131
inkişaf etdi. Ümumiyyətlə götürdükdə, İslam dininin VII əsrdə
meydana gəlməsi ərəb mədəniyyətinin inkişafına çox güclü təkan
verdi. Ərəb ədəbiyyatı, ərəb musiqisi, ərəb elmi misli görün-
məmiş şəkildə inkişaf etməyə başladı. Bütün dini xütbələr ərəb
dilində aparılırdı. Bu dövrün görkəmli natiqlərindən heç şüb-
həsiz, Məhəmməd Peyğəmbərin (570-632) adını xüsusi qeyd et-
mək lazım gəlir. Məhəmməd(əs) məclislərdə oxuduğu xütbələrə
qədər özünə gələn vəhyləri adamlara çatdırır və onları Allahın
birliyinə inanmaqda – möminliyə çağırırdı. İstər qüreyşlərin
birliyinə inanmaqda, istər haşimilərin içərisində Məhəmməd (əs.)
gözəl nitqi qarşısında həsəd və paxıllıqdan törənən ədavət də
yaranırdı. Məhəmməd(əs.) Mədinəyə köçdükdən sonra müsəl-
manlara özü İslam dini, Allahın əmrləri, Quranın hökmləri, öz
şəriəti haqqında güclü bir natiq kimi çıxış edirdi.Koto Lombun
yazdığına görə Məhəmməd(əs.) bütün dillərə vaqif imiş.
Dostları ilə paylaş: