Dok. No: HD.YD.01 Rev. No: 0 (01.03.2016) Yayın Tarixi: 01.03.2016
1/ 6
XƏSTƏ HÜQUQLARI VƏ MƏSULİYYƏTLƏRİ
Tibb xidmətləri həyati əhəmiyyəti səbəbiylə, şəxslərin hüquq və məsuliyyətlərindən güzəşt edilən bilməz
xüsusiyyətdədir. Gəncə Beynəlxalq Xəstəxanasında bütün müalicə və tətbiqlərdə, hüquqlarınız və
təhlükəsizliyiniz əsas görünür. Bu təməl fəlsəfəyə əsaslanaraq sizi - xəstələrimizi, hüquqlarınız və
məsuliyyətləriniz mövzusunda məlumatlandırmağı təşkilat olaraq vəzifə hesab edirik.
Xəstə Hüquqları:
1.
Tibb Xidmətlərindən Yararlanmaq Hüququ:
Bütün xəstələrimizin sağlamlığını qorumaq və tibb xidmətlərindən yararlanmaq haqqı vardır.
2.
Məlumat Almaq Hüququ:
Xəstələrimiz, tibb xidmətlərindən necə faydalana biləcəkləri mövzusunda məlumat istəyə bilərlər.
Xəstələrimizin lazımi məlumatlandırılması və istiqamətləndirilməsi həkimi, tibb bacısı və xəstə
xidmətləri şöbəsi tərəfindən təmin olunur.
3.
Həkimini və Səhiyyə Qurumunu Seçmək Hüququ:
Butun xəstələrimi həkimlərini, müayinə və müalicə olmaq istədiyi səhiyyə qurumunu secmək və
dəyişdirmək haqqına sahibdir.
4.
Təmizlik və Gigiyena Qaydalarına Uyğun Xidmət Almaq Hüququ
Xəstələrimiz təmiz və gigiyena qaydalarına uyğun bir mühütdə xidmət almaq hüququna sahibdir.
5.
Məlumatların Gizli Saxlanılması Hüququ:
Xəstələrimizin xəstəxanaya müraciəti, müalicəsi, sağlamlıq vəziyyəti, diagnozu, müalicə əsnasında əldə
edilən digər məlumatlar gizlidir. Xəstənin özündən və qanuni nümayəndəsindən başqa kimsə ilə
paylaşılmaz.
6.
Konsultasiya (Həkimlə İkinci Görüş) Tələbi Hüququ:
Xəstələrimiz əlavə ödəməni qəbul etmələri halında bir baska həkimdən görüş vaxtı almaq və şəxsi
həkiminin də məlumatı / iştirakı ilə konsultasiya hüququna sahibdir. Ancaq konsultasiya nəticəsində
tövsiyə edilən müalicə, xəstənin cavabdeh həkimi ilə fikir birliyi əldə olunduğu təqdirdə, xəstənin olduğu
səhiyyə qurumu personalı tərəfindən həyata keçirilir. Xəstələrimizin həkimlə ikinci görüş vaxtı almaq
haqqını dəstəkləmək məqsədi ilə xəstənin sağlamlıq vəziyyəti ilə əlaqədar məlumatlar özünə verilir.
Həkimlə ikinci görüş vaxtı almaq istəyi qətiliklə xəstə əleyhinə istifadə olunmaz.
7.
Tibbi Müdaxilələrə Razılıq Vermək Hüququ:
Cərrahi, anesteziya, invaziv sedasiya, qan və qan komponentlərinin istifadəsi və digər riskli müalicə
və prosedurlardan əvvəl xəstənin razılığı alınır.
Dok. No: HD.YD.01 Rev. No: 0 (01.03.2016) Yayın Tarixi: 01.03.2016
2/ 6
Xəstələrə həkimləri və baxımlarına cavabdeh digər mütəxəssislərin kimliyi ilə əlaqədar məlumat
verilir. Xəstələrin bu mövzulardakı əlavə məlumat tələbləri yerinə yetirilir.
Xəstənin qərarına yardım edəcək aşağıdakı məlumatlar xəstəyə verilir.
o
xəstənin vəziyyəti
o
tövsiyə edilən müalicə(lər)
o
müalicəni təyin edən şəxsin adı
o
potensial faydalar və çatışmamazlıqlar
o
ola biləcək alternativlər
o
müvəffəqiyyət ehtimalı
o
sağalma dövrü ilə əlaqədar ola biləcək problemlər və
o
müalicə olunmamağın ola biləcək nəticələri.
8.
Tibbi Müdaxilədən İmtina etmək Hüququ:
Qanunla məcburi olan hallar istisna olmaqla və yarana biləcək mənfi nəticələrin məsuliyyəti xəstəyə aid
olmaqla; xəstə özünə tətbiq olunması planlaşdırılan və ya tətbiq olan zamanı müalicədən imtina etmək və
ya dayandırılmasını tələb etmək hüququna sahibdir. Bu vəziyyətdə, müalicənin tətbiq olunmamasından
yaranacaq nəticələrin və tətbiq oluna bilən baxım və müalicə alternativlərinin xəstəyə və ya qanuni
nümayəndələrinə və yaxud yaxınlarına izah edilməsi və bunu göstərən yazılı sənəd alınması lazımdır. Bu
vəziyyətdə xəstəyə Müalicə və ya Tədqiq İmtina Aktı imzaladılır. Razılığın müdaxilə başladıqdan
sonra geri götürülməsi tibbi tərəfdən sıxıntı olmaması şərtinə bağlıdır. Bu haqqın istifadə edilməsi,
xəstənin səhiyyə qurumuna təkrar müraciətində xəstə əleyhinə istifadə edilə bilməz.
9.
Təcili Vəziyyətlərdə Tibbi Müdaxilə Sərtləri:
Təcili vəziyyətdə xəstənin öz vəziyyəti ilə əlaqədar qərarını bildirməsi mümkün olmadığında qərar
xəstəxananın etik komitəsi tərəfindən verilir. Etik Komitənin yığılması mümkün olmadığı vəziyyətlərdə
nöbətçi həkim tərəfindən qərara verilir.
Qərar vermək səlahiyyəti olmayan və yetkinlik yaşına catmayan şəxs haqqında qərar valideyin və
qəyyumları tərəfindən verilir. Ancaq müdaxilənin məcburi / həyati vacib olduğu vəziyyətlərdə valideyin
və qəyyumun müalicəyə razılıq verməməsi vəziyyətində xəstəxanamız məhkəməyə müraciət edir.
10.
Sağlamlıq Vəziyyəti Haqqında Məlumat Almaq Hüququ:
Xəstələrimiz müayinə nəticəsi, diaqnozu, proqnozu, müalicə üsulları, buna bağlı risk dərəcələri,
müalicənin nəticəsi və sağlamlıq vəziyyəti haqqında şifahi və yazılı məlumat almaq haqqına sahibdir.
Xəstənin prognozunun neqativ olması vəziyyətində məlumat xəstənin birinci dərəcəli yaxınlarına və ya
Dok. No: HD.YD.01 Rev. No: 0 (01.03.2016) Yayın Tarixi: 01.03.2016
3/ 6
qanuni nümayəndəsinə verilir. Xəstənin məlumat almaq istədiyi halda ehtiyatlı bir şəkildə xəstəyə
məlumat verilir. Qərar vermək səlahiyyəti olmayan və yetkinlik yaşına catmayan şəxslərin valideyin
və/və ya qəyyumlarına məlumat verilir. Məlumat xəstənin həkimi tərəfindən verilir.
Xəstə və ailəsini məlumatlandırmanın məzmunu aşağıdakı kimidir:
Sağlamlıq vəziyyəti və bütün təsdiqlənmiş diaqnozlar
Planlaşdırılan baxım və müalicə(lər)
Məlumatlandırılmış razılığın nə vaxt lazım olacağı və razılıq vermə müddəti
Baxım və müalicənin gözlənilməz nəticələri
Baxım qərarlarında istədikləri qədər iştirak etmək hüquqları
11.
Sağlamlıq Vəziyyəti haqqında Məlumat Veriləcək Şəxsləri Seçmək Hüququ:
Xəstələr sağlamlıq vəziyyəti ilə əlaqədar məlumat verilməsi ücün istədiyi şəxsləri seçə bilərlər. Bu
vəziyyətdə xəstədən Xəstə Məlumatlarının Paylasılmasıyla bağlı Razılıq Forması ilə yazılı icazə
alınır.
12.
Dini Xidmətlərdən Faydalanma Hüququ:
Xəstəxana qaydaları çərçivəsində xəstələrimizin dini xidmətlərdən və xəstə və ya yaxınının istəyiylə
xəstənin dini inamlarına görə bir din xadimi gətirmək haqqı vardır. Dini qurmlarla əlaqə məlumatlarını
xəstə xidmətləri şöbəmizdən əldə edə bilərsiniz.
13.
Evtanaziya Qadağası:
Evtanaziya qanunla qadağandır. Tibbi ehtiyaclardan bəhs edərək və ya hər nə səbəblə olursa olsun,
yaşamaq hüququndan imtina edilməz. Özünün və ya bir başqasının tələbi olsa belə kimsənin həyatına son
verilə bilməz. Xəstələrimiz bioloji ölüm reallaşmadığı müddətdə yalnız başqa bir xəstəxanaya həkimin
qərari ilə köçürülə bilər. Həyati funksiya yardimı alan xəstələr qəti olaraq evlərinə göndərilməz.
Xəstələrimizin bu istiqamətdəki tələbləri qəti gəbul edilməz.
14.
Organ Donorluğu:
Klinikamızda xəstələrin və ailələrinin orqan və digər toxumalarının donorluğu mövzusunda Əhalinin
Sağlamlığının Qorunması Qanununa görə hərəkət edilir. Xəstələrimizə orqan donorluq prosesi
haqqında məlumat Xəstə Xidmətlərinə Məsul olan şəxs tərəfindən verilir. Orqanlarını bağışlama qərarı
tamamilə şəxsin özünə aiddir, bu istiqamətdə heç kimə təzyiq edilməz. Orqan donorluq prosesi rəsmi
təşkilatlar ilə əməkdaşlıq şəraitində həyata keçirilir.
15.
Anonimlik Hüququ:
Dok. No: HD.YD.01 Rev. No: 0 (01.03.2016) Yayın Tarixi: 01.03.2016
4/ 6
Xəstələrimiz, ziyarətçilərdə daxil olmaqla, səhiyyə qurumu ilə rəsmi bir əlaqəsi olmayan və ya
səhiyyə qurumu ilə rəsmi bir əlaqəsi olmaqla birlikdə müalicəsi ilə birbaşa əlaqəsi olmayan şəxslər
ilə danışmağı və ya bu şəxsləri görməyi rədd etmək hüququna sahibdirlər.
Xəstələrimiz, mövcud bir vizual və eşitmə anonimliyi təmin edəcək şəkildə təşkil edilmiş bir
mühitdə görüşmək və müayinə olunmaq hüququna sahibdirlər.
Xəstələrimizin sağlamlıq vəziyyəti, diaqnozu, xəstəliyinin ola biləcək gedişatı, müalicəsi
haqqındakı və şəxsin bütün xüsusi məlumatları gizli saxlanılır. Xəstənin ölüm vəziyyətində belə, bu
məlumatların anonimliyi qorunur. Ölüm hadisəsi anonimliyin pozulması haqqını verməz. Bu
məlumatlar ancaq xəstənin açıq icazəsi və ya məhkəmə qərarı ilə əlaqədar dövlət orqanlarına
açıqlana bilər.
Tibbi baxımdan lazımi deyilsə diaqnoz, müalicə və baxım üçün, xəstənin şəxsi və ailə həyatı ilə
bağli suallar verilməz.
Tibbi tərəfdən sıxıntı olmayan hallarda xəstənin yanında bir yaxını olmasına icazə verilir.
Səhiyyə xərclərinin mənbəyinin gizli saxlanılması hüququ vardır.
16.
Təhlükəsizliyin Təmin Edilməsi Hüququ:
Hər kəsin səhiyyə qurum və quruluşla təhlükəsizlik içində olmağı gözləmək və bunu tələb etmək
hüquqları vardır.
Xəstələrimizin hər hansı bir təcavüzdən qorunması üçün bütün yerlər (xüsusilə riskli yerlər)
kameralar ilə izlənilir.
Şəxsi təhlükəsizliyi baxımından lazımlı olan hallarda xəstə, qarşılığını ödəmək şərtiylə əlavə
qoruma tələb etmək hüququna sahibdir.
Xəstəxanamızda xəstələrimizin və ziyarətçilərinin can və mal təhlükəsizliklərinin qorunması və
təmin edilməsi üçün lazımlı tədbirlər görülür.
Xəstəxanamiz xəstələrimizin əşyaları ilə əlaqədar məsuliyyət daşımaqdadır. Yanında yaxını
olmayan və özü məsuliyyət daşıya bilməyən xəstələrimizin qiymətli əşyaları təhlükəsizlik
tərəfindən qorunmaq ücün alınır.
17.
Sayğılı və Mərhəmətli Baxım Almaq Hüququ:
Xəstələrimiz, hər vaxt və hər cür şəraitdə şəxsi etibarı qorunaraq sayğılı, şəfqətli və gülərüzlü
davranışla tədqiq etdirmək və müalicə olmaq hüququna sahibdirlər.
Xəstələrimizin ağrılarının dərəcəsinin qiymətləndirilməsi edilir. Ölümqabağı xəstələrimiz daxil
olmaqla bütün xəstələrimizin ağrı çəkməməsi üçün lazım olanlar təşkil olunur.
Dok. No: HD.YD.01 Rev. No: 0 (01.03.2016) Yayın Tarixi: 01.03.2016
5/ 6
Xəstəxanamızın heç bir işçisi, xəstələrımızlə mübahisə haqqına sahib deyil. Həll edilə bilməyən hər
hansı bir problem, xəstəxanamızda bir üst rəisə çatdırılaraq xəstəxana siyasətimiz və qanuni
tənzimləmələr çərçivəsində həll edilir.
18.
Tədqiq və Müalicə Ödəmələrini Bilmək Hüququ:
Xəstənin səhiyyə qurumundan təmin edilən xidmət qarşılığında ödəyəcəyi ödımılərinin açıq və
ətraflı fakturasını istəmək və almaq hüququ var.
19.
Hüquqi Qorunma və Şikayət Haqqı:
Xəstələrimiz şikayət etmək, şikayətlərinin nəzərə alınması və qiymətləndirilməsi ilə nəticədən
xəbərdar edilməsini tələb etmək hüququna sahibdirlər.
Xəstələrin şikayətləri Xəstə Məmnuniyyət Anketləri, Yazılı İrad Formaları vasitəçiliyi ilə və
şifahi olaraq Xəstə Xidmətləri Şöbəmizə göndərilir. Sikayətlər qiymətləndirilərək şikayətin
təcililiyinə görə və araşdırılma müddətinə uyğun olaraq ən gec 7 iş günü ərzində özlərinə geri
bildiriş verilir. Şikayət ilə əlaqədar problemin həll edilməsi prosesinə mümkün olduqca
xəstələrimizin və yaxınlarının da iştirakı təmin edilir.
Xəstələrimiz, əlaqədar inzibati rəhbərlər tərəfindən şikayətlərinin həllini tapa bilməməsi ya da
müraciət edən xəstənin şikayətinin həlli qəbul edilməməsi vəziyyətində, səhiyyə qurumunun olduğu
yerin səlahiyyətli icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.
Xəstələrimizin qurumumuzda aldığı xidmət ilə əlaqədar şikayətlərini qurumumuza bildirdikdən
sonra
təmin
olmamaları
halında
bu
şikayətlərini
JCI
akkreditasiya
http://tr.jointcommissioninternational.org/contact-us/report-a-quality-and-safety-issue/
təşkilatına
bildirmə hüququ da var.
XƏSTƏ MƏSULİYYƏTLƏRİ
1.
Məlumat Vermək Məsuliyyəti:
Xəstələrimiz, mövcud şikayətləri, keçirdiyi xəstəliklər, xəstəxanada yatıb yatmadiqları, tətbiq
olunan müalicələr, istifadə etdiyi dərmanlar və sağlamlığı ilə əlaqədar mövzularda düzgün və tam
məlumat verməlidirlər.
Xəstələrimiz, həkiminə müalicə əsnasında və sonra vəziyyətində meydana gələn dəyişikliklər və
gözlənilməyən dəyişiklikləri bildirməlidirlər.
Xəstələrimiz, ediləcək prosedurlarla əlaqədar olaraq onlardan gözlənilənləri düzgün başa düşüb
düşmədiklərini bildirməlidirlər.
2.
Təkliflərə Riayət Etmək Məsuliyyəti:
Dok. No: HD.YD.01 Rev. No: 0 (01.03.2016) Yayın Tarixi: 01.03.2016
6/ 6
Xəstələrimiz, müalicəsindən cavabdeh həkim tərəfindən təklif edilən müalicə planına tabe olmaq,
həkiminin təlimatları istiqamətində tibb bacısı və digər tibb işçilərinin baxım planını yerinə
yetirməsini qəbul etməkdə öhdəçiliklidir.
3.
Planlaşdırılan Müalicəni İmtina etmək Məsuliyyəti:
Planlaşdırılan müalicədən imtina və ya həkimin təlimatlarına riayət etmədiyi təqdirdə yaranacaq
nəticələrdən xəstənin özü cavabdehdir.
4.
Tədqiq və Müalicə Xərclərini Ödəniş Məsuliyyəti:
Xəstələrimiz, xəstəxanamıza müraciət mərhələsində, səhiyyə xərclərinin nə formada və hansı
qurum tərəfindən qarşılanacağı barədə məlumat verməlidir. Xəstələrimiz, diaqnostik və müalicə
ücün edilən tətbiqlərə görə ödənməsi lazım olan miqdarı, qurumun təyin etdiyi müddət ərzində
qarşılamağa məsuldurlar.
5.
Xəstəxana Qayda və Tətbiqlərinə Riayət Etmək Məsuliyyəti:
Xəstələrimiz, qurumumuz tərəfindən müəyyənləşdirilmiş olan qayda və tətbiqlərə riayət etməyə
məsuldurlar. Bu qayda və tətbiqlər, yatışdan sonra tibb işçiləri tərəfindən xəstəyə bildirilir (ziyarət,
müşayiət və s.). Xəstəxanamızda siqaret cekilməsi qəti qadağandır.
6.
Sayğı Göstərmə Məsuliyyəti:
Xəstələrimiz, digər xəstələr və tibb personalının hüquqlarını nəzərə almağa məsuldur.
Xəstəxanamızda, xəstələri təhlükə altına salan səs-küy, Tüstü və ziyarətçi sayının çoxluğu kimi
hallarda, xəstəxana rəhbərliyinin alacağı tədbirlərə uyğunlaşmalıdır.
7.
Yoluxucu Xəstəliyi Bildirmə Məsuliyyəti:
Yoluxucu xəstəlik diaqnozu ya da şübhəsi olan xəstələrimiz, səlahiyyətli həkimin çıxmasında sıxıntı
olmadığını bildirən icazəsi olmadan xəstəxanadan evə yazılmanın tələb etməməlidir.
8.
Uyğunsuz Tələbdə Olmamaq Məsuliyyəti:
Xəstələrimiz, səlahiyyətli həkim tərəfindən uyğun görülməyən və müalicə planında olmayan hər
hansı bir dərmanın verilməsini və ya tətbiq edilməsini tələb etməməlidirlər.
9.
Ziyarət Qaydalarına Riayət Etmək Məsuliyyəti:
Xəstələrimiz, ziyarətçilərini tərəfindən təyin olunan qaydalar çərçivəsində qəbul etməyə məsuldur.
Ziyarətçilərin hər hansı bir şəkildə, yemək, içmək gətirməməsi, ziyarətçi sayınının
məhdudlaşdırılması, ziyarət müddətinin qısa tutulması, ziyarətçilərin xəstəyə ya da digər şəxslərə
aid olan əşyaları istifadə etməməsi xəstənin məsuliyyətindədir.
10.
Kompensasiya Etmək Məsuliyyəti:
Xəstələrimiz, laqeyd istifadə etmək ya da qəsdən olaraq xəstəxanamızın avadanlıq və istifadə olunan
vəsaitlərinə verdikləri zərər və ziyanı kompensasiya etməyə məsuldurlar.
Dostları ilə paylaş: |