Qaydalar beynəlxalq idman dirmanmasi federasiyasi beynəlxalq dirmanma yarişlari üÇÜN



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix14.01.2017
ölçüsü1,3 Mb.
#5151
  1   2   3   4   5   6

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                         Tərcümə : Fərid Mustafayev 

 

 

 

 

 

 

2015-Cİ İL ÜÇÜN 

İDMAN DIRMANMASI ÜZRƏ 

BEYNƏLXALQ QAYDALAR  

 

 

 

BEYNƏLXALQ İDMAN DIRMANMASI FEDERASİYASI 

BEYNƏLXALQ DIRMANMA YARIŞLARI ÜÇÜN 

2015-Cİ İL QAYDALARI 

   

 

 

 

 

 

 

 

 

BÖLMƏ 3  ÜMUMİ QAYDALAR 

3.1 

NÖVLƏR 

3.1.1 

Beynəlxalq dırmanma yarışları bu növlər üzrə keçirilir : 

  a) 

Çətinlik: 



İdmançı  marşrutu  təhlükəsizlik  nöqtələrindən  klip  edərək 

tamamlayır. Çıxılan marşrutun uzunluğuna görə idmançı dərəcələndirilir. 

  b) 

Boldrinq  :  İpsiz  olaraq  dırmanılır  və  təhlükəsizlik  üçün  yerdə  matlar 



olur. Tamamlanan bolder sayına görə idmançı dərəcələndirilir. 

  c) 


Sürət  : 

Yuxarıdan  sığorta  (  top-rope  )  ilə  dırmanmadır.  İdmançı 

marşrutu tamamlama vaxtına görə dərəcələndirilir. 

3.2 

TƏHLÜKƏSİZLİK 

Məsuliyyətlər 

3.2.1 

Yarışın  keçirilməsi  ilə  bağlı  bütün  fəaliyyətlərdə,  yarış  ərazisi  və 

tamaşaçılar olduğu bölgədə təhlükəsizliklə bağlı yarış təşkilatçısı məsuldur. 

3.2.2 

Hər  idmançı  cəhdi  müddətində  istifadə  etdiyi  geyim  və  ləvazimatdan 

məsuldur. 

3.2.3 

Jüri  Prezidenti Baş Marşrut Qurucusu  ilə  məsləhətləşərək təhlükəsizlik 

səbəbindən  yarışı  dayandıra  bilər  və  sonrasında  davam  etdirə  bilər.  Təhlükəsizlik 

qaydalarının  pozulmasına  görə  yarış  ərazisindən  məsul  şəxsi  və  ya  tamaşaçını 

çıxartmaqda səlahiyyətlidir. 

Ləvazimatlar 

3.2.4  

Dırmanma  yarışlarında  istifadə  olunan  ləvazimatlar  ən  azından  EN 

Standartları´na  uyğun  olmalıdır.  Ləvazimatlatın  aşağıdakı  standartlara  uyğun  olması 

tələb olunur:   



   

 

Beynəlxalq  dırmanma  yarışlarında  ləvazimatlar  üçün  tələb 



olunan standartların siyahısı 

 

 



 

Ləvazimat 

 

 

CEN Standard 



Belay Devices (Locking) 

EN15151-1 (Draft) 

Belay Devices (Manual) 

EN15151-2 (Draft) 

Climbing Harness

 

EN12277:2007  



(Type C) 

Climbing Holds

 

EN12572-3:2008 



Climbing Rope 

EN892:2004   

Climbing Structures

 

EN12572-1:2008, EN12572-2:2008 



Karabiners (Screwgate) 

EN12275:1998  

(Type H) 

Karabiners (Self-Locking) 

EN12275:1998  

(Type H) 

Quickdraw/ Tape Slings 

EN566:2007 

Quickdraw/ Connector (Karabiner) 

EN12275:1998 

(Type B, Type D) 

Quickdraw/ Connector (Quick link) 

EN12275:1998  

(Type Q) 

 

Tibb Heyəti 

3.2.5 

Jüri  Prezidenti  yarış  ərazisində  idmançı  və  ya  vəzifəlilərə  qəza  və  ya 

yaralanma halında  yardım göstərəcək tibbi heyətin hazır gözləməsini təmin etməlidir. 

Həkim  izolyasiyanın açılmasından son idmançı cəhdini bitirənə qədər yarış ərazisində 

hazır gözləməlidir. 

3.2.6 

Jüri  Prezidenti  idmançının  sağlamlığı  haqqında  şübhəli  olarsa, 

həkimdən fiziki testlər tətbiq etməsini tələb edə bilər : 

  a) 

Aşağı ətraflar: 

İdmançı  bir  ayağı  üstündə  ard–arda  5  dəfə 

tullanmalıdır; 

  b) 

Yuxarı ətraflar :  İdmançı hər iki qolunu istifadə edərək ard-arda 5 jim 

hərəkəti etməlidir; 

  c) 

Qanama : 

İdmançının  qanaması  varsa,tutacaqlara  bulaşmamalıdır. 

Yaranı  bandladıqdan  sonra  ağ  parça  ilə  bağlanmalı  və  qan  izi  görülmədiyindən  əmin 

olunmalıdır. 

Testlər  nəticəsində  həkim  idmançının  sağlam  olmadığı  qənaətinə  gələrsə,  Jüri 

Prezidenti  idmançının  yarışmasını  məhdudlaşdırır.    Daha  sonra  idmançı  vəziyyətinin 

yaxşı  olmasını  bildirərək  təkrar  test  olunmaq  üçün  müraciət  edə  bilər.  Həkim  rəyi 

müsbət olarsa, Jüri prezidenti idmançının yarışa davam etməsinə icazə verir. 


3.2.7 

Heçbir  idmançıya  heçbir  şərtlə  digərlərindən  fərqli  bir  yanaşma 

olmamalıdır.  

  Məsələn : boldrinqdə idmançının topdan aşağı nərdivanla endirilməsi kimi. 



3.3 

YARIŞ ƏRAZİSİ 

Giriş 

3.3.1 

Yarış ərazisi ibarətdir : 



  a) 

İzolyasiya  / İsinmə zonası 



  b) 

Keçid zonası 



  c) 

Gözləmə zonası 

  d) 

Yarış zonası 

  Bu zonalar işarələnərək ictimaiyyət üçün açıq ərazidən ayrılır. 

3.3.2 

Yarış  zonası  dırmanma  divar(lar)ından  ibarət  olur.  Ərazi  dırmanma 

divarının  önündə  və  yaxın  olmalıdır.  Yarışın  təhlükəsiz  və  ədalətli  olması  üçün 

ayrılmış və görülə bilməyən hissələrin video kamera ilə qeydə alınması lazımdır.  



3.3.3 

Siqaret  çəkmək  üçün    izolyasiya  zonasının  qapısından  çöldə  yer  ayrıla 

bilər , bu yer qətiyyən gözləmə zonası  və yarış zonasının  yaxınlığında ola bilməz. Bu  

bölgə  izolyasiya  zonasının  tərkibi  olduğundan  orada  da  izolyasiya  qaydaları 

qüvvədədir .  

3.3.4 

Yarış ərazisində heç bir idmançı və komanda rəsmisi jüri prezidentinin 

icazəsi olmadan hər hansı kommunikasiya vasitəsindən istifadə edə bilməz. 

Yarış Ərazisinə Giriş

 

3.3.5 

Yarış  ərazisinə  ancaq  aşağıda  göstərilən  şəxslərin  daxil  olmasına  icazə 

verilir.  

  a) 

IFSC ( FAIREX ) rəsmiləri 

b) 

Təşkilatçılar 

  c) 

Cari mərhələdəki idmançılar ( jüri prezidentinin tapşırığı ilə ) 

  d) 

Komanda rəsmiləri ( ancaq izolyasiya və isinmə zonalarına ) 

  e) 

Jüri  prezidentinin  icazə  verdiyi  digər  şəxslər.  Bu  şəxslərə  yarış 

ərazisində  olduğu  müddətcə  yarış  ərazisinin  təhlükəsiziyi,  idmançıların  fikrinin 

yayındırılmaması üçün səlahiyyətli şəxslər tərəfindən nəzarət olunur 



3.3.6 

Jüri  prezidentinin  icazəsi  olmadan  yarış  ərazisinə  heyvan  gətirilə 

bilməz. 

3.3.7 

Bu  qaydalara  tabe  olunmasa,  BÖLMƏ  4-ə  (İntizam  Qaydaları)  uyğun 

intizam tədbiri görülür. 

3.4 

GEYİM VƏ LƏVAZİMATLAR 

Texniki Ləvazimat 

3.4.1 

Bütün  ləvazimatlar  3.2.4  bəndində  göstərilən  standartlara  və  ya  IFSC 

tələblərinə uyğun olmalıdır. 

3.4.2 

Hər  idmançı  maqnezium  torbası  və  kaska  istifadə  etməkdə  azaddır. 

İdmançı  marşrutda  cəhd  müddətində  və  ya  boldrinqdə  marşrutda  olanda  əllərində 

ancaq maqneziumdan istifadə edə bilər  



3.4.3 

Təşkilatçı  tərəfindən  təmin  edilərək  idmançıya  verilən  rəsmi  iştirakçı 

nömrələri  patların  yuxarı  hissəsində  və  arxada  aydın  görünəcək  şəkildə  yerləşdirilir. 

İştirakçı  nömrəsinin  ölçüsü  IFSC  Təşkilatçı  Qaydaları”nda  göstəriləndən  böyük  ola 

bilməz.  Yarış  təşkilatçısı  iştirakçı  nömrəsini  şalvarın  ayağına  bərkidilmək  üçün  də 

hazırlaya bilər. 

   

Komanda Uniformaları

 

3.4.4 

İdmançılar və komanda nümayəndələri rəsmi mərasimlərdə ( müsahibə, 

mətbuat  konfransı)  milli  komandalarını  uzun  qollu  və  xüsusi  rəngli  uniformalarla 

təmsil edir . Geyimdə olur : 



a) 

ölkə  adı  və  ya  onun  Beynəxalq  Olimpiya  Komitəsi  (IOC) 

tərəfindən təyin olunmuş üç hərfli qısalması; 

b) 

üzv federasiyanın loqosu; 

   

c) 

ölkənin bayrağı. 

  3.4.5  İdmançı dırmandığı müddətdə komandasını fərqli rəngdəki  uniformada 

təmsil edir. Geyimdə olur : 

   

a) 

Üst  geyim    (qısa  və  ya  uzun  qollu)  milli  rənglərdə  və  ya  fərqli 

rənglərdə dizayn olunur və üzərində olur : 

   


 

i) 

üzv federasiyanın loqosu 

   

 

ii) 



milli bayraq 

   


 

iii) 

ölkə  adı  və  ya  onun  Beynəxalq  Olimpiya  Komitəsi  (IOC) 

tərəfindən təyin olunmuş üç hərfli qısaltması 


b) istifadə olunmayıb. 

  3.4.6  Komanda uniforması qadın  və kişi  idmançılar üçün  fərqli dizaynda ola 

bilər. Dırmanarkən xüsusi dizaynlı – qısa/uzun qollu paltar, qısa/uzun şalvar ola bilər.

 

 



   

Reklam 

 

 

 

  3.4.7  Bütün  ləvazimat  və  geyimlər  aşağıdakı  reklam  qaydalarına  tabe 

olmalıdır: 

   


 

a) 

Baş geyimi : ancaq istehsalçı adı və ( və ya) loqosu; 

   

 

b) 



Komanda geyimlərində Sponsor etiketləri :  cəmi  300sm

2

– 



dən çox olmamalıdır. İstehsalçı loqosu 5 sm –dən geniş olmamalıdır.Dizayn markaları 

aşağıdakı formalardan birində  yerləşdirilə bilər. 

   

 

 



i)  paltarın qolunun altı boyunca 

   


 

 

ii) paltarin qollarının çöl tikişləri boyunca 

   

 

 



iii) paltarların çöl tikişlərinin aşağısı boyunca 

   


 

c) 

Maqnezium  torbası  :  İstehsalçının  loqosu  və  etiketi 

ümumilikdə 100sm

2

 - dən çox olmamalıdır. 



   

 

d) 

Ayaqqabı  və  corablarda  ancaq  istehsalçı  adı  və  loqosu  ola 

bilər. 


   

 

e)  

Reklam ad  və loqosu  idmançı bədənində olarsa (məsələn  : 

tatuaj kimi), yuxarıda göstərilən ölçülərə tabe olmalıdır. 

   

Qaydalara Tabe Olunmaması Halında   

  3.4.8   Uyğun  olmayan  Ləvazimat  ,  düyün  və  ya  geyimdən  istifadə  edilməsi 

halında idmançı BÖLMƏ 4-ə (İntizam Qaydaları) uyğun məsuliyyət daşıyır. 

 

3.5 



DİVARA TEXNİKİ  XİDMƏT 

  3.5.1  Marşrut  Qurucusu  yarışın  hər  mərhələsində,  Baş  hakimin  tapşırığı  ilə 

müdaxilə  edəcək  texniki  xidmət  komandasının  hazır  gözləməsinə  nəzarət  edir. 

Təhlükəsizlik qaydalarına dəqiq riayət olunmalıdır. 

  3.5.2  Baş  Hakimin  təlimatı  ilə  Marşrut  qurucu  hər  hansı  təmir  işini  dərhal 

yerinə yetirməlidir. Təmir tamamlandıqdan sonra  Marşrut Qurucu təmirin  nəticəsinin 

növbədəki  idmançılar  üçün  üstünlük  və  ya  əlverişsiz  olduğunu  Jüri  Prezidentinə  

bildirir. Jüri Prezidenti yarışın həmin mərhələsinin dayandırılması,davam etməsi və ya 

yenidən başlanmasına qərar verir. Bu qərarla bağlı hər hansı etiraz qəbul edilmir. 

  3.6 

SIRALAMA VƏ REKORDLAR 


  3.6.1  IFSC aşağıdaki ümumi sıralamaları dərc edir : 

   


a) 

Dünya Kuboku Sıralaması ; 

   

b) 


Dünya Sıralaması (WR)  

  Dünya Kuboku Sıralamasının hesablanması 11-ci Bölmədə ( Dünya Kuboku 

Silsiləsi ) göstərilmişdir. 

  Dünya  Sıralaması  son  on  iki  (12)  ayda  IFSC  tərəfindən  dəstəklənən 

yarışların  sıralamalarına  görə  müəyyən  olunur.Dünya  Sıralamasının  hazırlanması 

detalları IFSC-nin  rəsmi internet saytında  yayımlanır.  



  3.6.2  IFSC sürət yarışları üzrə Dünya Rekordlarını dərc edir. 

   

4.BÖLMƏ İNTİZAM QAYDALARI 

 

4.1 GİRİŞ  

 

4.1.1

 

 Yarış  ərazisində  yarışa  təsir  edəcək  bütün  qərar  və  fəaliyyətlərdə  Jüri 



Prezidenti tam səlahiyyətlidir. 

 

  4.2 



İDMANÇILAR 

   

Ümumi 

  4.2.1  Jüri  Prezidenti  və  Baş  Hakim    hər  hansı    komanda  üzvünün  yarış 

qaydalarını  pozması  və  ya  intizamsız  hesab  olunacaq  hərəkətlərində    aşağıdakıları 

etməkdə səlahiyyətlidir : 

   


a) 

qeyri – rəsmi şifahi xəbərdarlıq ; 

   

b) 

Sarı Kart göstərməklə müşayiət olunan rəsmi xəbərdarlıq. 

  4.2.2  Jüri Prezidenti sarı və ya  kırmızı kart göstəriləndən sonra uygun olan 

ən qısa zamanda: 

   

a) 

Jüri Prezidenti   komanda rəhbərindən ( bu mümkün olmadıqda 

birbaşa  şəxsin  özünə  )  qayda  pozuntusu    ilə  və  qaydalara  uyğun  növbəti  intizam 

tədbirlərinə etimad fikirləri ilə bağlı yazılı razılıq alınır.  

   

b) 

Qayda  pozuntusu  ilə  bağlı  yazılı  izahatın  bir  nümunəsi  , 

təfsilatlı məruzə və dəlillərlə birlikdə İntizam Komissiyasına göndərilir. 

   


Sarı Kart Xəbərdarlığı 

  4.2.3  Sarı  Kart  xəbərdarlığı  aşağıdakı  qayda  pozuntuları  olduqda  tətbiq 

olunur : 

   

Jüri Prezidentinin və ya Baş Hakimin təlimatlarına dair : 



   

a) 

Jüri  Prezidentinin  və  ya  Baş  Hakimin  təlimatlarına  tabe 

olmadıqda : 

 

 



 

 

i) 

Jüri  Prezidenti  və  ya  Baş  Hakimin 

təlimatından sonra izolyasiya zonasına  qayitmaqda lazımsız ləngisə 

 

 

 



   

 

ii) 

Yarış  zonasına    daxil  olmaq  təlimatı  verildikdə  gözləmə 

zonasını tərk etməkdə lazımsız ləngisə 

   

 

iii) 



Baş hakimin təlimatına uyğun başlamasa 

   


 

Ləvazimat və Mərasimlərə görə : 

   

b) 

Geyim və ləvazimatı nizamlayan qaydalara tabe olmamaq ; 

   

c) 

Yarış  təşkilatçısı  tərəfindən  verilən  başlama  nömrəsini 

geyinmədikdə;  

 

   



d) 

istifadə olunmur  

   

e) 

Medal 


alan 

idmançıların 

mükafatlandırma 

mərasiminə 

qatılmaması 

   


f) 

Söyüş, ədəbsiz söz və ya davranış 

 

 

 



   

g) 

İdman ruhuna zidd davranışlar 

   

e) 

Bu qərarlara etiraz  2. Hissənin uyğun bölməsinə görə aparılır. 



  4.2.4  Bir yarışda iki (2) sarı kart alan idmançı diskvalifikasiya edilir.  

  4.2.5  İdmançı bir sezon ərzində üç (3) sarı kart alarsa : 

   

a) 

İdmançı  Dünya  Sıralamasına  daxil  olan  növbəti  IFSC  yarışına 

qeydiyyatdan keçmiş olsa belə yarışda iştirakına icazə verilmir. 

   


b) 

Əgər    ‘a’  maddəsi  uyğun  deyilsə,  İdmançı  Dünya  sıralamasına 

daxil olan növbəti  IFSC yarışına qeydiyyata alınmayacaqdır. 

    


c) 

Və  iki  halda  da  təqsirli  komandanın  qeydiyyat  kvotası    buna 

görə azaldılır. 

   

Diskvalifikasiya 

 

4.2.6  Jüri  Prezidenti  təkbaşına  hər  hansı  idmançının  diskvalifikasiya 

olunması qərarını verə bilər. Bu qərar qırmızı kart verilməsi ilə müşayiət olunur. 



  4.2.7  Qırmızı  Kart  verilən  qayda  pozuntuları  aşağıdakılardır.  Birbaşa 

diskvalifikasiya başqa bir sanksiya olmadan tətbiq olunur :  

   

a) 

marşrutları  müşahidə  üçün  icazə  verilən  Müşahidə  Zonasında  

izolyasiya qaydalarını pozmaq 

   


b) 

təsdiqlənməyən ləvazimat istifadəsi 



   

c) 

İzolyasiya Zonasında və ya məhdudlaşdırılan başqa ərazidə  hər 

hansı kommunikasiya vasitəsindən icazəsiz istifadə ; 

   


Bu qərarlara etiraz  2. Hissənin uyğun bölməsinə görə aparılır. 

  4.2.8  Aşağıdakı 

qayda 


pozuntuları 

olduqda 


idmançı 

yarışdan 

diskvalifikasiya olunur və İntizam Komissiyası məlumatlandırılır. 

   


Yarış ərazisində komanda üzvü tərəfindən edilən qayda pozuntuları : 

   


a) 

Marşrut  haqqında  qaydalarda  icazə  veriləndən  başqa  məlumat 

toplamaq. Şübhələrin qabağının alınması üçün yarışın  izolayasiya qaydalarının tətbiq 

edilmədiyi  mərhələlərində  (  mərhələ    “flash”    formatda  olduqda  )    idmançılar  

cəhddən  əvvəl  və  ya  cəhd  müddətində  Yarış  Zonasından  kənardakı  komanda 

üzvlərindən məlumat ala bilər. 

   

b) 

Qaydalarda  icazə  veriləndən  başqa  məlumat  toplamaq  və  digər 

idmançılarla  bölüşmək. (

6.7.6  və  7.7.5  Maddələrin pozulması ) 

   

c) 

Marşrutda  cəhddə  olan  və  ya  başlamağa  hazırlaşan  idmançının 

fikrini dağıtmaq və ya mane olmaq 

   


d) 

Hakimlərin,  təşkilatçıların,  IFSC  rəsmilərinin  təlimatlarına  tabe 

olmamaq 

 

 



 

 

 



   

e) 

Geyim və lavəzimatlarda reklam qaydalarına tabe olmadıqda 

 

   


 

f) 

Yarış  müddətində    idman  ruhuna  zidd  və  ya  ciddi  narahatlığa 

səbəb olacaq hərəkətlər ; 

     


g)  

IFSC  rəsmilərinə,  təşkilatçılara,    idmançılara  (  komanda 

üzvlərinə ) və digər  şəxslərə söyüş, hədə-qorxu,  kəskin davranışlar 

     


Yarış  Ərazisindən  kənarda  ,  ictimai  ərazidə  idmançı  və  ya  komanda 

üzvünün  törətdiyi qayda pozuntusu : 

     

h) 

İdman  ruhuna  zidd  və  ya  digər  ciddi  narahatlığa  səbəb  olacaq 

davranışlar ;   

 

 



 

 

 



     

i) 

IFSC  rəsmilərinə,  təşkilatçılara,    idmançılara  (komanda 

üzvlərinə ) və digər  şəxslərə söyüş, hədə-qorxu,  kəskin davranışlar 

    4.2.9  Bədən  Kütlə  İndeksi  (BMI)  testi  üçün  Jüri  Prezidentinin  tapşırığına 

etiraz edilsə, Qırmızı  Kart verilir  , idmançı yarışdan birbaşa diskvalifikasiya olunur 

və İntizam Komisiyasına məlumat verilir. 



    4.3 

KOMANDA RƏSMİLƏRİ 

    4.3.1  Komanda  rəsmiləri  idmançılarla  eyni  səviyyəli  hesab  olunur  və  buna 

uyğun rəftar olunur. 



  4.3.2  Komanda  rəsmisi  sarı  kart  alarsa,  yarış  müddətində  yarış  ərazisinə 

girişinə icazə verilmir və  komandasına yardımı məhdudlaşır. 



  4.3.3  Sanksiya kimi : 

   


a) 

bir  yarışda  komanda  rəsmilərinə  iki  (2)  sarı  kart  verilməsi 

komanda menecerinin yarışdan diskvalifikasiyası ilə nəticələnir ; 

   


b) 

komanda rəsmilərinə  bir sezon ərzində üç (3) sarı kart verilərsə, 

Dünya Sıralamasına daxil olan növbəti IFSC yarışı üçün komanda ancaq bir rəsmi ilə 

qatıla  bilər.  Həmin  komanda  rəsmisi    sonuncu  yarışda  kart  göstərilməyən  biri 

olmalıdır. 

  4.4   DİGƏR ŞƏXSLƏR 

  4.4.1  Jüri  Prezidenti  qaydaları  pozan  hər  hansı  şəxsin  yarış  əzazisindən 

çıxarılmasını  tələb  etmək  səlahiyyətindədir.  Lazım  olduqda  tələb  yerinə  yetirilənə 

qədər bütün yarış fəaliyyətini dayandıra bilər. 

 

 



5. BÖLMƏ ANTİ – DOPİNQ 

 

5.1 

QƏBUL ETMƏ 

  5.1.1  IFSC Dünya Anti - Dopinq Qaydalarını qəbul edir. 

  5.2 



TƏTBİQ ETMƏ 

5.2.1  IFSC  səlahiyyəti  altında  keçirilən  bütün  yarışlarda  anti  –  dopinq 

qaydaları  tətbiq  edilir.    Yarışa  daxil  olmuş  hazırlaşan  və  ya  iştirak  edən  hərkəs  – 

idmançı,  təlimçi,  rəsmi,  tibbi  heyət    5.4.1  –  ci  maddənin  subyektidir  və  qaydalarla 

razılaşmış hesab olunur.  



5.3 

IFSC DAXİLİNDƏ SƏLAHİYYƏTLİ ORQANLAR 

5.3.1  Beynəlxalq  dırmanma  yarışlarında  anti  –  dopinq  üzrə  səlahiyyətli 

orqanlar Anti – Dopinq Komissiyası və İntizam Komissiyalarıdır.  



5.4 

QAYDA POZUNTULARI VƏ SANKSİYALAR  

5.4.1  Dopinq  pozuntuları  zamanı  IFSC  anti  –  dopinq  siyasəti  və  qaydaları, 

IFSC İntizam və Etiraz Qaydalarına uyğun davranılır. 

 

 

 



6. BÖLMƏ    ÇƏTİNLİK 

6.1 GİRİŞ  

6.1.1 

Çətinlik  dırmanma  yarışları  bu  məqsədlə  dizayn  edilmiş,  minimum 

yüksəkliyi  on iki (12 ) metr olan süni divarlarda keçirilir. 

6.1.2 

Çətinlik yarışları ibarət olur :  

  a. 

Kvalifikasiya mərhələsi hər kateqoriya üçün  fərqli iki (2)  marşrutdan 



ibarət olur. Hər iki marşrut oxşar  çətinlik dərəcəsində olur. 

  b. 


Hər Kateqoriya üçün bir marşrutdan ibarət yarımfinal mərhələsi 

   


c. 

Hər Kateqoriya üçün bir marşrutdan ibarət final mərhələsi 

Gözlənilməyən  bir  hadisə    baş  verərsə,  Jüri  Prezidenti  yarışın  həmin 

mərhələsini  ləğv  edə  bilər.  Əvvəlki  mərhələnin  nəticələri  həmin  mərhələ  üçün  də 

götürülür.  


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin