Ərşad Əzimzadə



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix14.01.2017
ölçüsü3,15 Mb.
#5139
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

ACLIQLA MÜALİCƏ 
Aclıqla müalicə - ən qədim, ən sürətli, həm də ən ucuz və 
ən  səmərəli  müalicə  metodudur.  Özü  də  bunu  hər  adam    ev 
şəraitində, hətta, işləyə-işləyə də həyata keçirə bilər. 
Ömrünün  böyük  bir  hissəsini  qidanın  insan  orqanizminə 
təsirini  araşdıran  və  aclıqla  müalicə  metodunu  zənginləşdirən 
görkəmli Amerika gigienisti Herbert Şelton bu qənaətə gəlmişdir 
ki,insan  aclığın  köməyi  ilə  bütün  xəstəliklərdən  tam  sağa  və  
gəncliyini qaytara bilər.Böyük alim 30.000 nəfərdən çox xəstəyə 
şəfa  vermişdir.  Alimin  öz  kitabında  təsvir  etdiyi  hadisələrdən 
birini, nümunə üçün, oxuculara təqdim etməyi lazım bildim. 
Elmi  laboratoriyada  bakterioloq  işləyən  bir  gənc  yüksək 
peşəkarlığı ilə tanınan həkimlərlə hər gün təmasda olduğu halda, 
artrit  xəstəliyinin  caynağından  yaxa  qurtara  bilmirdi.  Düz  28  il 
sər-tamam  canına  yeriyən  və  bədənində  lövbər  salan  bu  böyük 
bəla onu yumağa döndərmişdi. Bütün orqanları sıradan çıxmışdı, 
beli  əyilmişdi,  yalnız  qoltuq  ağacının  köməyi  ilə  gəzə  bilirdi, 
ağrıdan boynunu, başını döndərə bilmirdi. Şiddətli ağrılar ondan 
hcç  vaxt  əl  çəkmirdi.  Bəzi  oynaqları  artıq  ankiloz  olmuşdu  - 

 
156 
bitişərək bərkimişdi. Aclıqla 4 il aparılan müalicənin nəticəsində 
xəstənin  fəqərə  sütunu,  demək  olar,  tam  düzəldi,  oynaqları 
sağaldı, əlləri və ayaqları normal işlədi. Ağacı atdı. Nə ağrı qaldı, 
nə  acı.  Dizlərindəki  şiş  çəkildi.  Səhhəti  o  dərəcə  yaxşılaşdı  ki, 
siyasətlə də fəal məşğul olmağa başladı.  
Belə  misallara  Şeltonun  «Aclıq  həyatınızı  xilas  edəcək» 
adlı kitabında çox rast gələ bilərsiniz. Onları sadalamağa ehtiyac 
yoxdur.  Lakin  Texaslı  həkimin  aclıqla  müalicə  olunmaq 
istəyənlərə  verdiyi  9  məsləhətin  hamısını  oxucuya  çatdırmağı 
yersiz saymıram. 
1.
 
Hazırlıq.  Əgər  aclıqla  müalicənin  müdrikliyini  dərk 
etmişsinizsə,  heç  bir  hazırlıq  görmədən  (qida  hazırlığından 
başqa) proseduraya başlaya bilərsiniz. 
2.
 
Qorxu  hissi.  Qorxu  üçün  heç  bir  əsas  yoxdur.  Aclıqla 
müalicə olunan bircə nəfər də bu səbəbdən ölməyib. Əksinə, bu 
işi inadla başa vuran adamların hamısı şəfa tapıb. Lakin müalicə 
olunarkən  fıziki  və  zehni  fəallığı  məhdudlaşdırmaq  vacibdir: 
orqanizmə  qida  daxil  olmadığı  üçün,  ehtiyatda  olan  qida  sərf 
olunur. Ən yaxşı-hal sakitlikdir. Mübahisədən,cansıxan söhbətlər 
-dən  uzaq  olun,oxumayın,  yazmayın,ancaq  əyləncəli  proqram- 
lara  baxın,musiqiyə  qulaq  asın,  evdə  tam  sakitlik  yaradın. 
Əlbəttə,  «ölü  həyat»  keçirmək  də  lazım  deyil.  Sadəcə,  əsəbləri 
qıcıqlandıran hallardan uzaq olun. Fəal şəkildə istirahət edin. 
3.
 
Fəaliyyət.Qısamüddətli aclıq vaxtı(3-7 gün) gimnastika 
etmək  olar.  Uzunmüddətli  müalicə  vaxtı  belə  məşqlər  boş  yerə 
enerji  itirməkdən  başqa  bir  şey  deyil.  Fəaliyyəti  maksimum 
məhdudlaşdırın!Açıq havada sakit gəzmək faydalıdır. 
4.  İsti.  Aclıq  keçirən  adamın  soyuğa  davamı  zəyifləyir,  o 
üşüyür.  Üşümə-təmizləmə  prosesini  zəyiflədir,  enerji  məsrəfıni 
gücləndirir.  Odur  ki,  bədəndəki  istini  mümkün  qədər  qoruyun. 
Hətta yayın qızmarında da. Ən çox ayağı isti saxlamaq lazımdır. 
Ayaq üşüyəndə - yuxu qaçır. 
5.
 
Su.  Könlünüz  istədiyindən  artıq  içməyin.  Yalnız  təmiz 
su için. Mineral su içmək olmaz. Yağış suyu, distilə edilmiş su, 
filtirdən  keçirilmiş  su  məqbuldur.  Çox  soyuq  su  sağalma 
prosesinin  qarşısını  alır.  İsti  su  (otaq  temperaturundan  yuxarı)  - 
daha faydalıdır.
 
 

 
157 
6.
 
Çimmək. Mümkün qədər tez çimib çıxın. Su nə qaynar, 
nə  də  soyuq  olsun-ilıq  yaxşıdır.  Xəstə  zəyifdirsə,  özü  çimə 
bilmirsə, bədənini yaş dəsmalla (yaxud «qubka» ilə) silin. 
7.
 
Günəş  vannası.Günəş-ən  dəyərli  və  ən  vacib  qidadır, 
bütün qidaların şahıdır.İsti fəsillərdə günəş vannası qəbul etmək 
məsləhətdir. Yayda vannanı səhər tezdən və axşama yaxın, hava 
çox  isti  deyilsə  -günorta  qəbul  edin.  Birinci  gün  bədənin  bir 
üzünü  5  dəqiqə,  sonra  da  o  biri  üzünü  5  dəqiqə  günəşə  verin. 
Sonrakı  günlər  hər  tərəfin  vaxtını  1  dəqiqə  artırın.  Hər  tərəf  30 
dəqiqəyə çatanda, proseduranı dayandırın. Aclıq 20 gündən artıq 
çəkərsə  günəş  vannasının  vaxtını  tədricən  hər  tərəf  üçün  8 
dəqiqəyə  endirmək  lazımdır.  Günəş  vannası  pis  tə'sir  göstərsə  
onu dayandırın. 
8.
 
İşlətmə dərmanları.Aclıq keçirərkən bağırsağı yumaq, 
yaxud  işlətmə  dərmanları  ilə  təmizləmək  zərərlidir.  Aclıq 
prosedurası bu funksiyanı öz boynuna götürür. 
9.
 
Halsızlıq.  Müalicə  olunan  adamın  halı  pisləşirsə, 
proseduranı saxlamaq lazımdır. İş rəvan getdikdə isə onu xəstəyə 
güclü  iştah  qayıdanda  dayandırın.  İştah  -  daxili  ehtiyat  tam 
tükənəndə  qayıdır.  Aclıq  bitən  kimi  nə  gəldi,  necə  gəldi  və  nə 
qədər  gəldi  yemək  olmaz!  Bu  -  pis  nəticə  verə  bilər,  çəkdiyiniz 
zəhməti  puç  edər,  əzabınızı  əlinizdə  qoyar.  Ona  görə  də 
müalicəni - bu işi yaxşı bilən adamların nəzarəti altında aparmaq 
lazımdır. 
Cavanlaşmaq istəyənlərin  nəzərinə: Şelton hesab edir ki, 
nə  Braun-Sekvardın  tum  mayası,  nə  Steynexin  dərialtı  borusu 
(bədənə  heyvan  sekresiyası  daşımaq  üçün  qoyulur),  nə 
Brankleyin  keçi  vəzi  köçürmək  metodu,  nə  də  Funkun 
cavanlaşdırma  vitaminləri  yaşlılara  cavanlıq  qaytarmaq 
problemini  həll  etməyə  qadirdir.  Son  söz  aclıqla  müalicənindir. 
Bu  işlə  məşğul  olanların  uzun  illərdən  bəri  apardıqları 
müşahidələr  göstərir  ki,  əksər  hallarda  əqli  cavanlaşma  ilə 
müşayət olunan fıziki cavanlaşma məhz aclıqla müalicə vaxtı baş 
verir:  uzun  illər  eşitmək  qabliyyətini  itirmiş  adamların  qulağı 
açılır,  görmə  qabliyyəti  yaxşılaşır,  eynəyi  atırlar,  qırışlar  yox 
olur,  dərinin  rəngi  açılır,  yanaqlara  sağlam  qızartı  gəlir,  daxili 
enerji  və  yaşamaq  həvəsi  artır,  zəka  dərinləşir,  həzmolma 

 
158 
qabiliyyəti  mükəmməlləşir,  qan  təzyiqi  düzəlir,  cinsi  fəallıq 
yüksəlir və sairə... 
Şeltondan fərqli olaraq bə'zi mütəxəssislər məsləhət görür 
ki,  aclıqla  müalicəyə  keçməzdən  öncə  bir  neçə  gün  yalnız  çiy 
ərzaqla  (qoz-fındıq,mer-meyvə,tərəvəz  və  s.)  qidalanmaq 
lazımdır.Bundan  sonra  imalənin,yaxud  zərərsiz  işlətmə 
dərmanlarının  köməyi  ilə  bağırsağı  yaxşı-yaxşı  təmizləyin.  Bu, 
ona  görə  edilir  ki,  ac  qalarkən  bağırsaqdakı  qida  qalığı  çürümə 
verib qaz əmələ gətirməsin. Uzun müddət ac qalmaqdan qorxan 
adam qısa müddətli acqalmadan istifadə edə bilər, 24, yaxud 36, 
yaxud 48 saat ərzində qidalanmamaq olar. Bunu həftədə 1-2 dəfə 
təkrar etmək məsləhətdir. 
Acqalmaya  günorta  yeməyini  yeyəndən  sonra  başlamaq 
əlverişlidir.  Şam  yeməyindən  imtina  edib  bağırsağı  təmizləmək 
lazımdır.Aclıq  vaxtı  ancaq  su  içmək  olar.Aclıq  qurtarandan 
sonra  yalnız  təzə  çəkilmiş  meyvə  şirəsi,  yaxud  meyvə  qəbul 
etmək  lazımdır.  İlk  günlər  şirəni  yarıbayarı  su  ilə  qarışdırmağı 
unutmayn. 
Xəstələr  və  qocalar,  ələlxüsus  da  ətə  vərdiş  edənlər 
ehtiyatlı  hərəkət  etməli,  aclığa  yaxşı-yaxşı  hazırlaşmalıdır. 
Kəskin dəyişiklik xeyir əvəzinə zərər verə bilər. 
Aclıqla  müalicə  aparan  həkimlərin  hamısı  prinsipcə  eyni 
metoddan  istifadə  etsələr  də,  bu  və  ya  digər  məsələlərdə  (aclıq 
müddəti,sutka  ərzində  içilən  suyun  miqdarı,bağırsağın  yuyul-
ması və s.) fərqlənirlər. Hərənin öz təcrübəsi və öz məktəbi var. 
Faydalı ola biləcəyini nəzərə alaraq, məşhur həkim M.Qartenin 
fıkirlərini də oxucuya təqdim edirik. 
M.Qarten  yazır  ki,  aclıqla  müalicə  çoxlarını  qorxudur. 
Məndən  soruşurlar:yeməsəm,  ayaq  üstə  necə  dayanaram? 
Ölərəm  ki!  Əslində  isə  burada  qorxulu  bir  şey  yoxdur.  «Aclıq 
əzabı»  cəmi  iki-üç  gün-birinci  günlər  çəkir.  Sonra  çox  qəribə 
yüngüllük,  rahathq  və  xoş  ovqat  başlayır.  Bə'zən  beşinci  gün 
adama  iştah  gəlir.  Iradəli  adam  üçün  onu  dəf  etmək  heç  nədir. 
Dözən  adam  sonralar  çox  vaxt  yeməyə  baxmaq  belə  istəmir. 
Bə'zən onda yeməyə qarşı ikrah hissi oyanır. Elə hallar olub ki, 
aclıqla müalicə olunan adam xörək görəndə ürəyi bulanıb. Yaxşı 

 
159 
ovqat-müalicənin sonunadək, həqiqi iştah qayıdana qədər davam 
edir. 
Çox  vaxt  müalicə  olunan  adamın  nəbzi  120-yə  qalxır,  ya 
da 40-a  enir.  Ürək bulanması, baş gicəllənməsi,  ağız boşluğuna 
tüpürcək  dolması,  boğazda  quruluq,  yüngülvari  soyuqdəymə, 
qısa  müddətli  ishal  baş  verir.  Xoşagəlməz  hallardır,  amma 
qorxulu  deyil:  orqanizm  təmizlənir.  Narahat  olmağına  dəyməz. 
Aydın məsələdir ki, aclıq keçirən adam çəkisini itirir. İlk günlər 
çəki  itməsi  sür'ətlə  baş  verir  (kök  adamlar  daha  böyük  sür'ətlə 
arıqlayırlar),  sonra  sür'ət  tədricən  aşağı  düşür.Müalicə  olunan 
şəxs,  orta  hesabla,  sutkada  360-720  q  çəki  itirir.  Çəki  itirmə 
dedik ki, müxtəlif adamlarda müxtəlif cür olur: 180 qramla 1,5 
kiloqram arasında. 
Aclıqla müalicə olunarkən aşağıdakıları bilmək vacibdir: 
1.
 
Orqanizmə  mümkün  qədər  çox  dinclik  vermək.  Xoş 
istirahət.  Lakin  enerjini  qorumağa,  qənaətlə  işlətməyə  lüzum 
yoxdur. 
2.
 
Qısamüddətli  (3-7-10  gün)  aclıq  vaxtı  işləmək  olar  -
orqanizmi yormamaq şərtilə. 
     3. Bədəni, ələlxüsus ayaqları isti saxlamaq. Üşümək olmaz. 
Bədəni soyuqlatmaq təhlükəlidir. 
           4. Suyu yalnız ürəyiniz istəyəndə və meyliniz çəkən qədər 
için.  Çiy  bulaq  suyu  olmasa,  distilə  edilmiş  su  için.Aclıq  vaxtı 
mineral su, şirələr, süd içmək - bütün zəhməti yerə vurar. 
          5.  Aclıq  vaxtı  yoğun  bağırsağı  yumaq  -  müalicəyə  yalnız 
yaxşı tə'sir göstərə bilər. 
       Göründüyü  kimi,  M.Qarten  metodunda  Şelton  metodu  ilə 
uyğun  gələn  cəhətlər  də  var,uyqun gəlməyən  fərqli cəhətlər  də. 
M.Qarten  yazır:  Məndən  tez-tez  soruşurlar:  «İnsan  neçə  gün  ac 
qala  bilər?  Ümumiyyətlə,  neçə  gün  ac  qalmaq  məsləhətdir? 
Cavab verirəm: insan aylarla ac qala bilər. 
İnsan  orqanizmində  kifayət  qədər  gərəksiz  toxumalar 
mövcuddur.  İnsan  qidalanmayanda  -  orqanizm  həmin  gərəksiz 
və  zərərli  toxumaları  daraşıb  yeyir  -  təmizlənmə  belə  baş  verir. 
Bilmək  lazımdır  ki,  orqanizm  aclıq  vaxtı  gərəkli  və  faydalı  heç 
bir şeyi itirmir. Mağaraya girən ayı aylarla «ehtiyat anbarı»ndan 
– öz orqanizmindən qidalanır, bahara çox yüngülləşmiş formada, 

 
160 
gümrah və çevik vəziyyətdə çıxır. Nümunə üçün deyə bilərəm ki, 
Şeltonun  bir  xəstəsi  94  sutka,  bir  neçə  xəstəsi  70  sutka,  əksər 
xəstələri isə 40-45 sutka ac qalıb. Mən özüm isə hələlik cəmisi 21 
sutka ac qalmışam.Pol Breqq isə qısamüddətli (3-5-10 sutka)  aclıq 
tərəfdarıdı. 
 
Amma,  hər  halda,  hər  şeyin  bir  son  həddi  var.  Qarten 
aclıqda bu həddi belə müəyyənləşdirib: 3 günlə, 45 gün arasında. 
Ağır fiziki işlə məşğul olan adamlar 3-7 gün ac qala bilər. Ağır 
xroniki  xəstələr  isə  tam  sağalmaq  üçün  uzun  müddətli  aclığı 
seçməlidir.  Əks  halda,  belələri  öz  ağır  və  əzablı  yükündən  azad 
ola  bilməzlər.Uzun  müddəti  seçənlər  müalicəni  bu  işdən  başı 
çıxan adamların nəzarəti altında aparmalıdır. Şelton kimi Qarten 
də  xəbərdarlıq  edir  ki,  aclıq  başa  çatdıqdan  sonra  necə  gəldi 
qidalanmaq  təhlükəlidir.Aclıq  günlərinin  sayı  qədər  dieta  saxla- 
maq,  natural  şirələrlə,  meyvə  püresi  ilə,  meyvələrin  özü  ilə  və 
tərəvəzlə  qidalanmaq  lazımdır.Aclıqla  müalicə-bəşəriyət  üçün 
böyük  bəlaya  çevrilmiş  köklüyü  aradan  qaldırdığı  kimi,  çox 
arıqlığı  da  aradan  qaldırır.Qanda  qırmızı-kürəciklərin  sayını 
artırır, normadan yuxarı olan ağ kürəcikləri azaldır, gemoqlabini 
düzəldir, qanı normal hala salır.  
       Deyilənlərə  onu  da  əlavə  edək  ki,  orqanizmin  şlaklardan, 
müxtəlif  bakteriya  və  mikrob  mənbələrindən  təmizlənmə  prosesi 
bir neçə gün ardıcıl ac qaldıqda və yalnız limonlu suyu qurtum-
qurtum  içdikdə  daha  da  güclənir.  Aclığın  dördüncü  günündən 
sonra  bir  qədər  tərəvəz,  meyvə,  yaxud  salat  yemək  olar.  Lakin 
həmin  günün  axşamı  yoğun  bağırsağı  mütləq  əsaslı  surətdə 
təmizləmək lazımdır. Xatırladıram: 2-3 litr suya 1-2 xörək qaşığı 
limon şirəsi və ya alma sirkəsi qatıb imalə etmək. 
XƏSTƏLƏR  ÜÇÜN  DİETA 
     
Təkcə  ümidini  hər  yerdən  üzmüş  uzun  illərin  xəstələri 
deyil, bir çox savadlı və vicdanlı həkimlər də bu qənaətə gəliblər 
ki,  dərmandan  nicat  yoxdur.  Ona  görə  ki,  dərman    səbəbə  qarşı 
deyil, nəticəyə qarşı yönəldilib. Yə'ni: başın ağrıyır - bir həb at, 
ağrı kəssin. Əslində ağrı kəsmir. Sadəcə, sən onu duyan mərkəzi 

 
161 
keyləşdirirsən,  bu  mərkəz  ağrı  duymaq  qabiliyyətini  müvəqqəti 
itirir. Yaxud, dişin ağrıyır - çək qurtar. Böyrəyin sözünə baxmır - 
kəs,at.Bəs  sonra?Böyrək  kimi  vacib  bir  orqanı  nə  əvəz  edəcək? 
Həm də dərman bir yeri «düzəldəndə»,yüz yeri zədələyir. Çünki 
kimyəvi  maddələrdən  hazırlanan  hər  bir  dərman-orqanizm  tərə- 
fındən həzm edilməyən və mənimsənilməyən  zəhərdir.
 
       Dərmansız  ötüşməyin  ən  e'tibarlı  və  ucuz  yolu  hərəkət  və 
dietadır.  Burada  Peyqəmbərimiz  Məhəmməd  Əleyhissalamın 
hələ 7-ci əsrdə söylədiyi dahiyanə kəlamını bir daha yada salmaq 
yerinə düşər:  “Bütün fəsadların yuvası  mədədir, bütün  dərdlərin 
çarəsi  pəhrizdir”.  Pəhriz  saxlayarkən  bir    həqiqəti  yaddan 
çıxarmayın:  insan  üçün  ən  dəyərli  qida-Ana  Təbiətin 
hazırladığı  qidadır,  ən  yaxşı  süfrə  -  Ana  Təbiətin  açdığı 
süfrədir.  Bundan  yaxşısını  tapmaq  cəhdi  əbəsdir.  Meyvə  və 
tərəvəzi, şülulu, tumları, zoğları, yarpaqları, çiçəkləri çiy şəkildə 
yeməklə  bərabər,  2-3  litr  çiy  su  için,  təmiz  havada  mümkün 
qədər  çox  gəzin,  çox  bürünməyin,  imkan  verin  bədənə  hava 
dəysin.  Qüdrətli  Günəşlə  mehri-ülfət  bağlayın,  kontrast  hava  və 
su vannaları qəbul  edin. Buna imkanınız yoxdursa, heç  olmasa, 
bədəninizi səhər-axşam nəm dəsmalla silin. 
Tədqiqatlar  göstərib  ki,  bəzi  maddələr  orqanizmə  daxil 
olan  zərərli  və  təhlükəli  radionuklidlərin  əl-qolunu  bağlayır, 
onların qana keçməsinə, bədəni zəhərləməsinə yol vermir, sonra 
da  onları  orqanizmdən  kənarlaşdırır.  Bunlar  pektinlərdir.  Pek-
tinlərin  hansı  qidalarda  cəmləşdiyini  bilməyiniz  çox  vacibdir: 
alma,  gavalı,  tərəvəzin  bütiün  növləri,  şülullar  (yabanı 
meyvələr).  Onu  da  yadda  saxlayın  ki,  pektinlər  uşağa  daha  çox 
lazımdır.  Odur  ki,  təzə  meyvəni,  şülulu,  tərəvəzi,  turpun  və 
çuğundurun  yaşıl  gövdələrini  və  yarpaqlarını  özünüz  və 
övladlarınız üçün əsas qida hesab edin. 
Orqanizmin  təmizlənməsini  sür'ətləndirmək  üçün  kalium 
duzu gərəkdir.Onu hansı qidalarda axtarmaq lazımdır? Cəfəridə, 
çiy(yaxud  odda  bişirilmiş)  kartofda,üzümdə,kökdə,  çuğundur-
da,ərikdə,cücərmiş buğdada,kələmdə, xiyarda, turpda, pomidor-
da,ərik  qurusunda,kişmişdə,tut  qurusunda,qara  gavalı  quru-
sunda,sarımsaqda,qara 
qarağatda,çovdar 
çörəyində,vələmir 

 
162 
yarmasında,  mərcidə.  Təbii  ki,  bütün  bunlar  hamısı  (çörəkdən 
başqa) çiy şəkildə qəbul edildikdə - bizə üzvi kalium duzu verir. 
Bu duzun sutkalıq dozası 2-3 q olduğu üçün onu toplamaq çətin 
deyil.  
Bədənə  kalsium  duzu  da  gərəkdir.  Orqanizmdə  kalsium 
qıtlığı  yarananda,  o  başlayır  qanı,  əsəb  hüceyrələrini  və  sümük 
toxumlarını  stronsiya  adlı  çox  zərərli  bir  materialdan  düzəlt-
məyə. Bu halda adamm sümükləri qeyri-normal vəziyyətə düşür. 
Stronsiyanın  molekulları  kalsiumun  molekullarından  qat-qat  iri 
olduğu  üçün  orqanizmdə  kalsium  çatmadıqda,  bədən  onun 
əvəzinə  həmin  stronsiya  adlı  «tikinti  materialı»  ndan  istifadə 
etməli  olur,  qanın  və  əsəblərin  hüccyrələrini  kalsiumla  tə'min 
etməkdən  ötrü  iri  oynaqlardan  kalsium  götürür  və  onları 
stronsiya  ilə  təzələyir.  Buna  yol  vermək  olmaz.  Bəs  nə  etməli? 
Yeganə  düzgün  yol-  yuxarıda  adları  çəkilən  meyvələri  və 
tərəvəzləri, özü də qabıqlı və tumları ilə bərabər yeməkdir. 
Bədənə  yod,  mis,  kobalt,  maqnezium  və  digər  mikro-
elementlərin  daxil  olması  çox  vacibdir.  Onları  qara  ciyərdə, 
paxlalı  bitkilərdə,  yumurtada,  dəniz  ne'mətlərində  (balıq,  dəniz 
kələmi və s.) axtarın. Yadda saxlayın: uşaqlara sutkada 300-400 
qram  çiy  tərəvəz  yedirtmək,  yaxud  beş  cür  təzə  hazırlanmış 
şirəni  (40  q  kök,  40  q  kələm,  40  q  xiyar  və  s.)  içirtmək,  150-
500q.  meyvə,  100-250  ml.  şirəni  meyvə  horrası  ilə  qarışdırıb 
vermək  məsləhətdir.  Bundan  əlavə  500  ml.  qatıq  və  qatıq 
məhsulları, 40-50q. kəsmik (yaxud 10-15 q. bərk pendir), 100 q. 
ət  məmulatı,  30-60q  yarma,  1  yumurta,  90-200q  qara  çörək 
versəniz,  övladlarınızın  sağlamlığını  tə'min  etmiş  olarsınız.  Bu 
şərtlə  ki,  meyvə  və  tərəvəzi  çiy  qəbul  etsinlər,  qatıq  və  qatıq 
məhsulları isə 24 saat ərzində hazırlanmış olsun. 
Kartof  haqqında.  Ən  yaxşı  vitamin  çiy  kartof  şirəsi 
içməkdir.  Ya  da  onu  odda  bişirib  qabıqlı-qabıqlı  yeyin.  Əgər 
könlünüz  küftə-bozbaş  istəyirsə,  kartofsuz  ötüşə  bilmirsi-nizsə, 
onda  kartofu  3-4  saat  duzlu  suda  saxlayın.  Bu  halda  zərərli 
radionuklidlərin miqdarı 40 faiz azalacaq. Həm kartofu, həm də 
çuğunduru,  vineqred  hazırlamaq  istəyəndə,  yaxud  duru  xörəyə 
tökəndə, mütləq 5-10 dəqiqə ayrı suda qaynadın və suyu atın. 

 
163 
Göbələk yeməsəniz-bir şey itirməzsiniz. Çünki göbə-ləklər 
radionuklidlərlə  daha  çox  zəngindir.İşdir,nəfsinizi  saxlaya 
bilməsəniz,onda göboləyi 2 dəfə(hərəsində 10 dəqiqə) qaynadın, 
suyunu atın. 
Qoz-fındıq  ailəsi  və  tumlar  barədə.  Qoz-fındıq  ailəsi 
(badam, püstə və s.) ən zəngin və ən faydalı zülal bitki yağı, E 
vitamıni
 
və B qrupu vitaminləri ilə diqqəti çəkir. Qozlar qəbzliyə 
meyilli  adamlar  üçün  daha  çox  faydalıdır.  Amma  həddi  aşmaq 
olmaz: çox yemək ziyandı. 
Qozdan  hazırlanan  «süd»  böyrəklərin  yaxşı  işləməsinə 
kömək edir. Bu qida böyük zəhmət və xərc tələb etmir: 50 q qoz, 
yaxud  fındıq  ləpəsini  həvəngdəstədə  döymək,  qatıqla  (yaxud 
ayranla,  kefirlə)  qarışdırmaq,  üstünə  bir  çay  qaşığı  bal  əlavə 
etmək.  Belə  süddə  orqanizm  üçün  çox  gərəkli  olan  kalsium, 
kalium və fosfor vardır. Özü də çox rahat həzmə gedir. 
Bal  haqqında.Ağlı  başında  olan  hər  kəs  siqaretə,  arağa, 
ətə,yağa,şirniyyata,qəndə, şəkər tozuna, çaya, çörəyə, kolbasaya, 
makarona  və  s.  xərclədiyi  pulun  hamısını  verər  qoz  -  fındığa, 
badama,  meyvəyə,  tərəvəzə,  göyərtiyə,  əlbəttə,  dünyanın  ən 
zəngin qidası  olan şəfalı bala. 
Gözəl həzmolma və həzmetmə qabliyyətinə malik olan bal 
vitaminlərlə,  hormonlarla,  fermentlərlə,  efir  yağı  ilə,  üzvi 
turşularla, mineral maddələrlə və antibiotiklərlə  zəngindir. Fikir 
verirsinizmi:  şüursuz  arı  təkcə  bir  qida  növündən  –  nektardan 
istifadə  edərək,  özü  üçün  necə  zəngin  «xörək»  hazırlayır?  Bal- 
bütöv  bir  əczaxanadır!  Bütöv  bir  klinikadır!  Bu  «klinikada» 
təkcə  bir  «dərmanla»  mə'də  yarasını,  qara  ciyər  xəstəliklərini, 
böyrəkləri, hipertoniyanı, hipotoniyanı və s. müalicə etmək olur. 
Bir ay hər dəfə yeməkdən sonra 1 çay qaşığı bal yeyən II və III 
dərəcəli  ürək-damar  xəstəliyi  olan  adamın  halı  xeyli  yaxşılaşar. 
Bal  gemoqlabinə  gözəl  tə'sir  göstərir,  qanın  tərkibini 
yaxşılaşdırır. Balı digər faydalı qidalarla birlikdə qəbul edərkən 
onun  səmərəsi  daha  da  artır.  Məsələn,  balla  soğanın  qarışığı 
öskürəyin  qarşısını  yaxşı  alır,  xəstəliklərə  qarşı  immuniteti 
gücləndirir, maddələr mübadiləsini yaxşılaşdırır, qan damarlarını 
təmizləyir.  Belə  gözəl  dərmanı  hazırlamaq  üçün  bir  baş  soğanı 
maşında çəkib horraya döndərmək və üstünə hər kəsin zövqünə 

 
164 
uyğun miqdarda bal tökmək lazımdır. Bu şirəni gündə 3 dəfə bir 
çay qaşı ilə içmək olar. Əhvalmız dərhal yaxşılaşacaq. 
Portağal,  yaxud  limonla  qatışan  balın  isə  öz  tə'yinatı  var. 
Bu  sadə  dərman  vitaminlər  kompleksi  ilə  zəngin  olduğu  üçün 
maddələr  mübadiləsini  yaxşılaşdırır.  Hazırlamaq  üsulu  belədir: 
bir    portoğalı  və  yaxud  limonu  qabığı  ilə  bərabər  maşından 
keçirib,  horraya  döndərmək  və  üstünə  bal  tökmək  (hər  kəsin 
zövqüno uyğun), 12 saat saxlamaq. Gündə 3 çay qaşığı içmək. 
Bəli, bal təkcə şirin və dadlı qida deyil, böyük loğmandır, 
şəfa  mənbəyidir.  Min  dəfə,  milyon  dəfə  təəssüflənirik  ki,  gözəl 
Təbiəti,  arıçılığın  inkişaf  etdirilməsi  üçün  əlverişli  şəraiti  olan 
Azərbaycanda  təmiz  bal  tapmaq,  həm  də  münasib  qiymətə 
tapmaq  -  müşkül  məsələdir.  Halbuki  bal  yüzlərlə  dərmanı  əvəz 
etməyə qabirdir! 
Bəs  süd  haqqında  nəyi  bilmək  vacibdir?  Birmənalı 
deyirəm:  süd  içməyin!  Yaxşısı  budur  qatıq  çalın,çünki  qatıq 
məhsulları  qara  ciyərin  fəaliyyətini  yaxşılaşdırır,orqanizmin 
müqavimətini  artırır,  onu  infeksiyalı  xəstəliklərə  qarşı  davamlı 
edir. Qatıqda və qatıq məhsullarında orqanizm üçün lazım olan 
bütün  amin  turşuları  mövcuddur.  Qatıq  məhsullarından  ürək, 
böyrək  və  əsəb  xəstəliklərini  sağaltmaq  üçün  istifadə  edirlər. 
Onların  tərkibində  kalsium  duzu,  dəmir,  mis,  kobalt  vardır. 
Digər birləşmələrə nisbətən tez həzm olunur və qana tez sorulur. 
Qatıq məhsulları həm də ona görə qiymətlidir ki, mə'də-bağırsaq 
traktında potogen mikroorqanizmlərin inkişafına mane olur. 
Kəsmiyi  hökmən  bitki  qidaları  və  qoz-fındıqla  bir  vaxtda 
yemək faydalıdır: 2 xörək qaşığı kəsmiyə 1 çay qaşığı bitki yagı, 
yaxud  1-2  qaşıq  qoz-fındıq  ləpəsi  qatmaq  və  tərəvəz  salatı  ilə 
birlikdə yemək çox faydalıdır. Amma bir şərtlə: kəsmik də, digər 
qatıq  məhsulları  da  köhnə  olmasın.  Xatırladıram:  qatıq 
məhsulları və qatığın özü 24 saatdan sonra öz keyfıyyətini itirir. 
Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin