Ərşad Əzimzadə



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix14.01.2017
ölçüsü3,15 Mb.
#5139
1   2   3   4   5   6   7   8   9   ...   27

dərmansız  müalicə  etmək  mümkündür!Bu,hələ  harasıdır, 
insan öz həyatının son gününədək bircə dəfə xəstələnməyə  də 
bilər, indikindən 2-3-5 qat artıq ömür sürər.Bunun üçün, sadəcə, 
professor  K.Nişinin  yaratdığı  Sağlamlıq  Sisteminin  tələblərini 
dəqiq yerinə yetirmək bəs edər. 
 
ÖLÜ KƏFƏNİ YIRTDI 
 
Qonşu  otaqda  xəlvəti  yas  mərasimi  qurulmuşdu: 
yaxınlarım  xısın-xısın  mənə  ağı  deyirdilər.Nə  qədər  cəhd 
etsələr  də,içlərində  qaynayan  hıçqırtını  boğa  bilmirdilər.Ağır 
dərdin-məni  erkən  itirmək  təhlükəsinin  dərin  kədəri  sinələrini 
deşib, hıçqırtı şəkilində çölə çıxır, divardan keçib, bu biri otağa  
dolur, qulaqlarıma,oradan da beynimə soxulurdu.Mübtəla oldu-
ğum  ağır  xəstəliyin  rəzil  xislətini  də,meyid  halına  düşmüş 
cismimin  müqavimət  göstərmək  qabliyyətini  itirməsini  də, 
məni müalicə edən yüksək titullu təbiblərin və bütövlükdə tibb 
elminin  acizliyini  də  yaxşı  dərk  edirdim.Amma  həyatdan  belə 
tez-gəncliyi  başa  vurmadan  getməyi  heç  cür  ağlıma  sığışdıra 
bilmirdim.Nə  görmüşdüm  bu  dünyada?  Nə  yaşadım  ki,nə  də 
görəm!Yaxşı  deyiblər:“Yetimin  ağzı  aşa  çatanda  başı  daşa 
çatar”...Qonşu  otaqdan  gələn  boğuq  hıçqırtılar  qulağıma 
pıçıldayırdı:hazırlaş, tezliklə öz dünyanı dəyişəcəksən. 

 
14 
Həftədə  iki  dəfə  konsiliuma  toplaşan,məni  sağaltmaq 
üçün  baş  sındırıb  çarə  yolları  arayan,  tez-tez  müalicə  sxemini 
(mənə  verilən  dərman  kompleksini)  dəyişən,lakin  istənilən 
nəticəni  ala  bilməyən  dazbaş  professorların,yarım-daz  dosent-
lərin,yaşlılardan nəsə götürmək istəyən gur saçlı cavan həkim-
lərin  məzlum  baxışlarını  gözümün  qabağına  gətirdikcə,onların 
inamsız  təkliflərini  yada  saldıqca,qonşu  otaqdan  gələn  boğuq 
hıçqırtıların  təsiri  güclənirdi,dərk  edirdim  ki,bu  qızmar  yay 
günü  məni  Bakıdakı  Semaşko  adına  klinikadan  xərəklə 
çıxardıb,atam uyuyan Məmər kəndinə,bacımın evinə məhz ona 
görə  gətiriblər  ki,son  günlərimi  doğma  el-obamda  keçirim, 
əbədiyyətə  öz  doğma  torpağımda  qovuşum.Belə  insafsız,  belə 
ədalətsiz hökmü qəbul edə bilmirdim. Mən ölmək istəmirdim, 
yaşamaq istəyirdim. Özü də çox güclü istəyirdim. 
Bir  fransız  aliminin  “Zdorovye  mira”  adlı  beynəlxalq 
jurnalda  dərc  olunmuş  məqaləsi  ümüd  şamını  zəyif  formada 
olsa  da  qidalandırır,sönməyə  qoymurdu:“Artrit  xəstəlikləri 
insanları  çox  nadir  hallarda  öldürür.Amma  çoxlu  insanı  şikəst 
qoyur və dünya iqtisadiyyatina olduqca böyük zərbə vurur”. Bu 
kəlmələrin  “ətəyindən”  bərk-bərk  yapışdım.Razıydım:qoy 
şikəst olum, amma belə tez ölməylm... 
Ümid şamı sönmədi!Yüksək titullu təbiblərin, predniza-
lon, natrium solisilat turşusu və aspirin kimi güclü preparatların 
başara  bilmədiyini  Ana  Təbiət,doğma  elimin  adamları,bir  də 
hamının  böyük  hörmətlə  “Əbil  həkim  ”  deyə  müraciət  etdiyi 
adi  kənd  feldşeri  başardı.İşkəncələrlə  dolu  olan ağır  müharibə 
illərinin  formalaşdırdığı  möhkəm  iradə  də,heç  şübhəsiz,öz 
böyük rolunu oynadı.Bunlar hamısı birləşib möcüzə yaratdılar: 
kəfəni yırtdım!.. 
           Kiməsə faydası dəyə biləcəyini nəzərə alaraq, həyatımın 
ağrı  və  işgəncələrlə  dolu  olan  həmin  kəsiyini  bir  qədər 
çözələmək istərdim. 
Gözünüzün  qabağına  Qubadlının  qızmar  günəşli  aran 
kəndini-Məməri gətirin.Qızmar yay günəşi adamın  beynini ox 

 
15 
kimi  deşir.Toyuq-cücə  qocaman  tut  ağacının  kölgəsində 
bürküdən  ləhləyir.Belə  havada  qapı-pəncərəsi(hətta  nəfəsliyi 
də)  bərk-bərk  qapanmış  otaqda,qalın  yun  yorğanın  altında,alt 
və üst paltarlarının içində uzanıb soyuqdan tir-tir əsirdim.Məni 
üşüdən  qızdırma  xəstəliyi  (malareiya)  deyildi,sinəmə  çökmüş 
ucuz  ölümün  buz  nəfəsi  idi.Yaşamış  olduğum  qeyri-sağlam 
həyat  tərzinin  qacılmaz  mükafatı!Mənə-nəbzi  güclə  vuran, 
nəfəsini  ciyinlərindən  alan  canlı  meyidə  baxan  Əbil  həkimin 
(ali təhsili olmasa da, əsl həkimdir!) gözlərindəki dərin təəssüf 
və mərhəmət hissinin qarşığını görüb, var gücümü topladım və 
onunla  açıq  danışdım.  Dedim:qoy,məni  Bakıda  müalicə  edən 
ailimlərin  yüksək  titulu  səni  qorxutmasın,“onlar  sağalda 
bilməyən  xəstəyə  mən  necə  əncam  çəkim”  sualını  ağlına  da 
gətirmə.Gəl  oturaq,fikirləşək,görək  məni  bu  ağır  vəziyyətdən 
necə çıxartmaq olar? 
Ürəkdən  gələn  səmimi  söhbət,inamlı  danışmağım 
(üstəlik,olub-qalan  gücümü  toplayıb  gülümsədim  də)  Əbil 
həkimə  müsbət  təsir  etdi.Üzünün  ifadəsi  dəyişdi.Bir  az  da 
cürətlənib  dedim,  sən  iki  məsələdə  mənə  yardımçı  ol:  məni 
əldən salan yüksək hərarətin qabağını al, bir də tamam taqətdən 
düşmüş cismimi (hətta qaşığı ağzıma apara bilmirdim) bir təhər 
dirçəlt. Dalısıynan işin yoxdu. 
            Əbil  həkim  ürəklə  işə  girişdi.Öncə  qızdırma  törədən 
səbəbi  aşkar  etdi:boğazım,dilçəklərim  pis  gündə  idi.Qəribə  də 
olsa,buna  xəstəxanada  əhəmiyyət  verən  olmamışdı.Kənd 
feldşeri  isə  müalicəni  məhz  buradan  başladı:üç  illik  aloye 
otunun  şirəsini  bala  qatıb,bir  neçə  gün  saxladıqdan  sonra, 
gündə  3  dəfə  bir  xörək  qaşığı  mənə  içirtdi.Damarlarıma 
qlükoza  vurdu,olitetrin  həbi  verdi,gündə  bir  neçə  dəfə  aspirin 
(asetil  salisilat  turşusu)  atdım.Ağbirçək  nənələr  də  bekar 
durmamışdılar.Hər  gün  qartımış  “qancıq”  gicitkandan  yolub 
gətirir, qom bağlayıb budlarımı, baldırlarımı o ki var budayırdı- 
lar.Ətim köpərirdi,abbası-abbası xal tökürdü,amma heç nə hiss 
etmirdim,o cür qartımış gicitkan bədənimi əsla dalamırdı.Şişib 

 
16 
tuluğa dönmüş qıçlarım hissiyatını tamam itirmişdi.“Gicitkano- 
terapiya”  düz  10  gün  beləcə  davam  etdi.On  birinci  gün  hiss 
elədim  ki,  artıq  gicitkan  budlarımı  dalayır.Ölmüş  kapiliyarlar 
və əsəb telləri yavaş-yavaş bərpa olunurdu.Bundan əlavə gündə 
bir  neçə  dəfə  gicitkan  çayını  dəmləyib  mənə  içirdirdilər. 
Gicitkanı  düyü  şorbasına  da  tökürdülər.Daxilimdə  xoş  bir 
yüngüllük hiss edirdim. 
Qida  ilə  bağlı  bir  məqamı  da  vurğulamaq  istəyirəm. 
Çünki  onun  Nişi  Sistemi  ilə  birbaşa  əlaqəsi  var.Bakıda,  oftol-
mologiya  institutunda  həkim  işləyən  dostum  Kərəm  Kərimov 
(indi  respublikanın  adlı-sanlı  alimlərindən  biridir)  məni  kəndə 
yola  salarkən  belə  bir  tövsiyə  verdi:“Bir  resept  də  mən 
deyəcəm,  amma,  gərək  əməl  edəsən:hər  səhər  bir  stəkan  təzə 
südün  içinə  10-15  qram  kərə  yağı,1  qaşıq  bal,1  çiy  yumurta 
qatıb  içərsən”.Söz  verdim,kişi  kimi  əməl  də  etdim.Çünki 
cismən  o  dərəcədə  zəyifləmişdim  ki,qaşığı  ağzıma  apara  bil-
mirdim.Bu  gün  xüsusi  vurqulamaq  istəyirəm  ki,məni  Bakıda 
müalicə edən ən güclü alimlər konsilium keçirərkən necə qida-
lanmağımla əsla maraqlanmırdılar.  
O  vaxt  biliyinə  hörmət  bəslədiyim  gənc  həkimin 
tapşırığını  kor-təbii  yerinə  yetirirdim,qəbul  etdiyim  qidanın 
insan  orqanizminə  təsir  mexanizmini  anlamırdım,Məhəmməd 
peyqəmbərin “bütün fəsadların yuvası mədədir, bütün dərdlərin 
çarəsi  pəhrizdir”  kəlamı  ilə  taniş  deyildim.Nəinki  Nişi  Siste-
mindən  bixəbər  idim,elementar  tibbi  biliyim  sıfıra  bərabər 
idi.Mənə  nə  orta  məktəbdə,nə  ali  məktəbdə,nə  də  ailədə 
sağlamlığı necə qorumağı öyrədən olmamışdı.Bunun əvəzi-
nə  çoxlu  şeir  öyrətmişdilər,Marksizmin-Leninizmin əsasla-
rını əzbərlətmişdilər.Lakin indi,dahi yapon aliminin möcüzəli 
Sistemini  əzbər  bildiyim  bir  vaxtda,Kərəm  həkimin  “resepti”-
nin mahiyyətini çox gözəl dərk edirəm.Bu məsləhətin taleyim-
də  oynadığı  müstəsna  rolu  yüksək  qiymətləndirirəm.  Bir  daha 
vurğulamaq  istəyirəm:xəstə  yatdığım  klinikalarda  müalicəni 
yalnız və yalnız preparatların köməyi ilə aparmışdılar, alimlər 

 
17 
bütün ümüdlərini dərmanların “zərbə dozalarına” bəsləmişdilər. 
Qida  məsələsi  heç  kəsi  düşündürməmişdi.“Zərbə  dozaların” 
(məsələn,o  vaxtın  ən  güclü  terapevt-alimi  sayılan  professor 
Saleh Salehov mənə sutkada 24 qram natrium solisilat turşusu 
və  4  qram  prednizalon  təyin  etmişdi)  mübtəla  olduğum  dərdə 
necə  təsir  etdiyini  deyə  bilmirəm,amma  bu  dozaların  cismimi 
ölü halına saldığını dəqiq xatırlayıram.Kərəm həkimin “təyina” 
–tı birtərəfli müalicə aparan təbiblərin səhvini düzəltmişdi. 
Əzab  və  işgəncələrlə  dolu  yay  günləri  bir-birini  əvəz 
edirdi.Özü də əzab və işgəncəni çəkən tək mən deyildim. Bacı-
larım Dilnəvaz və Tamara gecələr növbə ilə keşik çəkir, çarpa-
yımın başında oturaraq,yuxusuzluqdan,yorğunluqdan və dərdin 
ağırlığından,elə  oturduqları  yerdəcə,mürgüləyirdilər.Hər  10-15 
dəqiqədən  bir  buz  kimi  tərdən  islanıb  suya  dönmüş  paltarımı 
dəyişmək  lazım  gələndə  belə  gözlərini  aça  bilmirdilər.Əlləri 
fəhminən işləyirdi.Soyuq tər məni əldən salmışdı.Tər  sel  kimi 
axırdı.Bununla  belə,Günəş  beyinləri  bişirdiyi  bir  vaxtda,gecə 
bürküdən  nəfəs  almaq  mümkün  olmadığı  halda,qapı-pəncərəsi 
kip  bağlanmış  təndir  kimi  otaqda,yun  yorğanın  altında,isti 
tuman-köynəkdə  üşüyürdüm.Qapı  açılanda,elə  bil,bədənimə 
Xustub dağının buzunu yapışdırırdılar. Amma bədənimdən sel 
kimi axan tər bircə saniyə də ara vermirdi.Yaş paltar bədənimi 
buzladır  və  oynaqlarımdakı  ağrını  şiddətləndi-rirdi.Ucadan 
inildəməyə  taqətim  çatmadığı  üçün,həm  də  yuxu  gözlərimdən 
töküldüyünə görə, astadan zarıldayırdım. “Növbə çəkən” bacım 
gözü  yumulu  əlini  mənə  tərəf  uzadır,paltarımı  soyundurmağa 
başlayırdı.Bunu elə etməli idi ki,sümüyü şişmiş və deformasiya 
olmuş  qollarımın,qıçlarımın  vəziyyəti  dəyişməsin.Mümkün 
olmurdu.Ağrı  ürəyimə  vururdu.Əvəzində    5-10  dəqiqəliyə 
rahatlıq  tapır  və  gözümün  acısını  alırdım.Bir  azdan  hər  şey 
yenidən  təkrar  olunurdu.Nəhayət,taqətdən  düşüb,sübhə  yaxın 
yatırdım.Bu  vaxt  yaş  paltar  bədənimə  yapışıb  öz  qara  işlərini 
görürdü: səhərin gözü açılanda,xoruzlar ağız-ağıza verib kəndi 
oyadanda  ağrılarım  bərkiyir  və  məni  yuxudan  oyadırdı. 

 
18 
İşgəncəli  günlərin  sonu  görünmürdü.Amma  hər  halda,yolumu 
səbirsizliklə gözləyən soyuq məzardan zərrə-zərrə uzaqlaşırdım. 
Bir ay sonra yataqdan özüm qalxdım, kimsə qolumdan 
tutmadı.Heysiz,gücsüz  dizlərimi  yun  parça  ilə  sarıdılar  (sarğı 
öz  funksiyasını  yerinə  yetirə  bilməyən  toxumaların,əzələlərin 
və  vətərlərin  işini  görürdü),əlimdə  çəlik,yavaş-yavaş  həyətə 
çıxdım.Bir  an  içində  bütün  kənd,möcüzə  olubmuş  kimi,axışıb 
həyətə  doldu.Baxışlarda  sevinc,yoxsa  heyrət  hissinin  çox 
olduğunu  seçmək  mümkün  deyildi.Amma  bir  şey  şəksiz  idi: 
hamı  kəfəni  yırtmağıma  inanırdı.  Uzun  illərdən  bəri  gözünün 
nurunu  itirib,  müstər  olmuş  zavvallı  anam  sevincindən  ağladı. 
Fəqət  gözlərindən  yaş  çıxmadı-gözlərində  yaş  qalmamışdı. 
Sağalmağımda müstər anamın öz əməyi vardı. Gücü heç nəyə 
çatmasa  da,  taxtaya  dönmüş  quru  barmaqları  ilə  biləyimdən 
tutur, əlini alnıma qoyur, nursuz gözlərini səmaya zilləyib Ulu 
Tanrıdan  mənə  şəfa  diləyirdi.  O  vaxt  bilmirdim  ki,  bunlar  da 
şəfaverici  qüvvə  imiş.  Kim  bilir,  bəlkə  də  dərmanların  ən 
təsirlisi, ən güclüsü elə ana əllərinin təması, ana nəfəsi və ana 
alqışıdır!!!  
Bəli,  ölüm  üzərində  qələbəm-Ananın  qələbəsi  idi. 
Fəqət təkcə məni doqquz ay öz bətnində gəzdirən,mənə döşün-
dən halal süd verən,beşiyimin başında layla deyən bir qadının 
yox,təmiz  havasını  udduğum,təmiz  suyunu  içdiyim,təmiz 
pencərini,mer-meyvəsini,şülulunu (meşədə bitən cır meyvələr) 
yediyim  Ana  Torpağın,Ana  Təbiətin  zəfəri  idi.Mən  bu  adi 
həqiqəti indi,dahi Nişinin Sağlamlıq təlimini əxz edəndən sonra 
dərk etmişəm. 
Başıma  gələnləri  belə  ətraflı,  təfərrüatı  ilə  danışmaqda 
yeganə  məqsədim  oxucuya,ilk  baxışda  adi  görünən,bir  dərin 
hikməti  çatdırmaqdır.Mən  istəyirəm  biləsiniz:xəstəni  preparat-
ların  köməyi  ilə  sağaltmaq  məramı,nə  qədər  xoş  olsa  da, 
əvvəlcədən uğursuzluğa məhkum olmuş bir qeyri-real istəkdir. 
Vurğulayım:doğma  kəndim,yüksək  titullu  alimlərin  qüsurunu 
düzəldərək,imkan  yaratdı  ki,orqanizmin  özü  xəstə-liklə  ölüm-

 
19 
dirim  savaşına  girişsin,çarpışsın  və  qalib  gəlsin.Burda,istər-
istəməz,böyük  alim  Zalmanovun  “orqanizm  bütövlükdə  və 
hər  bir  hüceyrə  ayrılıqda  dünyanın  bütün  akademuyala-
rından müdrik və ağıllıdır” sözləri yada düşür.Biz müdrik və 
ağıllı  varlığa  mane  olmasaq,ona  yardımçı  olsaq,hər  şeyi  öz 
yerinə qoymağa,bütün xəstəliklərə qalib gəlməyə qadirdi.  
Kənd  camaatı  adi  gicitkanın,aloye  otunun,şah  tutun, 
göy-göyərtinin,balın,bulaq suyunun,təmiz havanın,xoş rəftarın, 
bir də Xaliqin köməyi ilə üç aydan sonra məni ayaq üstə qoydu. 
O  vaxt  mənim-başqalarının  başına  ağıl  qoymağa  çalışan  ali 
təhsilli jurnalistin heç ağlına da gəlmirdi ki,insan-Ana Təbiətin 
ayrılmaz bir parçasıdır,insan ona xəyanət edəndə,əbədi  qanun-
ları pozanda-Təbiət onu cəzalandırır. 
Əfsus  ki,bu  həqiqəti  də,dəhşətli  ağrılardan  qurd  kimi 
uladığım  gecələri  də  tez  unutdum.Yer  üzündə  analoqu  və 
alternativi  olmayan  Naftalan  sanatoriyasında  bir  neçə  il 
dalbadal müalicə alandan, bu qeyri-adi neftin (bütün neftlərdən 
fərqli  olaraq,naftalan  nefti  yanmır)  şəfa  vermək  möcüzəsinə 
şahid  olandan  sonra,özümü  yenidən  qaynar  şəhər  həyatının 
girdabına  atdım,Təbiətin  qanunlarını  yenidən  pozdum.Təbiət 
də  məni  yenidən  cəzalandırdı:xəsttəliyim  şiddətləndi.Onu  dəf 
etməyə  acizlik  çəkən  tibb  işçiləri  sağlamlığımı  qaytarmaq 
əvəzinə,sağlamlığımı  itirməyim  barədə  “daşdan  keçən”  arayş 
verdilər  və  məni  “VTEK”-ə(iş  qabliyyətini  müəyən  edən 
həkimlər  komissiyası)  göndərdilər.Cavan  ikən-33  yaşımda 
əlillik dərəcəsi aldım.Həkmlər məsləhət gördülər ki, Moskvaya 
gedim,revmatizm  institutuna  müraciət  edim.Ruhumu  sıxan 
əlillik  kitabçasını  və  revmatizm  institutuna  getmək  təklifini 
qəbul  etməkdən  başqa  çarəm  qalmamışdı.Moskvanın  şöhrətli 
təbibləri Bakı təbiblərindən bircə çərək də irəli gedə bilmədilər. 
Yeganə  fərq  ondan  ibarət  idi  ki,mənə  qoyulan  diaqnozu 
dəyişdilər:Bakı  klinikalarında  mənə  “qeyri-spesifik  infeksion 
poliartrit” diaqnozu qoymuşdular,Moskva həkimləri isə, haçan-
sa  sağala  biləcəyim  ümüdini    öldürərək,mənə  çarəsi  olmayan 

 
20 
Bexteryev  xəstəliyi  və  revmatizm  artriti  diaqnozu  qoydular. 
Adamı  yeddi  qat  əyib,eybəcər  hala  salan  çarəsiz  bir  dərd!!! 
Ruslar  bu  xəstəliyə  tutulmuş  adamın  aldığı  vəziyyətə  “poza 
çelobitçika  ”,  yaxud  “poza  prositelya”  adı  veriblər.Yəni  ki, 
başını  sinəsinə  əyərək,acizanə  yalvarışla  nəsə  xahiş  edən 
adamın pozası.Bu dəhşətli xəstəlik adamı tez bir zamanda əyib 
doğanağa  döndərir.Moskvada  öyrəndiyim  ən  dəhşətli  həqiqət 
bundan  ibarət  oldu.Vəssalam...Üç  aylıq  (15  oktyabr  1975-15 
yanvar  1976)  səmərəsiz  müalicədən  sonra  Moskvadan,ora 
getdiyimdən  qat-qat  ağır  vəziyyətdə,Bakıya  qayıtdım.Çox 
keçmədi  iş  qabliyyətimi  tamam  itirdim  və  həkimlər  mənə,ən 
yüksək əlillik dərəcəsi almaq hüququ qazandığımı bildirməklə, 
təskinlik  verdilər.41  yaşın  içində  olanda  1-ci  qrup  əlil  oldum. 
Yatağa düşdüm.Lakin yorğan-döşəyə mehir salmadım. 
 
 
Bu  vəsiqə  şahidlik  edir:Sağalmayan  xəstəlik  yoxdur, 
sağalmayan  xəstə  var.Sağalmaq  istəyən-yollar  axtarır, 
istəmiyən-bəhanə.  

 
21 
 
 
 

 
22 
 
Bir balaca dirçələn kimi, şişib tuluğa dönmüş dizlərimi 
yenə də yun parça ilə möhkəm sarıdım, əlimə çəlik alıb həyətə 
çıxdım,Günəşlə,Küləklə,Ağaclarla,həyətin  qaynayan  uşaqları 
ilə  təmasa  girdim.Yenidən  Naftalana  üz  tutdum  və  yenidən 
çəliyi  atdım.Əlillik  “zirvəsindən”  yavaş-yavaş  aşağı  endim, 
bütün  iradəmi  toplayıb,əlillik  kitabçası  ilə  vidalaşdım.Qət 
etdim  ki,daha  heç  vaxt  ayağım  “VTEK”-ə  dəyməyəcək.  Ağır, 
çarəsiz  dərdə  mübtəla  olduğumu  məhz  bu  münvalla  unutmaq, 
beynimdən  çıxartmaq  istəyirdim.Fəqət,dəhşətli  xəstəlik  özü 
tez-tez  qapımı  döyür  və  özünü  yada  salırdı.Xəstəlik  yenidən 
qayıdanda  və  məni  aylarla  yorğan-döşəyə  buxovlayanda, 
Moskvada  məni  müalicə  edən  ağsaçlı  professorun  vida  vaxtı 
dediyi bir zəqqutun tək acı həqiqət yadıma düşürdü: “Baxıram, 
sən  dərrakəli  və  iradəli  oğlansan.Səninlə  açıq  danışmaq  olar. 
Birdəfəlik yadında saxla:tibb heç bir xəstəliyi sağaltmır,sadəcə, 

 
23 
xəstəliyin  sürətli  inkişafının,  aqressivləşməsinin  qarşısını  alır. 
Vəssəlam.Qayıt vətəninə,nə qədər bacarırsan,yaşa”... 
Tibb  elminin  acizliyini  o  gün  bildim  və  çox  məyus 
oldum,amma,nədənsə,ümüdsizliyə  qapılmadım.Yaşadım.Həyat  
tərzimi  bir  qədər  dəyişdim.Diz  sarığı,əl  ağacı,həblər,iynələr 
həyatıma  möhkəm  daxil  oldu  və  orqanizmin  tərkib  hissəsinə 
çevrildi.Yeganə ümidgahım Naftalan nefti idi.12 il bu möcüzə 
ocağını  ziyarət  etdim.Cismimi  Naftalanın  köməyi  ilə  bir  təhər 
qoruyurdum,özümü “üfürə-üfürə” işlədirdim. 
Kəfəni birinci dəfə yırtdığım gündən artıq 30 ilə yaxın 
bir  vaxt  keçib.Bu  illər  ərzində  xəstəlik  “çələnginə”  təzə 
“çiçəklər”  əlavə  olundu.Yüksək  dozalı  dərmanlar  mədəmi, 
ciyərimi,ürəyimi,sekresiya  vəzilərini,böyrəklərimi,sinir  siste-
mini  korlamışdı.Gecələr  valerian,validol,kordiamin  içməyim 
adi  normaya  çevrilmişdi.“Öz  xəstəliyim”in  hücumlarından 
yalnız  prednizalon  və  indometasin  kimi  ağır  dərmanların 
hesabına  müdafiə  olunurdum.Bakı  küləkləri  mənim  üçün 
böyük bəlaya çevrilmişdi.Bakını tərk etmək,bölgə mübiri işlə-
mək  məcburiyyətində  qaldım.Xəstəliklər  isə  Bakıda  qalmadı, 
məni  qarabaqara  izlədi.Rayonlarda  da  özümü  “üfürə-üfirə” 
işlədirdim.Mümkün qədər az gəzir,isti otağı yalnız məcburiyyət 
qarşısında  tərk  edirdim.Hətta,yayın  ortasında  da  evdə  belimə 
yun şal bağlayıb,boynuma şarf dolayıb otururdum. 
Qəddar  ermənilər  və  onların  arxasında  duran  Rusiya 
xalqımızın  başına  müsibətlər  açanda,doğma  Qarabağımızı 
əlimizdən  alıb  Azərbaycanı  parçalamağa  çalışanda,təhlükə 
doğma kəndim Seyidlərin(Qafanın iki  addımlığındadı) başının 
üstünü  alanda,xəstə  canımla,azadlıq  hərakatına  qoşuldum. 
Ciddi    təqiblərə  məruz  qaldım.Özünü  “xilaskar”  adlandıran 
Sovet  ordusunun  zopasını,milis  təpiyini  yedim,öz  həmvətən-
lərim-bolşevik  rejimini  can-başla  qoruyan  bişərəf  KQB-nin 
sadiq  nökərləri  üstümə  silah  çəkib,qollarıma  böyük  həvəslə, 
nəşə ala-ala qandal vurdular.Pasportunda “azərbaycanlı” yazıl-
mış biqeyrətlərin xüsusi səyi sayəsində 1990-cı ilin yanvarında, 

 
24 
qanlı  yanvar  hadisələrindən  dərhal  sonra  zindana  atıldım, 
İşdən  qovuldum.Əzablar,işgəncələr,agır  sarsıntılar,başımızın 
üstünü almış ölüm qorxusu,həyəcan nəticəsiz qalmadı,yeni bir 
xəstəlik apdım-şəkərli diabet.Təzə dərdim mənə köhnə dərdlə-
rimi  unutdurdu.Eşitmişdim  ki,şəkərli  diabet  yaxasından  tutdu-
ğu adamı heç vaxt buraxmır və başqa xəstəliklərin sagalmasına 
da imkan vermir.Ümidsizliyə qapılmaq təhlükəsi başımın üstü-
nü  alanda(o  vaxt  Nişi  sistemi  ilə  tanış  deyildim),içimdə  bir 
ümid şamı yandı:Mixail Kotlyarovun çox maraqlı həyatı mənə 
ağır  xəstəliklərdən  dava-dərmansız  xilas  olmaq  və  uzun  illər 
sağlam yaşamaq yolunu göstərdi.Qaçmağı qət etdim.Cismimdə 
və əhvalımda baş verən müsbət dəyişiklik özünü çox gözlətmə- 
di.Lakin  həyatımda  əsl  möcüzə  1995-ci  ilin  avqust  ayında,60 
yaşa  çatanda  baş  verdi-dahi  yapon  alimi,professor  Katsudzo 
Nişinin  təlimini  oxuyandan  sonra.Nişinin  Saglamlıq  Sistemini 
öz həyatıma dərhal tətbiq etdim.Çox qısa bir vaxtda xəstəliklər-
imin,demək olar, hamısını canımdan çıxartdım. 
Bu xoş sonluqlu faciəni ona görə yada salıram ki, qoy, 
ümidini  həblərə,iynələrə,müxtəlif  otlara  bağlayan  minlərlə, 
milyonlarla  xəstə  birdəfəlik  dərk  etsin:tibb  elmi  Ana  Təbiətin 
insana verdiyi cəzanın qarşısını almağa qadir deyil.Ana Təbiət-
dən üz döndərən və buna görə də cəzalanan insanı yalnız Ana 
Təbiətin  özü  sağalda  bilər.Bu  şərtlə  ki,insan  öz  səhvini,bir 
qədər də dəqiq deyəcəm,öz nadanlığını dərindən dərk etsin və 
üzünü  təbiblər  təbibi  Anamız  Təbiətə  çevirsin.O  vaxt  nəinki 
infarktı,mədə-bağırsaq xorasını,revmatizmi,şəkərli diabeti, hət-
ta,xərçəng    və  “SPİD”  kimi  dəhşətli  xəstəlikləri  də  müalicə 
etmək,xəstəni  tam  sağaltmaq  və  cavanlaşdırmaq  mümkündür. 
Bunu təstiq edən yüzlərlə fakt göstərə bilərəm. 
 
 
 
 
 

 
25 
QİBTƏYƏ  LAYİQ  ŞƏRƏFLİ  HƏYAT 
 
Dünyada bir neçə nadir şəxsiyyət olub ki,  mən onların 
dühası  qarşısında  böyük  ehtiramla  baş  əyirəm.Belə  gur  işıqlı 
şəxsiyyətlərdən  biri  də  Amerikanın  məşhur  naturopat  alimi, 
professor  Pol  Breqqdir.Onun  hamıya  örnək  ola  biləcək  dərin 
məzmunlu həyatını dərindən öyrənməyə, vallah, dəyər!.. 
Virçiniya  ştatında  imkanlı  ailədə  dünyaya  göz  açan 
balaca  Pol  yüksək  qayğı  ilə  əhatə  olundu.Oğlunu  canından 
artıq  istəyən  ana  dünyanın  ən  ləziz  və  ən  yüksək  kalorili 
qidalarını  ona  yedizdirirdi  ki,balası  sağlam  və  güclü  olsun,tez 
boy atsın.Qaymaq,kərə yağı,qızardılmış ətlər,tort,pirojna, şoka-
lad,piroqlar  və  s.  kimi  güclü  qidalar  balaca  Polun  süfrəsindən 
əskik olmurdu.Belə  yüksək  “qayğının” nəticəsi çox acınacaqlı 
oldu:uşaq  8  yaşa  çatanda  ağır  xəstələndi  və  ölüm  yatağına 
düşdü.O  dövrün  adlı-sanlı  həkimləri  oğlanı  ölümdən  bir  təhər 
xilas  edə  bildilər,amma  onun  sağlamlığını  qaytarmağa  gücləri 
çatmadı.Əksinə,həkimlərin  böyük  canfəşanlıqla  tətbiq  etdiyi 
güclü  preparatlar  balaca  orqanizmin  müqavimətini  və  immun 
sistemini  zəyiflətdi.Oğlan  16  yaşa  çatanda  artıq  9  ağır  xəstə-
liyin  dağ  boyda  yükünü  cılız  çiyinlərində  daşıyırdı.  İmkanlı 
Breqq  ailəsi  uşağı  dişinə  alıb,dünyanı  gəzdirir,nicat  yolu 
axtarırdı.Tale  onların  yolunu  İsveçrə  dağlarına  saldı.  Lazanna 
şəhərində yaşayan helio-terapevt ümidsiz xəstəni Ana Təbiətin 
insana təmənnasız bəxş etdiyi qüdrətli “dərmanların” - Günəşin, 
havanın, suyun, bitkilərin və hərəkətin köməyi ilə sağaltdı. 18 
yaşlı  Pol  Breqq    dünyanın  ən  sağlam  və  ən  ağıllı  bir  gəncinə 
çevrildi. Cəhənnəmi öz gözləri ilə görüb qayıdan, Ana Təbiətin 
möcüzə  yaratmaq  qüdrətini  dərindən  dərk  edən  gənc  Breqq 
bütün həyatını insan orqanizmini öyrənməyə,Təbiət qanunlarını 
dərk  etməyə  həsr  etdi  və  tezliklə  planetimizdə  qüdrətli  təbib 
kimi böyük şöhrət qazandı. 
Naturopat  alim  qibtəyə  layiq  bir  mənalı  həyat  yaşadı. 
Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin