XI əsrin sonları XII əsrin əvvəllərinıdə Azərbaycanda artıq
ərəb nüfuzu zəifləmiş, fars nüfuzu güclənmişdi. Bu dövrdə yaşayan
Azərbaycan alimləri, mütəfəkkirləri və siyasət adamları mahir ritor-
lar idilər. Təəssüf ki, türk dili saraylara yol tapa bilmədiyi üçün
Nizamül-Mülk, Nəsrəddin Tusi, Məhəmməd Hinduşah Naxçıvani,
Fəxrəddin İbn Məhəmməd Hinduşah Naxçıvani, habelə görkəmli
sözustası Nizami Gəncəvi, Əbülüla Gəncəvi, Xaqani Şirvani və
başqaları öz əsərlərini farsca yazmışlar. Nizamül-Mülk (1017-
1092) səlcuq sarayının elə ağıllı vəziri olmuşdur ki, onun məs-
ləhətləri həmişə hörmətlə qarşılanmışdır. Əvvəlcə (1063-cü ildə)
Alp Arslanın, sonra isə Məlik şahın vəziri olmuş Nizamül-Mülk öz
tövsiyə və çıxışlarını «Siyasətnamə» adlı kitabda vermişdir. Bunu
biz Nizamül-Mülkü «Siyasətnamə» əsərinin 148-150-ci səhifə-
sindəki rəvayətdən bir hissəyə diqqət yetirək.Rəvayət:
132
Hadisədə deyilir ki, xəstəlik peyğəmbər ə.s elə zəiflədib əldən salmışdı ki, yeriməyə taqəti qalmamışdı, camaat namazının vaxtı çatmışdı, əshabələri məscidə yığılıb gözləyirdilər ki, o, gəlib, ca- maat namazını qılsın. Aişə və Həfsə peyğəmbərin başı üstündə oturmuşdular. Aişə peyğəmbər ə.s. dedi: «Ey Allahın peyğəmbəri, namaz vaxtı çat- mış, camaat məscidə yığılmışdır, sənin də ora getməyə taqətin qalmamışdır. Cammaatın qabağında durub imamlıq etməyi kimə tapşırırsan?» Dedi: «Əbubəkirə». Bir də soruşdu «Kimə tapşırır- san?» Dedi: «Əbubəkirə».Aişə Həfsəyə dedi: «Mən iki dəfə dedim, sən də bir dəfə de ki, Əbubəkir zəif və ürəyiyuxa adamdır, əshabələrinin hamısından çox o səni istəyir, namaza durub, sənin yerini boş gördükdə ağlamağı tutacaq, namazı həm özünə, həm də camaata haram edəcəkdir. Bu Ömərin işidir, ürəyi bərk, özü də möhkəm adamdır, buyurunuz, imamlığı o etsin, ziyanı olmaz». Aişə və Həfsə peyğəmbər ə.s. belə dedilər. Peyğəmbərin qəzəbi tutdu, üzü qızardı və dedi: «Siz Yusif Kərsif kimisiniz. Mən siz istəyəni etməyəcəm, onu edəcəyəm ki, müsəlmanların xeyrinə olsun. Gedin Əbubəkirə deyin, camaat namazını başlasın». Aişə- nin (Allah ondan razı olsun) bu qədər elmli, mömin və pak ol- mağına baxmayaraq, peyğəmbər ə.s. Aişənin istədiyinin əksini et- məyi buyurdu. İndi görünüz, başqa arvadların bilik və məs- ləhətləri nə dərəcədə olar. Yusif və Kərsif haqqında hekayə isə başqa cürdür... Qeyd: Nitq mədəniyyətinin ritorika, üslub, ritorikanın