2
Bax: E.B.Тайлор. Первобытная культура,М., Политиздат, 1989, с.18
136
öyrənənlərə aşılamışlar. Bu dövrdə natiqlik sənətinin nəzəriyyə-
sindən bəhs edən ―Ritorika‖ elmi də yaranmışdır.
Antik yunan natiqlik sənətinin yaranması və inkişafında
Aristotelin xüsusi rolu olmuşdur. Aristotel 335-ci ildə ―Ritorika‖
adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş, sənəti
insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmişdir. Natiq
nitqinin quruluşunu, üslubunu, orfoepiyasını, ifadəlilik vasitə-
lərini geniş şəkildə şərh etmişdir. ―Ritorika‖ əsəri üç hissədən
ibarətdir: a)Nitqin tərtibi prinsipi; b) Natiq üçün lazım olan şəxsi
keyfiyyət və qabiliyyət; e) Nitqin texnikası, vasitələri və pri-
yomları.
Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulma-
sına daha çox fikir verir və göstərirdi ki, üslubun əsas mahiyyəti
onun aydınlığı ilə bağlıdır. Üslub nitqin predmetinə uyğun olma-
lıdır. O, natiqin məharətinin beş cəhətini xüsusi qeyd edirdi.
1. Materialın icadı və onun hazırlanması.
2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya sa-
lınması.
3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması.
4. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intona-
siya, emosiya və s. məsələlərin nəzərə alınması və onlara əməl
olunması.
5. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi.
Aristotelin yaxşı nitq üçün materialın düzgün seçilməsi, pla-
nın tutulması, onun mükəmməl öyrənilməsi, söyləmə zamanı uy-
ğun üslubun müəyyənləşdirilməsi, orfoepik və informasiya qay-
dalarına əməl edilməsi, emosiyaların özünəməxsus forma ilə ve-
rilməsi mühüm şərt hesab edirdi.
Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir
göstərən səbəblərdən biri də Solon qanunları olmuşdur. Bu
qanunlara əsasən hər bir afinalı məhkəmədə öz hüququnu mü-
dafiə etməyi bacarmalı idi. Buna görə də hər bir afinalı hüquqi
137
biliklərə yiyələnməyi, həm də öz hüquqlarını müdafiə etməyi
bacarmalı idi. Belə bir tələb əsasında afinalılar hüquqi biliklərə
yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək üçün aydın,
təsirli, məntiqi, sübutlu, rabitəli danışa bilməyə xüsusi səy göstə-
rirdilər. Afinada məhkəmə proseslərini 501 nəfər münsiflər heyə-
tindən ibarət olan vətəndaş aparırdı. Kimin müqəssir olub-olma-
ması əksəriyyətin səs verməsi yolu ilə müəyyənləşdirilirdi.O za-
man məhkəmədə vəkillər fəaliyət göstərmədiklərindən vətəndaş-
lara Hüquq təhsili almışdı. Onlar xüsusi muzdla məhkəmədə
baxılacaq işin məzmun və mahiyyəti ilə bağlı nitqlər yazırdılar.
İşi məhkəməyə düşən afinalı həmin nitqi əzbərləyir və məhkəmə
prosesində özünü müdafiə edirdi, bu işdə onlara həmçinin
loqoqraflar kömək edirdilər.
Demosfen öz dövrünün görkəmli loqoqrafı və natiqlərindən
məşhuru olmuşdur. Antik natiqliyin yaranması və inkişafında xü-
susi rol oynamışdır. Nitq orqanları qüsurlu olan Demosfen sözləri
daha aydın deyə bilmək üçün ağzına xırda daşlar alaraq dəniz
kənarında nitq söyləyər, danışarkən çiynini atmağı tərgitmək
üçün tavandan asılı cidanın altında durarmış. Uzunmüddətli
məşqlər Demosfeni natiqlik sənətinin zirvəsinə yüksəltdi. Siseron
onun haqqında demişdir; ―Kim Demosfen olmaq istəmirsə, o na-
tiq deyil‖.
Demosfen natiqlik sənəti ilə bağlı nəzəriyyəçilərdən biri idi.
O ritorika ilə bağlı bir sıra əsərlər yazmışdır. Ritorika elmini
nəzəri və praktik cəhətdən inkişaf etdirmiş, faydalı fikirlər, mü-
lahizələr söyləmişdir. Natiqlik sənətində aşağıdakı tələblərə əməl
olunmalıdır: 1) materialın toplanması. 2) məqsədəuyğun söylənil-
məsi üçün planın tərtibi. 3) nitqin məzmununun öyrənilməsi, mə-
nimsənilməsi. 4) məzmunun dinləyicilər qarşısında söylənilməsi.
Demosfenin tələffüzü, danışıq tərzi aydın, anlaşıqlı idi. O özü-
nün dərin məntiqi, rəngarəng informasiya çalarları, müraciət
formaları, ritorik sualları ilə dinləyiciləri cəlb edə bilirdi. Demos-
138
fen nitqlərində Afinanın satqın və fəiliyyətsiz hakimlərini ifşa edir,
onları ədalətli olmağa, düzgün siyasət yeritməyə çağırırdı. Bu
keyfiyyətlərinə görə afinalılar böyük ehtiram və inamla danışan
Demosfenin nitqinə həvəslə qulaq asır, onu axıra qədər dinlə-
yirdilər.
Afina şəhər dövlətinin tənəzzülü ilə bağlı yunan natiqlik sə-
nətində də geriləmələr baş verir.Gözəl nitq öz siyasi xarakterini
itirir, canlı, konkret şəraitdən uzaqlaşır, daha çox təntənə nitqinə
çevrilir.
Yunan natiqliyinin tənəzzülündən sonra onun mərkəzi qədim
Romaya köçür. Romada natiqlik sənəti yaranmağa başlayır.
Qədim dünyanın bu dövləti natiqlik sənətinə bir sıra gör-
kəmli şəxsiyyətlər bəxş etmişdir.Katon(b.e.ə. 163-132), Antoni
Mark (b.e.ə. 80-30) kimi ustaları Roma natiqlik məktəbinin yetiş-
dirmələri olmuşlar. Bunların içərisində bir natiq kimi dünya şöh-
rəti qazanmış görkəmli dövlət xadimi, ritorika alimi, mütəfəkkir
Mark Tuli Siseron (b.e.ə.106-43.) o, natiqlik sənəti ilə bağlı üsusi
ilə fərqlənirdi. ―Natiqlik haqqında‖, ―Brut, yaxud məşhur natiqlik
haqqında‖ və ―Natiq‖ traktatlarını yazmışdır.
Mark Tuli Siseron giriş, təhkiyə və fikirtəsdiqedən sübutlara,
faktlara, nəticə məsələlərinə üstünlük verirdi. Yeri gəldikcə tarixi
lətifələrdən, haqqında danışdığı hadisələrdən, atalar sözü və xalq
məsəllərindən, bədii sual, xitab və nidalardan məharətlə istifadə
etmişdir.
Qədim Roma natiqlik məktəbibin nümayəndələrindən biri
də Mark Fabiy Kvintilian(42-118) olmuşdur.O, ―Natiqlik təhsili‖
adlı 12 kitabdan ibarət əsər yazmışdır Həmin kitablarda natiqlik
sənətinin elementləri və ritorikanın mahiyyəti, nitq üzərində işin
mərhələləri(mövzunun seçilməsi, yerləşdirilməsi, yadda saxlan-
ması, nəqli, aydın tələffüzü), natiqlik sənətinə, natiqlik fəaliy-
yətinə verilən tələblər və s. məsələlər şərh olunmuşdur. O, na-
tiqlik nəzəriyyəçisi kimi tanınmışdır.
139
Roma natiqlik məktəbi sənətinin inkişafı uzun sürmür. Res-
publikanın süqutundan sonra natiqlik sənəti tənəzzülə doğru
gedir. Diktatura, imperiya natiqliyin qarşısını alır, bu sənət din
xadimlərinin əlində moizə söyləmək, dini qanunları, ehkamları
təbliğ etmək vasitəsinə çevrilir.
Natiqlik sənətinin tarixi ilə bağlı eyni vəziyyət Rusiyada,
eləcə də Azərbaycanda XVII, XVIII və XIX əsrlərə qədər davam
etmişdir.
Rusiyada natiqlik sənətinin inkişafı böyük rus alimi, mahir
söz ustası M.V.Lomonosovun adı, fəaliyyəti ilə bağlıdır. O,
1748-ci ildə ―Краткое руководство краткоречи‖ adlı kitab nəşr
etdirmişdir. Bu kitab Ritorikanın əsasında yazılmışdır. M.V.Lo-
monosova görə, natiq dinləyicisinin hissiyatına təsir etməlidir.
Bunun üçün o, natiqliyin təsirgöstərmə vasitələrindən istifadə
etməyi bacarmalıdır.
Rus natiqlik sənətinin inkişafında XIX əsrdə yaşayıb-
yaratmış yazıçıların, şairlərin, filosofların, siyasətçilərin, din
xadimlərinin, dilçi alimlərin və başqalarının da fəaliyyəti böyük
olmuşdur.Ölkənin böyük şəhərlərində fəaliyyət göstərən məhkə-
mələrdə səslənən nitqlər də rus natiqlik sənətinin bu dövrdə for-
malaşmasına müsbət təsir göstərmişdir. XIX əsrin 60-cı illərində
Rusiyada məhkəmə islahatları keçirilir. Məhkəmədə iclasçıların
iştirakı təmin olunur. Məhkəmə prosesi, bir növ, demokra-
tikləşdirilir.
Saltıkov-Şedrin, Dostayevski, Çexov və başqaları tez-tez
məhkəmə salonlarına gedər, oradakı çıxışları dinləyərdilər. Na-
tiqlik sənətinə qədim mədəniyyət tarixi olan Şərqdə də maraq
yaranaraq, ritorika elminə insan fəaliyyətinin xüsusi növü kimi
yüksək qiymət verilmişdir.
Filosof, siyasətçi, qanunşünas, böyük islahatçı, islam dininin
banisi Məhəmməd Peyğəmbər ədəb, əxlaq, iffət. vicdan, təva-
zökarlıq, təmizlik, namuslu olmaq və s. insani keyfiyyətlər sıra-
140
sında natiqlik məharətinə xüsusi əhəmiyyət vermiş, göstərmişdir
ki, natiqliyin bəlağəti bəzən cadu və sehr təsiri bağışlayır.İnsanın
gözəlliyindən biri də onun gözəl danışmasıdır.
İslamın ikinci böyük siyasətçisi olan Həzrət Əlinin zəngin
irsində təlim-tərbiyə məsələləri ilə yanaşı, danışıq, onun etik
qaydaları barədə ibrətamiz fikirlər söylənmişdir: əqli çox olan
adamın sözü çox az olar; hər bir adam öz dilinin altında gizlənir,
danışanın özünə yox, sözünə daha çox diqqət et, ölç, biç sonra
danış, kəs; düşün, daşın, sonra danış; anla, bil, sonra et və s.
Şərq dünyasının böyük alimi Əli ibn Sina (980-1037), şair və
dilosov – Firdövsi (934-1024), Əbu Reyhan Biruni (973-1048),
Mahmud Kaşqarlı (1029-1126), Sədi Şirazi (1184-1291) və
başqaları öz əsərlərində sözə yüksək qiymət vermiş, danışıq
qabiliyyətinin, sözdən istifadə bacarığının insan ləyaqəti ilə üzvi
bağlı olduğunu həkimanə sözlərlə, ifadələrlə oxucularına çatdır-
mışlar. Bu baxımdan Sədi Şirazinin fikirləri daha səciyyəvidir.
Nədir dil ağızda, ey ağlı olan
Hünər xəzinəsinə açardır – inan!
Tələsik söyləmə sözünü bir dəm,
Fikrini kamil de, gec olsa nə qəm…
Əvvəl bir düşün, sonar dilə gəl,
Divar tez yıxılar, olmasa təməl!
Dostları ilə paylaş: |