Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


Mövzu 2: Dil və dilçiliyin funksiyaları, onun ünsiyyət vasitəsi



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə95/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   166
2015-332

Mövzu 2: Dil və dilçiliyin funksiyaları, onun ünsiyyət vasitəsi 
və  ictimai  hadisə  olması,  mənsub  olduğu  xalqın  həyatı  ilə 
bağlıolması,  fikir  ifadə  etməsi  və  S.Vurğunun  ―Azərbaycan‖ 
şeirinin öyrənilməsi barədə söhbət açmaq lazımdır. 
Azərbaycanda  da  natiqlik  sənətinin  yaranması  tarixi  qədim-
dir.  Bu  sənət  xalqın  ədəbi-estetik  fikri  ilə  bağlı  qədim  və  orta 
əsrlərdə yazıçı  və şairlərin  şərh,  risalə, təzkirə, bədii əsərlərində 
yaranmış, təşəkkül tapmış, həmin mənbələrdə sözün qüdrəti ilə  
 


 
141 
bağlı dəyərli fikirlər söylənilmişdir. 
Azərbaycan  şifahi  xalq  ədəbiyyatında  söz,  gözəl  danışmaq 
qabiliyyəti bəşəriyyətin təməl daşı kimi qiymətləndirilmişdir. Ulu 
əcdadlarımız  sözün  real  gücünü,  təbii  qüdrətini  həmişə  yüksək 
qiymətləndirmişlər. İnsan cismən yox olsa da, onu tarixdə yaşa-
dan  sözdür.  Bizim  çağdaş  tariximiz  sözün  tarixidir.  Məsələn, 
Nizaminin, Füzulinin, Xətainin, Vaqifin, M.F.Axundovun və baş-
qalarının  dövrü…  Nizaminin  dövründə  yaşamış  sənətkarlar, 
hökmdarlar ancaq  Nizamiyə  görə  tanınır,  yad edilirlər.  Söz  mü-
qəddəs,  sözü  cilalayan  ustad  isə  müqəddəslərin  müqəddəsidir. 
Söz güldürür, söz ağladır, söz sevindirir, kədərləndirir, ümid ve-
rir. Söz var dağa çıxarar, söz var dağdan endirər. Söz bir olsa dağ 
yerindən  oynayar.  Söz  həm  məlhəmdir,  həm  də  yara.Söz  var 
gələr  keçər,  söz  var  dələr  keçər.  Antik  dövrünqüdrətli  loğmanı 
Hippokrat  demişdir  ki,  təbabət  üç  nəhəngin  çiynində  dayanır: 
bitki,  bıçaq,  söz.  Min  il  bundan  əvvəl  Firdövsi  yazırdı:  ―Sözün 
qədrini bilin, həyatda ancaq söz yadigar qalır‖. 
Orta  əsrlər  dövrünün  ən  görkəmli  alimlərindən  biiri  olan 
Nəsrəddin Tusi özünün ―Əxlaqi-Nasir‖, ―Abad-ül-mütəllimin‖ və 
digər  əsərlərində  sözün  qüdrətinə,  natiqlik  sənətinə  yüksək  qiy-
mət vermişdir. O, gözəl nitqi birinci növbədə dilin səlisliyi, ifadə 
imkanlarının  genişliyi  kimi  diqqətə  çatdırır.  O,  nitq  mədə-
niyyətinin  əsas  şərtləri  olan  düzgünlük,  ifadəlilik  və  dəqiqliyə 
xüsusi  fikir  vermiş,  dilin  qayda-qanunlarına  hamının  eyni 
dərəcədə  riayət  etməsini  zəruri  saymışdır.  İnsan  öz-özü  ilə  də, 
Allahı  ilə  də,  insanla  da  ünsiyyətdən  çox  böyük  fərəh  duyur, 
çünki  o  bütün  bunları  dərk  etmiş,  həqiqətə  yaxınlaşmış,  Allaha 
qovuşmuş  olur.  Tusiyə  görə,  natiqlik  müqəddəs  sənət,  söz  söy-
ləmək, danışmaq möcüzəsi qabiliyyət sayılır. 
Azərbaycan ədəbiyyatı tarixində nitqin, danışığın gözəlliyinə 
yüksək  qiymət  verənlər  çox  olmuşdur.  Fələki,  Şirvani,  İzzəddin 
Şirvani,  Mücirəddin  Beyləqani,  Əfzələddin  Xəqani.  Nizami 


 
142 
Gəncəvi, Həsənoğlu, Nəsrəddin Tusi, Əbdülrəşid Bakuvi, İmadə-
ddin  Nəsimi,  Məhəmməd  Füzuli,  Sahib  Təbrizi,  Molla  Pənah 
Vaqif,  Qətran  Təbrizi,  Şah  İsmayıl  Xətai,  Marağalı  Əhvədi  və 
başqa böyük natiqlər olmuşdur. Onların yazdıqları bədii əsərlərdə 
natiqlik məharəti, nitq kamilliyi mədəniyyəti, nitqin təsir qüvvəsi, 
nitqdə forma və məzmun vəhdətinin gözlənilməsi və s. haqqında 
janrın  verdiyi  imkan  ölçüsündə  elmi-nəzəri  fikir  və  mülahizələr 
söylənilmiş,  söz  sənətinə  yüksək  qiymət  verilmişdir.  Nizami 
Gəncəvi  ―Sirlər  xəznəsi‖ndə  ―Sözün  qüdrəti‖  adlı  ayrıca  fəsil 
vermişdir:  
Sözün qızıl yatağı altunla tutdu qoşa,  
Dedi söz sərrafına: ―De hansı gəlir xoşuna?  
İncə, köhnə qızılmı, təzə sözmü yaxşıdır? ‖  
Söz sərrafı söylədi. ―Söz dünyanın naxşıdır…!‖ 
Söz qasidi bələdsiz başa vurar yolları. 
Söz hünər meydanında yenər mərd oğulları… 
Söz hər yerdə hakimdir. Hamıdan başda olur. 
Dünyanın sərvətidir, inci qaş-daş da odur.  
Nizami deyir ki,  
Sözün qanadları var, quş kimi incə-incə,  
Dünyada söz olmasa, nəyə gərək düşüncə. 
Nizaminin  ―İsgəndərnamə‖  epopeyasında  natiq  surətini  ya-
ratmış,  onu  mütəfəkkir,  dərin  hikmət  sahibi  kimi  səciyyələn-
dirmişdir.  Nəsimi  ―Məndə  sığar  iki  cahan,  mən  bu  cahana 
sığmaram‖  deyərək  sözün  zirvəsində  dayanır.  Onun  söz  sənəti, 
sözün qüdrəti ilə bağlı olduqca dəyərli fikirləri vardır. 
Füzuli sözə, nitqə yüksək qiymət vermişdir 
Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,  
Bu nə sirdir kim olur, hər ləhzə yoxdan var söz? 
Artıran söz qədrini sidq ilə qədrin artırar,  
Kim nə miqdar olsa da əhlin eylər ol miqdar söz… 
 Füzuliyə görə, söz müqəddəs bir ilahi varlıqdır, canlı varlıq 


 
143 
kimi yaşayır. Söz olmadan real varlıq, cisim mövcud deyil. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin