Tibb
Universitetində
daha iki
xəstəyə böyrək
köçürüldü
Qəzet 1933 -cü ildən çıxır. № 17 (1614) 15 oktyabr 2015 - ci il Qiyməti 40 qəpik
I kursa
qəbul
olunmuş
rezidentlərlə
görüş olub
ATU-nun
nümayəndələri
Gürcüstan
7-ci Avrasiya
İnfeksion
Xəstəliklər
Konqresində
BU SAYIMIZDA
4
3
3
3
5
II Azərbaycan – Türkiyə
Nefroloji Konfransı keçirilib
2
Oktyabrın 12-də Azərbaycan Respublika-
sının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2015-ci ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunları-
na və qarşıda duran vəzifələrə həsr olunmuş
iclası keçirilib.
Dövlətimizin başçısı giriş nitqində 2015-ci ilin
9 ayının sosial-iqtisadi yekunlarının müzakirə
ediləcəyini vurğulayıb: “
Deyə bilərəm ki, bu il
Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir.
Bu, özlüyündə böyük göstəricidir. Çünki dün-
yada və bölgədə gedən proseslər göz qabağın-
dadır. Həm bölgədə, həm Avropada böhran
yaşanır, iqtisadi, hərbi, siyasi böhran. Belə
şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki,
böyük nailiyyətdir. Bunun bir səbəbi var. O da
ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş,
müstəqil siyasət aparılır. Biz öz yolumuzla ge-
dirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və
bu yolda böyük nailiyyətlərə imza atmışıq.
Azərbaycanda sabitlik
təmin edilir. Azərbaycan
xalqı təhlükəsizlik
şəraitində, rifah içində
yaşayır. Azərbaycanda
vətəndaş birliyi, həmrəyliyi
möhkəmlənir və bütün xalq
bir amal uğrunda birləşib -
Azərbaycanı gücləndirmək,
Azərbaycanda sabitliyi
daha da möhkəmləndirmək
və sosial-iqtisadi inkişafı
davam etdirmək.
Əlbəttə, müstəqil siyasət
aparmağımız bizə bəzi
problemlər də yaradır. Çünki bu gün dün-
yada qütbləşmə göz qabağındadır, bu pro-
ses gedir. Böyük ölkələr öz təsir dairələrini
genişləndirmək istəyirlər və görəndə ki, dün-
yada müstəqil, öz sözünü deyən, heç kimdən
çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu,
onları qıcıqlandırır. Ancaq bu, bizi narahat
etməməlidir. Bu məsələlərə, ümumiyyətlə, mən
fikir vermirəm. Çünki mənim üçün əsas məsələ
ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyi-
dir. Ona görə, Azərbaycan bundan sonra da
müstəqillik yolu ilə gedəcək...”
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-
iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib
Mərkəzi Metodik Komissiyanın növbəti
iclasında yeni təhsil proqramları
müzakirə edilib
Tibb və
fiziologiya üzrə
2015-ci ilin
Nobel mükafatı
laureatlarının
adları açıqlanıb
http://www.amu.edu.az
15 oktyabr 2015-ci il
2
Universitetin elmi işlər üzrə
prorektoru, professor İbra-
him İsayev konfransı aça-
raq beynəlxalq əhəmiyyətli
belə tədbirlərin ölkəmizdə
keçirilməsinin artıq ənənə ha-
lını aldığını deyib. Azərbaycan,
Türkiyə və Qazaxstan nef-
roloqlarının qatıldığı konf-
ransın iştirakçılarına univer-
sitetin
rektoru,
akademik
Ə.Əmiraslanovun salamlarını
çatdıran prorektor qeyd edib
ki, artıq bir neçə ildir dünyanın
hər yerində iqtisadi böhran-
lar var, son aylarda isə siyasi
gərginlik hökm sürür. Yaxın
Şərqdəki hadisələr, Avropada
olan miqrasiya problemləri si-
yasi aləmdə fəallığı xeyli artı-
rıb. Amma buna baxmayaraq
Azərbaycanda və Türkiyədə
elmin, səhiyyənin inkişafına,
insanların sağlamlığına həsr
olunmuş tədbirlər davam etdi-
rilir ki, bu da hər iki ölkənin si-
yasi xəttinin iqtisadi inkişafa və
insanların sağlamlığına xidmət
etməsinin bilavasitə əsas
göstəricisidir. Hətta raketlərin
bizim də başımızın üzərindən
uçduğu qarışıq bir dövrdə belə
tədbirlərin düzənlənməsi iqti-
sadi inkişafın və siyasi sabitli-
yin əlamətidir.
Siyasi sabitliyin qorunması
istiqamətində möhtərəm Prezi-
dentimiz İlham Əliyevin apar-
dığı uğurlu siyasətin bütün
sahələrə müsbət təsirindən
danışan natiq qarşıdan parla-
ment seçkilərinin gəldiyini də
xatırladıb. O, hər kəsi vətəndaş
mövqeyi göstərərək 1 noyabr-
da parlament seçkilərində fəal
iştirak etməyi çağırıb və konf-
rasın əvvəlində bunları deməyi
özünə borc bildiyini vurğulayıb.
Bundan
sonra
qardaş
Türkiyədən və Qazaxstan-
dan
gəlmiş
nefroloqların
universitetimizə təşrif buyur-
masından məmnun qaldıq-
larını söyləyən prorektor bu
konqresin demək olar ki, türk-
dilli ölkələrin konqresi kimi
nəzərdə tutulduğunu bildirib:
“Konqresin gündəliyi hamınız-
da var. Böyrək xəstəlikləri bü-
tün dünyada, o cümlədən bi-
zim ölkədə sosial bir problemə
çevrilib. Böyrək çatmamazlığı,
böyrək xəstəliklərinin olma-
sı hər iki ölkədə, xüsusilə
Azərbaycanda yeni proq-
ramların qəbul edilməsinə
gətirib çıxartdı. Milli Məclis
xroniki böyrək çatmamazlığı
olan xəstələrə tibbi yardımın
təşkili ilə əlaqədar bir proq-
ram qəbul edib və hal-hazırda
Azərbaycanda bu milli proq-
ram çox uğurla yerinə yetrilir.
Bakı şəhərində, respublikamı-
zın ayrı-ayrı rayonlarında di-
aliz mərkəzləri açılıb. Kəskin
böyrək çatmamazlığı olan
xəstələr dövlətin himayəsi al-
tında olacaq”.
Bu günkü konfransda nefro-
logiyanın aktual problemlərinə
dair maraqlı məruzələrin din-
ləniləcəyini, problemin or-
taya qoyulması ilə yanaşı,
həlli yollarının da axtarıldığını
söyləyən prorektor uşaq nefro-
logiyasına aid məruzələrin də
planlaşdırıldığı konqresin işinə
uğurlar arzulayıb.
Konfransın açılış məras-
imində
Prezident
İlham
Əliyevin səhiyyə sisteminə
daim xüsusi önəm verdiyi vur-
ğulanıb. Bu tip tədbirlərə ev sa-
hibliyi etməyin Azərbaycanın
bütün sahələrdə, o cümlədən
səhiyyə sahəsində əldə etdiyi
uğurlarla bağlı olduğu qeyd
edilıb.
Türk Nefroloji Dərnəyinin
səd ri professor Turqay Arın-
soy çıxışında konfrans müd-
dətində nefrologiya sahəsinin
yeniliklərini özündə əks etdirən
məruzələrin təqdim olunacağı-
nı söyləyib.
Konfransda türk xalqlarının-
Azərbaycan, Türkiyə və Qa-
zaxıstanın səhiyyə işçilərinin
bir araya gələrək müzakirələr
aparmasının ölkələrimiz üçün
böyük uğur olduğu, konfran-
sın hər üç ölkənin səhiyyə
sisteminə töhfələr verəcəyi
vurğulanıb.
ATU-nun Tədris Terapevtik
Klinikasının direktoru, pro-
fessor Surxay Musayev də
öz növbəsinində konfrans
iştirakçılarını klinikanın kol-
lektivi adından təbrik edib və
bu beynəlxalq tədbiri vaxtilə
“Azərbaycanın sevinci bi-
zim sevincimiz, kədəri bizim
kədərimizdir” deyən böyük
Atatürkün və “Bir millət, iki
dövlət” deyərək ömrünün
axırınadək buna sadiq qalmış
ulu öndərimiz Heydər Əliyevin
arzularının təcəssümü kimi
dəyərləndirib.
Türk Nefroloji Dərnəyinin baş
katibi Siren Sezer hər kəsə
uğurlar arzulayıb, bu cür konf-
ransların hər il keçirilməsi ar-
zusunda olduğunu bildirib.
Konfransda çıxış edən Azər-
baycan Nefroloqlar Assosia-
siyasının prezidenti, ATU-nun
Tədris Terapevtik Klinikasının
Efferent terapiya mərkəzinin
rəhbəri professor Mehman
Ağayev dünya ölkələrinin tibb
təhsili üzrə təcrübələrinin bu
sahənin inkişafında mühüm
rolundan danışıb.
Sonra qonaqların əksəriyyəti-
nin beynəlxalq konqreslərdə
maraqlı məruzələri ilə tanı-
nan məşhur alimlər olduğu
vurğulanıb, bu sahədə ta-
nınmış mütəxəssislərə xa-
ti rə hədiyyələri təqdim edi-
lib. Konfransın türkiyəli və
qazaxıstanlı
iştirakçıları
da öz növbəsində xatirə
hədiy yə lərini
azərbaycanlı
həmkarlarına təqdim ediblər.
Konfrans öz işini elmi məru-
zələrlə davam etdirib.
Arif MƏMMƏDLİ
Fotolar Cənnətalı Çingizindir
II Azərbaycan – Türkiyə Nefroloji Konfransı
keçirilib
O
ktyabrın 9-da Azərbaycan Tibb Universitetinin Tədris
Terapevtik Klinikasında Türkiyə Universitetləri ilə
Azərbaycan Tibb Universiteti arasında imzalanmış
əməkdaşlıq sazişi əsasında II Azərbaycan – Türkiyə Nefroloji
Konfransı öz işinə başlayıb.
Səhiyyə sahəsində dövlət proqramları uğurla yerinə
yetirilir. Onların nə dərəcədə vacib olduğunu təkcə bir
neçə rəqəmlə göstərmək olar. 200 mindən çox şəkərli
diabet xəstəsi illər boyu, daim dövlət hesabına bütün
lazımi dərmanları alır. Əgər vaxtilə diabetli uşaqlara adi
şpris-qələm verilməsi problem idisə, indi onlara dərman
insulin pompası vasitəsilə verilir. Bu isə körpələri gün
ərzində bir neçə dəfə insulin iynəsi vurmaqdan azad edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin
doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında
səhiyyə naziri Oqtay Şirəliyev deyib.
Onun sözlərinə görə, vaxtilə insanlara həm tibbi,
həm də maddi cəhətdən çox böyük problem yaradan
B və C viruslu hepatit də ötən ildən başlayaraq dövlət
hesabına müalicə olunur. Hazırda 1529 belə xəstə
uzunmüddətli müalicə kursu alır. Xroniki böyrək çatış-
mazlığı üzrə dövlət proqramı çərçivəsində ölkəmizdə
34 hemodializ mərkəzində 3 minə yaxın xəstə illər
boyu daimi müalicə qəbul edir. Bunun sayəsində on-
ların ömrü uzanır, ölüm göstəricisi azalır və faktiki ola-
raq məhz buna görə ildən-ilə belə xəstələrin sayı artır.
Diqqətəlayiqdir ki, bu mərkəzlərin 26-sı bölgələrdə
yerləşir və xəstələrin yarıdan çoxu Bakıya gəlmək
məcburiyyətindən azad olaraq müalicəsini yaşadığı
yerdə alır.
“Qeyd etmək lazımdır ki, bu kateqoriya xəstələrə ha-
zırda dializlə yanaşı, artıq böyrəkköçürmə əməliyyatları
da həyata keçirilir. Bu isə əslində ümidsiz xəstələri
həyata qaytarmaq deməkdir. Doqquz ay ərzində 62
nəfərə böyrək köçürülüb. İndi Azərbaycanda hər növ
orqan köçürülməsi əməliyyatı olunmuş 653 nəfər var
və dövlət onların hamısının dərman təminatını öz
üzərinə götürüb”,-deyə O.Şirəliyev bildirib.
Səhiyyə naziri: B və C viruslu hepatit xəstələr dövlət hesabına müalicə olunur
15 oktyabr 2015-ci il
http://www.amu.edu.az
3
Azərbaycan
Tibb
Universitetinin
(ATU) Tədris Cərrahiyyə Klinikasında
böyrək köçürülməsi üzrə daha iki
uğurlu əməliyyat keçirilib. Türkiyəli
mütəxəssislərin iştirakı ilə keçirilən
əməliyyata İstanbul Florans Nightengale
Xəstəxanasının Bilim Universitetinin
professoru dr. Barış Akil da qatılıb.
Professor Dr. Barış Akil Azərbaycan Tibb
Universiteti ilə əməkdaşlıqdan çox razı ol-
duğunu bildirib: “Qardaş ölkə Azərbaycanın
Tibb Universitetində böyrək transplanta-
siyasının necə sürətlə inkişaf etdiyini gö-
rürük və bundan çox məmnunuq. Burada
birgə icra etdiyimiz əməliyyatlarda müasir
texnologiyadan istifadə olunur, elektrope-
retoskopik donör reftoktomi adlandırılan
kameranın köməyilə böyrək çıxarılır”.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının
direktoru, I cərrahi xəstəliklər kafedrası-
nın müdiri, AMEA-nın müxbir üzvü Nuru
Bayramov qeyd edir ki, bu əməliyyat kli-
nika yaradılandan etibarən artıq ikinci və
üçüncü böyrək transplantasiyasıdır: “İlk
əməliyyatımız bu ilin avqust ayında eyni
həkim briqadası tərəfindən aparılmışdı. Bu
dəfə isə iki əməliyyat həyata keçirildi”.
N.Bayramov ATU ilə İstanbul Bilim
Universiteti arasında rəsmi əməkdaşlıq
müqaviləsinin olduğunu xatırladır: “Bu
müqavilə çərçivəsində çoxsaylı sahələrdə
əməkdaşlıq edirik. Onlardan biri də
böyrək və pankreas köçürülməsi üzrə
əməkdaşlıqdır. Bu əməkdaşlıq sayəsində
gələcəkdə daha böyük işlər görəcəyimizə
də inanırıq”.
Qeyd edək ki, ATU-nun Tədris Cərrahiyyə
Klinikasında böyrək köçürülməsi üzrə apa-
rılan əməliyyatlar tam uğurlu keçib. Hazır-
da hər iki xəstənin vəziyyəti normaldır.
ATU-nun mətbuat xidməti
Gürcüstanın Tbilisi şəhərində “7-
ci Avrasiya İnfeksion Xəstəliklər
Konqresi” (EACID-2015) keçirilib.
Azərbaycan Tibb Universitetinin
Mikrobiologiya və İmunnologiya
kafedrasının əməkdaşları pro-
fes sor Nigar Ağayeva, dosent
Ramin Bayramlı, dosent Həyat
Əliyeva, t.ü.f.d Yavər Hacıyev,
assistent Fidan Bağırova, həm-
çinin,
Yoluxucu
xəstəliklər
kafedrasının əməkdaşları do-
sent Cəlal İsayev və dosent
Sədrəddin Atakişizadə və hər
iki kafedranın həkim-rezidentləri
konqresdə iştirak ediblər.
Konqresin elmi katibi, Azərbaycan
Tibb Universitetinin Tədris Tera-
pevtik Klinikasının baş həkimi Ramin Bay-
ramlının verdiyi məlumata görə, dosent
Həyat Əliyeva, assistent Fidan Bağırova
və Mərkəzi Klinikanın İnfeksiya Nəzarət
Komitəsinin rəhbəri, t.ü.f.d Yaqut Qarayeva-
nın İnfeksion Xəstəliklər və Klinik Mikrobiolo-
giyanın müxtəlif mövzularına dair məruzələri
konqres iştirakçıları tərəfindən xüsusi ma-
raqla və alqışlarla qarşılanıb. Azərbaycan
Tibb Universitetinin əməkdaşları ümumilikdə
10-dan artıq poster məruzəsi ilə çıxış
ediblər. Konqresdə Avropalı və Asiya-
lı mütəxəssislərlə elmi işlər və qarşılıqlı
əməkdaşlıqlar barədə fikir mübadiləsi də
aparılıb.
Oktyabrın
9-da
Mərkəzi
Metodik Komissiyanın növ-
bəti iclası keçirilmişdir. Komis-
siyanın sədri, tədris işləri üzrə
prorektor, ə.e.x., professor
S.Əliyev Komissiya üzvlərini
gün dəliklə
tanış
etdikdən
sonra, MMK-nın 2015/2016-
cı tədris ili üçün illik iş planı
təsdiq olunub.
Sonra Komissiya yenidən
işlənmiş fənn proqramlarını,
fakültələrin təhsil proqramlarını,
müalicə-profilaktika fakültəsinin
I-III kurs tələbələri üçün tərtib
olunmuş
inteqrasiyalı
təhsil
proqramını müzakirə etdi. Bu
məsələlər ətrafında çıxış edən
Tədris-metodik
və
innovasi-
ya şöbəsinin müdiri, professor
A.Qurbanov Universitetdə Av-
ropa kredit transfer sisteminə
keçməklə əlaqədar fənn proq-
ramlarında dəyişikliklərin apa-
rılmasının zəruri olduğunu qeyd
etdi. Eləcə də, ilk dəfə olaraq
Universitetdə ayrı-ayrı fakültələrin
təhsil proqramlarının tərtib olun-
duğunu qeyd edərək bildirdi ki,
təhsil proqramları indiyədək ay-
rı-ayrı sənədlər halında mövcud
olmuşdur.
Müalicə-profilaktika
fakültəsinin I-III kurs tələbələri
üçün tərtib olunmuş inteqrasiya-
lı təhsil proqramını təqdim edən
şöbə müdiri qeyd etdi ki, 2014-
cü ildə Universitet rektorunun
əmrinə əsasən yaradılmış Kuri-
kulum Komissiyası ötən müddət
ərzində inteqrasiyalı (modul tipli)
təhsil proqramının ilk variantı-
nı hazırlamışdır. O, Komissiya
üzvlərini proqramının detalları
ilə tanış etdi. Müzakirələrdə çı-
xış edən Tədris şöbəsinin müdiri
dosent N.Qasımov inteqrasiya-
lı təhsil proqramı üzrə tədrisin
təşkili üçün qarşıda duran
vəzifələrdən danışdı.
Komissiya daha sonra “Təbib”
idman klubunun tədris proqramı-
nı və 2015/2016-cı tədris ili üçün
metodik komissiyaların illik iş
planlarını təsdiq etdi.
İclasın sonunda Mərkəzi Me-
todik
Komissiya
Universitet
əməkdaşları tərəfindən hazırlan-
mış dərslik, dərs vəsaitləri, mo-
noqrafiya və metodik vəsaitləri
müəlliflərin iştirakı ilə müzakirə
etdi. Ümumiyyətlə 1 dərslik, 7
dərs vəsaiti, 1 monoqrafiya və 2
metodik vəsaitin nəşr olunması
tövsiyə edildi.
Əziz Əliyev adına Azərbay-
can Dövlət Həkimləri Təkmil-
ləşdirmə İnstitutunda tibb
elminin ən son nailiy yətlərinin
yerli
həkim-mütəxəssislərə
çatdırılması məqsədilə beynəl-
xalq təhsilə önəm verilir.
İnstitutdan bildirilib ki, növbəti
məşğələlər Niderlanddan olan
mütəxəssislərin iştirakı ilə okt-
yabrın 29-30-da keçiriləcək. Se-
minarda Sionsberq Hospitalinın
radioloqu Peter Jurriaan Fahner
və Treant Health Care Groupun
radioloqu Allard Willem Olthof
radiologiyanın aktual məsələləri
ilə bağlı məruzə edəcəklər.
Məruzələr abdominal radiolo-
giya, sümük-əzələ sistemi, süd
vəzisi radiologiyası və neyrora-
diologiya mövzularına həsr olu-
nacaq. Eyni zamanda, qarında
ağrılar, qaraciyərin zədələnməsi,
insultlar və dağınıq sklerozun
rentgenoloji diaqnostikası, süd
vəzisi xərçənginin diaqnostika-
sında radioloji taktika, sümük
və oynaqların zədələnməsinin
diaqnostikası məsələləri araş-
dırılacaq. Mühazirələrdən sonra
diskussiyaların aparılması plan-
laşdırılır.
Məşğələlərdə institutda təhsil
alan həkim-müdavimlərlə yana-
şı, respublikanın müxtəlif tibb
müəssisələrinin həkimləri də işti-
rak edə bilərlər.
ATU-nun nümayəndələri Gürcüstan 7-ci Avrasiya
İnfeksion Xəstəliklər Konqresində
Mərkəzi Metodik Komissiyanın növbəti
iclasında yeni təhsil proqramları
müzakirə edilib
Niderlandlı mütəxəssislər radioloqlar
üçün məşğələ keçəcəklər
5-9 oktyabr 2015-ci il tarixində
Azərbaycan Tibb Universitetinin Xarici
Tələbələrlə işlər üzrə dekanı, dosent
İsmayıl Əfəndiyev Avstriya-Amerika
Fondu tərəfindən Zaltsburq şəhərində
keçirilən “Tibb Təhsili” adlı beynəlxalq
seminarda iştirak edib.
Tədbirdə dosent İ.Əfəndiyev “Azər-
bay canda Tibb Təhsilinin moderni-
zasiyası” mövzusunda geniş məruzə
ilə çıxış edib. Məruzə dünyanın 34
ölkəsindən olan seminar iştirakçıları
tərəfindən böyük maraqla qarşılanıb.
ATU-nun Xarici Tələbələrlə işlər üzrə dekanı
Zaltsburqda keçirilən “Tibb Təhsili” beynəlxalq
seminarında iştirak edib
Tibb Universitetində daha iki
xəstəyə böyrək köçürüldü
http://www.amu.edu.az
15 oktyabr 2015-ci il
4
O, qeyd etdi ki, klinika ən
müasir tibbi avadanlıqlarla
təchiz olunub, burada xəstələrə
dünyanın
inkişaf
etmiş
ölkələrində aparılan müalicə
üsulları tətbiq edilir. Klini-
ka əməkdaşlarının bir çoxu
rəhbərlik tərəfindən Türkiyə,
Amerika və Avropa ölkələrinin
qabaqcıl universitetlərinə kursa
göndərilib və peşəkar uzmanlar
kimi qayıdıb burada çalışırlar.
Klinikada yerləşən kafedralar,
şöbələr və tibb mərkəzləri haq-
qında məlumat verən direktor
bildirdi ki, burada fəaliyyət
göstərən şöbələrin sırasına ya-
xın vaxtlarda daha bir yeni
“hematologiya” şöbəsi də əlavə
olunacaq. Artıq bu istiqamətdə
işlər yekunlaşmaqdadır və
yaxın günlərdə ən mürəkkəb
əməliyyatlardan sayılan sü-
mük iliyinin köçürülməsi kli-
nikamızda reallığa çevriləcək.
S.Musayev dedi ki, “ Bura-
da ötən bu müddət ərzində
bacardığımız qədər əlimizdə
olan real imkanlardan istifadə
edərək çalışmışıq ki, klinika-
da rezidentlər üçün yüksək
iş şəraiti yaradaq. Çünki bu
məsələ ciddi bir iş olduğundan
universitet rəhbərliyi rezidentu-
ra məsələsinə xüsusi fikir verir.”
Görüşdə
rezidentura
şöbəsinin müdiri, dosent Riz-
van Məmmədov “Rezidentura
təhsilinin məzmunu və təşkili
Qadaları” haqqında geniş
məlumat verib. O, bildirib ki,
rezidentlər istər növbələrə qa-
lan zaman, istərsə də gündəlik
iş vaxtı kuratorlar rezidentinin
iş planı haqqında məlumatlı
olmalıdır. Çünki bu fərdi iş
planına əsasən rotasiya rezi-
dentin dərs cədvəlidir. Kura-
torlar onların fərdi iş planları-
nın hazırlanması və gündəlik
sənədlərin
doldurulmasına
ciddi nəzarət etməlidirlər. Fərdi
iş planı rezidentin əsas sənədi
kimi qaydasında doldurulub
tərtib edilməlidir. Rezidentlər
həkimliyin qayda- qanunla-
rına, klinikaların daxili ni-
zam- intizam qaydalarına əməl
etməli, işlərində məsuliyyətli
olmalıdır. Sözünə davam
edən R.Məmmədov dedi ki,
rezidenturada təhsillə bağlı
bütün məsələlər, o cümlədən
rezidentlərin yüksək səviyyəli
həkim mütəxəssis kimi hazır-
lanması işi hörmətli rektorumuz
akademik
Ə.Əmiraslanovun
diqqət mərkəzindədir. Hal- ha-
zırda rezidentlərimiz 36 ixtisas
üzrə tibbin müxtəlif sahələridə
təhsil alır. Bu il respublika
üzrə qəbul olan 520 reziden-
tin 210 nəfəri Azərbaycan Tibb
Universitetinin müxtəlif klini-
kalarında təhsil alacaqlar. On-
lardan 70 nəfəri tədris terapev-
tik, 59 nəfəri tədris cərrahiyyə,
20 nəfəri stomatoloji 4 nəfəri isə
onkoloji klinikalarda fəaliyyət
göstərəcək. Yerdə qalanları isə
digər bazalarda təhsillərini da-
vam etdirəcək.
Toplantıda iştirak edən uni-
versitetin elmi işlər üzrə prorek-
toru, professor İbrahim İsayev
rezidentlərə universitetin möv-
cud imkanlarından səmərəli
istifadə etməyi, ATUREK elmi
toplantıları çərçivəsində elmi
məruzələrlə çıxış etməyi və kli-
nikalarda təhsil almaqla yana-
şı, həm də elmi- tədqiqt işlərini
də birgə həyata keçirmələrini
tövsiyə etdi. Beynəlxalq əlaqələr
üzrə prorektor, dosent Rəhimə
Qabulova isə rezidentlərə xarici
ölkə universitetlərində rotasiya-
lar üçün müraciət qaydalarını
izah edib.
Tədbirin sonunda klinika-
nın baş həkimi, dosent Ramin
Bayramlı rezidentlərə texniki
məsələlər barədə məlumat ve-
irıb, onları maraqlandıran bir
sıra sualları cavablandırıb.
Məlumat üçün onu da bildirək
ki, bu il I kursa qəbul olan
rezidentlərlə stomatoloji və
tədris cərrahi klinikalarda da
görüş keçirilib. Həmin toplan-
tılarda rezidentləri və kura-
torları maraqlandıran bir sıra
suallar klinikaların rəhbərləri
və rezidentura şöbəsinin mü-
diri tərəfindən cavablandırı-
lıb, müxtəlif problemlərlə bağlı
ətraflı müzakirələr aparılıb.
Onu da qeyd edək ki, bu il
ATU-ya 210 rezident qəbul olu-
nub. Bununla da hal-hazırda
Azərbaycan Tibb Universiteti-
nin 746 rezidenti var. Onların
hər biri öz seçdikləri ixtisasa uy-
ğun olaraq Tibb Universitetinin
müxtəlif klinikalarında təhsil
alırlar. Rezidentlərin təhsilinə
kömək etmək üçün 532-yə yaxın
kurator müəyyənləşdirilib.
Dostları ilə paylaş: |