Can sözdür, əgər bilirsə insan, Sözdür ki, deyirlər, özgədir can,
Söz vardır kəsdirər başı, Söz vardır kəsər savaşı,
Söz vardır ağulu acı, Bal ilən edər yağ bir söz.
Şah İsmayıl Xətai şəxsiyyət azadlığını dilin mövcudluğunda
görürdü. O belə bir qənaətə gəlirdi ki, dil səni-sən, məni-mən,
səni-biz, bizi-hamımız kimi formalaşdırmaqla millət, xalq anla-
yışını tamamlayır. O, elmilik, aydın diksiya və musiqiliyi nitq
üçün vacib şərtlərdən sayırdı. Orta əsrlərdə yaşayıb-yaradan şair-
lər, söz ustaları, natiqlərin söz və onun qüdrəti, tutarlı və orijinal
fikir söyləmək bacarığı, natiqlik məharəti, nitqin kamilliyi, təsir
qüvvəsi, nitqdə forma və məzmun vəhdətinin gözlənilməsi, söz
ustası (suxənvər, danışığına fikir verən, danışa bilən (suxəndan)
və s. barədə fikir və mülahizələr söyləmişlər.
XVII-XVIII əsirlərdə aşıq poeziyasında da sözün tələf-
füzünə, yatımlı deyilişinə çox fikir verilmiş, İmran dili dedikdə
gözəl danışıq nəzərdə tutulmuşdur. XIX əsrdə Azərbaycanda
M.Ş.Vazeh, Axundov, A.A.Bakıxanov, Q.Zakir kimi praktik
natiqlər, bu sahənin nəzəriyyəçiləri yetişmişdir. M.F.Axundov
özünün bütün bədii və elmi yaradıcılığında mədəni nitq, natiqlik
məharəti, fəsahətli kəlam, nitqin müxtəsərliyi və aydınlığı, səhnə
dili, dilimizin orfoqrafiya və orfoepiya normaları və s. haqda
elmi-nəzəri fikirlər, mülahizələr söyləmişdir. Onun ―Kritika və
Tənqid‖ risaləsi adlı məqalələrində dilin təkmilləşdirilməsi məq-
sədilə söylədiyi fikirlər eyni söz və ifadələrin təkrarına yol
verməmək, yazılı və şifahi nitqin fərqli xüsusiyyətlərini nəzərə
almaq, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya qaydaları və
səhnə nitqi, sair bu gün də öz əhəmiyyətini itirməmişdir. Mirzə
Kazım bəy, Mirzə Şəfi Vazeh, Cəlil Məmmədquluzadə, Mirzə
Ələkbər Sabir, Aleksey Çerniyayevski, Seyid Əzim Şirvani,
Rəşid bəy Əfəndiyev, Soltan Məcid Qənizadə, Həbib bəy
Mahmudbəyov, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə,
144
Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Məmmədtağı Sidqi,
Seyid Ünsüzadə, Firidun bəy Köçərli, Fərhad Ağazadə, Bəkir
Çobanzadə, Hacı Rəhim Əfəndiyev və başqaları yazdıqları məqa-
lələr, dərslik və dərs vəsaiti ilə məktəblərimizə, maarif və mədə-
niyyətimizə xeyli kömək etmişlər. Bu ziyalılar Azərbaycanda
məktəb açmaq sahəsində, məktəb üçün dərslik yazmaq, əlifba,
orfoqrafiya və bu kimi bir sıra məsələləri həll etmək barədə uzun
illər boyu bütün təzyiq və məhdudiyyətlərə baxmayaraq yorul-
madan mübarizə aparmış, dilimizin praktik məsələlərindən, lüğət
tərkibi, üslubiyyətından da bəhs etmiş, məktəblilərin yüksək nitq
mədəniyyətinə yiyələnməsinin vacibliyini dönə-dönə vurğula-
mışlar. XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində
yaşayıb-yaratmış görkəmli alim M.M.Nəvvabın sözün qüdrəti
barədə, danışıq mədəniyyəti haqda bir çox fikirləri, nəsihətləri
olmuşdur. Nəsihətnaməsində 500 nəsihətin verilməsi mədəni
nitqə aid parlaq nümunədir.
XX əsrdə yaşanmış natiqlərdən Məmməd Əmin Rəsulzadə,
Fətəli xan Xoyski, Nəriman Nərimanov, Bəkir Çobanzadə, Əli
Nəzim, Həmid bəy Şaxtaxtinski, Səməd Vurğun, Mikayıl Rəfili,
Cəfər Xəndan, Əli Sultanlı, Şıxəli Qurbanov, İsmayıl Şıxlı, Xəlil
Rza Ulutürk kimiləri nümunə ola bilər. ―Nə qədər ali, hissiyati –
qabiliyyə oyandırtan bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs,
nə qədər əzəmətli bir qüvvə! ―Ana dili! Bir dil ki, mehriban bir
vücud öz məhəbbətini sənə, bu dildə bəyan edibdir. Bir dil ki,
sənə hələ beşikdə ikən bir layla şəklində öz ahəngi və lətafətini
sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır!..‖
Nəriman Nərimanov ana dilinə xalqın varlığını təşkil edən
əsas amil kimi baxmış, ədəbi dilimizin tədrisi, xəlqiliyi, saflığı,
təmizliyi və inkişafı haqqında bu gün belə aktual olan fikirlər,
mülahizələr söyləmişdir Ağamməd Abdullayev, Ş.Qurbanov na-
tiqlik sənətinidən çoxsaylı məqalələr yazmışdır.Yusif Vəzir Çə-
mənzəminli ―Dil məsələsi― adlı məqaləsində qeyd edir ki, – Dil
145
çirklik sevməz, zor və güc də qəbul etməz. Dil öz kökü üstə bitər,
qalxar, qol-qanad açar və bu asudəlik, təbiilik sahəsində də böylə
gözəl, zərif və geniş bir halə gələr ki, hamını heyran qoyur―. ―Hər
bir xalqın milliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən
onun ana dilidir‖deyən ulu öndərimiz H.Əliyev zəmanənin gör-
kəmli natiqlərindən olmuşdur. O, müdrik, ağıllı qərarları ilə ya-
naşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir
insan, böyük mütəfəkkir bir alim idi. H.Əliyevbir natiq kimi
zəngin söz ehtiyatına malik idi, o, nitqində söz və ifadələrin tək-
rarına mümkün qədər yol verməzdi. Onun nitqində məntiq və
rabitə vardı. AMEA-nın Dilçilik İnstitutunda 1960-cı ildən nitq
mədəniyyəti şöbəsi fəaliyyət göstərir. Şöbə tədqiqatlarla yanaşı
mətbuatda, radio, televiziya verilişlərində, bədii və elmi əsər-
lərdə, dərsliklərdə, reklamlarda nəzərə çarpan dil və üslub nöq-
sanlarının aradan qaldırılması üçün əməli təkliflər vermişdir.
―Nitq mədəniyyəti‖, ―Ana dilinin saflığı uğrunda‖, ―Dilimiz qey-
rətimiz‖ və s. daimi rubrikalar altında yazılar dərc olunmuşdur.
Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan dilinin qlobal-
laşma şəratində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında 2012-ci il
mayın 23-də imzaladığı sərəncamında dilçiliyimizin başlıca
rəmzlərindən olan ana dilinin istifadəsinə və təbliğinə dövlət qay-
ğısının artırılması, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin
əsaslı yaxşılaşdırılmasını təmin etmək baxımından son dərəcə
mühüm bir sənəddir.
Dostları ilə paylaş: |