“Bizi öldürən qocalıq deyil, bizi öldürən -pis vərdişlərdir”
26
deyən alim özünü pis vərdişlərdən qətiyyətlə təmizlədi, ciddi
səy göstərib, min bir əziyyətə qatlaşıb, mükəmməl vərdişlər
qazandı,Təbiət qanunlarını başı üstə müqəddəs bayraq tək
tutaraq,tam sağlam və gümrah yaşadı.Sübh tezdən,Təbiət oya-
nanda yerindən qalxardı,isti aylarda dağlarda qaçardı,soyuq
aylarda,delfin kimi,mavi sulara baş vurardı-serfinq(taxta xizək)
sürərdi.Hər gün xeyli vaxt başı üstə dayanıb,ayaqlarını göyə
qaldırardı,hər axşam rəqs meydançasına gedib,rəqs edər, özün-
dən deyən handa bir cavanı yorardı.Dilinə “ölü” qida(bişmiş
xörək,konservləşdirilmiş,duza və şəkərə qoyulmuş,qurudul-
muş ət və balıq, fabrik və zavodlarda istehsal olunan ərzaq),
papiros,spirtli içkilər,kololar,fantalar vurmazdı.Yalnız meyvə-
tərəvəz,tumlar,zoğlar,köklər yeyərdi,gündə 3 litrə qədər çiy
suyu qurtum-qurtum içərdi.Bir müdrik kəlamı təkrarlamaqdan
doymazdı:“Biz-nə yeyiriksə,oyuq”.Mənası belədi:“ölü” qida
yeyən adam-xəstədir,iradəsizdir,yaltaq və qorxaqdır,acgözdür,
paxıldır,qəddardır,şənbazdır,“canlı” qida (çiy meyvə-tərəvəz)
yeyən adam isə mənən və cismən sağlamdır, güclüdür, kamildir,
xeyirxahdır,şən və nikbindir,qeyri-adi təfəkkürə və yaddaşa
malikdir, mənəviyatı safdır, əxlaqı təmizdir.
Təbii qidalarla qidalanmasına baxmayaraq, dünyada baş
verən dəhşətli katoklizmaları,havanın,suyun,torpağın insan tərə
-findən xususi qəddarlıqla zəhərləndirilməsini nəzərə alan
alim,öz orqanizmini mütəmadi olaraq təmizləyərdi:həftədə bir
sutka, bundan əlavə-ayda 3 sutka və rübdə 7-10 sutka aclıq
keçirərdi.Bu halda bağırsaqları və toxumaları suni üsullarla
təmizləməyə ehtiyac qalmırdı.
Bir vacib məqamı xususi vurğulamaq istəyirəm.Bütün
dünyada,o cümlədən,süfrəsinin zənginliyi ilə qürrələnən bizim
yeyimcil məmləkətdə qəbizlikdən və ishaldan çoxlu adаm əzab
çəkir və bu zavallıların sayı sürətlə artır.Qəbizlik də,ishal da
mədə-bağırsaq traktının pis işləməsinə dəlalət edir.Bu da,öz
növbəsində,düzgün qidalanmamаğın acı nəticəsidir.Zibilli
bağırsaq hər cür xəstəliyin rahat törəməsi üçün gözəl bazadır.
27
Ona görə də,Pol Breqq yalnız təbii qidaları yeməyi məsləhət
görürdü.Öz bağırsağını hər vaxt təmiz saxlayırdı.Qida qəbul
etdikdən bir saat sonra bağırsağın mükəmməl boşalması baş
verməsəydi,alim bərk narahat olurdu,xüsusi təmrinlərin köməyi
ilə boşalmanı təmin edirdi.
Qüdrətli naturopat alim öz cismini və ruhunu elə
formalaşdırmışdı ki, cüzi miqdarda faydalı qida qəbul etməklə
kifayət qədər enerji toplaya bilirdi,on adamın işini görürdü. Nə
şaxta, nə də qızmar Günəş ona pis təsir göstərə bilirdi. Alim 40
dərəcə şaxtadan 40 dərəcə istiyə və əksinə çox rahat keçirdi.
Çünkü vücudunda kifayət qədər kalsium olurdu. Bu element
bədəndən kənarda mövcud olan temperaturanı daxili tempera-
tura ilə çox gözəl tənzimləyir.
86 yaşlı alim,bütün dünyanı heyrətləndirən,çox qəribə
bir eksperiment keçirmişdi:dünya rekordsmenlərindən ibarət
olan gənclər komandasını yarışa çağırdı-gəlin,yayın günü payı-
piyada Saxara səhrasından keçək.Dünyanın ən güclü idmançı-
larından heç biri gedib finişə çata bilmədi,ahıl alim odlu
səhradan tək-tənha keçməli oldu.Sağlam həyat tərzinin böyük
xariqələr yaratmağa qadir olduğunu dünyaya əyani göstərdi.
Zəngin biliyə malik olan pr. Breqq elmi əsaslarla sübut
etdi ki,insan düzgün qidalansa,sağlam həyat tərzi keçirsə,900
ildən çox yaşıya bilər.Alim 150 il yaşamağı qarşısına məqsəd
qoymuşdu.Əlbəttə,həyatı verən də Tanrıdı,alan da. Görünür,
böyük alimin alnına 150 il yaşamaq yazılmamışdı.95 yaşlı alim,
həmişəki kimi, bir şaxtalı qış günü okeanda serfinq sürürdü. Bu
vaxt güclü qasırğa qalxdı,alim faciəli şəkildə həlak oldu. Bu
nadir insan xəstəlik yatağında deyil,şaha qalxmış dalğaların
qoynunda can verdi,dünyaya sübut etdi ki,insan xəstələnməyə
bilər,ölən günə qədər gənc və sağlam qala bilər.95 yaşlı
“qocanın” cəsədini yaran təbiblər öz dərin heyrətlərini gizlədə
bilmədilər:qocanın ürəyi,damarları,vətərləri,sümükləri 18 yaşlı
cavanınkından sağlam və elastik idi!
28
Təkcə bir ölkəyə deyil,bütün dünyaya mənsub olan
planet vətəndaşı Pol Breqq 13 dəfə Yer kürrəsini dolaşdı,
müxtəlif ölkələrdə biri-birindən maraqlı mühazirələr oxudu.
Hər dəfə də eyni fikiri vurğuladı:“Gödən-səfehdir, ona qulaq
asmayın!”. İnsanpərvər alim ürəkdən istəyirdi ki, “yaşamaq
üçün yeyənlərin”sayı çoxalsın,onlar “yemək üçün yaşayan-
ları” üstələsin.Tam əmin idi ki,beıə olsa,planetimizdə əmin-
amanlıq,sakitlik,dinclik,rahatlıq bərqərar olar,insanlar dünya
malına görə bir-birini boğazlamaz,didməz,parçalamaz, qırmaz...
Əfsuslar olsun ki,böyük alimin arzusu bu gün də bir
arzu olaraq qalır.İndi dünyada,insanı iblisə çevirən biznesin
pressinqi altında əks-proses gedir:yemək üçün yaşayan qarın-
quluların sayı günbəgün, saatbasaat artır.Qarınqululuq bəlası
özü ilə bərabər ağır xəstəliklər,qanlı müharibələr və dəhşətli
təbii fəlakətlər gətirir.İnsanın başına yağan faciələr çoxalır.
YÜZ YAŞLI CAVAN
Moskvada keçirilən Ümumdünya marafon yarışının
təşkilat komitəsinə bir dəri,bir sümükdən ibarət olan ahıl bir
kişi müraciət etdi-marafonda iştirak etməyə icazə istədi. Komi-
tə üzvləri maraqlandılar:“Neçə yaşınız var?”. Cavab hamını
heyrətləndirdi:“Səksən iki?.. Ola bilməz!”. Qıvraq kişiyə olsa-
olsa 50 yaş vermək olardı.Lakin elə 50 yaşın özü də marafonda
iştirak etmək üçün çox idi.Mixail Mixailoviç Kotlyarov rədd
cavabı aldı.Görünür,komitə üzvləri bu arıq qocanın taleyindən
və xarakterindən bixəbər idilər.Yoxsa “yox” deməzdilər.
Komitə üzvləri çox güclü pressinq qarşısında güzəştə getməli
oldular.Lakin kişinin sinnini nəzərə alaraq,ona yalnız 10 kilo-
metr məsafəyə qaçmağa icazə verdilər.82 yaşlı M. Kotlyarov
onu uğurla qət etdi.
Səni,əziz oxucum,kəfəni yırtmış daha bir maraqlı
adamın keçdiyi girintili-çıxıntılı yolla yaxından tanış etməzdən
əvvəl,istərdim ki,tək bir anlığa gözünü sətirlərdən ayırıb,
29
arxada qoyduğun illərə,yaşadığın həyat tərzinə xəyalən nəzər
salasan.O vaxt belə bir reallığın şahidi olacaqsan:məktəblə,
yaxud iş yeri ilə, qohum-əqraba və dost-tanışla sizin mənzili
ayıran 5-10 dəqiqəlik məsafəni qət etmək üçün yol qırağında
saatlarla minik gözləmisən və indi də belə edirsən.Bu vaxt
əsəblərin gərilir,ürəyin sıxılır,ovqatın korlanır və qanın qaralır.
Bəli,qanın həm məcazi mənada,həm də hərfi mənada qaralır.
Halbuki sən həmin yolu piyada getsəydin,Təbiətin sənə bəxş
etdiyi saflaşdırıcı qüvvədən istifadə etmiş olardın.Tamam əks
proses baş verərdi:qanın durulardı,saflaşardı,əhvalın yaxşıla-
şardı,bədənin möhkəmlənərdi.Amma sən buna adət etməmisən.
Çünki gözünü açıb görmüsən ki,yaşadığın bu tənbəl şəhərdə
hamı 500-600 metirlik məsafəni qət etmək üçün saatlarla minik
gözləyir. Sən bunu həyat norması kimi qəbul etmisən və bu
“norma”nın vurduğu ziyan barədə heç vaxt düşünməmisən.
Bir vaxt şaxtacı ailəsində böyümüş gənc,sağlam,güclü
Kotlyarov da belə “xırda” şeylər barədə düşünməzdi.Əlli illik
yubileyini öz əlilə dünyanın ən populyar xəstəliklərindən
“hördüyü” al-əlvan “çələnglə” qarşıladı:qızdırma,vərəm,tif,
oynaq çanağının artrozu,fəqərə sütununun spondilozu,vena
qlafının iltihabı,soyuqdəymələr,qrip,zökəm,boğaz ağrısı.M.Kot
-lyarov 64 yaşa çatanda bu “çələngə” daha bir ağır xəstəlik
əlavə etdi:təcili yardım maşını onu infarkqabağı vəziyyətdə
klinikaya çatdırdı.Ağır,üzücü,az ümid verən müalicə başlandı.
“Daha çabalamağın mənası yoxdur.Görünür,taleyə boyun
əymək lazımdır.Bu qədər xəstəliyin altından çıxmaq mümkün
olmayacaq”...Buna bənzər fikirlər xəstənin beyninə tez-tez, hər
dəfə vəziyyəti ağırlaşanda,dəhşətli ağrılar,çox erkən qocalıb
əldən düşmüş “matoru”-ürəyi dəmir məngənəyə salıb sıxanda
soxulurdu.Ağrılar səngiyəndə,bekarçılıqdan bezən xəstə, müta-
liə ilə məşqul olurdu.Taledən imiş:əlinə keçən kitablar arasında
dünya şöhrətli sərkərdə Suvorov haqqında sənədli əsər də oldu.
Uşaq vaxtı nəfəsini çiyinlərin-dən güclə alan cansız-çəlimsiz,
sısqa,xəstə,lakin möhkəm iradəli və tünd xarakterli bir insanın
30
azar-bezara qalib gəlib,dahi sərkərdəyə çevrilməsi möcüzəsi
Mixail Mixailoviçin ürəyində bir zəyif ümid qığılcımı yandırdı.
Ömrünün düz 64 ilini necə gəldi “xərcləyən”, həyatını kül kimi
havaya sovuran,bunun müqabilində(və bunun mükafatı
olaraq!) “xəstəlik çələngi” qazanan keçmiş şaxtaçı dərin fikirə
getdi: “Hər şeyi təzədən başlasam, necə olar?”. Bu suala başqa
mənbələrdə də cavab axtardı.Çıxartdığı nəticə belə oldu:bütün
dərmanlar hərəkəti əvəz edə bilmədiyi halda,faydalı hərə-
kət bütün dərmanları əvəz edə bilir.Uzun illər həmdəm
olduğu xəstəxa-na çarpayısını tərk edib,evinə qayıdanda,artıq
qəti hökmünü vermişdi:köhnə həyat tərzi ilə vidalaşıb,tamam
başqa -yeni bir həyat başlamaq!
İndi isə gəlin birlikdə izləyək: M.Kotlyarov kəfəni necə
yırtdı və gəncliyini necə qaytardı? Sözü onun özünə verirəm:
“İki dəqiqəlik qaçışdan başladım.Ürəyim ağrıdığı üçün çox
ehtiyatla hərəkət edirdim. Yeri gəlmişkən: ehtiyat haqqında.
Əlbəttə,ehtiyat lazımdır.Lakin ehtiyat qətiyyətlə müşahidə
olunmalıdır.Bəzən ehtiyat haqqında o qədər danışırlar ki,
deyilənlər adamı qorxuzmaq kimi səslənir.Qətiyyət göstərmək
vacibdir.Qəti qərara gəldim: idmanla məşğul olmaq!Öz
gücümə inanırdım.Yarım il ərzində qaçış müddətini iki saata
qədər uzatdım. İndi 83 yaşım var (istinad etdiyim kitab 1989-
cu ildə buraxılıb -Ə.Ə.). Özüm də inana bilmirəm ki, haçansa
tamam başqa adam olmuşam. Soruşacaqsınız: buna necə nail
olmusan? Istifadə etdiyim vasitələr hamının əli çatan şeylər-
di:faydalı hərəkət,sağlam qida rejimi,kontrast hava və su
vannaları,özünütəqlid.Mən bunu Suvorovun həyatından
öyrəndim,yüzdən çox ədəbiyyat vərəqlədim,dahi sərkərdənin
zəngin irsini zərrə-zərrə topladım.
Məni “nadir adam”, “fenomen” adlandıranda özümü
təhqir olunmuş kimi hiss edirəm.Mən hamı kimi adamam.
Sadəcə,haçansa,hamıdan pis olmuşam.İyirmi ildir, qış-yay bir
trusik-maykada və tapıçkada qaçıram.Qida məsələsində 3
mühüm prinsipə əməl edirəm.Birinci: hər şeyi yeyirəm.İkinci:
31
rasionumdakı qidanın 70-80 faizini “canlı qida” (tərəvəz,
meyvə,şülul(yabanı meyvə), dənlər, şirələr, otlar), 20-30 faizini
“ölü qida” (ət-süd məhsulları) təşkil edir.Üçüncü: naharı saat
12-də edirəm.İkinci dəfə axşam yeyirəm,özü də doyunca
yeyirəm.Günaşırı qaçıram. Normam 10 kilometirdir.İlk dəfə
1969-cu ildə marafon qaçmışam”.
Tez “sönmüş” kişilərin nəzərinə çatdırmaq istəyirəm:
Mixail Mixailoviç təkcə sağlamlığını deyil,gəncliyini də
qaytardı:78 yaşında 2-ci dəfə evləndi(53 il birgə yaşadığı
arvadı dünyasını dəyişdikdən sonra).
İlk baxışda qəribə,qeyri-adi görünən bu adi əhvalatda
diqqətinizi 3 cəhətə cəlb edəcəyəm.Birinci:ali şüurlu insan
(mən də,Kotlyarov da) yalnız Əzrayil başının üstünü kəsəndə
“ağıllanır” və bir həqiqəti dərk edir:həyat insana bir dəfə verilir,
onu necə gəldi “xərcləmək” nadanlıqdır.İkinci:çox təəssüf ki,
heç olmasa,ziyanlığın yarsından qayıdanlar və sağlam həyat
tərzini sidqi-dildən qəbul edənlər çox az olur.Üçüncü:Katlya-
rovu ölümün caynağından qoparan,sağlam edən,cavanlaşdıran
təkcə idman deyil,həm də təmiz havadır,sudur,tərəvəzdir,
meyvədir, şüluludur, göy-göyərtidir.
Çox istərdim ki, siz, kiçik bir məsafəni piyada getməyə
ərinib saatlarla minik gözləyəndə,gözünüzün qabağına qışın
şaxtasında,bir trusik-maykada qaçan çəlimsiz,lakin qırğı tək
qıvraq bir kişini-yüz yaşlı cavanı gətirəsiniz.
TƏSADÜF MƏTİNLƏRƏ KÖMƏK EDİR
Taleyinə İkinci Dünya müharibəsinin ağır təpiyi dəymiş
Mayya Fyodorovna Qoqulan hələ balaca qız olanda bir neçə
ağır xəstəliklə təkbətək qalmışdı.Qəbul etdiyi çoxlu dava-
dərman onun halını yaxşılaşdıra bilmirdi.Maya böyüdükcə
əndişəsi də böyüyürdü.Çəkdiyi əzab-əziyyət,qəbul etdiyi
preparatlar,keçirdiyi qeyri-sağlam həyat tərzi “bəhrəsiz”
32
qalmadı.Ana olmaq istəyən gənc Mayya uşaqlığında şiş
olduğunu biləndə dəhşətə gəldi.Əgər uşaqlığındakı şişi
kəsməyə razılıq versəydi,heç vaxt ana ola,sevdiyi ərinə övlad
bağışlaya bilməyəcəkdi.Üstəlik,qadın olduğunu da unutmalı idi.
Lakin başı çox müsibətlər çəkmiş mübariz qadın “döyüşsüz”
təslim olmaq niyətində deyildi.Gənc qadın öyrəndi ki, moskva-
lı professor A.Vişnevski heyvanlar üzərində qeyri-adi cərrahiy-
yə əməliyyatı aparır:şişi kəsir,lakin toxumaların sağlam ucla-
rını bir-birinə tikmir,kəsiyə teflon sapdan hörülmüş tor qoyur.
Dörd aydan sonra bu süni toxumanın üzərində təbii toxuma
bitir. Orqan bərpa olunur, süni toxuma isə öz vəzifəsini yerinə
yetirib əriyir,yox olur.İnəklər üzərində təcrübə aparan alim,
sonra belə əməliyyatları insanın bütün orqanlarında, o cümlə-
dən,ürəkdə,damarlarda aparmaq istəyirdi.
-Dilsiz-ağızsız inək sizə heç nə deyə bilməz,-cəsarətli
qadın Mayya Qoqulan alimi inandırmağa başladı.-Mən isə
daxilimdə baş verən bütün proseslər barəsində dəqiq məlumat
verərəm. Xahiş edirəm, təcrübəni mənim üzərimdə aparasınız.-
İnadkar qadın öz məqsədinə nail oldu.
23 aprel 1966-cı ildə, Moskvada ilk dəfə insan üzərində
qeyri-adi cərrahiyyə əməliyyatı aparıldı.Həmin şəxs Mayya
Fyodorovna Qoqulan idi.Möhkəm iradəli qadın tez sağaldı,
hamilə oldu və ərinə verdiyi vədi yerinə yetirdi:bir sağlam qız
doğdu.Lakin Anyanın 9 yaşı tamam olanda qayğısız ailəni bəd
xəbər silkələdi:47 yaşlı Mayya Fyodorovnanın uşaqlığında,
məhz əməliyyat aparılmış yerdə şiş yenidən peydə olub.
A.Vişneviski artıq dünyasını dəyişmişdi.Bəlkə elə buna görə də
ikinci cərrahiyyə əməliyyatı faciəvi nəticələr verdi.M.Qoqulan
daha yataqdan qalxa bilmədi.Xəstə qadın dəhşətli surətdə
kökəlməyə başladı.Qollarında, qıçlarında tromblar əmələ gəldi,
damarları partlamağa başladı.Dəhşətli ağrılar gecə yatmağa,
gündüz oturmağa qoymurdu.Şişman qadın hərəkətsiz ağrı-acı
dağına çevrilmişdi.Dörd aylıq səmərəsiz müalicədən sonra ona
əlillik dərəcəsi təklif etdilər. Mayya Fyodorovna jurnalistlik
33
peşəsindən ayrılmalı oldu.Lakin yaxşı jurnalistin başqalarından
fərqi ondadır ki,o,həmişə öz qarşısında çoxlarının ağlına gəlmə
-yən çətin suallar qoyur və onlara cavab axtarır.Yataqdan qalxa
bilməyən,lakin ağlı yaxşı işləyən Mayya Fyodorovna bir neçə
qeyri-standart suala cavab axtarmalı oldu.Birincisi:kəsilmiş şiş
niyə yenidən peydə oldu? Bu suala cavabı sağlamlıq haqqında
bir xeyli ədəbiyyat oxuduqdan sonra tapdı: çünki cərrahiyyə
əməliyyatı səbəbi deyil, nəticəni aradan qaldırmışdı. Səbəb
isə qalır.Səbəbi ləğv etmədən, nəticəni aradan götürmək
mümkün deyil.İkinci sual Mayya Fyodorovnanın ağlına öz
müalicə həkimindən eşitdiyi sözlər üzərində düşünərkən
gəldi.Ağrıdan şıkayət edən xəstəyə müalicə həkimi çox qəribə,
həm də çox adi bir məsləhət verirdi:“Nə etmək olar? Döz. Mən
düz iyirmi ildir dözürəm”.Mayya Fyodorovna bu acı həqiqətin
üzərində dərindən düşündü:düz iyirmi ildir ağrı siqnal verir ki,
ey həkim, sənin orqanizmin sağlam deyil,həkim isə bu siqnala
əhəmiyyət vermir,dözür,ömrünü bir təhər başa vurur.Mən
həkimlərdən,tibb elmindən nə gözləyə bilərəm?
Mayya Fyodorovna dərk etdi ki,təqsir ayrı-ayrı
həkimlərdə deyil,bütövlükdə müasir tibb elmindədir,daha doğ-
rusu,bu elmi yaradan bəşəriyyətdədir.Görünür,insan haçansa
yanlış yola düşüb,əyri yol gətirib insanı uçurumun lap qırağına
çıxarıb.Səhv yola düşmüş təbabət sağlamlıq problemləri ilə
deyil, “cari təmirlə” məşquldur. O, bütün gücünü cari
məsələlərin az məsrəflə mümkün qədər tez və mümkün qədər
asan həll olunmasına sərf edir.Başın ağrıyır? Buyur, bu həbi at,
kəsəcək. Dişin ağrıyır? Otur, çəkim.Böyrəyin çürüyüb? Uzan,
kəsim... Budur tibb elmi! Başqa yol yoxdurmu?
Var! M.Qoqulan Breqqin, Şeltonun, Uokerin, Şatalova-
nın,İvanovun məsləhətlərini oxumağa və yerinə yetirməyə
başladı.Səhhəti bir qədər yaxşılaşdı.Lakin ağrı onu heç vaxt
tərk etmirdi.Praktiki olaraq əlil idi.Anası Adel,bacısı,qohum-
əqrəba ona qulluq etməsəydi, məhv olardı.
34
Dözümlü,inadkar,mətin və mübariz adamlara çox vaxt
adi təsadüf də kömək edir.Əslində isə onların taleyində baş
verənlərə təsadüf demək düzgün deyil.Təsadüf adlandırdı-
ğımız həmin hadisələr-inamın,mətinliyin,dözümün mükafatıdır.
Döyüşsüz təslim olmaq istəmiyən Mayya Fyodorovnanın
mətinliyi mükafatsız qalmadı:adını heç vaxt eşitmədiyi Yapon
alimi Nişinin makinada yazılmış 28 səhifəlik yazısını ona
gətirdilər: “Xərçəng müalicə olunur! Nişinin Sağlamlıq Sistemi
ilə xərçəngin qarşısını almaq və müalicə etmək yolları”.
M.Qoqulan “Xəstəliklərlə vidalaşın” adlı kitabında belə
yazır:“Yazını oxuyan kimi anladım:uzun illərdən bəri axtardı-
ğımı tapmışam!Yazıda verilən məsləhətlərin hamısını dəqiq
yerinə yetirməyə başladım.Tezliklə səhhətim yaxşılaşdı.İki
həftədən sonra ağrılarım azaldı.Üç həftədən sonra artıq otura
bilirdim.İnadkarlığım öz bəhrəsini verdi...Nəhayət, sağlamlı-
ğımı qaytardım. Əsl möcüzə baş verdi!”.
Mayya Fyodorovnanın ayağı yer tutan kimi,ağrıdan
şikayət edən müalicə həkiminin yanına getdi.Həkim onu
görəndə təəccübləndi: “Mayya, sən hələ sağsan?”. Demiyəsən,
onu çoxdan ölülər sırasına yazıblarmış.Mayya Fyodorovna
suala sualla cavab verdi:“Ayaqlarınız hələ də ağrıyır?Gəlin sizi
müalicə edim”.Ölümün caynağından qopmuş xəstə öz həkimi-
nə Nişi Sistemi haqqında böyük sevinc və fərəhlə danışdı,
makina yazısını ona təqdim etdi.Həkim deyilənlərə etinasız,
çox laqeyd şəkildə qulaq asdı,vərəqləri alıb pəncərədəki kağız
qalağının üstünə atdı və onu tez də unutdu. Mayya Fyodorovna
anladı: başı “cari təmirə” qarışmış həkimlərin Nişi Sistemi ilə
məşğul olmağa nə vaxtı var, nə də həvəsi. Tale bu müqəddəs
vəzifəni onun öhdəsinə atıb.Ən ümdə vəzifəsi informasiya
toplayıb yaymaq olan jurnalist peşəsinin mübariz nümayəndəsi
M.Qoqulan dahi Yapon alimi Nişinin Sağlamlıq Sistemini
bütün SSR-i məkanında təbliğ etməyi və tanıtdırmağı özünə
borc bildi.Dərhal da məramını həyata keçirməyə başladı.
Alimin iki kitabını Yaponiyadan gətirtdi, bacısına ingilis
35
dilindən tərcümə etdirdi,qəzetlərdə,jurnallarda,geniş auditori-
yalarda maraqlı çıxışlar etdi, ehtiyacı olanlara praktik köməklik
göstərdi, nəhayət,çox samballı bir kitab buraxdırdı.Xoş bir
təsadüf həmin kitabı mənim əzablar və axtarışlarla dolu həyat
yolumun üstünə çıxartdı.Bu təsadüfə görə,öncə, mənə həm ağır
cəzalar verən (günahlarım üçün), həm də nicat yolunu göstərən
Allahıma borcluyam.Sonra da Qubadakı mehriban qonşumuz
Təbarrikə xanıma (Allah rəhmət eləsin!) minnətdaram.
Mayya Fyodorovnanın dəyərli məsləhətləri bütün SSRİ
məkanında milyonlarla mənim kimi ümidsiz xəstəyə şəfa verdi.
M.Qoqulan onlardan biri haqqında belə yazır:“Tanya adlı
rəfiqəmin uşaqlığında xərçəng aşkar edilmişdi.Metastazı isə
döşündə idi.Həkim təcili cərrahiyyə əməliyyatı aparmaq üçün
ondan razılq tələb edirdi.Tanyanın görkəmi adamı dəhşətə
gətirirdi-dərisi bomboz idi,baxışları ölü baxışlarına oxşayırdı,
gözlərində işıq tamam sönmüşdü, qəddi bükülmüşdü, ağzından
dəhşətli iy gəlirdi.Mən ona təklif etdim ki,cərrahiyyə əməliy-
yatını yubatsın,döşünü və uşaqlığını kəsdirməzdən öncə,
Nişinin Sağlamlıq Sisteminə 6 həftə dəqiq və vicdanla əməl
etsin.Razı oldu.Hər gün işə getməkdə davam edərək(memar
işləyir) və evdə üzərinə düşən vəzifəni yerinə yetirərək (əri və
oğlu var), gündə iki dəfə “hava vannası” qəbul edirdi, mümkün
qədər çox çılpaq gəzirdi, qara qarağat, moruq, itburnu
yarpaqlarının çayını dəmləyib içirdi, 6 Sağlamlıq qaydasını
yerinə yetirirdi, kontrast duş qəbul edirdi.Yalnız çiy meyvə,
tərəvəz,qoz-fındıq və kəpək yeyirdi.Çox keçmədi xarakterik
nişanələr özünü büruzə verdi.Bu nişanələr hərədə bir cür olur:
düz bağırsaqdan,yaxud cinsi orqandan tullantılar axır,əksər
hallarda isə bədəndə qırmızı ləkələr əmələ gəlir.Bu sağalma
prosesinin başlamasına və orqanizmin təmizlənməsinə şahidlik
edir. Tanya Nişinin Sağlamlıq Sisteminə tam və ciddi əməl
edərək bütövlükdə aclığa keçdi:12 gün su içdi (1 stəkan suya 1
çay qaşığı alma sirkəsi, bir çay qaşığı bal (mineral maddələr və
vitamin kimi),eləcə də öz sidiyini əlavə etdi.“Təzələnmə”
36
gözümüzün qabağında baş verdi.Qəddi bükülmüş ölüvay “qarı”
dönüb gənc,gümrah,gülərüz və xoşbəxt bir qadın oldu.
Ağzından gələn dəhşətli iy yoxa çıxdı.On iki günlük aclıqdan
sonra Tanya çox zəyifləmişdi. Odur ki, aclığı dayandırdı.Təbii
ki,adam neçə gün ac qalırsa,bir o qədər də çiy qida yeməlidir.
Tanya belə də etdi:12 gün 5 növ tərəvəz və meyvənin şirəsini
sıxıb,eyni vaxtda içirdi.Cərrahın yanına gedəndə,onun gözləri
kəlləsinə çıxdı,heyrətlə soruşdu:
siz
buna necə nail oldunuz?”
Mayya Fyodorovnanın
bütün auditoriyalarda böyük
həvəslə danışdığı bir müdrik və
dərin fəlsəfi mənası olan prit-
çanı qələmə almasaq, zənnimcə,
ölümə qalib gəlmiş bu inadkar
və mübariz qadın haqqında,
ümumiyyətlə, mətinlik haqqında
hekayətimiz tam və dolğun
olmaz. İki qurbağa içində süd
olan qaba düşür.Biri özünü itirir
və boğulub ölür.O biri qurbağ
xilas olmaq üçün hey çabala-
yır,çılqın hərəkətdən südün
üzündə yağ “adacığı” əmələ
gəlir.İnadkar qurbağa onun
üstünə çıxıb bayıra sıçrayır və
ölümdən xilas olur.
Siz də özünüzü heç bir
şəraitdə itirməyin,çabalayın-hər
vəziyətdən çıxış yolu var!..
Bütün xəstəliklərə qalib gəlmək
mümkün-dür.Təki bunu ürəkdən
istəyin və qalib gəlmək üçün
bütün iradənizi səfərbər edin!
37
Bir daha yadınıza salıram: Sağalmayan xəstəlik yoxdur,
Dostları ilə paylaş: |