Tibb Universitetində daha iki xəstəyə böyrək köçürüldü


MƏNSUR I kursa qəbul olunmuş rezidentlərlə görüş olub



Yüklə 264,48 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix15.03.2017
ölçüsü264,48 Kb.
#11344
1   2   3

MƏNSUR

I kursa qəbul olunmuş rezidentlərlə görüş olub

Oktyabrın 6-da Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik 



Klinikasında I kursa qəbul olan rezidentlərlə görüş keçirilib. Tədbiri açan 

Tədris Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev rezident 

adını qazanmış gənc həkimləri və müəllimləri yeni dərs ili münasibətilə 

təbrik etdi və klinikanın yaradılması və fəaliyyəti haqqında geniş məlumat 

verdi.

Səhiyyə 

Nazirliyinin 

İctimai 

Səhiyyə  və  İslahatlar  Mərkəzi 

(İSİM)  bu  ilin  iyul  ayından  etibarən 

Azərbaycan  Tibb  Universiteti  (ATU) 

ilə  birgə  “Səhiyyədə  idarəetmə  və 

səhiyyə menecerlərinin hazırlanması” 

layihəsinin icrasına başlayıb.

İSİM-dən  AZƏRTAC-a  bildiri-

lib  ki,  layihə  Səhiyyə  Nazirliyinin 

2014-2020-ci  illər  üçün  Strate-

ji  Planı  üzrə  Fəaliyyət  Planının 

3.1-ci  bəndinin  6-cı  hissəsinin 

(Səhiyyədə  idarəetmə  üzrə  təlim 

proqramlarının  həyata  keçirilməsi  və 

səhiyyə  menecerlərinin  hazırlanması) 

icrasını  təmin  etmək  məqsədilə  həyata 

keçirilir.  Məqsəd  ATU  ilə  əməkdaşlıq 

çərçivəsində  beynəlxalq  təcrübə  və 

standartlara  əsaslanaraq  rezidentura 

pilləsi  üçün  səhiyyədə  idarəetmə  üzrə 

tədris  planı  və  təlim-tədris  materialları-

nın tərtib edilməsidir. Bunun üçün İSİM 

və  ATU  tərəfindən  müvafiq  ekspertlər 

cəlb olunub, əvvəlki milli və beynəlxalq 

təcrübə  öyrənilib.  Bu  təcrübə  əsasında 

səhiyyədə  idarəetmə  və  səhiyyə 

menecerlərinin hazırlanması üzrə tədris 

planının  ilkin  versiyası  tərtib  edilib,  la-

zımi  ədəbiyyat  siyahısı  mütəxəssislər 

tərəfindən təsdiqlənib.

İlin  sonunadək  tədris  planının  ye-

kun  variantı  və  səhiyyə  menecmen-

ti  (səhiyyədə  idarəetmə)  üzrə  ilk  dərs 

vəsaitinin hazırlanması planlaşdırılıb.



Səhiyyə menecerlərinin hazırlanması üzrə 

tədris planının ilkin versiyası tərtib edilib

Vətəndaşların  sə hiy yə  ilə  bağlı  müra-

ciətləri adə tən təcili həll olunmalıdır. Bu nu 

nəzərə alaraq, keçən ilin sonunda Elektron 

Səhiyyə Mər kəzi istifadəyə verilib. Vaxtilə 

və tən daşlar  ərizə  ilə,  məktubla  nazirliyə 

müraciət  edib,  xey li  gözləməli  olurdular. 

İndi isə bir növ Səhiyyə Nazirliyinin “Asan 

xidmət”i  funksiyasını  yerinə  yetirən  bu 

Mərkəz  onların  problemlərini  rahat  və 

qısa  müddətdə  həll  etməyə  imkan  verir. 

Doqquz  ay  ərzində  Elektron  Səhiyyə 

Mərkəzinə 22 min insan müraciət edib, onların problemlərinin əksər hissəsi yerindəcə 

həll olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Ka-

binetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda 

duran vəzifələrə həsr olunmuş iclasında səhiyyə naziri Oqtay Şirəliyev söyləyib.

O.Şirəliyev bildirib ki, dərmanların əsassız qiymət artımının qarşısını almaq üçün 

İqtisadi  İnkişaf  və  Sənaye  Nazirliyi  ilə  birlikdə  tədbirlər  proqramı  hazırlanıb  və 

tətbiq olunur. Buraya həm aptek şəbəkəsinə nəzarətin gücləndirilməsi, həm satı-

lan dərmanların qiymətinin və keyfiyyətinin uyğunluğuna, həkimlərin təyinatlarına 

nəzarət, həm də təlimlərin keçilməsi daxildir.

Onun sözlərinə görə, bu günə kimi Tarif Şurası 2183 dərman vasitəsinin qiymətini 

təsdiqləyib  və  onların  da  qiyməti  aşağı  salınıb.  Səhiyyə  naziri  ölkə  başçısının 

təşəbbüsü ilə atılan bu addımın əhali arasında böyük əks-səda doğurduğunu və 

hər bir insanın gündəlik problemlərinin həllinə yönəldildiyini qeyd edib.

Azərbaycanda indiyədək 2183 dərman 

vasitəsinin qiyməti təsdiqlənib və aşağı salınıb


15 oktyabr 2015-ci il

http://www.amu.edu.az

5

İsveçin paytaxtı Stokholm-



da  Nobel  Mükafatları    Komitəsi 

ənənəyə  uyğun  olaraq    ayrı-ay

-

rı elm sahələrində  2015-ci  ilin  

Nobel mükafatı laureatlarının ad

-

larını  açıqlayıb.  Hər  il    oktyab

-

rın ilk günlərində Nobel həftəliyi 

(5-12  oktyabr)  çərçivəsində  tibb 

və  fiziologiya,  fizika,  kimya, 

ədəbiyyat üzrə laureatların adla

-

rı açıqlanır.

 

Oktyabrın 5-də  İsveçin  Karo-

linsk İnstitutu  ilk olaraq  fiziolo-

giya və tibb üzrə Nobel mükafatı 

laureatlarının  adlarını  açıqlayıb.  

www.nobelprize.org

    saytının  

məlumatına əsasən,  2015-ci il fi-

ziologiya və tibb üzrə Nobel mü-

kafatına   iri  qurd hüceyrələrinin  

yaratdığı  infeksiyalara  qarşı 

yeni  müalicə  metodlarını  kəşf 

etdiklərinə  görə  Amerika  ali-

mi  Uilyam  Kempell  (William  C. 

Campbell) və  yaponiyalı Satoşi  

Omura  (Satoshi Omura), eləcə 

də  malyariya  ilə  yeni  mübarizə 

metodlarını  kəşf  etmiş  Çin  ali-

mi  Yu  Tu    (Youyou  Tu)  layiq 

görülüblər.  Mükafatın   (953 min 

ABŞ  dolları) yarısı  Uilyam Kem-

pell və Satoşi  Omura arasında 

bölüşdürüləcək,  yarısı  isə  çinli 

alimə çatacaq.  “Bu iki kəşf  hər 

il  milyonlarla  insanı  məhv  edən 

çox ağır xəstəliklərlə mübarizədə  

bəşəriyyətə    öz  töhfəsini  ve-

rib.    Bu  kəşfin  nəticələri  insan-

ların  əzablarının  azaldılması 

və    sağlamlığının  yaxşılaşması 

baxımından  ölçüyəgəlməzdir”, 

-    deyə  Nobel  komitəsinin  say-

tında  yerləşdirilmiş  məlumatda 

bildirilir. 

Uilyam  Kempell  və  Satoşi 

Omura  bütün  dünyaya  geniş 

yayılmış  qurdların-parazitlərin 

(Onchocerca volvulus - çay kor-

luğu)  törətdiyi  xəstəliklərin    ef-

fektiv müalicə üsullarını axtarıb-

lar. Nobel mükafatı laureatları “fil 

xəstəliyi” adı ilə tanınan dəhşətli   

elefantiyazis  xəstəliyinin      (ba-

ğırsaq 

qurdlarının 



yaratdı-

ğı)  müalicəsində  uğur  əldə 

ediblər.  Onlar  limfatik  sistemin 

xəstəlikləri və dağıdıcı qurdlarla 

mübarizədə çox keyfiyyətli aver-

mektin adlı dərman kəşf ediblər.  

Çin alimi Yu Tu   ağcaqanadların  

xüsusi forması olan Anopheles-

lərin geniş yaydığı malyariyanın 

müalicəsində  əldə  etdiyi  uğur-

lara  görə  mükafata  layiq  görü-

lüb.  O,  malyariya  xəstəlikləri 

nəticəsində ölüm hallarını  azal-

dan artemisinin maddəsini  kəşf 

edib.  Bu maddə yüz  milyonlarla 

insanın  həyatını xilas edib. Ma-

raqlıdır ki, alim bu dərmanı  adi  

alaq  otu  sayılan  birillik  yovşan-

dan alıb. 

Qeyd edək ki, 2015-ci ildə tibb 

və  fiziologiya  sahəsində  mü-

kafatı  almaq  üçün  327  alimin 

namizədliyi irəli sürülüb ki, onlar-

dan  57-si  ilk  dəfə  namizədliyini 

verib.  

____________________



Uilyam  K.Kempell  (William 

C.Campbell)

   


Amerika  vətən-

daşıdır.  1930-cu  ildə  İrlandiya-

nın  Ramelton  şəhərində  ana-

dan  olub.  1952-ci  ildə  Dublin  

Universitetinin  Trinitti  Kollecini 

bakalavr  dərəcəsi  üzrə      biti-

rib.  1957-ci  ildə  ABŞ-ın  Medis-

son-Viskonsin 

Universitetinin  

fəlsəfə doktoru  elmi dərəcəsini  

alıb.  1957-1990-cı  illərdə    Merk 

farmasevtik  şirkətinin    Terapev-

tik    Tədqiqatlar  İnstitutunda  ça-

lışıb.  Baş elmi işçi, daha sonra 

direktor    kimi  elmi  tədqiqatlara 

rəhbərlik  edib.    O,  hazırda 

Nyu-Cersi  ştatının    Medison 

şəhərindəki  Dryu  Universite-

tinin    fəxri  elmi  əməkdaşıdır.  

Ali    mükafata  layiq  görülməsi 

barədə  məlumatı    səhər  yuxu-

da  ikən  alan  U.Kempell    Nobel 

komitəsinin    xəbəri  çatdıran  

nümayəndəsinə “Siz , yəqin za-

rafat edirsiniz”, - deyib. 

______________________



 

 Satoşi Omura  (Satoshi Omura) 

 

Yaponiya  vətəndaşıdır.  1935-



ci  ildə  Yaponiyanın  Yamanasi 

prefekturasında  anadan  olub. 

1963-cü  ildə  Tokio  Universite-

tinin  magistr  dərəcəsini,  1968-

ci  ildə  farmokologiya  elmləri  

namizədi,  1970-ci ildə isə kimya 

elmləri namizədi elmi adını alıb.  

1963-1965-cı  illərdə  Yamanasi 

Universitetinin  elmi  işçisi  kimi 

fəaliyyət  göstərib.    1965-ci  ildə  

Kitasato    Universitetində  elmi  

tədqiqatçı  kimi  fəaliyyətə  baş-

layıb.  Farmokologiya  və  kimya 

üzrə iki doktorluq dərəcəsi alan 

S.Omura    1975-2000-ci  illərdə  

Kitasato  Universitetinin  profes-

soru olub. 2007-ci ildən Kitasato 

Universitetinin  fəxri  professo-

rudur.  2008-2012-ci  illərdə  uni-

versitetin fəxri prezidenti seçilib. 

Yaratdığı innovativ metodlar ona 

470-dən artıq bioloji aktiv maddə 

əldə etməyə imkan verib.  Nobel 

komitəsinin  saytına  verdiyi    ilk 

müsahibədə  alim  ali  mükafata 

layiq  görülməsi  xəbərini    çox 

təəccüblə qarşıladığını, bununla 

belə,  çox xoşbəxt gün yaşadığı-

nı  deyib.  

__________________



Yu  Tu  (Youyou  Tu)

 

  Çin 


vətəndaşıdır. 1930-cu ildə Çində 

anadan  olub.    O,    1955-ci  ildə 

Pekin Tibb Universitetinin farmo-

kologiya  fakültəsini bitirib. 1965-

1978-ci illərdə  Çin Ənənəvi Tibb 

Akademiyasının  Xalq  Təbabəti 

İnstitutunda  professor-assistent 

işləyib,  1979-1984-cü illərdə  do-

sent,   1985-ci ildən isə  institu-

tun  professorudur. 2000-ci ildən 

Çin Ənənəvi Tibb Akademiyası-

nın  fəxri  professorudur. Alimin 

hazırladığı  dərmanlar  Dünya 

Səhiyyə  Təşkilatı  tərəfindən 

malyariya  xəstəliyinə    tutulmuş 

xəstələrin  müalicəsində  tətbiq 

olunur.  O,   Dünya Mədəni Şura-

sı tərəfindən təsis olunan Albert 

Eynşteyn mükafatına (1987-ci il), 

fundamental  tibbi  tədqiqatlara 

görə  Albert  Lasker  mükafatına 

(2011-cü  il)    layiq  görülüb.  Y.Tu  

tibb  sahəsində  Nobel  mükafatı 

almış sayca 12-ci qadındır.  No-

bel  komitəsinin    saytına  verdiyi 

müsahibədə    85  yaşlı  alim  ali 

mükafata layiq görülməsini “Mil-

li  bayram  üçün  ən  yaxşı  xəbər” 

adlandırıb.

Tibb və fiziologiya üzrə 2015-ci ilin 

Nobel mükafatı laureatlarının adları 

açıqlanıb

Bu  gün  Azərbay-

can da,  inki şaf  etmiş 

ölkə lərdə 

olduğu 

ki mi,  11  yoluxucu 

xəstəliyə  qarşı  pey-

vənd  tətbiq  olunur. 

Uşaqlarımızın  sağ-

lam 

böyüməsini 

istə yiriksə, 

onlar 

müt ləq 

peyvənd 

olunmalıdırlar.  Təbii 

ki, 

əgər 

uşaqda 

heç  bir  əks-göstəriş  olmazsa.  Valideynlər  əgər  kiminsə  sözü  ilə 

övladlarını  peyvənd  etdirmirlərsə,  mən  deyərdim  ki,  bu  olduqca 

yanlış bir addımdır. Onlar əslində uşaqlarının sağlamlığına bir növ 

qəsd  edirlər.  Buna  görə  də  mən  tövsiyə  edərdim  ki,  valideynlər 

uşaqlarını  peyvənd  etdirməkdən  çəkinməsinlər.  Əksinə,  vaxtlı-

vaxtında bu peyvəndlərin vurulmasında özləri maraqlı olmalıdırlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Univer-

sitetinin Tədris-Terapevtik Klinikasının direktoru, Əməkdar Elm 

Xadimi, professor Surxay Musayev deyib.

Son  illər  xüsusilə  məktəblilər  arasında  bronx-ağciyər 

xəstəliklərinə  (pnevmoniya,  bronxit,  bronxiolit)  daha  çox 

rast  gəlindiyini  söyləyən  S.Musayev  həmin  xəstəliklərin 

məktəbəqədər  yaşlı  uşaqlar  arasında  daha  geniş  yayıldığın-

dan təəssüfləndiyini bildirib. Klinikanın direktoru qeyd edib ki, 

uşaqlar arasında ürək, qan-damar, sinir sistemi xəstəlikləri də 

yayılıb. Bu, əsasən irsi keçir və ya sonradan yaranır.

Dövrümüzün  ən  böyük  problemi  olan  oturaq  həyat  tərzinin 

fəsadlarından  danışan  S.Musayev  bildirib  ki,  elm  və  texnika-

nın inkişafı insanların, xüsusən uşaqların fiziki aktivliyinin xey-

li  dərəcədə  azalmasına  gətirib  çıxarıb.  Halbuki  fizioloqların 

fikrincə, uşaqların fiziki fəallığa tələbatı böyüklərə nisbətən iki 

dəfədən artıqdır. Aparılan tədqiqatlar göstərir ki, uşaqların 75 

faizi  hipodinamiyadan  əziyyət  çəkir  və  gələcəkdə  də  həmin 

uşaqlarda  daha  çox  ürək-damar,  sinir,  onkoloji  və  endokrin 

sistemlərin patologiyasına rast gəlinir. Hipodinamiya uşaqlarda 

orqan və sistemlərin normal inkişaf və fəaliyyətinə mənfi təsir 

göstərir.

Pediatr  payız  fəslinin  gəlişi  ilə  uşaqları,  xüsusilə  kiçikyaşlı 

uşaqları narahat edən angina xəstəliyi barədə valideynlərə öz 

məsləhətini verib: “El arasında boğazda “qlanda” deyilən damaq 

badamcıqları  əslində  insan  orqanizminə  müxtəlif  xəstəliklərin 

daxil  olmasının  qarşısını  almaq  kimi  mühüm  bir  funksiyanı 

yerinə yetirir. Bu zaman badamcıqların özü sadə dildə desək, 

xəstələnir, lakin xaricdən ötürülən mikrobların orqanizmə daxil 

olmasına imkan vermir, bir növ möhkəm qoruyucu rolunu oy-

nayır. Həmin vaxt həkimin məsləhəti ilə damaq badamcıqlarını 

müalicə yolu ilə sağaltmaq olur. Amma bir zaman gəlir ki, da-

maq badamcıqları artıq öz funksiyasının öhdəsindən gələ bilmir 

və daxil olan mikroorqanizmlər, xüsusilə boğaz yolunda toplan-

mış  streptokoklar  artıq  orqanizmə,  qana  və  ya  birbaşa  ürək, 

qan-damar  sisteminə  daxil  olur,  ürək  qişalarını,  qapaqları  və 

yaxud  orqanizmə  keçirsə  oynaqları,  digər  orqanları  zədələyir. 

Əgər  soyuqlamış  damaq  badamcıqları  müxtəlif  terapevtik 

müalicələrlə, fizioterapevtik üsulların köməyi ilə sağalmırsa, qo-

ruyucu funksiyasını yerinə yetirə bilmədiyi təqdirdə “artıq ətə” 

çevrilir. Məhz bu zaman cərrahi müdaxiləyə ehtiyac yaranır.

Bəzən valideynlər səhlənkarlıq göstərərək uşaqlarının boğa-

zı ağrıyarkən “anginadır” deyib üstündən heç nə olmamış kimi 

keçirlər. Ən dəhşətli hal isə odur ki, bəzən boğazı ağrıyan uşağı 

həkimə  deyil,  türkəçarə  ilə  məşğul  olan  birinin  yanına  apara-

raq  həmin  şəxsin  xəstənin  boğazını  əli  ilə  basmağına  imkan 

yaradırlar.  Bu,  boğaz  yolunu  zədələməklə  yanaşı,  bir  çox  in-

feksiyaların  yaranmasına  səbəb  ola  bilər.  Ona  görə  də  mən 

bu məsələlərdə valideynlərdən həssaslıq göstərməyi, uşaqla-

rının səhhəti ilə bağlı yalnız həkim göstərişinə müvafiq olaraq 

hərəkət etməyi tövsiyə edirəm”.

Tədris-Terapevtik Klinikanın direktoru: 

Tövsiyə edərdim ki, valideynlər 

uşaqlarını peyvənd etdirməkdən 

çəkinməsinlər


http://www.amu.edu.az

15 oktyabr 2015-ci il

6

 



 

İnsanı  ətraf  mühitə  bağla-

yan əsas orqanlardan biri də 

gözdür.  Gözümüzün  nurunu 

qorumaq  üçün  hansı  tədbirlər 

görülməlidir?  Bu  orqanla  bağ-

lı  nələri  bilmək  vacibdir? 

Azərbaycan  Tibb  Universiteti-

nin  Tədris  Cərrahiyyə  Klinika-

sının  oftalmologiya  şöbəsinin 

müdiri  Qurban  İsmayılov  göz 

və  göz  xəstəlikləri  haqqında 

müsahibə  verib.  Universitetin 

mətbuat  xidmətinə  istinadən 

həmin  müsahibəni  təqdim  edi-

rik:

-  Adətən  fəsil  dəyişən  ərəfə-

də  gözdə  müəyyən  allergik 

reaksiyalar  gedir.  Bu,  nə  ilə 

əlaqədardır?

-  Fəsillər  arasında,  əsasən  də 

yazda  gözdə  allergiya  əmələ 

gəlir.  Məhz  bu  zaman  yaranan 

“konyuktivit - pollinoz konyukti-

viti” adlanan (latınca pollek - toz-

cuq) xəstəlik bitki tozcuqları ilə 

törədilir. Bitkilərin, xüsusilə çöl 

otlarının,  taxıl  bitkilərinin,  bəzi 

kol  və  ağacların  çiçəklənməsi 

zamanı  rast  gəlinir.  Fəsil 

dəyişiklikləri  zamanı  xəstələr 

daha  çox  gözlərdə  qaşınma,  qı-

zartı,  sulanma,  gözlərin  “zığ-

lanması” şikayətləri ilə müraciət 

edirlər. Bundan başqa, ilin bütün 

fəsillərində  az  görmədən,  bu-

lanıq  və  ya  dumanlı  görmədən, 

yazıları oxumaqdan və iynə sap-

lamaqdan çətinlik çəkən insanlar 

da klinikamıza müraciət edirlər. 

Həmçinin  diabet  xəstələri  də 

adətən  öz  həkimləri  tərəfindən 

ildə  ən  azı  bir  dəfə  oftalmoloq 

müayinəsi üçün yönləndirilir.

-  Göz  xəstəliklərinə  əsasən 

hansı  yaşlarda  daha  çox  rast 

gəlinir?

-  Bütün  yaş  kateqoriyasından 

olan  insanlarda  müşahidə  olu-

nur.  Uşaqları  adətən  zəif  görmə 

və  çəpgözlüklə  bağlı  klinika-

mıza  gətirirlər.  Orta  yaşlılar  və 

gənclər  göz  infeksiyası  və  aller-

giyaları, yaşlılar isə adətən kata-

rakta,  diabetik  retinopatiya,  göz 

dibi  dəyişiklikləri  ilə  əlaqədar 

müraciət edirlər.

- Gözdə sulanma halları nəyə 

işarədir?

- Bunun bir çox səbəbi ola bilər. 

Allergiya  ilə  bağlı  sulanma  ən 

çox rast gəlinən haldır. İstənilən 

halda belə şikayəti olanlar həkim-

oftalmoloq  tərəfindən  müayinə 

ediləndən  sonra  səbəbi  aydınla-

şır.  Göz  yaşı  kanalının  tıxanıq-

lığı,  korneal  və  ya  konyuktival 

yad cisimlər və keratit kimi digər 

göz  xəstəlikləri  mütləq  həkim 

tərəfindən  müayinə  edilməlidir. 

Əks  təqdirdə  çox  ciddi  fəsadlar 

baş verə bilər.



-  Gözü  infeksiyalardan  necə 

qorumaq lazımdır?

-  Şəxsi  gigiyena  qaydalarına 

əməl  etmək  çox  vacibdir.  Hər 

səhər üz yuyularkən göz qapaqla-

rına və kirpik dibinin təmizliyinə 

diqqətlə  yanaşmaq  lazımdır. 

Gözlər  üçün  istifadə  edilən 

kosmetik  vasitələri  diqqətlə 

seçməlisiniz,  keyfiyyətinə  əmin 

olmadığınız  vasitələrdən  uzaq 

durmağa çalışmalısınız. 

Gənclər daha çox göz infeksiyalarından şikayət edirlər

Əksər  inkişaf  etmiş  ölkələrdə  Dünya  Səhiyyə  Təşkilatı 

(DST)  tərəfindən  hazırlanmış  “Ölümlə  nəticələnməyən 

hamiləlik  ağırlaşmaları  və  mamalıq  fəsadlarının  tədqiqi 

metodikası” tətbiq olunur.

Səhiyyə  Nazirliyinin  İctimai  Səhiyyə  və  İslahatlar  Mərkəzi 

(İSİM)  Elmi  Tədqiqat  Mamalıq  və  Ginekologiya  İnstitutu  ilə 

birgə Azərbaycanda həmin metodika üzrə oktyabrın 6-8-də 

ilk dəfə seminar təşkil edib.

İSİM-dən AZƏRTAC-a bildirilib ki, seminarda Abşeron Mərkəzi 

Rayon  Xəstəxanasının  və  Bakı  şəhərinin  seçilmiş  doğum 

evləri və xəstəxanalarının doğum şöbələrinin rəhbərləri iştirak 

ediblər. Seminarda beynəlxalq təlimçilər Qelmüs Şüpşinskas 

və Kanat Suxanberdiyev tərəfindən DST-nin audit prinsip və 

metodologiyası ilə bağlı məlumat verilib, səhiyyə müəssisələri 

səviyyəsində  mamalıq  praktikasında  kritik  hadisələrin 

təhlili  aparılıb.  İştirakçılar  səhiyyənin  təşkili  səviyyəsində 

kritik  hadisələrin  auditini  keçirmək  üçün  əsas  bacarıqları 

mənimsəyiblər. Se-

minarda,  həmçinin 

metodikanın  pilot 

tətbiqinin  nəticələri 

təqdim  edilib,  eləcə  də  Azərbaycanda  doğuşayardım 

müəssisələri  səviyyəsində  kritik  hadisələrin  auditini  tətbiq 

etmək  üçün  tədbirlər  planlaşdırılıb.  İştirakçılar  qazandıqları 

bilikləri qrup işlərində tətbiq ediblər.

Seminarın nəticəsi olaraq “Ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası”nın 

Respublika  Perinatal  Mərkəzində,  Bakı  və  Sumqayıt 

şəhərlərinin seçilmiş doğum evlərində sınaqdan keçirilməsi 

planlaşdırılır.

  Azərbaycanda  ana  və  uşaq  sağlamlığının  qorunması 

səhiyyənin prioritet istiqamətidir və doğuşayardım xidmətinin 

təkmilləşdirilməsi  sahəsində  ciddi  tədbirlər  həyata  keçirilib. 

Görülən tədbirlər nəticəsində ölkəmizdə ana və uşaq ölümü-

nün səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.



Plastik materialların insan orqanizminə nə 

qədər ziyanlı olması barədə yeni araşdırma 

aparılıb.

AZƏRTAC “Focus-online” portalına istinad-

la  xəbər  verir  ki,  tərkibində  plastik  material-

lar olan qablarda hormonlara bilavasitə təsir 

göstərən kimyəvi elementlər mövcuddur.

Avropa alimləri tədqiqatlar əsasında bu fikrə 

gəliblər  ki,  həmin  maddələr  kassa  çekləri, 

konserv  bankaları  və  kosmetik  əşyalarda 

da  var.  Həmin  elementlər  qidaya  keçir  və 

nəticədə  orqanizmdə  maddələr  mübadiləsi 

yaradaraq  artıq  çəki  və  şəkər  xəstəliyinə 

səbəb olur. Plastik qabların tərkibində Bisfe-

nol A karbohidratı, virus və bakteriya əleyhinə 

istifadə  olunan  pestisit  adlı  zəhərli  kimyəvi 

maddələr var.

Alimlər  xəbərdarlıq  edir  ki,  sintetik  kimyəvi 

maddələr 

insan 


orqanizmində 

şəkər, 


piylənmə,  sonsuzluq  və  xərçəngin  müxtəlif 

növlərinin yaranmasında başlıca rol oynayır. 

Buna  görə  də  qida  məhsullarının  mümkün 

qədər  plastik  qablarda  deyil,  şüşə  qablarda 

saxlanılması tövsiyə edilir. Həmçinin diqqətə 

çatdırılır  ki,  qida  məhsullarını  plastik  qabda 

qızdırmaq  olmaz.  Əks  halda  bütün  zəhərli 

maddələr yeməyə keçə bilər.



“Heliyon” 

jurnalında 

Yüklə 264,48 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin