  görünməmiş  dərəcədə  inkişaf  edir  və  bu  sahədə 
dünya  mədəniyyəti  inciləri  yaranırdı.  Bu  dövrdə  yunan  fəlsəfəsi 
də  formalaşmağa  başlamışdı:  Sokrat  (469-399),  Əflatun 
(430/427-347), Aristotel (384-322) bir-birinin şagirdi olaraq dün-
ya  fəlsəfi-humanitar  elmlərin  inçilərini  yaradırdılar.  Bu  vaxtlar 
yaranan  ritorika  həm  incəsənət,  həm  də  elm  kimi  diqqəti  cəlb 
edirdi. Sirakuza, Attika, Afina kimi şəhərlərdə ritorika təlimi ol-
duğu üçün bu şəhərlərdə bəlağətli nitqə dair əsəliər də yaranırdı. 
Burada  ritorika  kursları  14  il  (7  yaşından  21  yaşınadək)  davam 
edirdi. Belə məktəblərdə fəlsəfə, məntiq, ədəbiyyat, dil, riyaziyyat 
keçilsə  də,  ritorika  aparıcı  mövqedə  dururdu.  Bu  fənlərə  aid  dərs-
likləri  –  elmi  əsərləri  də  həmin  fənləri  tədiris  edənlər  yazırdı.  Bu 
dövrdəki  Ellin  ənənəsi  ritorikanı  söz  ustalığı  ilə  inandırmaq  elmi 
hesab edirdi. Elmin ənənəsinə görə ritorikanın 3 əsası vardır:  
Əxlaqlılıq,  müdriklik  və  artistlik.  Bundan  sonra  savadlılıq 
ritorun əsas əlaməti hesab edilirdi.   
Qədim  və  ya  kanonik  (kanon  –  yunanca  kanon  sözündən 
olub,  norma,  qayda-normalar  və  qaydalar  məcmusu  deməkdir) 
ritorikanı 5 əsas hissəyə, mərhələyə bölürdülər. 
 1)  invensiya  –  (latınca  –  inventio  –  ixtira  etmək,  fikirləşib 
tanpmaq) fikirlərin ixtirası, başqa sözlə nitqin mövzusu və ya nitq 
məzmununu düşünüb tapmaq. 
2)  Dispozisiya  və  ya  kompozisiya  (latın  dilində  yerləşmə 
deməkdir). Dispozisiya çıxışın mətnindən və xarakterindən, nitq 
janrından  asılı  olaraq  əsas  müddəaları  yerləşdirə  bilməkdir.  Axı 
bir  çıxışda  bir  neçə  müddəa  olur.  Onların  hansını  öncə,  hansını 


 
127 
sonra  –  deyə  düzə  bilmək  (yerləşdirmək)  nitqin  uğurlu  alın-
masının əsas şərtlərindəndir. 
3)  Elokusiya  –  latın  dilində  –  elequeniya  sözündəndir.  Rus 
dilində termin belə adlanır. Əslində isə Elovensiya adlanmalıdır. 
Sözün mənası nitqi bəzəmək deməkdir. 
Buraya  dil  vasitələrinin  seçilməsi,  poetik  fikirlərin  pafosla 
çatdırılması nəzərdə tutulur.  
4)  Memoria  –  latınca  memarya  –  yaddaş  deməkdir.  Bu  söz 
indi xatirə, mənasında da işlənir (memuar, memorial lövhə və s.). 
Memoriya  tələb,  edir  ki,  ritor  çıxışdan  əvvəl  həmin  mətni  bir 
neçə dəfə xatırlamalı, fikrindən keçirməlidir. 
5)  Aksiya  və  ya  icra.  Çıxışçının  özü,  danışdığı  dili  yüksək 
səviyyədə bilməklə, şifahi nitqin ustalıqla ifadəsi, özünə nəzarət. 
Yunan  alimləri  haqlı  olaraq  belə  hesab  edirdilər  ki,  hansı  növ 
olursa,  olsun  nitq  üç  mühüm  –  ayrılmaz  tərkib  hissədən  ibarət 
olmalıdır; etos, pafos, loqos. Onlar çox vaxt  məhkəmə  prosesini 
etos  hesab  edirdilər  ki,  Afinada  təşkil  edilən  bu  açıq  prosesdə 
açıq dialoji olmalı, həqiqət qalib gəlməli idi. 
Pafos  –  həqiqəti  üzə  çıxarma,  tərəflərinə  münasibətini 
aydınlaşdırma idi. Kim dolu pafosla danışsa, o haqlı ola bilər.  
Loqos  –  hər  şeyi  dillə  dəqiq  şəkildə  ifadə  etmək  kimin  dili 
zəngin olsa, o dövlət qalib gələ bilər. 
Qədim yunan alimi Aristotel öz müəllimləri Əflatun və Sok-
ratı  qabaqlayaraq  ritorikanın  bütöv  fundamental  elm  sistemini 
yaratmışdı. Onun «Metafizika», «Məntiq», «Siyasət», «Poetika», 
«Analitika» əsərləri, xüsusilə heç vaxt əhəmiyyətini itirməyən, 3 
kitabdan  ibarət  olan  «Ritorika»  əsərləri  insan  idrakının  yüksək 
pilləşinə  qalxa  bilmişdi.  Müasir  elm  hələ  Aristotelin  elmi  idra-
kının məhsulu olan bu əsərlərdən çox bəhrələnə biləcəkdir. 
Yunan  mədəniyyətindən,  yunan  natiqlik  sənətindəndanı-
şarkən Aristotelin yaşıdı, görkəmli siyasi xadim və ritor Demos-
fenin  (e-ə.  384-322)  adını  çəkməmək  olmaz.  Demosfen 


 
128 
ritorikanın  elmi  problemlərində  Aristotel  səviyyəsinə  qalxa 
bilməmişdir.  Aristotel  ilə  bir  ildə  anadan  olub,  eyni  ildə  vəfat 
edən Demosfen ritorikanın bəzi incəliklərini kəşf etməklə öz dahi 
müasirinin kölgəsindən çıxa bilmiş, öz adını yunan mədəniyyəti 
və  ritorikası  tarixinə  əbədi  həkk  edə  bilmişdi.  Demosfenin 
düzgün  tələffüz  və  lazımsız  əl-qol  hərəkətini  aradan  qaldırmaq 
üçün kəşf etdiyi xüsusi üsullar indi də əhəmiyyətini itirməmişdir. 
Demosfen  siyasi  xadim  olaraq  anti  -  Makedoniya  hərəkatına 
rəhbərlik  etmiş,  ölkəsi  makedoniyalılar  tərəfindən  işğal  olun-
duqdan sonra zəhərlənib ölmüşdür. 
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin