Qaydalar beynəlxalq idman dirmanmasi federasiyasi beynəlxalq dirmanma yarişlari üÇÜN



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix14.01.2017
ölçüsü1,3 Mb.
#5151
1   2   3   4   5   6

7.11.1   Texniki  hadisə  idmançının  hərəktinin  nəticəsində  meydana 

gəlməmiş,idmançıya  haqsız  üstünlük  verəcək  və  ya  mane  olacaq  bir  vəziyyətin 

meydana gəlməsidir.  

   

7.11.2   Texniki  hadisənin  təsdiqlənməsi  baş  hakimin  (  IFSC  hakimi) 

səlahiyyətidir  (  mümkün  olmadıqda  ,  jüri  prezidentinin).  Lazım  olduqda  marşrut 

qrucusu ilə məsləhətləşdikdən sonra qəra verilir. 

   


Texniki Hadisə Zamanı Ediləcəklər 

   


7.11.3   Texniki hadisəyə məruz qalmış idmançının hadisə baş verəndən 

sonrakı ilk cəhdi həmin cəhdin ardı hesab olunur. 



   

7.11.4   Təmir  və  ya  sabitləmədən  sonra  texniki  hadisəyə  məruz  qalmış 

idmançı  öz  cəhdlərinə  davam  etdikdə  idmançıya  icazə  verilir  ki,  hadisə  olduğu 

zamankı qalan vaxtı ilə (ən az iki (2) dəqiqə) davam etsin. 

   

7.11.5   Kvalifikasiya  və  ya  yarım-final  ərzində  texniki  hadisə  olması 

təsdiqlənərsə,  

   

 

a) 



Texniki  hadisə  həmin  vaxt  periodu  ərzində  təmir  edilə 

bilirsə, idmançıya davam etməsi təklif olunur.  



   

 

 



i) 

Əgər  idmançı  davam  etməyi  seçsə,  texniki  hadisə 

yekunlaşmış hesab olunur və daha sonra bu barədə hər hansı etiraz nəzərə alınmır. 

   


 

 

 



 

ii) 

Davam etməməyi seçsə, cəhdlərinə daha sonra 

jüri prezidentinin təyin etdiyi vaxt periodunda davam edir. 

   

 

b) 

Texniki hadisə həmin vaxt periodunun sonunda təmir edilə 

bilmirsə, periodun sonunda : 

   

 

 



i) 

Baş  hakim  (IFSC  hakimi)  texniki  hadisəyə  məruz 

qalmış idmançı və əvvəlki bolderlərdəki bütün  idmançılar üçün mərhələni dayandırır.  

   


 

 

 



 

 

ii) 

Digər  bütün  idmançılar  üçün  mərhələ 

davam etdirilir.  

   

 

 



iii)  Texniki  hadisə  təmir  edildikdən  sonra  buna  məruz 

qalmış  idmançı  öz  cəhdlərinə  davam  edir.  Mərhələ  hansı  idmançılar  üçün 

dayandırılmışdırsa, onlar daha sonra tam vaxt periodu ilə davam edir. 

   

7.11.6   Texniki  hadisə  final  mərhələsində  olarsa,  idmançı  keçid 

zonasındakı ayrı bir izolyasiyaya aparılır və təmir üçün gözləyir. Texniki hadisə təmir 

olunduqdan sonra həmin idmançı cəhdlərinə davam edir.  

   


7.12  VİDEO QEYDLƏR  

7.12.1  Bütün idmançıların cəhdləri üçün video çəkiliş aparılır.  

   


7.12.2   Rəsmi  video  çəkilişləri  hər  bolder  dəsti  üçün  ən  az  iki  (2) 

sabitlənmiş kamera ilə aparılmalıdır. Bu qeydlər aşağıdakıları göstərməlidir : 

   

 

a) 



Hər bolderin başlama vəziyyəti 

   


 

b) 

Hər bolderin bonus tutacağı 

   

 

c) 



Hər bolderin “top” tutacağı 

   


 

d) 

Maddə 7.9.5 b)-də göstərilmiş sərhədlər.  

   

7.12.3   Mərhələnin əvvəlində baş hakim (IFSC hakimi) kameramanlara 

tələb  olunan  çəkiliş  üsulları  ilə  bağlı  təlimat  keçir.  Kameraların  yerləşməsini  jüri 

prezidenti və müzakirə ilə müəyyən edir.  

   

Qeyd  :  Mütəmadi  xidmət  göstərən  şəxslər  operatorları  narahat 

etməməli və kamera çəkilişinə mane olmamalıdır.  

   

7.12.4   Video qeydləri monitorda göstərilir və hər hansı hadisə zamanı 

hakimlər  vizual  materiallarla  təmin  edilir.  Monitor  elə  yerləşdrilir  ki,  hadisə  zamanı 

kənar  şəxslərin  müdaxiləsi  olmadan  hakimlər  müzakirə  aparmasına  şərait 

yaradılmalıdır. Hakimlərin stoluna uyğun uzaqlıqda olmalıdır. 



   

7.12.5   Ancaq  aşağıdakılar  hakim  qərarlarında  sübut  əhəmiyyəti 

daşıyır. 



   

 

a) Rəsmi video qeydləri; 

   

 

b)  Jüri  prezidentinin  qərarı  ilə  IFSC  yayımı  video  qeydlərindən 

istifadə oluna bilər. 



   

7.12.6   Hər  mərhələnin  sonunda  əgər  tələb  edərsə,  rəsmi  video 

qeydlərini kopyası jüri prezidenti üçün təmin edilir. 



   

7.13  ETİRAZLAR 

   

7.13.1   Bütün  yazılı  və  şifahi  etirazlar  və  rəsmi  cavablar  Azərbaycan 

dilində ( beynəlxalq yarışlarda ingilis dilində ) olur və  



   

 

a)  

Maddə  8.13.3  ilə  bağlı  etirazlar  ancaq  yazılı  formada  və 

komanda rəsmilərinin imzası ilə təqdim olunur 

   


 

b) 

Maddə  7.13.4  ilə  bağlı  etirazlar  idmançı  və  ya  komanda 

rəsmisi tərəfindən yazılı və ya şifahi formada edilir. 

   


 

c) 

Madde  7.13.5  ilə  bağlı  etirazlar  ancaq  yazılı  formada 

komanda rəsmisi tərəfindən və ya idmançının özü tərəfindən edilə bilər 

   

7.13.2  Maddə  7.13.3 və 7.13.4 – də göstərilən etirazlardan başqa digər 

etirazlar ancaq rəsmi etiraz rüsumu ilə birlikdə qəbul olunur. Etiraz rüsumunın məbləği 

IFSC tərəfindən illik nəşr olunan siyahıda göstərilir. Əgər etiraz qəbul edilsə , məbləğ 

geri qaytarılır, rədd edilsə, etiraz rüsumu geri qaytarılmır. 

   

Təhlükəsizliklə Bağlı Etiraz  

   


7.13.3  Əgər üç (3) fərqli komandanın məşqçisi təhlükəsizliklə bağlı hər 

hansı risk olduğu qənaətinə gələrsə, təhlükəsizlik etirazı təqdim olunur. Jüri prezidenti 

etirazı qiymətləndirir və etirazı haqlı sayarsa,lazımi tədbirlər görür. 

   


Etiraz Prosesi  

   


7.13.4  İdmançını  cəhdinin  qiymətləndirilməsi  ilə  bağlı  etiraz  dərhal 

edilməlidir :    

 

 

a) 



Kvalifikasiya  və  yarım-final  mərhələsində  cari  və  ya 

növbəti vaxt periodu ərzində ; 

   

 

b) 



Final 

mərhələsində  - 

növbəti 

idmançı  cəhdlərinə 

başlamadan əvvəl. 

   

 

etiraz ediləndə zəruri hallarda texniki hadisə kimi qəbul edilir və 

Maddə 7.11.5 a) və 7.11.6 tətbiq edilir. Final mərhələsində idmançılar növbəti bolderə 

gedənə qədər həll edilməlidir.  



7.13.5    İdmançıların  tutduqları  yerlə  bağlı  hər  hansı  etiraz  (  məsələn  :  dərc 

olunmuş  nəticələrdəki  hər  hansı səhv/uyğunsuzluq  ilə əlaqəli ) jüri prezidentinə  yazılı 

formada verilməlidir.  

   


 

a) 

Kvalifikasiya  və  yarım-final  üçün  rəsmi  nəticələr  elan 

olunduqdan beş (5) dəqiqə ərzində ;  

   


 

b) 

Final  mərhələsində  uyğun  idmançının  nəticəsi  dərc 

olunduqdan dərhal sonra etiraz bildirilməlidir. Əks halda etiraz qəbul olunmur.  

7.13.6    Etiraz  təqdim  olunduqda  jüri  prezidenti  (  jüri  prezidenti  orjinal  qərar 

ilə  əlaqəlidirsə,  IFSC  nümayəndəsi  )  dərhal  etirazla  bağlı  fəaliyyətə  başlayır.  Əgər 

etiraz rəsmi nəticələrlə bağlıdırsa, nəticələrə etiraz olunduğu elan olunur. 

7.13.7    Jüri  prezidenti  (  vəya  uyğun  yerdə  IFSC  nümayəndəsi  )  etirazı 

gecikdirmədən  ,qərəzsiz,  mümkün  bütün  imkanlar  və  heyətdən  istifadə  edərək  həll 

etməlidir.  

   

7.13.8   Mümkün  sübutlar  etiraz  üçün  təsirsiz  sayılarsa,  orjinal  qərar 

qüvvədə qalır. Etiraz rüsumu qaytarılır. Yazılı etirazlarda etirazın nəticəsi yazılı olaraq 

hazırlanır və jüri prezidenti tərəfindən etiraz etmiş komanda rəsmisinə təqdim edilir. 

 

Etirazların Nəticələri 



   

7.13.9   Apelyasiya komissiyasının bir etirazın  nəticəsində qəbul etdiyi 

qərar yekundur və başqa etirazın obyekti ola bilməz. 



   

7.13.10    Apelyasiya  komissiyasını  hər  hansı  qərarı  (  orjinal  qərar)  ilə 

bağlı ertirazlar : 

   

 

a)  



Kvalifikasiya  və  ya  yarım  -  final  mərhələlərində  orginal 

qərar dərc olunduqdan beş (5) dəqiqə ərzində 



   

 

b)  

Final  mərhələsində  orginal  qərar  dərc  olunduqdan  dərhal 

sonra etiraz edilməlidir. 

   


 

c) 

Göstərilmiş  müddətlərin  xaricində  edilən  etirazlar  qəbul 

olunmur. 

 

 



 

 

 



 

 

BÖLMƏ 8  SÜRƏT 

     8.1     GİRİŞ 

  8.1.1  Sürət  dırmanması    yarışın  xarakterinə  uyğun  10  mert  və  ya  15  metr 

uzunluğunda , bu məqsəd üçün dizayn edilmiş süni dırmanma divarlarında keçirilir. 

  8.1.2  Sürət yarışarı ibarət olur :  

   

 

a) Kvalifikasiya – bir mərhələdən ibarət olur ;  



   

 

b) Final  – bir və ya üç mərhələdən ibarət olur. 



  Gözlənilməyən hadisələr zamanı jüri prezidenti  mərhələlərdən birini ləğv edə 

bilər.  Bu  zaman  əvvəkli  mərhələnin  nəticələri  həm  də  ləğv  olunan  mərhələ  üçün 

götürülür. 

  8.2 

 

DIRMANMA QURULUŞU  

   

Dırmanma Quruluşu

 

  8.2.1  Dırmanma  quruluşu  və  tutacaqlar  BÖLMƏ  3-dəki  (  Ümumi  Qaydalar) 

Standartlara  və  Əlavə  4-ə  (  IFSC  Sürət  Lisenziya  Qaydaları  ,  versiya  3,  iyun  2013  ) 

uyğun olmalıdır.  

  8.2.2  Dırmanma  səthində  ən  az  2  (  iki  )  paralel  zolaq  olur.  Hər  zolaq  (  vaxt 

ölçən cihazla birlikdə ) Əlavə 4-də ( IFSC Sürət Lisenziya Qaydaları , versiya 3, iyun 

2013  )  göstərilən  norma  və  ölçülərə  uyğun  olmalıdır.  Dırmanma  zolaqları  bitişik  və 

ayrı  ola  bilər.  Ayrı  olduğu  halda  zolaqlar  arasındakı  məsafə  1  (  bir  )  metrdən  böyük 

olmamalıdır.  

  8.2.3  Dırmanma  zamanı  ip  2  (  iki  )  təhlükəsizlik  nöqtəsindən  keçirilir.  İpin 

asıldığı  birinci  nöqtə--  müdafiə  nöqtəsi  (  Top  Protektion  Point  )  ,  və  ipin  ötürüldüyü  

ikinci nöqtə -- kənarlaşma nöqtəsi ( Deviation Point ). 

  8.2.4  Dırmanma  səthi  qatran  və  dənə  ölçüsü  0,1  \  0.4  olan  (granulometry) 

kvars  qumu  ilə  örtülür.  Dırmanma  səthi  üçün  neytral  rəngli  ,  tutacaqlar  üçün  yüksək 

parlaqlığı  olan  boyadan  istifadə  olunur.  Dırmanma  səthindəki  hər  panel  tutacaqları 

yerləşdirmək üçün standart oyuq torundan ibarətdir.  

   

Dırmanma Marşrutu 

  8.2.5  Hər  zolaqda  dırmanma  marşrutu  Əlavə  4-ə  (  IFSC  Sürət  Lisenziya 

Qaydaları,versiya 3, iyun 2013) görə və İFSC tərəfindən lisenziyalaşdırılmış dizaynda 

istehsal  olunmuş  tutacaqlarla  qurulur.    Divarin  daimi  hissəsi  olan  asılqanlardan  başqa 

bütün əlavə materiallar ( tutacaqlar, ekspreslər və s.) divardan sökülməlidir. 

  8.2.6  Vaxt  ölçmək  üçün  ləvazimat  Əlavə  4-ə  (  IFSC  Sürət  Lisenziya 

Qaydaları,versiya  3,  iyun  2013)  əsasən  dırmanma  səthinə  sabitlənir.  İstisna  hallarda 


baş  marşrut  qurucu  vaxt  ölçən  ləvazimatları  divarda  fərqli  mövqedə  yerləşdirə  bilər. 

Bu  zaman  ləvazimat  idmançının  marşrutda  irəliləməsinə  mane  olmamalı,  həmçinin, 

yardım etməməlidir.  

  8.3 


 

Təhlükəsizlik

 

 

8.3.1  Sürət  yarışlarında  istifadə  olunan  bütün  ləvazimatlar  Bölmə  3-dəki 



(Ümumi Qaydalar) standartların tələblərinə uyğun olmalıdır. 

  8.3.2  Bütün  marşrutlar  yuxarıdan  sığorta  olunmaqla  (  top  –  rope  )  , 

standartlara  uyğun  iplərlə  dırmanılır.  İpin  hansı  sıxlıqla  dəyişdiriləcəyinə  baş  hakim 

(IFSC Hakimi) qərar verir. 

   

Müdafiə Nöqtələri 

 

 

8.3.3  Dırmanma  ipi  hər  iki  müdafiə  nöqtəsinə polad kilidli  karabinlə , tikişli 



ekspres qayışı və sərt kilidli karabin ( mailon rapid) ilə birləşdirilir. 

   


Şəxsi Ləvazimat 

 

8.3.4  Hər  idmançı  dırmanma  kəməri  geyinir.  Jüri  prezidenti  idmançının 



kəmərinin  təhlükəli  olduğunu  qənaətinə  gələrsə,  idmançının  yarışa  başlamasına  icazə 

vermir. 


  8.3.5  Dırmanma  ipi  təhlükəsizlik  kəmərinə  2  (iki)  ədəd  yivli  və  ya 

özükilidlənən  karabinlə  (  karabinlərin  açılan  tərəfləri  əks  istiqamətlərə  olmalıdır  ) 

,səkkizlik düyün və saxlayıcı düyün istifadə olunmaqla bağlanır.  

  8.3.6  Dırmanma 

müddətində 

idmançının 

audio 

dinləmə 


ləvazimatı 

daşımasına və ya istifadəsinə icazə verilmir. 

   

Təhlükəsizlik Yoxlanıışları 

  8.3.7  Marşrutdakı hər cəhddən əvvəl sığortaçı yoxlayır : 

   

 

a) İdmançının təhlükəsizlik kəmərinin düzgün bağlanmasını ; 



   

 

b)  İpin  təhlükəsizlik  kəmərinə  Maddə  8.3.5  -  ə  uyğun 



bağlanmasını. 

   


Sığorta 

  8.3.8  Dırmanma ipi yerdən, dımanma zolağının bir tərəfində dayanmış 2 (iki) 

sığortaçı  tərəfindən  idarə  olunur.  Əsas  sığortaçı  kilidlənən  və  ya  əl  ilə  idarə  olunan 

sığorta alətlərindən istifadə edə bilər. Sığortaçılar diqqətlə nəzarət etməlidir : 

   

 

a)  İpin  həddən  artıq  boş  və  ya  tarım  olması  ilə  idmançının 



hərəkətinə mane olunmamalı ; 

   


 

b) Bütün yıxılmalar təhlükəsiz formada dayandırılmalı ; 



   

 

c)  İdmançı  yıxılan  zaman  çox  aşağı  düşmədən  dərhal  sığorta 



olunmalıdır. 

  8.3.9  Siğortaçılar  təşkilatçılar  tərəfindən  təyin  olunur  və  Sürət  yarışlarına 

müvafiq təlim keçmiş olmalıdır. Jüri prezidenti yarış müddətində hər hansı sığortaçının 

dəyişdirilməsinə  səlahiyyətlidir.  Dəyişdirilmiş  sığortaçıya  həmin  yarışın  irəlidəki 

hissələrində hər hansı idmançını sığorta etməsinə icazə verilmir. 

  8.4    

Vaxtın Ölçülməsi 

  8.4.1  Hər  idmançı  üçün  dırmanma  vaxtı  –  başlama  siqnalı  və  idmançının 

cəhdinin  tamamlanması  arasındakı  müddətdir.  İdmançı  cəhd(lər)ini  bu  qaydalara 

əsasən tamamlayarsa, vaxt məqbul sayılır və qeydə alınır. 

  8.4.2  Dırmanma vaxtı hər ikisi ilə də ölçülə bilər : 

   


 

a) 


Mexaniki – elektrikli saniyəöçən 

   


 

b) 


Əl saniyəölçəni 

   


 

Yarışın  mərhələsinin  əvvəlində  mexaniki-elektrikli  saniyəölçən 

istifadə olunub , sonda bununla tamamlamaq mümkün olmazsa, mərhələnin nəticəsi əl 

saniyəölçəni  ilə  qeydə  alınmış  vaxtlar  ilə  hesablanacaq.  Əl  saniyəölçəni  ancaq 

mexaniki-elektrikli  saniyəölçən  bərpa  oluna  bilməyən  şəkildə  zədələnərsə,  istifadə 

oluna bilər.  

   

Mexaniki – Elektrikli Sistem 

  8.4.3  Ölçmə sistemi IFSC tərəfindən təsdiq olunmalıdır və sistem :   

 

 

 



 

a) 


Hər idmançı mexaniki - elektrikli açar/lövhəyə toxunduqda 

dayanan vaxtı ayrılıqda qeyd edilir ; 

   

b) 


Başlama  signalı  verildikdən  bitmə  vaxtına  qədər  müddətlər  hər 

idmançı üçün ayrılıqda ekranda təsvir edilir.  

  8.4.4  Öçmə  sistemi  saniyənin  1/1000  (  mində  bir  )  dəqiqliklə  ölçmə  apara 

bilməlidir.İdmançıların dərəcələndirilməsi  məqsədilə  nəticələr saniyənin 1/100  (yüzdə 

bir)  dəqiqliklə  təqdim  olunur.  Qeyd  olunmuş  vaxt  1/100  (  yüzdə  bir)  qədər 

yuvarlaqlaşdırılır və təqdim olunur.  

  8.4.5  Ölçmə sistemi dırmanma səthinə sabitlənmiş və Maddə 8.2.6 – a əsasən 

yerləşdirilmiş sayğacdan ibarətdir. 

  8.4.6  Jüri  prezidenti  ölçmə  sisteminin  düzgün  çalışmasnı  təmin  etməkdə 

məsuldur. Jüri prezidentinin yarışdan əvvəl texniki heyətlə və ləvazimatla tanış olması 

lazımdır. Yoxlama testi ilə cihazın düzgün işləməsindən əmin olmalıdır. 

   


Əl saniyə ölçəni 

 

8.4.7  Əl  saniyəölçənləri  ilə  vaxtın  ölçülməsi  zamanı  rəqəmsal  ekranlı  , 

elektron  saniyəölçənlərdən  istifadə    olunmalıdır.  Hər  idmançı  üçün  vaxt  başlama 

siqnalı  veriləndə  başladılmalı  və  idmançının  açar/lövhəyə  toxunması  müşahidə 

olunanda  dayandırılmalıdır.  Açar/lövhə  yarışın  10  mertlik  və  ya  15  metrlik  olmasına 

görə yerləşdirilir.  

  8.4.8  Hər idmançı üçün 3 ( üç ) rəsmi saniyəölçən hakim vaxtı qeyd edir. Hər 

saniyəölçən hakim nəticəni müstəqil, digər şəxslərə göstərmədən və müzakirə etmədən 

qeyd  edir.  Vaxtlar  saniyənin  1/10  (  onda  bir  )  dəqiqliklə  yuvarlaqlaşdırılır  və  təqdim 

olunur.  

  8.4.9  İdmançının rəsmi vaxtı aşağıdakı kimi müəyyənləşdirilir : 

   


 

a) 


Hər  üç  saniyəölçən  hakim  vaxt  eyni  olarsa  qeyd  olunur;  

 

 



 

 

 



b) 

Üç  hakimdən  ikisində  eyni  birində  fərqli  olarsa, 

göstərici eyni olan iki hakimin qeyd etdiyi vaxt nəzərə alınır ; 

   


 

c) 


Qeyd  olunan  vaxt  hər  üç  hakimdə  fərqli  olarsa,  orta 

göstərici hesablanır. 

  8.5 

 

HƏR MƏRHƏLƏ ÜÇÜN KVOTALAR 

  8.5.1  Final mərhələsi üçün kvota aşağıdakı kimidir: 



Kvalifikasiya mərhələsində 

məqbul nəticə  göstərən idmançıların 

sayı 

Final üçün kvota 

4 -7 



8 – 15 



16 və daha çox 

16 

 

  Qeyd : Əgər kavalifikasiya mərhələsində məqbul nəticə göstərən idmançı sayı 



4-dən az olarsa, kvalifikasiya təkrarlanır. 

  8.5.2  Final  üçün  təyin  olunmuş  kvota  kvalifikasiya  mərhələsində  ən  yüksək 

nəticə göstərmiş idmançılardan seçirlir.  

  8.5.3  Kvaifikasiyada  iki  və  daha  çox  idmançının  eyni  nəticə  göstərməsi  ilə 

final kvotası aşarsa,  Maddə 8.7.5 -ə müraciət  olunur. 

  8.6 

 

BAŞLAMA SİYAHISI 

   


Kvalifikasiya

 

  8.6.1  Sol zolaq ( A ) üçün başlama siyahısı təsadüfi sıralama ilə təyin olunur. 

Sağ zolaq ( B ) üçün başlama siyahısı sol zolaqdakı ilə eynidir və 50% sürüşdürülür. 


   

Məsələn  :  bir  kateqoriyada  21  idmançı  varsa,  A  zolagında  1-ci  çıxış 

edən  idmançı B zolağında 11-ci çıxış edir . 

   


Final

 

  8.6.2  4\8\16  idmançılıq  final  kvotalarının  başlama  siyahıları  uyğun  olaraq 

8.6(a), 8.6(b), 8.6(c) sxemlərində göstərilmişdir.  

   

Qeyd  :Əgər  iki  və  ya  daha  çox  idmançı  eyni  nəticəni  göstəribsə,  final 

mərhələsinin ilk çıxışında təsadüfi qayda ilə yerləşdirilirlər. 



 

8.7 

 

YARIŞIN QURULUŞU 

   

Sınaq 

  8.7.1  Mümkün  olduqda  kvalifikasiya  mərhələsindən  əvvəl  sınaq  çıxışları 

üçün  vaxt  ayrılır.  Jüri  prezidenti  texniki  iclasda  sınaq  üçün  ayrılan  vaxtı  elan  edir  ( 

əgər keçirilməyəcəksə, nəyə görə keçirilmədiyinin səbəbini bildirir ). 

   

Kvalifikasiya ( İki Zolaqda ) 

 

8.7.2  Kvalifikasiya  mərhələsi  idmançıların  cütlük  olaraq  iki  zolaqda 

yarışması  ilə  həyata  keçirilir.  Səhv  başlama  və  ya  texniki  hadisədən  sonra  idmançılar 

yenidən dırmanarsa, hər idmançı  iki zolağın hər birində bir dəfə dırmanır. 

   

Qeyd  :  Əgər  bir  idmançı  iki  dəfə  səhv  başlama  edərsə,  qalan  idmançı 

tamamlanmamış cəhdini tamamlaya bilər, ancaq tək dırmanacaq.  



  8.7.3  İdmançı  ilk  zolaqda  cəhdini  tamamladıqdan  sonra  ikinci  zolqdakı 

cəhdinə başlamadan əvvəl ən az 5 (beş) dəqiqə istirahət etməlidir. 



  8.7.4  İdmançılar  hər  iki  zolaqda  cəhlərini  tamamlayana  qədər  Jüri 

prezidentinin idarəsi ilə Yarış Ərazisində qalır. 



  8.7.5  Əgər  idmançıların  eyni  yerdə  qərarlaşması  ilə  final  kvotası  aşarsa, 

bərabərliyin  pozulması  üçün  həmin  idmançılar  A  zolağında  əlavə  bir  cəhd  edir.  Bu 

zaman  qeyd  olunan  nəticə  ancaq  finala  keçəcək  idmançını  təyin  etmək  üçün  istifadə 

olunur. 


   

Qeyd : Bərabərlik təkrarlanarsa bu cəhdlər təkrarlanır. 

   

Final 

 

8.7.6  Final  mərhələsinin  son  yarışından  əvvəl  seçilmiş  idmançılar  təqdim 

olunur ( final duelininin əvvəlində ) . 



  8.7.7  Final  mərhələsi  yarışlarında  məğlub  idmançılar  çıxır  və  yarış  qalib 

olanlarla davam edir. Final mərhələsindəki yarışların sayı final kvotasından aslıdır. 



  8.7.8  Hər yarışın qalibi yarışı daha az vaxtda tamamlayan idmançıdır. 

   

Qeyd : Əgər yalniz bir idmançı yarışı məqbul tamamlasa, o qalib hesab 

olunur. 


  8.7.9  Əgər heç bir idmançı üçün məqbul vaxt qeydə alınmazsa : 

   


 

a)  Bir  idmançı  2  (iki) səhv başlama edərsə, digər  idmançı qalib 

hesab olunur. 

   

 

b)  Hər iki idmançı 2 (iki) səhv başlama etsə və ya yıxılsa, nəticə 



eyni hesab olunur və Maddə 8.7.10 tətbiq olunur.  

  8.7.10  Final  ərzindəki  yarışlar  bərabərliklə  nəticələnərsə,  eyni  qayda  ilə 

yenidən təkrarlanır və bundan sonra da bərabərlik pozulmazsa, əvvəlki mərhələdə daha 

az  vaxt  nəticə  göstərən  idmançı  qalib  hesab  olunur  (  əvvəlki  uğurlu  yarışlar  və  ya 

kvalifikasiya ) 

  8.8 


 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin