135
yaüstü təsvirlər və petroqliflər, Kür-Araz və Xocalı mədəniy-
yətlərinə aid maddi-mədəniyyət nümunələri, kurqan tapıntıları
sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azər-
baycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur‖.
Dil və mədəniyyət haqqında;Fənnin adına uyğun olaraq nitq
mədəniyyəti barədə söhbət açmaq, B.Vahabzadə və Nəbi Xəz-
rinin ―Ana dili‖ şeirləri barədə məlumat vermək lazımdır
.
Azərbaycan dili və nitq mədəniyyəti.Dil və mədəniyyət
2
haq-
qında ilk növbədə, dilin ictimai kateqoriya olması, dilin qədimliyi,
şifahi ümumxalq danışıq dili ilə ədəbi dilin üzvü bağlılığı olması
barədə şərh vermək lazımdır. Nitq mədəniyyəti fənninin tarixiliyi,
antik dövr natiqlik mədəniyyəti və məktəbləri barədə məlumat
vermək lazımdır.Tarixi qaynaqlardan məlum olur ki, lap qədim
zamanlardan məzmunlu, obrazlı, aydın yığcam, təsirli nitqə malik
olan insanlar cəmiyyət tərəfindən həmişə yüksək qiymət-
ləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları, va-
sitələri böyük şəxsiyyətlərin daim diqqət mərkəzində olmuşdur.
Miladdan əvvəl Qədim Misirdə, Hindistanda, Çində, Babilistanda
və başqa yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik
sənətinin, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan ol-
muşdur. Natiqlik də bir elm kimi Yunanıstanda meydana gəlmiş,
inkişaf etmişdir. Yunanıstanın ictimai-siyasi həyatındakı müba-
rizələr, iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi və sair ilə
bağlı Afina şəhər dövlətində natiqlik sənəti inkişaf etməyə, yük-
səlməyə başlayır. Natiqlik sənətindən təsirli və kəskin silah kimi
istifadə etməyə çalışırdılar. E.ö. VII-IV əsrlərdə fəaliyyət
göstərən
yunan natiqlik məktəbi Aristotel, Asntifont, Andokid, Lisiy, İsey,
İ. Sokrat, Molon, Kvintilian, Demosfen, Hipeorid, Esxil kimi
görkəmli natiqlər yetişmişdir. Həmin məktəblərdə dərs deyən bu
görkəmli natiqlər bu sənəti həm nəzəri, həm də praktik şəkildə
Dostları ilə paylaş: