Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə90/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   166
2015-332

Azərbaycanda ritorika 
 
 
XI  əsrin  sonları  XII  əsrin  əvvəllərinıdə  Azərbaycanda  artıq 
ərəb nüfuzu zəifləmiş, fars nüfuzu güclənmişdi. Bu dövrdə yaşayan 
Azərbaycan alimləri, mütəfəkkirləri və siyasət adamları mahir ritor-
lar  idilər.  Təəssüf  ki,  türk  dili  saraylara  yol  tapa  bilmədiyi  üçün 
Nizamül-Mülk, Nəsrəddin Tusi, Məhəmməd Hinduşah Naxçıvani, 
Fəxrəddin  İbn  Məhəmməd  Hinduşah  Naxçıvani,  habelə  görkəmli 
sözustası  Nizami  Gəncəvi,  Əbülüla  Gəncəvi,  Xaqani  Şirvani  və 
başqaları  öz  əsərlərini  farsca  yazmışlar.  Nizamül-Mülk  (1017-
1092)  səlcuq  sarayının  elə  ağıllı  vəziri  olmuşdur  ki,  onun  məs-
ləhətləri  həmişə  hörmətlə  qarşılanmışdır.  Əvvəlcə  (1063-cü  ildə) 
Alp Arslanın, sonra isə Məlik şahın vəziri olmuş Nizamül-Mülk öz 
tövsiyə və çıxışlarını «Siyasətnamə» adlı kitabda vermişdir. Bunu 
biz  Nizamül-Mülkü  «Siyasətnamə»  əsərinin  148-150-ci  səhifə-
sindəki rəvayətdən bir hissəyə diqqət yetirək.Rəvayət: 


 
132 
Hadisədə deyilir ki, xəstəlik peyğəmbər ə.s elə zəiflədib əldən 
salmışdı ki, yeriməyə taqəti qalmamışdı, camaat namazının vaxtı 
çatmışdı, əshabələri məscidə yığılıb gözləyirdilər ki, o, gəlib, ca-
maat namazını qılsın. 
Aişə və Həfsə peyğəmbərin başı üstündə oturmuşdular. Aişə 
peyğəmbər  ə.s.  dedi:  «Ey  Allahın  peyğəmbəri,  namaz  vaxtı  çat-
mış,  camaat  məscidə  yığılmışdır,  sənin  də  ora  getməyə  taqətin 
qalmamışdır. Cammaatın qabağında durub imamlıq etməyi kimə 
tapşırırsan?» Dedi: «Əbubəkirə». Bir də soruşdu «Kimə tapşırır-
san?»  Dedi:  «Əbubəkirə».Aişə  Həfsəyə  dedi:  «Mən  iki  dəfə 
dedim, sən də bir dəfə de ki, Əbubəkir zəif və ürəyiyuxa adamdır, 
əshabələrinin hamısından çox o səni istəyir, namaza durub, sənin 
yerini  boş  gördükdə  ağlamağı  tutacaq,  namazı  həm  özünə,  həm 
də camaata haram edəcəkdir. Bu Ömərin işidir, ürəyi bərk, özü 
də möhkəm adamdır, buyurunuz, imamlığı o etsin, ziyanı olmaz». 
Aişə  və  Həfsə  peyğəmbər  ə.s.  belə  dedilər.  Peyğəmbərin 
qəzəbi tutdu, üzü qızardı və dedi: «Siz Yusif Kərsif kimisiniz. Mən 
siz istəyəni etməyəcəm, onu edəcəyəm ki, müsəlmanların xeyrinə 
olsun. Gedin Əbubəkirə deyin, camaat namazını başlasın». Aişə-
nin  (Allah  ondan  razı  olsun)  bu  qədər  elmli,  mömin  və  pak  ol-
mağına baxmayaraq, peyğəmbər ə.s. Aişənin istədiyinin əksini et-
məyi  buyurdu.  İndi  görünüz,  başqa  arvadların  bilik  və  məs-
ləhətləri  nə  dərəcədə  olar.  Yusif  və  Kərsif  haqqında  hekayə  isə 
başqa cürdür...  
Qeyd:  Nitq  mədəniyyətinin  ritorika,  üslub,  ritorikanın 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin