Amerika prezidentləri
li debatlardan sonra Nyu-York ştatının qubernatoru Teo-
dor Ruzvelt vitse-prezidentliyə namizəd oldu. Seçkilərdə
demokrat partiyasını «həmişə namizəd» Uilyam Brayan
təmsil edirdi. Mak-Kinli 51,7 % səs toplayaraq ikinci
müddətə prezident seçildi.
Mak-Kinlinin bu qələbəsi onun şöhrətinin zenit nöqtəsi
oldu. Lakin ikinci müddətə prezidentlik fəaliyyətinə baş-
ladıqdan alti ay sonra, 6 sentyabr 1901-ci ildə Buffaloda
keçirilən Panamerikan sərgisində iştirak edən prezidentin
həyatına sui-qəsd edildi. Anarxist Leon Çolqoşun açdı-
ğı atəşlərdən sinəsindən və qarın nahiyəsindən yaralanan
Mak-Kinli 14 sentyabrda vəfat etdi.
Qeyd edək ki, onun şöhrəti vəfatından azacıq sonra unu-
dulmuşdur. Buna səbəb xələfi T.Ruzveltin ABŞ tarixində
fundamental dönüş yaratması olmuşdur.
142
Amerika prezidentləri
TEODOR RUZVELT
(THEODORE ROOSEVELT)
(1901-1909)
Bəzən Teodor Ruzvelti müasir Amerikanın simvolu
hesab edirlər. O, Mak-Kinli öldürüldükdən sonra Ağ Evin
sahibi olmaqla ən gənc prezident kimi tarixə düşmüş-
143
Amerika prezidentləri
dür. ABŞ-ın inkişaf edərək dünyanın qüdrətli, hegemon
dövlətinə çevrilməsində misilsiz xidmətləri olub. Ruzvelt
prezidentlik institutunun konstitusional imkanlarından ar-
dıcıl istifadə edərək islahatlar vasitəsilə ABŞ siyasi sistemi-
ni XX əsrin tələblərinə uyğun qurmuşdur.
T.Ruzvelt 27 oktyabr 1858-ci ildə Nyu-York şəhərində
varlı aristokrat ailəsində anadan olub. Holland əsilli
Ruzveltlər XVII əsrin birinci yarısında Nyu-Amsterdam
ərazisində məskunlaşan ilk mühacirlərdən idilər. Gələcək
prezidentin atası Teodor Ruzvelt şüşə ticarəti və bank
əməliyyatları ilə məşğul olaraq ailə biznesini uğurla davam
etdirmişdi. Ruzvelt (ata) övladlarının təlim-tərbiyəsinə
xüsusi diqqət verirdi. Fiziki cəhətdən zəif və bir çox uşaq
xəstəliklərinə mübtəla olan balaca Teddi doğmalarının
xüsusi qayğısı altında böyümüş, ilk təhsilini də evdə xü-
susi müəllimlərdən almışdı. Hələ ilk uşaqlıq çağlarından
onda qarşısına qoyduğu məqsədə çatmaq üçün qətiyyət
göstərmək və prinsipiallıq özünü büruzə verir. İki həmyaşıdı
tərəfi ndən amansızca döyülməsi onda rəqibə nifrət hissi ilə
yanaşı qalib gəlmək yanğısı oyadır və atasından ona idman-
la məşğul olmasına icazə verməsini istəyir. Atçılıq idmanı,
gimnastika, ovçuluq, boksla məşğul olmaqda onun məqsədi
məşhur idmançı olmaq deyil, sağlamlığını bərpa etmək idi.
Bununla yanaşı o, atlara və ovçuluğa olan marağını ömrü
boyu saxlamışdır.
1876-80-ci illərdə Ruzvelt Harvard Universitetində
təhsil alır. Bu müddətdə onun həyatında önəmli dəyişikliklər
baş verir. O, 20 yaşında ikən atası vəfat edir. Təhsilini bitirən
kimi tələbə ikən tanış olduğu Bostonlu bankir qızı Əlis Li
ilə ailə qurur. 1884-cü ildə onların ilk övladı dünyaya gəlsə
də faciə baş verir, Əlis doğuş zamanı vəfat edir. İki il son-
ra Ruzvelt yenidən evlənmiş, bu nikahdan daha beş övladı
dünyaya gəlmişdir.
144
Amerika prezidentləri
Harvardda təhsilini bitirdikdən sonra ailəsilə birgə qo-
humlarına məxsus şəhərətrafı malikanədə yaşayaraq, ədəbi-
tarixi mövzuda yaradıcılıqla məşğul olur. Bununla yanaşı
əmisinin hüquq kontorunda hüquqşünaslıq öyrənir, Kolum-
biya Universitetində mühazirələr dinləyirdi. Lakin tədricən
siyasət onu özünə cəlb edirdi.
Ruzvelt siyasi fəaliyyət üçün partiya seçimində çətinlik
çəkmir. Şimalda böyük elektoral gücə, siyasi nüfuza ma-
lik respublikaçılar partiyası onun karyera etməsi üçün
əlverişli mühitə malik idi. 1881-ci ildə qəti olaraq siyasətlə
məşğul olmağa qərar verən Ruzvelt siyasi mühitlə tanışlıq
məqsədilə, dərnəklərdə, yığıncaqlarda iştirak edir. Dərin sa-
vada, gözəl natiqlik bacarığına malik olması tezliklə partiya
funksionerlərinin diqqətini cəlb edir və 28 oktyabr 1881-
ci ildə keçirilən partiya yığıncağında ştat parlamentinə
seçkilərə namizəd göstərilir. Respublikaçıların, xüsusilə Co
Merreyin böyük dəstəyi nəticəsində Ruzvelt deputat seçilir.
Ştat parlamentindəki ilk çıxışları onu ictimai diqqət
obyektinə çevirir, söylədiyi nitqlər qəzetlərdə dərc olu-
nurdu. Ənənəvi olaraq sosial-iqtisadi problemlərdən deyil,
konkret adlar çəkməklə dövlət orqanlarında korrupsiya və
rüşvətxorluqdan danışırdı. İnhisarçılığı tənqid etməsi isə
onu bütün ölkəyə tanıtdı.
İki müddət ardıcıl deputat olduqdan sonra Ruzvelt
Qərbə, Dakotaya köçür. Burada maldarlıq və əkinçiliklə
məşğul olur. Bu sahədə ciddi uğur qazanmaq ona nəsib ol-
mur və 1887-ci ildə yenidən Nyu-Yorka qayıdır. Şəhər meri
seçkilərində iştirak etsə də qələbə qazana bilmir.
1888-ci il seçkilərində B.Harrisonun prezident seçil mə-
silə respublikaçılar Ağ Evə yiyələnirlər. Ruzveltin Xarici İşlər
Nazirliyində işləmək cəhdi, nazir və şəxsi rəqibi C.Bleynin
mane olması səbəbindən baş tutmur. Nümayəndələr palata-
sının spikeri T.Ridin zəmanəti ilə Dövlət Xidməti məsələləri
145
Amerika prezidentləri
ilə məşğul olan komissiyada işə qəbul edilir. 1895-97-ci
illərdə isə Nyu-York polis komissarı vəzifəsini tutur.
Növbəti seçkilərdə U.Mak-Kinlinin namizədliyini
müdafi ə edən Ruzvelt, prezidentin administrasiyasında yer
alacağına ümid bəsləyə bilərdi. Sələfl ərindən fərqli olaraq
ekspansiya tərəfdarı olan Mak-Kinli kabinetə məhz ABŞ-
ın ümumdünya siyasi məkanına inteqrasiyası tərəfdarlarını
toplayırdı. Bu sırada artıq özünəməxsus siyasi baxışları ilə
fərqlənən Ruzvelt diqqətdən yayınmır və o, hərbi-dəniz na-
zirinin müavini təyin edilir.
Nazir müavini olmasına baxmayaraq kabinetin digər
üzvləri arasındakı nüfuzu, onun dövlətin xarici siyasət kur-
sunun müəyyənləşməsinə təsir imkanını artırır. Bu haqda
U.Taft prezident olarkən belə demişdi: «Əgər Ruzvelt ol-
masaydı, çətin ki, İspaniyaya müharibə elan olunardı».
Amerika-İspaniya müharibəsi başlayarkən Ruzvelt tut-
duğu vəzifədən istefa verərək cəbhəyə yollanır. Nyu-York
milli qvardiyasının kapitanı olan Ruzvelt podpolkovnik
rütbəsində «Vəhşi atlılar» kavaleriya alayının komandiri
təyin olunur.
Müharibədə özünü bacarıqlı hərbçi kimi təsdiq edən
Ruzvelt şan-şöhrət qazanmaqla yanaşı siyasi karyerasında
yeni mərhələnin əsasını qoyur. Ordudan tərxis olunduqdan
sonra 1898-ci ilin sonunda Nyu-York qubernatoru seçilir.
1900-cü il prezident seçkilərndə yenidən Mak-Kinlinin
namizədliyi irəli sürüldü. Şöhrətpərəst Ruzveltin də nami-
zəd olmaq istəyi vardı. Lakin M.Hann, T.Platt kimi qüdrətli
partiya bossları buna razlaşmadılar və Ruzveltə növbəti
seçkilərədək gözləməyi məsləhət bildlilər. Partiyadakı Ruz-
velt tərəfdarlarının tələbi ilə o, vitse-prezidentliyə namizəd
göstərilir.
Uğurlu keçən seçkilərdən sonra vitse-prezident senat
qarşısındakı ilk çıxışında öz məramını bu şəkildə açıqla-
146
Amerika prezidentləri
mışdı: «Biz Qərb yarımkürəsində, bütün kontinentdə aparı-
cı dövlətik. Şərq və Qərbdə, iki böyük okeandan o tərəfdə
daha böyük dünyaların həyatını müşahidə etməkdəyik.
İstəsək də, istəməsək də biz o həyatda iştirak etməyə borc-
luyuq».
14 sentyabr 1901-ci ildə Mak-Kinli sui-qəsd nəticəsində
aldığı ölümcül yaralardan vəfat etdi. Elə həmin gün Ruzvel-
tin ABŞ-ın 26-cı prezidenti kimi andiçmə mərasimi keçirildi.
Ruzveltin prezidentliyinin ilk illərində iqtisadiyyatın
dövlət tərəfi ndən tənzimlənməsi istiqamətində ilk addımlar
atıldı. Prezidentin təşəbbüsü ilə Konqres «trestlər əleyhinə»
qanun layihəsini qəbul edir. Bu qanuna əsasən iri trestlər
və digər inhisarçı qrupların fəaliyyəti dövlət nəzarəti altı-
na keçirdi. Ruzvelt kapitalın həddən artıq mərkəzləşməsini
«bədbəxtlik» adlandırırdı. Onun fi krincə bu, rəqabəti, fərdi
sahibkarı, ümumiyyətlə xırda burjuaziyanı məhv edir,
ölkənin sonrakı inkişafına əngəllər törədirdi.
1902-ci ildən başlayaraq Ruzvelt bu istiqamətdə konk-
ret fəaliyyətə keçir. 1890-cı ildə qəbul edilmiş antitrest
Şerman qanununa istinad edən baş prokuror Filander Noks
nüfuzlu dəmiryol şirkəti «Şimal səhmdar kompaniyası»na
qarşı prosesə başlayır və bu, 1904-cü ildə trestin buraxıl-
ması ilə nəticələnir. Bunun ardınca trestlərə qraşı növbəti
proseslərə start verilir.
Bununla yanaşı Ruzvelt fəhlə təşkilatlarının yaranma-
sında da maraqlı idi. 1902-ci ildə prezident Pensilvaniya
şaxtaçılarının maaşların artırılması və əmək şəraitinin yax-
şılaşdırılması tələbini dəstəkləyir. Arbitraj məhkəməsinin
fəhlələrin mənafeyinə uyğun çıxardığı qərarı yerinə yetir-
məkdən imtina edən sahibkarları regiona ordu gön
dər-
məklə, şaxtaları milliləşdirməklə hədələyir və bunun-
la onların məhkəmə qərarına əməl etmələrinə nail olur.
Əmək konfl iktlərinə dövlətin müdaxilə hüququnun etiraf
147
Amerika prezidentləri
edilməsini Ruzvelt daxili siyasətdə özünün başlıca uğuru
hesab edirdi.
Fəaliyyətinin əhali tərəfi ndən dəstəklənməsinə baxma-
yaraq, onun partiyadaxili mövqeyi müdafi əsiz olaraq qa-
lırdı. Lakin 1904-cü ildə əsas rəqibi M.Hannın vəfatından
sonra Ruzveltin partiyadaxili nüfuzu mübahisəsiz oldu.
Respublikaçıların növbəti prezident seçkilərinə həsr olun-
muş konventində Ruzveltin namizədliyi irəli sürüldü. 1904-
cü il noyabrın 8-də keçirilən seçkilərdə Demokratların
namizədi Olton B.Parkerə qalib gələrək prezident seçilən
Ruzvelt, həmin günün axşamı növbəti seçkilərdə iştirak
etməyəcəyini bəyan etdi.
T.Ruzvelt ikinci prezidentlik müddətində də reformist
fəaliyyət proqramını həyata keçirir. Onun prezidentliyi-
nin əsas xüsusiyyətlərindən biri də ölkənin xarici siya-
si kursunda önəmli dəyişikliklərin olmasıdır. XX əsrin
əvvəllərinədək ABŞ-ın xarici siyasət kursunun əsasını
təcridçilik prinsipləri təşkil edirdi. İki başlıca amil: ölkənin
iqtisadi gücünün sürətli artımı və mərkəzi Avropa hesab
edilən beynəlxalq sistemin tədricən tənəzzül etməsi ABŞ-ın
ümumdünya siyasət məkanına inteqrasiyasını şərtləndirirdi.
Buna subyektiv amillər də təsir göstərməmiş deyildi. Belə
ki, Ruzvelti sələfl ərindən fərqləndirən ən başlıca xüsusiyyəti
onun Avropa ilə six tellərlə bağlı, bəzi Avropa dövlət və
mədəniyyət xadimləri ilə dostluq əlaqələrinin olması idi.
Qeyd edək ki, icraedici hakimiyyətin bir əldə toplanma-
sı, konkret olaraq prezidentlik institutunun tətbiqi, xarici
və daxili siyasətdə prezidentin şəxsi əlaqələrindən istifadə
etməsi üçün geniş imkanlar yaradır. Ruzvelt bu əlaqələrdən
məharətlə istifadə edə bilmişdi.
T.Ruzvelt ABŞ xarici siyasət kursunun ideya əsaslarında
«sakit inqilab» edib. Ona qədər bu kurs C.Vaşinqtonun vida
müraciəti ilə müəyyənləşirdi: Avropadan asılı olmamaq və
148
Amerika prezidentləri
bu istiqamətdə Latın Amerikası ölkələrinə dəstək vermək.
Lakin, Ruzvelt ümumdünya siyasətində ABŞ-ın söz sahibi
olması xəttini yeridir.
XX əsrdə Birləşmiş Ştatların xarici siyasətində üç əsas
müddəa Ruzveltin hakimiyyəti dövründə müəyyənləşib:
1) Latın Amerikası – Avropa dövlətlərinin buradan sıxış-
dırılıb çıxarılması; 2) Asiya – xüsusilə Çin və digər Asiya
ölkələrində ABŞ-ın mövqeyinin möhkəmlədilməsi, buna
mane olan Yaponiyanın zərərsizləşdirilməsi, 3) Avropa –
ümumdünya ağalığının qarantına çevrilə biləcək mövqe
döyüşü.
Qarşıya qoyduğu strateji məqsədlərə çatmaq üçün Ruz-
velt bütün diqqəti hərbi-dəniz qüvvələrini gücləndirməyə
yönəldir. Artıq onun prezidentlik müddətinin sonuna yaxın
ABŞ dünyada ikinci dəniz dövləti olur.
Radikal-pasifi stləri reallıqdan uzaq romantiklər ad-
landırsa da, dünyada sülhün qorunub saxlanması tərəfdarı
kimi çıxış edir. Rus-Əfqan müharibəsinə son qoyulmasın-
da vasitəçiliyi 1906-cı ildə ona Nobel Sülh mükafatının
verilməsilə nəticələnir.
İstefaya çıxdıqdan sonra ümumdünya səyahətinə çı-
xır. Afrikanı, Avropanı dolaşır, vətənə qayıtdıqdan sonra
yenidən aktiv siyasi fəaliyyətə başlayır. Prezident Taftın
yeritdiyi siyasətlə razılaşmayaraq 1912-ci ildə yenidən
prezident seçilməyə cəhd göstərir. Lakin onun bu istəyi
partiya daxilində narazılıqla qarşılanır. Nəticədə Ruzvel-
tin tərəfdarları partiyadan çıxaraq Tərəqqi partiyasını ya-
radırlar və Ruzvelt onların namizədi olur. Respublikaçı-
ların seçkilərə vahid namizədlə gedə bilməmələri onların
məğlubiyyətilə nəticələnir. Demokrat Vilson qalib gələrək
prezident seçilir.
Ruzvelt bu məğlubiyyətdən sonra da siyasi fəaliyyətini
davam etdirir. 1914-cü ilin payızında ABŞ ictimaiyyətinin
149
Amerika prezidentləri
Avropada Almaniyanın özbaşınalığına etirazını dəstəkləyir.
Britaniya sərnişin gəmisi «Luzitaniya» batırıldıqdan sonra
ABŞ-ın ittifaq qoşunları tərəfi ndə müharibəyə qatılmasının
vacibliyini bildirir.
1918-ci ildə Taftla barışması onu növbəti seçkilərə şanslı
namizəd edirdi. Lakin səhhətinin kəskin pisləşməsi onun bu
planlarını pozdu. Kiçik oğlu Kventinin Fransa cəbhəsində
həlak olması onun həyat eşqini daha da korşaldır. T.Ruzvelt
6 yanvar 1919-cu ildə Nyu-York yaxınlığındakı Saqemor-
Hil malikanəsində 60 yaşında vəfat edir.
150
Amerika prezidentləri
UİLYAM H.TAFT
(WILLIAM H. TAFT)
(1909-1913)
ABŞ-ın 27-ci prezidenti olmuş Uilyam Houard Taft 15
sentyabr 1857-ci ildə Ohayo ştatının Sinsinnati şəhərində
varlı vəkil Alfonso Taftın ailəsində dünyaya gəlmişdir. Taft-
151
Amerika prezidentləri
lar hələ 1678-ci ildə Amerikaya köçmüş ilk mühacirlərdən
idi və bu sülalədən iri torpaq sahibləri, vəkillər, dövlət
xadimləri çıxmışdı. Balaca Uilyam ibtidai təhsilini doğma
şəhərində aldıqdan sonra Yel Kollecində oxuyur. 1878-ci
ildə Kolleci bitirərək Sinsinnati hüquq məktəbində təhsilini
davam etdirir.
Hüquq fakültəsini bitirən Taft qəzetdə ona təklif olunan
yüksək məvacibli işdən imtina edərək, öz hüquq biliklərini
zənginləşdirmək məqsədilə məhkəmədə işləməyə başlayır.
23 yaşında ikən Hamilton qrafl ığının (Ohayo şt.) prokuror
köməkçisi təyin edilir. Bu təyinat Taftın 30 il sonra Ağ Evdə
bitəcək siyasi-ictimai karyerasının başlanğıcı idi.
Tezliklə o, atasının dostu Harlan P.Lloydla birgə şəxsi
vəkillər kontoru açsa da, iki il sonra vəkillik fəaliyyətinə son
qoyur. Maddi cəhətdən heç bir çətinliyi olmayan Uilyam
sırf siyasətlə məşğul olmağa qərar verir. Şöhrətpərəst ol-
masına baxmayaraq, ambisiyaları ABŞ Ali Məhkəməsinin
sədri olmaqdan uzağa getmirdi. Ona Ali Məhkəmənin üzvü
olmaq təklif edilsə də, sədr olmaq məqsədilə bu təklifdən
imtina etmişdi.
1896-cı ildə nüfuzlu ailədən olan Ellen Herronla ailə
qurmuş və bu nikahdan onların üç övladı dünyaya gəlmişdir.
1887-ci ildə Ohayo Ali Məhkəməsinin sədri seçilir. Üç
il sonra isə prezident Harrison onu Birləşmiş Ştatların Baş
prokuroru təyin edir. İki il bu vəzifədə çalışan Taft 1892-ci
ildə Sinsinnatiyə qayıdaraq səkkiz il yerli məhkəmədə ha-
kim kimi fəaliyyət göstərir. 1900-cü ildə prezident Mak-
Kinli onu iki il əvvəl ABŞ tərəfi ndən ilhaq edilmiş Filippin
arxipelaqının konstitusiyasını hazırlayacaq İkinci komis-
siyaya prezident təyin edir. Növbəti il Taft arxipelaqın ilk
qubernatoru olur.
1904-cü ildə ikinci müddətə prezident seçilmiş T.Ruz-
veltin qurduğu kabinetə hərbi nazir kimi daxil olan Taft
152
Amerika prezidentləri
dörd il bu vəzifədə çalışmışdır. Onun Ruzveltlə isti
münasibətləri karyerasına əhəmiyyətli təsir göstərmişdir.
Müxtəlif xarakterli insanlar olmasına baxmayaraq, onlar
istər siyasi, istərsə də gündəlik həyatda dost olmuşlar. Elə
Ruzveltin təklifi ilə də respublikaçılar Taftı 1908-ci il pre-
zident seçkilərinə namizəd göstərirlər. Ruzvelt başladığı si-
yasi-iqtisadi islahatları Taftın davam etdirəcəyinə inanırdı.
1908-ci ilin noyabrında keçirilən seçkilərdə Taft vitse-
prezidentliyə namizəd göstərilmiş Nyu-Yorklu senator
Ceyms Şermanla birgə demokratların namizədi Uilyam
Brayana qalib gəlir.
Gözlənildiyinin əksinə olaraq, yeni seçilmiş prezident
heç də Ruzveltin başladığı islahatları davam etdirməmiş,
partiyanın mühafi zəkar qanadının dəstəyinə arxalanaraq
islahatlar aparılmasına loyal yanaşmışdır. Taftın Ruzveltin
məsləhətlərinə laqeyd münasibəti, köhnə dostları bir-birinə
rəqib, sonda isə düşmən etdi.
Prezidentin belə daxili siyasi kurs götürməsi respub-
likaçılar partiyasında böyük narazılıqla qarşılanırdı. İs-
lahat tərəfdarlarının Konqresin hər iki palatasında güclü
fraksiya yaratdığını nəzərə alsaq, prezidentin mövqeyinin
zəifl əyəcəyini, konqres-prezident qarşıdurmasının labüdlü-
yünü əvvəlcədən xəbər vermək olardı. Taftın apardığı kadr
siyasəti də Ruzvelti məyus etmişdir. Yeni kabineti qurarkən
Taft əsasən yaxından tanıdığı və inandığı şəxslərə üstün-
lük vermişdir. İqtisadi məsələlər üzrə vəkil Filander Nok-
sun dövlət katibi, Riçard Bollingerın daxili işlər naziri təyin
olunmasını da bununla izah etmək olar.
Lakin, Taft heç də islahatların tam əleyhdarı olma-
mışdır. Sonradan o, nəinki Ruzveltin başladığı bəzi isla-
hatları həyata keçirmiş, bir çox sahələrdə islahatlar apa-
rılmasının təşəbbüskarı olmuşdur. Poçt xidməti sahəsində
islahatlar aparılması və poçt idarəsi nəzdində əmanət kas-
153
Amerika prezidentləri
sasının yaradılmasını, uşaq əməyini məhdudlaşdırmaq
məqsədilə Ticarət və Əmək Nazirliyində xüsusi idarənin
təsis edilməsini yüksək qiymətləndirmək olar. 1910-cu ildə
Mann Elkins qanununun qəbul edilməsi dəmiryol şirkətləri
üzərində dövlət nəzarətini gücləndirmişdir. Məhkəmələrdə
dinlənilən 90 antitrest prosesində o, Ruzveltdən daha kəskin
mövqe tutmuşdur. Ruzveltin məharətlə yayındığı gömrük
rüsumları haqqnıda qanun da Taftın prezidentliyi dövründə
qəbul edilmişdir.
Xarici siyasətdə də Taft öz yolu ilə getmişdir. Preziden-
tin yeritdiyi xarici siyasi xətt bəzən «dollar diplomatiyası»
adlandırılır. Bu siyasətin mahiyyəti bəzi ölkələrə, xüsusilə
Çin və Latın Amerikası ölkələrinə yüksək faizlə kreditlər
vermək və iqtisadiyyata investisiyalar yatırmaqla onları
təsir dairəsində saxlamaq idi. Hadisələrin gedişi bu kursun
heç də doğru olmadığını göstərdi.
Ruzvelt və tərəfdarlarının prezidentin yeritdiyi daxili və
xarici siyasətlə razılaşmaması respublikaçılar partiyasında
ikitirəliyin yaranması ilə sonuclandı. Ruzveltin növbəti
prezident seçkilərində partiyanın namizədi olmaq istəyinə
kəskin reaksiya verən Taft bunu özünə qarşı xəyanət kimi
dəyərləndirdi. Ruzveltin daha yüksək reytinqə malik ol-
masına baxmayaraq, Tafta bəzi partiya funksionerlərini
ələ almaq nəsib oldu və o, 1912-ci il 18 iyunda partiya-
nın Çikaqoda keçirilən qurultayında prezidentliyə namizəd
göstərildi. Bundan dörd gün sonra yeni yaradılmış Tərəqqi
Partiyası Ruzveltin namizədliyini irəli sürdü. Seçkilərin
gərgin keçəcəyi əvvəlcədən bəlli idi.
5 noyabr 1912-ci ildə keçirilən seçkilərdə Taft ağır
məğlubiyyətə uğradı. O, vur-tut 23,23 % səs toplamışdı.
Demokratların namizədi V.Vilson 41,9 % səs toplayaraq
prezident seçildi. Ruzveltin 27,4 % səs alması isə onun
cəmiyyətdə hələ də öz nüfuzunu qoruyub saxladığından
xəbər verirdi.
154
Amerika prezidentləri
Seçkiləri uduzan eks-prezident vaxtilə tələbəsi oldu-
ğu Yel Universitetinə qayıdır və professor kimi elmi-pe-
daqoji fəaliyyət göstərir. Burada o, hakim və prezidentlik
fəaliyyətini analiz edərək üç kitab yazmışdır. Birinci Dünya
Müharibəsində Vilsonun bitərəfl ik siyasətini dəstəkləmiş,
Sülh Uğrunda Mübarizə Liqasının prezidenti kimi Yeni
dünya düzəninin formalaşdırılmasına tərəfdar çıxmış-
dır. 1921-ci ildə ABŞ Ali Məhkəməsinin sədri seçilməklə
ilk gənclik arzusuna çatmış, növbəti il isə ABŞ məhkəmə
sistemində əsaslı islahatlar keçirmişdir.
Uilyam Taft 8 mart 1930-cu ildə Vaşinqtonda vəfat
etmişdir. Onun prezidentliyi zəif qiymətləndirilsə də, Ali
Məhkəmənin məşhur sədri kimi öz adını Birləşmiş Ştatlar
tarixinə böyük hərfl ərlə yazmışdır.
155
Amerika prezidentləri
VUDRO VİLSON
(WOODROW WILSON)
(1913-1921)
Vudro Vilson Z.Teylordan sonra prezident olmuş ilk
cənublu idi. Bunu yəqin ki, Cənub ştatlarının ölkə tarixində
oynadığı faciəvi rolla izah etmək olar. ABŞ prezidentləri
156
Amerika prezidentləri
iyerarxiyasında Vilson Linkoln kimi böyük, eyni zamanda
faciəvi prezident hesab edilir.
Vudro Vilson 28 dekabr 1856-cı ildə Virciniya ştatının
Stenton şəhərində anadan olub. Şotland əsilli babası Ceyms
Vilson 1807-ci ildə İrlandiyadan köçərək Filadelfi yada
məskunlaşmışdı. Atası Cozef mükəmməl dini təhsil alsa
da ailəsini çətinliklə dolandırırdı. Lakin gələcək prezident
hələ uşaqkən ailənin maddi durumu, dayısı vəfat edərkən
varidatını onlara vəsiyyət etməsi səbəbindən əhəmiyyətli
dərəcədə yaxşılaşır.
Valideynləri balaca Vudronun ev şəraitində təhsil alma-
sına üstünlük verirlər. Bu səbəbdən o, yalnız doqquz yaşında
ikən yazıb-oxumaq öyrənir, 12 yaşında isə məktəbə gedir.
İki il sonra Vilsonlar Kolumbiyaya (Cənubi Karolina şt.)
köçür. 1873-cü ildən Vudro təhsilini Devidson kollecində
davam etdirir. Lakin səhhətində əmələ gələn problemlər
onu təhsilini yarımçıq qoyaraq valideynlərinin yanına qa-
yıtmağa vadar edir.
Buna baxmayaraq o, müstəqil olaraq təhsilini artırır və
1875-ci ildə ABŞ-ın aparıcı təhsil ocaqlarından biri olan nü-
fuzlu Prinston Universitetinə qəbul edilir. Təhsilini artırmaqla
yanaşı yaradıcılıqla da məşğul olması onu digər tələbələrdən
fərqləndirirdi. Onun ilk tədqiqat obyekti görkəmli siyasi
xadimlərin həyat və fəaliyyəti olur. 1877-ci ildə yerli jurnal-
da «Knyaz Bismark», bir il sonra isə «Qraf Uilyam Çatam»
(Pitt-böyük) məqalələri dərc olunur. Prinstonda təhsil aldı-
ğı müddətdə ən uğurlu işi isə «Birləşmiş Ştatlarda kabinet
hökuməti» məqaləsi hesab edilir. Məhz bu məqalə ilə Vilson
elmi ictimaiyyətin diqqətini özünə cəlb edir.
1879-cu ilin yayında Prinstonda təhsilini bitirən Vil-
son Virciniya Universitetinin hüquq fakültəsində oxuyur.
Onun xəstələnməsi universiteti tərk etməsilə nəticələnsə
də, müstəqil olaraq hüquq, tarix elmlərini dərindən öyrənir.
|