This product is made possible through the generous support of



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
tarix14.01.2017
ölçüsü0,7 Mb.
#5133

 

 

 

 



 

 

 

 

This product is made possible through the generous support of 

the  All  Children  Reading  partners:  the  United  States  Agency 

for International Development (USAID), World Vision and the 

Australian Agency for International Development.  

 It  was  prepared  by  Centre  for  Civil  Integration  and  Inter-

Ethnic Relations and does not necessarily reflect the views of 

the All Children Reading partners. 

 

“Hər  bir  uşaq  oxumalıdır  –  inkişaf  üçün  böyük  çağırış”  proqramı 

tərəfdaşların    -  ABŞ  Beynəlxalq  İnkişaf  Agentliyinin  (USAID), 

World  Vision  və  Avstraliya  Beynəlxalq  Agentliyinin  (Australian 

AID) dəstəyi ilə həyata keçirilmişdir.  

Kitab 


“Vətəndaş 

İnteqrasiyası 

və 

Millətlərarası 



Əlaqələr 

Mərkəzi”tərəfindən    hazırlanmışdır  və  proqram  tərəfdaşlarının 

nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.

 

 

 

Mətnlər  üzrə  işləyirdilər:  Şalva  Tabatadze,  Natiya  Qorqadze,  Elene 

Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze. 

Redaktor – Kaxa Qabuniya. 

Cildləmə  və  illüstrasiyalar:  İlya  Çrelaşvili,  Ana  Beridze,  İrakli 

Pirtsxalaişvili. 

Tərcüməçi:  Qızxanım Əhmədova. 

 

 



 

 

 



 

 

 



 

 

          



 

Tbilisi, 2013

 


 

 



 

           



Səviyyə

 

 



 

 

 



 

                 Oxu pilləsi 

 

 

Uşaqlar üçün səviyyələrə bölünmüş uşaqlar üçün kitablar 

 

 



 

 

XX

 


 

 



Qan haqqında nə bilirik? 

Bilirik ki, barmağımızı kəsdikdən sonra yaradan qan 

axır.  Bilirik  ki,  qan  qırmızı  rəngdədir.  Eləcə  də  bilirik ki, 

bəzən insanlar qan analizini verirlər... 

Qan  nədir?  Qan  qırmızı  rəngli  mayedir.  Qan 

insanda, heyvanda, quşda olur. Canlı varlıqların hamısının 

qanı  var.  Qan  bizim  bədənimizdə  hərəkət  edir.  Qan 

damarların vasitəsilə hərəkət edir. İnsanın çoxlu damarları 

var.  Onlar  qanla  doludur  və  bədənin  bütün  hissələrinə 

yönəlirlər. Maraqlıdır, qan necə yaranır? 

 

 

 

 

 

 

 

 


 

Qanın yaranması 

Kokteyl  hazırladığınız  mətbəxi  təsəvvür  edin.  Sizə 

müxtəlif  növ  ərzaq  lazımdır:iki  və  ya  üç  növdə  şirə, 

alkoqol və sairə. 

 

Qanın 



əmələ 

gəlməsi 


mətbəxdə 

kokteylin 

hazırlanmasına çox bənzəyir. Qan sümük  iliyində  yaranır. 

Sümüyün  iliyi  qanın  hazırlanması  üçün  mətbəxdir.  Qanın 

hazırlanması üçün bir neçə “ərzaq” lazımdır.  

Qanın yaranması üçün vacibdir:  



 

Qırmızı  rəngli  hüceyrələr – 



onları 

həkimlər 

eritrositlər 

adlandırırlar.  

Ağ rənli hüceyrələr – onları 

leykositlər adlandırırlar. 

Trombositlər 

– 

qanın 



laxtalaşmasına, 

yəni 


qatılaşmasına kömək edir. 

 Plazma 


– 

insanın 


bağırsaqlarından 

sorulan 


və 

damarlarına düşən mayedir. 

Artıq  bildiyimiz  kimi,  qan 

damarların  köməkliyi  ilə  bütün 

bədənə  axır.  Qan  damarlarına  isə  ürəyin  köməkliyi  ilə 

düşür. Ürək  daim çalışır, siz  yatan zaman  da; qanı da  hər 

zaman bədənin başqa hissələrinə çatdırır.  

 

 

 


 

Qan insana nə üçün lazım olur? 

Bəs  qanın  insan  bədənində 

daim hərəkəti nə üçün lazımdır? Qan 

damarları  qanla  birlikdə  insana 

oksigen  və  başqa  lazımi  maddələri 

çatdırırlar.  Bu  maddələr  insanın 

həyatı  üçün  lazımidir.  Məsələn, 

insanın 

beyninə 


oksigen 

çatdırılmasa,  o  işini  dayandırar.  Qana  daxil  olan  bütün 

hüceyrələr xüsusi tapşırıqları yerinə yetirirlər.  

 

Eritrositlər 

Eritrositlər  qırmızı  rəngli  hüceyrələrdir.  Onlar  bir 

tərəfi  deşilmiş  toplara  bənzəyirlər.  Qana  qırmızı  rəngi 

məhzi  eritrositlər  verirlər.  Onların  özləri  isə  qırmızı  rəngi 

başqa  maddələrdən  alırlar.  Bu  maddə  hemoqlobindir.  Bir 

sözlə, oksigeni insan bədəninə məhz hemoqlobin keçirir. 

Hemoqlobin  qana  daxil  olan  mühüm  maddələrdən 

biridir.  O,  oksigeni  insan  bədəninin  bütün  hissələrinə 



 

keçirir, 



oradan 

isə 


pis 

maddələri  –  karbon  qazını 

çıxarır.  Karbon  hemoqlobini 

ağciyərlərə  aparır.  Ağciyərlər 

tənəffüs 

şəklində 

karbon 

qazını  çıxarır  və  qanı  yenidən 



oksigenlə doldururlar. 

 

Leykositlər 

Leykositlər  cəsur  və  döyüşkən  hüceyrələrdir.  Onlar 

insan  bədəninə  daxil  olan  xəstəliklərlə  mübarizə  aparır, 

yəni  infeksiyalarla.  İnsan  xəstələnəndə  onun  orqanizminə 

çoxlu  infeksiyalar  daxil  olur.  Bu  zaman  leykositlər  işə 

başlayırlar! Onlar sürətlə artır və çalışırlar ki, infeksiyalara 

mane  olsunlar.  Leykositlər  bakteriyalara  və  viruslara 

möhkəmlənmək imkanını vermirlər.  

Leykositlər 

üç 

növdə 


olurlar: 

qranulositlər, 

limfositlər  və  monositlər.  Onlar  müxtəlif  üsullarla 

infeksiyalara mübarizə aparırlar. 



 

Qranulositlər  çox  birbaşadırlar.  İnsanın  düşməni  – 



infeksiya bədənə düşənə kimi, onlar birbaşa infeksiyalarla 

mübarizəyə  “qaçırlar”.  Yəqin  insanın  dərisində  yara 

görmüsünüz, şişmiş və qızarmış. Bu, məhz qranulositlərin 

günahıdır! Onlar zədələnmiş yaraya daxil olur və infeksiya 

ilə mübarizəyə başlayırlar. 

Limfositlər 

daha 

üsullu 


və 

ağıllıdırlar. 

Onlar başqa cür düşmənlə 

mübarizə 

aparırlar: 

bədənə  infeksiyalar  daxil 

olanda,  limfositlər  onlarla 

mübarizə maddələrini yaradırlar. Bu maddələr anticisimlər 

adlanırlar. 

Anticisimlərlə 

limfositlər 

infeksiyalarla 

mübarizə aparırlar və onları daha asanlıqla məğlub edirlər. 

Bundan əlavə, limfositlərin çox yaxşı yaddaşları var. Onlar 

infeksiyaları yaxşı  yadda saxlayırlar. İnsan bədəninə tanış 

infeksiya  daxil  olanda,  limfositlər  dərhal  onu  tanıyırlar. 



 

Tanış  infeksiya  ilə  mübarizə  limfositlər  üçün  çətin  deyil. 



Onlar daha asanlıqla məğlub edirlər. 

Monositlər  ən  iri  leykositlərdir.  Monositlər  insan 

bədəninə  düşmüş  bakteriyaları  və  virusları  tutur  və 

udurlar. Onlar bu yolla düşməni dərhal məhv edirlər. 

Gördüyümüz kimi, leykositlər qorxulu infeksiyalara 

çox 


böyük 

müqavimət 

göstərirlər.Onlar 

insanı 


xəstəliklərdən qoruyurlar. 

 

Trombositlər 

Trombositlər  qana  laxtalanma  zamanı  yardım 

edirlər.  Nə  üçün  və  ya  nə  vaxt  qanın  laxtalanması  lazım 

olur? 


 İnsanda  yara  olduğunda,  yaradan  qan  gəlir.  Qanın 

dayandırılması  vacibdir.  Çoxlu  miqdarda  qanın  axması 

insanı  çox  zəiflədir.  Həkimlər  bu  zaman  çalışırlar  ki, 

yaraya  basmaqla  və  ya  onu  sarımaqla  qanın  axmasını 

dayandırsınlar.  Hərçənd  qanın  laxtalanmasında  ən  çox 

trombositlər iştirak edirlər. 



 

Yaranın  yaxınlığındakı  trombositlər  dərhal  başqa 



trombositləri köməyə çağırır və hamısı birlikdə qanaxmanı 

saxlamağa  çalışırlar.  Trombositlər  arasında  zülal  sapları 

bərkidilir  və  tromb  yaranır. 

Tromb 


laxtalanmış 

qan 


dəstəsidir.  O,  qanaxmanı 

dayandırır.  Tromb  sonralar 

quruyur və yaradan qopur. 

 

Plazma 

Plazma da qanın tərkib hissəsidir. O, sarımtıl rəngli 

mayedir.  Plazmada  çoxlu  faydalı  maddələr  var.  Bu 

maddələr insan həyatı üçün çox vacibdir. 



 

Qan qrupları  

Siz  artıq  bilirsiniz  ki,  qan  nədən  ibarətdir  və  necə 

yaranır.  Fikirləşə  bilərsiniz  ki,  bütün  insanların  eyni 

qanları  var.  Amma  bu,  belə  deyil!  Bütün  insanların  qanı 

eyni deyil. 


 

Alimlər  qanı  dörd  qrupa  bölürlər,  bunlardır:  A 



qrupu, B qrupu, AB qrupu və 0 qrupu.  

Onlar bir-birindən nə ilə fərqlənirlər? 

Artıq  bildiyimiz  kimi,  qanda  anticisimlər  vardır. 

Onları  leykositlər yaradırlar. Məhz anticisimlər qruplarına 

əsasən qan qruplarını fərqləndirirlər. 

İnsanların  iki  tip  anticisimləri  var:  A  və  B.  A  tipli 

anticisimləri  olanların  qan  qrupları  A-dır,  kimin  B  tipli 

anticisimləri  var  –  B  qrupunun  qan  qrupları  var.  Bəzi 

insanların  hər  iki  tip  anticisimləri  ola  bilər.  Belə  bir 

insanların  AB  qrupunda  qanları  var.  Bəzi  insanların 

qanlarında  ümumiyyətlə  anticisimlər  olmur.  Belə  bir 

insanların 0 qan qrupları var. 



10 

 

Qan  qrupunu  bilmək  nə  üçün  lazımdır?  İnsan  xəstə 



olanda  və  çoxlu  miqdarda  qan  itirəndə,  ona  tez-tez  qan 

köçürmək  lazım  olur.  Qan  köçürülməsi  asanlıqla  baş 

vermir. Əvvəlcə yaxşıca ayırd edilməlidir ki, insanın hansı 

qrup  qanı  var  və  bundan  sonra  ona  qan  köçürülməlidir. 

Ona başqa qrupun qanı köçürülərsə, insan ölə bilər. Məhz 

bunun  üçün  insanlara  qan  analizini  edirlər.  Analizlə 

məlum olur ki,onun hansı qan qrupu vardır. 

Qan  qrupundan  başqa,  eləcə  də  insanın  qan 

rezusunu bilmək lazımdır. Qan qrupunu və rezusunu qanın 

analizi  ilə  eyni  zamanda  müəyyənləşdirirlər.  Rezus  zülal 

maddəsidir.  O,  insanın  qanında  olur.  Rezusa  əsasən, 

insanları  bir-birindən  fərqləndirirlər.  Bu  maddə  hər  bir 

insanın  qanında  olmur.  Bu  cür  insan  mənfi  rezuslu  qanı 

olan  adlandırılır.  Kimin  qanında  rezus  vardır,  bu  onu 

bildirir ki, onu müsbət rezuslu qanı olan adlandırırlar. 

 

 

 


11 

 

Bilirsinizmi ki..... 

1.

 

Kişilərin  daha  çox  qanları  var,  nəinki 



qadınların?!  Sən  demə,  kişilərin  5  litr  yarım 

qanları var, qadınların isə - 3 litr yarım. 

2.

 

İnsan  orqanizmində  bir  saniyədə  17  milyon 



qırmızı rəngli qan hüceyrələri yaranır. 

3.

 



Təxminən  20-dən  60  saniyəyə  qədər  qanın 

ürəkdən  bütün  bədənə  hərəkəti  davam  edir  və 

sonra yenə də geri ürəyə qayıdır. 

4.

 



Qanların  hamısı  qırmızı  deyil!  Qurdların  və 

zəlilərin  qanları  yaşıl  rəngdədir,  xərçənglərin 

qanları isə göy rəngdədir. 

 


 

 

 



 

 



 

 

 



 

 

 



Naşir: “Vətəndaş İnteqrasiyası və  

Millətlərarası Əlaqələr Mərkəzi”

 

 



 

 

 



 

 

 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin