130
Avropada (Fransada) ritorika
"Mədəniyyətin başqa sahələrində olduğu kimi, antik ritorik
sənət də Roma imperiyasına daxil olan ölkələrə Romadan
keçmişdi. Belə ki, İspaniya, Italiya, Vizantiya, Fransa, müəyyən
qədər İngiltərə və Almaniya antik mədəniyyətin bütün növlərini
Roma vasitəsilə almışdılar. XIII-XIX əsrlərdə Avropanın mədəni
ölkələrində akademik ritorikaya xüsusi önəm verilirdi. Məsələn,
XII əsrdə İngiltərənin Oksford, XIII əsrdə Fransanın Sarboniya
universitetində ritorikaya aid mühazirələr oxunurdu. Avropa
ölkələri içərisində ritorikaya ən böyük önəm verən Fransa idi.
Fransada bəlağətli nitqin aşağıdakı mərhələləri qeyd olunur.
1) XV əsrə qədərki ritorika latın dilində olub, ruhani üslubda
idi.
2) XV əsrdən başlayaraq fransız dili latın və italyan dillərinə
qarşı öz hüquqlarını müdafiəyə qalxır. P.Fabri fransız dilində ilk
ritorik əsər yazır.
3) XVII əsrdə (1671-ci ildə) antik dünya gorüşünə, mədə-
niyyətinə qarşı çıxış güclənir və əvvəlkilərdən imtina edilir.
4) XVIII əsrdə kilsə ruhani ritorikası artıq süquta varır,
bunun əvəzində siyasi və akademik ritorika bərqərar olur.
Dostları ilə paylaş: