Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə87/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   166
2015-332

Romada ritorika 
 
Roma Yunanıstanı işğal etsə də, humanitar elmlər sahəsində 
ondan çox şey götürməli oldu. Ellin mədəniyyətini qəbul etməli 
olan Roma qrammatikanı, poetikanı, habelə ritorikanı da  yunan-
lardan  qəbul  etməyə  məcbur  oldu.  Bununla  belə,  bir  sıra  elmlər 
məhz Romada inkişaf edib təkmilləşdi. Mark Tuli Sisseron (e.ə. 
106-43), Yuli Sezar (e.ə. 102 /100-44), Mark Yuni Brut (e.ə. 85-
42)  və  s  kimi  alim  və  ictimai  xadimlər  Roma  natiqlik  sənətinin 
abədi şöhrəti olmuşlar. Y.Sezar alim, dövlət xadimi, şair, ritorika 
üzrə məşhur mütəxəssis olmuşdur. Onun məhkəmədə vəkil kimi 
ritorik çıxışı stenoqramlaşdırılıb indi də saxlanmaqdadır. 
Yuli  Sezar  Pompeyə  qalib  gəlmiş  amansız  bir  diktator  ol-
muşdur.  Bununla  belə,  elmlə  məşğul  olmuş,  «Hall  müharibəsi 
haqqında qeydlər» və «Vətəndaş müharibələri haqqında qeydlər» 
adlı  elmi  əsərlərini  yazmışdı.  Yuli  təqvimi  islahatını  da  o  keçir-
mişdir. Onun ritorik istedadı onun adını bu sahəyə həmişəlik yaz-
mışdır. 
 Qədim Roma ritorikasından danışanda Mark Yuni Brutun da 
adını  çəkməmək  olmaz.  O,  demokratik  fikirli  siyasi  xadim, 
habelə  görkəmli  natiq  olmuşdur.  Natiqlik  sənətini  mükəmməl 


 
129 
şəkildə  mənimsəmiş  M.Y.Brut,  Y.Sezara  qarşı  təşkil  edilən 
mübarizənin  önündə  getmiş,  diktatorun  qətlə  yetirilməsində 
şəxsən iştirak etmişdir. 
 Əslində yeni eraya həm Yunanıstan, həm də Roma ən məş-
hur natiq kimi M.F.Kvintilian (35-96) ilə daxil olmuşdur. Yəni nə 
Yunanıstanda,  nə  də  Romada  M.  Kvintiliana  bərəbər  məşhur 
natiq yox idi. O, natiqlik sənətınin bütün incəliklərini əks etdirən, 
12  kitabdan  ibarət  ―Natiqin  təhsili  (formalaşması)  haqqında‖ 
həmişəyaşar  əsər  yazmışdır.  Bu  əsər  aşağıdakı  kitablardan  iba-
rətdir: 
1. «Gələcək ritorun tərbiyəsi haqqında» 
2. «Ritorikanın tarixi və onun tərkib hissələri»  
3. «Başlanğıc təhkiyə» 
4. «Sübut, təkzib» 
5. «Ehtirasların coşması haqqında: gülüş, iztirab, düşünmə»  
6. «Yerləşmə»   
7. «Söz ifadələri» 
 
8. «Fiqurlar» 
 
9. 
«Söz 
bolluğu 
haqqında» 
10. Sözdə ali (yüksək) ifadəlilik» 
11. «Natiq insan kimi, əxlaqi sima» 
12. 
«Ritoru 
nə 
vaxt 
rədd 
etmək 
olar
1

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin