Kommersiya kanallarında xəbər proqramları. Azərbaycan döv
lət televiziyasının bazasında 1991ci ildə yaranan ANS tez bir za
manda kommersiya kanalı kimi yayımlandı və tamaşaçı marağı
na, rəğbətinə səbəb oldu. Elə adından göründüyü kimi, ANS təşkil
olunanduğu ilk vaxtlardan informasiyaya böyük yer ayırırdı.
AzTVdə fəaliyyət göstərdiyi müddətdə efirə gedən və sonra ANS
in xəbərlər proqramına çevrilən “Xəbərçi” müstəqil informasiya
proqramı, bu sahənin avanqardı kimi çağdaş televiziya tarixində
özünəməxsus yer ala bilmişdir.
“Xəbərçi” informasiya sahəsində uzun və şərəfli bir yolu qət
edərək yeni kanalların informasiya proqramlarına müsbət təsir
edərək, jurnalistikada daha müstəqil düşüncəyə, analitik təhlilə
malik nəslin yetişməsində əhəmiyyətli rol oynaya bilmişdir. Mir
şahin Ağayev, Sevil Nuriyeva, Sevda Həsənova və daha bir neçə
aparıcının yeni tərzi, aparıcı vərdişləri ilə “Xəbərçi” tamaşaçı üçün
yeni bir informasiya proqramının obrazının yaradılmasında işti
rak etmişdir. Xəbəri qərəzsiz, vicdanla, dəqiq və operativ çatdı
ran, hadisə yerində olan, baş verənləri olduğu kimi yeni tərzdə,
fərqli yanaşma ilə çatdıran proqram tez bir zamanda tamaşaçı
üçün inam və etibar mənbəyinə çevrildi. Azərbaycan tamaşaçısını
176
ən son xəbərlərin dəqiq və operativ alınması üçün ANS kanalını
izləməsi, əslində, bu inam və etibar hissinin məntiqi nəticəsi idi.
Bu gün də ölkədə bir neçə kanalın fəaliyyətdə olduğu, xəbərlər
proqramlarının çoxluğu şəraitində ANS kanalı özünün informasi
ya sahəsində öncüllüyünü saxlayır.
ANS kanalında informasiya funksiyasının təcəssümolunma
mənzərəsinə diqqət yetirərkən, sözsüz, informasiya proqramla
rı içərisində liderlik edən “Xəbərçi”ni, onun yaradıcı tərəflərini,
yenilikçi cəhətlərini, həmçinin qüsurlu məqamlarını qeyd etmək
lazımdır. Gün ərzində bir neçə dəfə ekranlara çıxan “Xəbərçi”
ölkənin ictimaisiyasi, sosialmədəni həyatında özünün təsirli, bu
sahələrin tərəfsiz işıqlandırıcısı kimi nüfüzlu rolunu oynamaqla,
bir çox hallarda televiziyanın informasiya funksiyasından daha
çox işlər görməklə, həm də təşkilati funksiya ilə məşğul olur. Bu,
proqramın ədalətli mövqe tutaraq problemlərlə üzləşən insanla
rın məmur özbaşınalığına qarşı mübarizəsini tam işıqlandırmaq,
göstərmək və dəfələrlə əks etdirməklə problemlərin həllinə nail
olmaqda prinsipial mövqe tutması ilə bağlıdır. Bu barədə biz tele
viziyanın təşkilati funksiyasından danışarkən məlumat verəcəyik.
Xəbər, onun tərəfsiz təqdimatı, qərəzsiz yanaşma metodu və
demokratik mühitin yaranmasında əvəzsiz rolu yeni kanalla
rın yaranmasına baxmayaraq, “Xəbərçi” proqramının, reytinq
cədvəllərində lider olmasını təmin etmişdir. Burada, sözsüz ki,
peşəkar komandanın, nyusmeykerlərin – informasiya işçilərinin
operativliyi, dəqiqliyi böyük rol oynamışdır. “Xəbərçi” özünün
texniki təchizatları və avadanlıqlarının imkan verdiyi sərhəddə
baş verən hadisələri maksimum operativliklə çatdırmaq işində
böyük təcrübə qazandığından, bu gün Azərbaycan tamaşaçısı baş
vermiş xəbərin sorağını məhz bu proqramda axtarır. Bu, televiziya
və xəbər xidməti üçün kifayət qədər böyük uğurdur ki, bunu qeyd
etməmək olmaz. Bir çox hallarda ANS kanalını daha çox informa
siya kanalı kimi dəyərləndirirlər ki, bu da onun bu sahədə kifayət
qədər böyük diqqətlə çalışması ilə əlaqələndirilməlidir. İstər
ölkədaxili hadisələri – bədbəxt hadisələr, qəzalar, təbii fəlakətlər,
seçkilər, siyasi, iqtisadi tədbirlər – istərsə də xaricdə baş verən
ən qaynar xəbərləri dərhal, operativliklə çatdırmaq təcrübəsi
“Xəbərçi”nin ölkə kanallarının xəbər verilişləri arasında öndə
getməsinə imkan vermişdir. Cəbhə xətlərində, hadisələrin baş ver
diyi yerlərdə jurnalistlər öz peşə borclarını həyata keçirmək üçün
təhlükələrlə üzləşmələrinə baxmayaraq, tamaşaçıya həqiqəti tez
çatdırmaq üçün artıq uzun illərdir ki, çalışırlar. Döyüşlərdən, ter
177
ror hadisələrindən operativliklə hazırlanan süjetlər; Bakı şəhərində
2000ci ilin 25 noyabrında baş ver miş zəlzələ zamanı fasiləsiz
xəbərlərin verilməsi, şəhərdəki durumun əks olunması; 2003cü
ilin 15 oktyabr prezident seçkiləri, 16 oktyabr müxalifətin qanun
suz hərəkətləri vaxtı operativ xə bərlərin çatdırılması; 2003cü ilin
12 dekabrında Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyevin vəfatı ilə bağlı bütün gecəni efirdə olaraq tamaşaçılara
olanları çatdırıb, bu acı xəbərdən təsirlənən insanlara təskinlik
vermək cəhdi və sonrakı günlərdə baş verən hadisələri ətraflı
işıqlandırılması; İraq savaşı zamanı döyüşlərin getdiyi ən qaynar
yerlərdən birbaşa hazırlanan süjetlər, Türkiyə, Gürcüstan, Rusiya
da baş verən siyasi hadisələri operativliklə çatdırma “Xəbərçi”nin
fəaliyyətində qazandığı uğurların yalnız bir hissəsidir. İnfor
masiya cəbhəsində qazandıqları bütün bu uğurlar “Xəbərçi”nin
püxtələşməsi, onun yenilikləri, axtarışları cəsarətlə öz fəaliyyətinə
cəlb etməsi ilə müşayiət olunması baxımından təqdirəlayiqdir.
“Xəbərçi”nin özünün informasiya sahəsində əldə etdiyi uğurlar
la kifayətlənməyib yeni yaradıcı axtarışlarla bərabər, proqramın
yeniləşməsi, müasirləşməsi və daha əhatəli olması istiqamətində
də durmadan çalışması təqdirəlayiq hal kimi televiziya yaradı
cılığı prosesində bir uğurlu hadisə kimi dəyərləndirilməlidir.
“Xəbərçi” proqramı periodik olaraq özünün studiyasının dizay
nında, aparıcılarda dəyişiklik etməklə, əslində, yeniləşməni ek
rana gətirmək istəyir. Bu, olduqca mühüm və əhəmiyyətli bir iş
kimi televiziya işində qeyd olunmalı, digər kanallar tərəfindən də
həyata keçirilməlidir. Doğrudur, bir çox hallarda dünya kanalla
rında yeniləşmə, adətən, zahiri xarakter daşımaqla bədiiestetik
yük daşıyır və aparıcılara, tanınmış sifətlərə, həmçinin təcrübəli
reportyorlara aid olmur. Bir çox hallarda məhz uzun illər çalı
şan və tamaşaçıda inam, rəğbət hissi qazanmış aparıcıların efirdə
görünməsini kanal, proqram üçün ən böyük uğur sayıldığını
nəzərə alıb, aparıcıların teztez dəyişimi prosesini birmənalı uğur
adlandıra bilmərik. Lakin ANS tərəfindən bu işin yeni nəsil daha
peşəkar aparıcıların yetişməsi naminə edildiyini nəzərə alaraq,
müsbət hadisə kimi qeyd edə bilərik. ANSin efirdə gənc aparı
cılara yer verməsi heç də həmişə lazımi nəticəni vermir. Bir çox
hallarda “Xəbərçi” efirində kifayət qədər gənc, zahiri cəhətdən bir
o qədər də efirə yararlı olmayan, nitqində kifayət qədər orfoepik,
təbii qüsurlar olan; ekran qarşısında gərginlik keçirən; xəbər apa
rıcısından daha çox xaotik danışan diktora bənzəyən; xəbərlərin
mozaik strukturu arasında məntiqli rabitə qurmağa qadir olma
178
yan; gedəcək süjetlərdən tam xəbərsiz olduğu görkəmindən, da
varanışından duyulan; gözü kifayət qədər böyük diqqətlə sufl
yora dikilmiş, səhv etmək təhlükəsinin bütün əlamətləri üzündə
əks olunan, bir çox hallarda düzgün oxuya bilməyən; monoton,
quru, ifadəsiz nitqi, jest, mimikadan istifadə etmədiyi üçün can
sız görünən aparıcıların görünməsi proqramın gücünə mənfi təsir
göstərmiş olur. Bir çox hallarda ekranda xəbər aparıcısından daha
çox, diktorla aparıcının simbiozuna bənzəyirlər ki, bu da tamaşa
çıda emosional təsiri azaltmaqla onun süjetə, bütövlükdə xəbərə
köklənməsinə imkan vermir. Həmçinin tamaşaçıda bu qüsurlu və
cansıxıcı aparıcılara qarşı inamsızlıq, etibarsızlıq hissi aşılanır ki,
bu da nəticədə proqramın işinə mənfi təsir etmiş olur. Daha bir
misalla bu faktın ictimai tənqidə məruz qaldığını göstərmiş olar
dıq. “525ci qəzet”in yazarı Sevda “Azərbaycan yaraları” yazısında
aparıcı probleminə toxunaraq yazır: “Kanalların informasiya bu
raxılışlarının əksər aparıcılarının xəbərin necə çatdırılması, efirdə
xəbərləri təqdimetmə zamanı özlərini necə aparmaları haqda
təsəvvürləri məhduddur” (81, səh. 4). Daha sonra “Xəbərçi”nin
aparıcısı Aytən Səfərovanın Türkiyədə mitinq iştirakçılarının polis
tərəfindən qovulması ilə bağlı canlı bağlantıya münasibətini qeyd
edən yazar bunu cəsarətlə tənqid edir “Bağlantının sonunda Aytən
Səfərova üzündə təbəssüm həmkarını bir daha təqdim etdi. Elə bil
ki, S. Həsənova Türkiyədən ona hansısa şad xəbəri çatdırıb” (81,
səh. 4) .
“Xəbərçi” proqramının vaxtaşırı bədii cəhətdən yeniləşmə ya
şaması tamaşaçının ovqatına təsir etməklə onun uzun müddət
eyni bir görüntüyə alışması üzündən yarana biləcək yoruculu
ğun da qarşısının alınmasına xidmət edir. Lakin “Xəbərçi”nin
müsbət cəhəti təkcə yoruculuğun qarşısının alınması naminə ye
nilik etməkdə deyil, həm də biçim etibarı ilə daha da kamilləşmə
prosesini yaşamaqdadır. “Xəbərçi”nin estetik görünüşündə har
moniya, rənglərin əlvanlığı, rəng dəyişiminin ümumi əhvala
təsiri olduqca maraqlı tapıntı kimi dəyərləndirilməlidir. Qırmızı
və narıncı rənglərin üzvi qarışığının dominantlıq etdiyi başlıqda
halqaların musiqinin ritminə uyğun dəyişimini, halqanın real kad
rı əhatə etməklə buraxılış başlayana qədər tamaşaçını aparıcı ilə
tanış etməsini, onu xəbərə kökləməsi baxımından uğurlu tapıntı
adlandırmaq olar. Həmçinin başlığın hazırlanmasında qrafika
işinin kamilliyini də qeyd etmək lazımdır. Proqram başlığının
uğurlu icrası məhz qrafika işinin uğuru ilə dəyərləndirilməlidir.
Kompyuter qrafikası və animasiyası artıq bir neçə müddətdir ki,
179
televiziya işinə cəsarətlə daxil olaraq onun rəngarəngliyinin ar
tırılmasında, effektlərin görünməsində iştirak edir. Audiovizual
sənətin bir qolu olan kompyuterlə verilən dizayn, yəni qrafika işi
teleproqramların başlıqlarının, kanalın arakəsmələrinin, həmçinin
göstərilməsi mümkün olmayan, çətinlik yaradan mənzərələrin ya
ranmasında cəsarətlə iştirak edir. Texniki nailiyyətlər bu işin asan
laşmasına xidmət etsə də, yenə də yaradıcı, sənətkar münasibəti
özünün aktuallığını saxlayır. Qrafika təsviri sənətin prinsipləri ilə
uzlaşan kamil estetik platformaya, ahəngə, harmoniyaya söykənən
mürəkkəb bir proses kimi həqiqi sənətkarlıq qabiliyyəti tələb edir.
Qeyripeşəkarlıqla icra olunmuş qrafika işi teleekranda “çirklilik“
yaratmaqla ifadə vasitəsi olmaq əvəzinə, lazımsız yükə çevrilə
bilər. Məhz bu baxımdan, qrafika işinin kamilliyi televiziya işində
kifayət qədər lazımlı və vacib məsələdir.
“Xəbərçi”nin bədii cəhətdən tamamlanmasında böyük rol oyna
yan başlıq, həmçinin proqram boyu titrlərda, müxtəlif yazılarda və
ya kadrları əvəz edən fotogörüntülər zamanı, telefon bağlantıla
rında təsvirlərin fonda, həmçinin digər yerlərdə verilməsi özünün
kamil, ustalıqla hazırlanmış forması ilə ekrana bədiilik, dolğunluq,
estetik kamillik gətirir. Tamaşaçı hətta ən tərpənməz fotoya baxa
raq uzunuzadı telefon müsahibəsini dinləyərkən yorulmamalı,
özünü radio dinləyicisi kimi hiss etməməlidir. Televiziya işinin
ən çətin məqamlarından biri də məhz budur. Tamaşaçı həmişə
videocanlılığı, ekran aktivliyini duymalıdır. Bu amil həm də psi
xoloji yük daşıyır, dəyişən və ya fəal görüntü tamaşaçını ekrana
daha da yaxınlaşdırır, onun usanmasına imkan vermir. Ekran ak
tivliyi görüntü azlığı zamanı və ya onun ümumiyyətlə olmaması
vaxtı digər ifadə vasitələri və ya texniki əvəzləmələrlə yaradılır.
Əvvəldə danışdığımız studiya monitoru, qrafik izah və fotonun
ekrana gəlməsi, arxa fonun qrafik həllin köməyi ilə aktiv olması
əvəzləyici funksiya daşıyır.
“Xəbərçi”də qrafik həllin icra səviyyəsinin yüksək olması, uğurlu
rəng və biçim seçimi, onun bütün veriliş boyu iştirak etməsi proq
ramın estetik həllinin kamil, bütöv, üzvi vəhdətdə görünməsinə
imkan verir. Bu amil televiziya proqramı üçün olduqca vacib və
taleyüklüdür. Belə ki, verilişin əsas mahiyyətinin görüntü zama
nı açıldığını və məhz göz qavramasına işlədiyini nəzərə alsaq,
deməli, onun zövqlə biçimlənməsinə, estetik cəhətdən kamilliklə
bəzədilməsinə ehtiyac var; daha dəqiq desək, bu, qaçılmaz tələbdir.
Estetik həll zamanı proqramın xarakter, forma quruluşuna uyğun
vahid konsepsiyaya söykənmədikdə, ekrana xaos çıxa bilər ki,
180
bu da mənfi təsirini göstərməklə bərabər, proqramın baxımlılıq
səviyyəsini də aşağı salmaq iqtidarındadır. “Xəbərçi”nin estetik
həllində bu üzvi vəhdət özünü tamlıqla göstərdiyindən ekrana
baxımlı proqramın çıxması ilə nəticələnir ki, bu da yaradıcıların:
rejissor, rəssam və qrafika dizaynerinin uğuru hesab oluna bilər.
Proqramın qrafik həllində tapılan forma, rəng harmoniyası özü
nü studiya dizaynında da büruzə verir. Studiyanın özünə gərəkli
görüntü verilməsi baxımından arxa fonun şüşə olması və onun ar
dında xəbər otağının görünməsi, otaqda kompyuterlər, televizor
lar, işçilərin olması, onların hərəkəti ilə yaranan dinamika, dərinlik
xəbər verilişinin xarakterinə uyğun olaraq maraqlı, diqqəti cəlb
edən formadır. Həmçinin şüşənin ətrafında qırmızı rəngdən və
proqramın qrafik həllində işlədilən elementlərdən istifadə olun
ması, masanın qırmızı rəngdə seçilməsi rəngforma vəhdətini ya
ratmaqla proqrama görünüş gözəlliyi bəxş edir. Onu da deyək ki,
qırmızı rəng bütövlükdə kanalın rəngi kimi qəbul olunub və bütün
proqramlarda, arakəsmələrdə dominantlıq edir. Bu, televiziyanın
bədiiestetik simasının yaranmasında olduqca vacib bir element
kimi dəyərləndirilməlidir.
“Xəbərçi”nin rejissor həllindən danışarkən yuxarıda qeyd etdi
yimiz forma bitkinliyinə nail olunmasını kifayət qədər uğurlu he
sab edərək, bunu rejissor konsepsiyasının olması ilə əlaqələndirə
bilərik. Lakin süjetlərin görüntü həllində rejissor və montaj işində
olan kifayət qədər nöqsanlar özünü qabarıq şəkildə əks etdirir.
Burada cəsarətlə deməliyik ki, bir çox hallarda xəbərə üstünlük
verən efir prodüseri və ya redaktoru televiziyanın əsas dili olan
görüntü həllini ikinci plana atmaqla, əslində, informasiyanın yoru
cu tərzdə təqdimatına rəvac verirlər. “Xəbərçi”nin bir buraxılışına
nəzər yetirək: 2 yanvar 2004cü il buraxılışında birbirinin ardınca
gedən xəbərlər görüntüsüz və telefon rabitəsi vasitəsilə yetirilirdi.
Prezidentin əfv fərmanı ilə bağlı sabiq Daxili İşlər naziri İsgəndər
Həmidovun ailəsi ilə görüşən müxbirin, onun ardınca “Rustavi 2”
teleşirkətinin ofisinə bomba zərbəsi yetirilməsi, ardınca Gürcüs
tanda seçkiöncəsi durum, ardınca Macarıstanla, sonra İranın Bəm
şəhəri ilə bağlı telefon bağlantılarının verilməsi və bu bağlantıların
görüntü ilə müşayiət olunmadan 34 dəqiqəyədək davam etməsi
proqramın tempini öldürməklə barəbər, onun televiziya imkanları
nı tamam aradan qaldıraraq radioburaxılışa oxşatdı. Belə halların
ANSin efirində kifayət qədər çox olmasının bir səbəbi də operativ
yayımın həyata keçirilməsi üçün lazımi avadanlığın olmaması və
bundan irəli gələrək xəbərlərin telefon vasitəsilə çatdırılmasıdır.
181
Bu problemi diqqətə alsaq da, operativlik naminə “Xəbərçi”nin
birbirinin ardınca telefon bağlantılarına yer verməsini yüksək
dəyərləndirsək də, deməliyik ki, televiziya ilk növbədə görüntü
dür. Hətta texniki imkanlar yol vermədikdə belə, arxiv görüntüləri
ilə telefon danışığını verməklə olsa da, vizuallığı qorumaq lazım
dır. Doğrudur, arxiv görüntüsü və ya digər kanallardan götürülən
videocərgə proqram üçün o qədər də müsbət iş sayılmır, lakin hər
halda bu, boş ekranda telefon nitqinin verilməsindən daha üstün
dür və ən azı, bununla görüntü həlli verilmiş olur. Ümumiyyətlə,
bir buraxılışda bu qədər telefon bağlantısından istifadə etmək düz
gün sayılmır və belə hallar proqramın qavranılmasına maneə ya
radır.
Göstərilən bu nümunə və daha neçə belə hallar imkan verir ki,
“Xəbərçi”ni jurnalist proqramı adlandıraq və buradakı rejissor işi
nin ikinci dərəcəli olduğunu söyləyək. Bu isə yuxarıda qeyd et
diymiz kimi, proqramın vizual kamilliyinə xələl gətirir. Nəticədə
görüntü sözü izləyərək ikinci dərəcəli olur. Bu halı süjetlərdə də
izləmək olar: bir çox hallarda verilən xəbərin heç bir formada vi
zual həlli tapılmadığından, haqqında söhbət açılan təşkilatların
bina və ad lövhələri verilir, şəhər planları ilə mətnin xronometrajı
doldurulur; təkrarçılıqla zəngin süjetlərdə lazımsız kadrların bir
neçə dəfə təkrar verilməsi halları olur; arxiv çəkilişlərindən yer
siz, yalnız xronometrajı başa vurmaq üçün istifadə olunur. Bü
tün bu sadalananlar isə televiziya üçün ziyanlı tendensiya kimi
dəyərləndirilməli və aradan qaldırılmalıdır. Bir çox hallarda mon
taj pultu arxasında reportyorun özünün oturması bu hallara geniş
rəvac verir ki, burada artıq heç bir görüntü plastikasından danış
maq olmaz – müxbir yalnız əlində olan kadrları calamaqla sözü
nü deməyə çalışır. Deyilən problem “Xəbərçi”nin vizual tərəfini
zəiflətməklə bərabər, tamaşaçının marağının azalmasına gətirib
çıxarır.
Lakin deyilən qüsurlarla bərabər operativ, yaddaqalan, ma
raqlı kadrlarla zəngin kifayət qədər süjetləri də göstərmək müm
kündür. Xüsusən Azərbaycan Respublikası Milli Məclisindən
ha zırlanan süjetlərdə ope rator işinin yüksək peşəkarlığını, du
yum qabiliyyətini, yaradı cı yanaşmasını qeyd etmək gərəkdir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarını müx təlif
və ziyyətlərdə çəkən, bu məqamları duyan operatorun yaradı
cı münasibəti yekunda montaj işinə də təsir edir və parlament
xəbərlərinin yüksək səviyyədə hazırlanmasına səbəb olur. Cə
sarətlə deməliyik ki, “Xəbərçi”də efirə gedən parlamentdən və
182
ya digər rəsmi tədbirlərdən hazırlanmış süjetlərdə olan yaradıcı
ta pıntılara bir çox əcnəbi kanallarda belə rast gəlmək mümkün
deyil. Ümumiyyətlə, “Xəbərçi”də operator işinin peşəkarlığını
xüsusi qeyd etmək gərəkdir. İstər rakurs və plan seçimi, istərsə
də lazımi məqamların tapılması işində duyulan ustalıq proqramı
zənginləşdirir, onun görüntü həllində digər xəbər proqramlarını
üstələməsinə imkan verir.
“Xəbərçi” proqramının bütün buraxılışlarının birinci xə bə
rini Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mətbuat Xid
mətinin məlumatı ilə başlaması, olduqca böyük xidmət kimi də
yərləndirilməlidir. Hər gün bir neçə dəfə ölkəmizin müharibə
şə raitində olmasının təkrarlanması hərbi vətənpərvərlik ruhunun
qaldırılmasına xidmət et məklə tamaşaçını bu əhvalda kökləyir.
“Xəbərçi”nin aparıcı probleminə yuxarıda toxunaraq qüsurlu
məqamları qeyd etdik. Burada aparıcı və müxbirlərin nitq prob
lemini qabardaraq, onun bir çox hallarda televiziya dilinə uyğun
suzluğu, orfoepiya qaydalarına uyuşmaması kimi qüsurları, yana
şı, informasiyadan uzaqlaşmağa gətirib çıxaran nəqllərə, monoton
nitqlərə və ən qüsurlu cəhət kimi jurnalistin peşəsinə uyğun ol
mayan məsləhətlərlə çıxış etməsinə rast gəlindiyini qeyd etmək
istərdik.
Son vaxtlarda “Xəbərçi” proqramının görkəmində, estetik
tərtibatında ciddi yeniliklər duyulmur, xəbər solğunluğu, məlumat
azlığı dərhal nəzərə çarpır. Son illər ölkə kanallarında özünə yer
tutmuş mənfi bir ənənə – müxtəlif tədbirlərdə rast gəlinən dövlət
məmurlarından alınan cari müsahibə əsasında süjetin qurulma
sı artıq bütün xəbər buraxılışını doldurur. İnformasiyaçılıqdan,
xəbər mahiyyətindən uzaq, heç bir şəkildə əsaslandırılmamış bu
addım ciddi tənqid olunmalıdır. İnformasiya buraxılışı yuxarıda
dediyimiz kimi müəyyən hadisəni işıqlandırmalı, onunla bağ
lı müxtəlif qütblərdə duran şəxslərin mövqelərini əks etdirməli,
müəyyən struktura, biçimə malik olmalıdır. Lakin tətbiq olunmuş
bu yenilik informasiya mədəniyyətindən uzaq, yalnız efir doldur
maq mahiyyəti daşıyır. Dalbadal qurulan süjetlər yalnız bir nəfərin
proqnoz və ya rəy xarakterli müsahibəsindən və müxbirin öz səsi
ilə müsahibədə söylənilənlərin başqa tərzdə təkrarlamasından
ibarətdir. Misal kimi 10 oktyabr 2006cı ildə efirə getmiş buraxı
lışda Fransa parlamentinin qondarma erməni soyqırımını qəbul
etməyənlərə qarşı cəzanın tətbiqini nəzərdə tutan antidemokra
tik və qeyriinsani, ədalətsiz qanun layihəsini müzakirə etməsi
ilə bağlı süjetin yalnız Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb
183
Tayyib Ərdoğanın çıxışı və bu çıxışla bağlı müxbirin xülasəsindən
ibarət olmasının informasiya anlayışına zidd olduğunu göstərə
bilərik. Deməliyik ki, “Xəbərçi”nin efirində daha bir qüsurlu cəhət
– telefonla verilən məlumat və bu informasiyanın vizual həllinin
tapılmaması getdikcə daha da genişlənmişdir. Həmçinin yeni nəsil
aparıcıların və müxbirlərin qüsurlu tərəfləri də aradan qaldırılma
mış, yeni çatışmazlıqlar ekrana yol tapmışdır.
Görüntü həllində çox ciddi qüsurları olan “Xəbərçi”də plastika,
kadrın kompozisiyası anlayışları ümumiyyətlə qorunmur. Montaj
zamanı verilən informasiyanın vizual həllinin önəmliliyi unudu
lur, təkrar kadrlarla uzunuzadı kadrarxası mətn doldurulur. Pen
siyaların artırılması ilə bağlı süjetin yalnız Dövlət Sosial Müdafiə
Fondunun, pulların və bir əlin pul sayması görüntüsündən ibarət
olması, müsahibələr zamanı kompozisiyanın pozulması, studiya
çəkilişi vaxtı orta planların bulanıq, solğun, ümumi planın aydın
və rəngarəng görüntüdə verilməsi hesabına yaranan yolverilməz
fərqlilik proqramın ekran həllini zəiflədir.
Həmçinin “Xəbərçi”nin süjetlərində üzə çıxan qüsurlar onun
təsir gücünü zəiflədir. Müəyyən hadisə yerindən və ya tədbirdən
hazırlanmış reportajların da qüsurlu şəkildə ekrana yol alma
sına rast gəlinir. Misal kimi 10 oktyabr buraxılışında “Difloma
siya haqqında qanun”la bağlı müzakirə süjetində müxbir Mahir
Məmmədlinin yalnız tədbirin xronoloji stenoqramını çatdırmaq
la kifayətlənməsini, bütün çıxışçıların danışdıqlarını qısa şəkildə
təkrarlanmasını göstərmək olar. Burada informasiyanın təqdimatı,
struktur cəhətləri unudularaq, xəbər proqramının mahiyyətinin
bir kənara qoyulmasının şahidi oluruq. Bu isə jurnalistikanın təməl
prinsiplərinə zidd olan bir haldır. Yaxud şəhid ailələrinin etiraz
aksiyası haqqında süjetdə müxbir Kəmalə Xəlilovanın əsassız hal
da bir neçə dəfə göstərilməsi, digər müsahiblə isə başqa müxbirin
danışması kimi yolverilməz hallar “Xəbərçi”nin nüfuzunə zərər
vurmuş olur. Kəsilmiş orqanların taleyi ilə bağlı süjetdə müxbir
Tural Səttarovun əməliyyat otağına daxil olması, orada müsahibə
alması və heç bir xəbər yükü daşımayan nəql süjetinin proqramda
yer alması, hesab edirik ki, peşəkarlığa xələl gətirən cəhətdir və
yolverilməzdir. Fikrimizcə, deyilən qüsurların aradan qaldırılma
sına və estetik həlldə nəzərə çarpan qüsurların uzaqlaşdırılmasına
ehtiyac duyulur. Çünki bütün illər ərzində “Xəbərçi” Azərbaycan
seyrçisinin ən çox etibar etdiyi, fövqəladə hallarda ona baxdığı in
formasiya proqramı statusunu qoruyub saxlaya bilmişdir. Bundan
184
sonra da bu yerin qorunmasına, inam, etibar hissinin artırılmasına
ehtiyac duyulur.
“Xəbərçi” proqramının yaradıcı tərəflərini çözərək deyilənlərə
yekun kimi onu qeyd etməliyik ki, informasiya operativliyi,
xəbərçatdırma işində qərəzsizlik, ədalət prinsipinin pozulmama
sı işin də əvəzsiz fəaliyyəti, operator, rəssam işinin peşəkarlığı ve
rilişin bitkin, səviyyəli informasiya buraxılışı olduğunu deməyə
imkan verir. Uğurlarla yanaşı, aparıcı və müxbirlərlə, həmçinin
montajla bağlı duyulan nöqsanların aradan qaldırılması ilə proq
ramın daha da effektivliyinə nail olmaq olar. “Xəbərçi”nin idman
xəbərlərində olan operativlik, məlumat bolluğu, hava durumunun
təqdimatı ilə bağlı seçilmiş maraqlı forma və dizayn proqramın
ümumi konsepsiyasına uyğun tərzdə təzahür olunur, ümumi ge
dişata müsbət təsir göstərir. Buraxılışların sonunda hava durumu
ilə bağlı məlumatın Azərbaycan bəstəkarlarının musiqi əsərləri ilə
müşayiət olunması olduqca maraqlı və orijinal tapıntıdır. Bütün
bu komponentlərin iştirakı “Xəbərçi”nin peşəkarlıq səviyyəsini
yüksəldir. “Xəbərçi”nin ölkə teleməkanında ilk dəfə xəbərlərin ana
buraxılışının 1 saat həcmində olması və bütün ölkəni, cəmiyyətin
əksər sahələrini əhatə etməsi telekanalın olduqca böyük uğu
ru kimi səciyyələndirilməlidir. İnformasiya funksiyasının ölkə
teleməkanında təcəssüm prosesində “Xəbərçi”nin olduqca böyük
yeri var. Məhz bu, ilk addım olaraq, gələcək proqramların da xəbər
vaxtının artırılması işində addım atacaqlarına stimul verəcək ki,
nəticədə Azərbaycan tamaşaçısı əhatəli, dolğun, çoxsahəli, ətraflı
xəbərlər almaq imkanı qazanacaqdır.
Kommersiya kanallarının çoxalması, onların ictimai həyatda yer
alması cəmiyyətin siyasi və iqtisadi inkişafının göstəricisi kimi çıxış
edir. Demokratik mühit və iqtisadi əsaslar televiziya kommersiya
sının təməl pirinsipi kimi onun yaranmasına, sonrakı fəaliyyətinə
təsir etmiş olur. Məhz Azərbaycanda siyasi müstəqillik və iqtisa
di yüksəlişin duyulması yeni televiziya şirkətlərinin yaranmasını,
onların tezlikdə yer alaraq yayım həyata keçirməsini reallaşdırdı.
Lakin elə hallar da olurdu ki, yaranan kanallar hüquqi cəhətdən
ölkə qanunvericiliyinə uyğun olmadığından, yaxud da özlərinin
müflisləşməsi ilə əlaqədar fəaliyyətlərini dayandırmalı olurdular.
“SARA”TV, BMTİ, ABA kimi kanallar yaranıb yayıma çıxsalar da,
yuxarıda göstərilən səbəblər üzündən efir məkanını tərk etmiş
oldular. Bu kanallar bilavasitə əyləncə üzərində qurulduğundan,
yalnız fəaliyyətinin son illərində xəbər xidməti ilə işləyən “SARA”
istisna olmaqla, informasiya funksiyasınından imtina edərək ixti
185
saslaşmış kanal kimi işlərini qururdular. 1997ci ilin noyabrında
ölkə teleməkanında daha bir kanal yayımlandı – “Space” Müstəqil
Teleradio Şirkəti.
“Space”in efirindəki informasiya proqramı “Hər gün” yaran
dığı ilk illərdə “Xəbərçi” ilə rəqabətə girmək imkanı qazanmışdı.
“Xəbərçi”nin saat 20:30, “Hər gün”ün 21:00da yayımlanması
na baxmayaraq, bu proqramda xəbərə fərqli yanaşma olduğun
dan öz tamaşaçı kütləsini toplaya bilmişdi. Lakin bunu da qeyd
etməliyik ki, “Space”in xəbərləri operativlikdə, çevik informa
siya təqdimatında kifayət qədər problemlərlə qarşılaşırdı. İlk
dönəmlərdə Mirsəməd Cəfərli, Fuad Babayevin xəbər aparıcılığı
sərbəst, rəvan nitqlə seçilirdi, davranışlarında müstəqil fikirləri,
xəbərdən məlumatları olduqları dərhal duyulurdu.
Müəyyən dövrdən sonra “Hər gün”ün efirinə yeni nəsil aparıcı
ların gəlməsi bir ənənə halını aldı və gənc qızların tamaşaçı önünə
çıxması özünün uğuru ilə seçilmədi. Günay Malikqızı və ondan
sonra ekranda görünən Ruzanna Rəşidqızı və başqaları təmiz,
düzgün və dəqiq nitqləri ilə fərqlənsələr də, aparıcıdan daha çox
diktora bənzəməklə “Hər gün”ün dinamikasını, xəbərvermə gü
cünü zəiflətmiş oldular.
“Hər gün”ün bədii tərtibat və dizaynından danışarkən solğun və
uzun müddət efirdə olan, artıq göz yorğunluğu gətirən başlığın,
studiyanın solğun sarı rəngdə yaratdığı qeyriməhrəm abhavanın,
tempə lənglik gətirən arxa fonda şəhər təsvirinin (günün hansı vaxtı
efirə çıxmasından asılı olmayaraq şəhər günəşli və işıqlıdır) proq
ramın baxımlılığını azaltdığını deməliyik. Həmçinin “Hər gün”də
haqqında xəbər verilən hadisəni videogörüntüsünün olmaması
ilə bağlı yaranan ciddi qüsurlar da duyulmaqdadır. Xüsusən səhər
(saat 11:00 və 13:00) buraxılışlarında birbirinin ardınca informasi
yaların aparıcı oxunuşu ilə çatdırılması xəbər gücünü zəiflətməklə
bərabər, proqramın informasiya məkanında yer almasına da im
kan vermir. Bəzən bir neçə xəbərin ardıcıl olaraq aparıcı mətni
ilə oxunması, əslində, xəbər xidmətinin zəif işləməsindən və in
formasiya qaynaqlarının yalnız agentliklərdən götürüldüyünü,
hadisələrlə bağlı çəkilişlər aparılmadığını göstərən amillərdir ki,
bu amillər də proqramın işinə mənfi təsirini göstərməkdədir. Tele
viziya xəbər xidməti təkcə şifahi xəbər operativliyi ilə deyil, görün
tü eksklüzivliyi ilə də seçilməlidir ki, bunun reallaşmasını “Hər
gün”ün buraxılışlarında izləmək mümkün deyil. Məhz bu amil
onun tamaşaçı auditoriyasının azalmasına gətirib çıxartdı. Saat
186
21:00da yayımlanan “Səda” ilə rəqabətə girə bilməyərək axşam
buraxılışının vaxtını 20:30a təyin edən “Hər gün” hazırda bu sa
atda “Son xəbər” (ATV) ilə rəqabətdə geriləyir. Deyilən nöqsanlar
kanalın informasiya verilişinə ciddi xələl gətirən amil kimi aradan
qaldırılmalı, çevik və operativ xəbər komandası formalaşdırılma
lıdır.
“Space”də 2006cı ilin aprelində rəhbərlik dəyişikliyi onun bütün
efir həyatına təsir etmişdir. Yarıtmaz efir siyasətinin nəticəsində
olduqca səviyyəsiz verilişlərin ekranda görünməsi adi hal almış
dı. Yeni rəhbərlik birinci mərhələdə bu cür məzmunsuz, biçim
siz verilişlərdən xilas olmaqla dönüş yaratmış oldu. Həmçinin
“Hər gün”ün olduqca aşağı düşən nüfuzu və seyrçilərin baxmaq
dərəcəsinın azlığı kanalın informasiya məkanında yerini sarsıt
mış oldu. Yeni rəhbərlik “Hər gün”ün işində də dəyişikliklərin
yaradılması üçün addımlar atdı. Artıq ekranda bir çox yararsız
aparıcıları peşəkarlığı ilə seçilənlər əvəz ediblər. Lakin onlar qar
şısında vəzifənin düzgün qoyulmaması, imkanlarından səmərəli
istifadə etməklə həqiqi spikerə çevrilməyərək diktor kimi qalma
ları, sözsüz ki, yolverilməzdir. Bu barədə qəzet məqaləsində yazı
lan “aparıcılar kanala gəlişləri ilə yenilik yox, AzTVnin pafosunu,
bozluğunu, danışıq tərzini gətiriblər. “Hər gün”də təsvirlər çox
kasaddır. Yəni xəbərlər təsvirin dilindən çox sözlə çatdırılır” (87,
səh. 3) fikrilə razılaşaraq, bu sahədə ciddi dəyişikliyin aparılma
sı zərurətini qeyd etməliyik. Türkiyənin “D” Kanalı telekanalı ilə
müqayisə aparan Fehruzun “Operativliyin vacibliyi” məqaləsində
“ana xəbər buraxılışında aparıcı informasiyanı elə formada təqdim
edir ki, həmin xəbəri izləməyə tamaşaçı, sanki, məcbur olur” fikri
aparıcının canlı ünsiyyətə girmək məharətini, onun seyrçi ilə kör
pü quraraq dediyinə inandırmaq qabiliyyətini göstərir. Aparıcı
verdiyi informasiyanı daxilən duymalı, ona müvafiq münasibə
ti biçimləndirməklə seyrçidə əhval yaratmalı, həmçinin izləmə
yə həvəs, istək biçimləndirməlidir. “D” Kanalında “aparıcınının
cümlələrinin əksəriyyəti şou xarakterlidir. Hətta dövlət rəsmiləri
və onların fəaliyyətləri haqqında informasiyalarda da aparıcı eyni
tərzi saxlayır” (35, səh. 6) fikri, əslində, dünyada artıq çoxdan öz
tətbiqini tapan və informasiyanın əyləncəli təqdimatı yolu ilə ma
raq yaratmaq məqsədinə xidmət edən infoteynmentin mövcud
luğunu göstərir. İnfoteynmentin aparıcıya canlı, eyni zamanda,
üzvi münasibətə girməyə imkan yaradaraq çərçivədən, vaxtı ilə
mövcud olan ciddi, sərt obrazdan çıxıb, daha çox əyləndirməyə
187
(nəzərə alsaq ki dünyanın bir çox kanallarında yaşlı xəbər aparıcı
larına yer verilir, onda infoteynment onların ifasında daha tutarlı
görünür) meyilli fəaliyyət kimi yerli xəbər məkanında da özünə al
masını istərdik. Bu baxımdan yeni quruculuğunu yaşayan “Space”
kanalı “Hər gün”ün itirilmiş çəkisini, nüfuzunu özünə qaytarmaq
üçün bu vasitədən səmərəli istifadə edərək istənilən nəticəni əldə
edə bilər.
2000ci ilin sentyabrından yayıma başlayan “Lider” kanalı infor
masiya məkanına öz dəstxətti ilə daxil olan “Səda” informasiya
buraxılışı ilə tamaşaçı marağına səbəb olmağa başladı. Texniki
təchizat baxımından müasir avadanlıqlarla zəngin “Səda” hadisə
yerlərindən canlı bağlantılar etmək imkanı ilə digər kanalların
xəbər buraxılışlarını üstələyir, həmçinin yarandığı gündən bütün
ölkəyə keyfiyyətli təsvirlə yayımlanan “Lider”in xəbər xidməti
ölkənin müxtəlif yerlərində baş verən hadisələri də işıqlandırmaq
la, əslində, ANSin yaratdığı təcrübəni davam etdirmiş oldu.
“Səda”nın yaradıcı işinə nəzər yetirərkən bir məsələni xüsusi
qeyd etməliyik ki, dörd illik efir tarixində özünün bədiiestetik
tərəflərində, dizaynında yeniləşməyə yer ayırmayan proqram
tamaşaçıda, əslində, göz yorğunluğu yaratmış olur. Texniki
cəhətdən kamil “Lider” kanalında dizayn işinin digərlərindən üs
tün olduğunu, dizayn yaradıcı qrupunun yenilikçi fəaliyyətini, te
leviziyada arakəsmələrin xüsusi zövqlə hazırlanmasını, həmçinin
məzmun və forma etibarı ilə Azərbaycan tarixinə, mədəniyyətinə
uyğun, onun minillik yaddaşından süzülüb gələn naxışlar
dan istifadə etməklə zənginləşdiyini, bu işlərə görə 2002ci il II
Beynəlxalq Audiovizual Festivalda “Ən yaxşı kompyuter qrafi
kası” nominasiyasını qazandığı və digər uğurlarını nəzərə alaraq,
son vaxtlarda proqramın dizaynında yaranmış solğunluğu, primi
tivliyi tənqid etmək gərəkdir. Bu hal proqram yaradıcılarının öz
işlərinə qeyriyaradıcı münasibətinin nəticəsi kimi təzahür olu
nur. Proqramın bədii tərtibat işi, onun dizaynı kifayət qədər ciddi,
yaradıcı münasibət tələb edən iş kimi onun uğurlu görüntüsünə
xidmət edir. Görüntünün estetik cəhətdən kamil, zövqlü olması
yalnız proqramın baxımlılığını artıra bilər, əksinə gedən prosesdə
tamaşaçının estetik qavramasına heç bir zövqverici elementlə daxil
olmayan görüntünün daxil olması, hesab edirik ki, ciddi nöqsan
kimi önə çıxır. Başlıqda olan qrafik həllin solğunluğu, primitivliyi
artıq tamaşaçını xəbərə, proqrama yükləmək imkanından məhrum
edən amildir. Doğrudur, başlıqla proqramın studiya dizaynında
bir həmahənglik, harmoniya duyulsa da, formaca bəsit olması la
188
zımi effektin alınmasına imkan vermir. Göy rəngin dominantlıq
etdiyi studiyada nöqtələrlə verilən dünya xəritəsinin konturla
rından ibarət arxa fon aparıcıya kifayət qədər yaxın qoyulmaqla
lazım olan dərinliyin alınmasına imkan vermir. Ekranda cansıxı
cı bir əhvalın yaranmasında istər tünd, soyuq rəngin dominant
lığı, istərsə də duyulan darısqallıq, həmçinin kameranın yalnız
bir planda və rakursda durması öz mənfi rolunu oynayır. Verilən
təsvir tamaşaçı üçün, əslində, bir məngənə əhvalı yaradır və apa
rıcının bu məngənədə danışması kifayət qədər yorucu, usandırıcı
mənzərəni canlandırmış olur. Xəbərin kifayət qədər rəsmi, templi
olduğu bir vaxtda studiyanın bədii sərbəstliklə, həmçinin tempin
yaranmasına şərait verən bir dizaynda verilməsi daha doğru iş
olardı. Hesab edirik ki, “Səda” deyilən qüsurların aradan qaldırıl
ması işində daha səmərəli fəaliyyət göstərməlidir.
“Səda”da aparıcı mövzusuna toxunarkən deməliyik ki, bura
da da müstəqil düşüncəli aparıcılıqdan daha çox, diktoraparıcı
simbiozundan danışmaq mümkündür. Biz yuxarıda xəbər aparı
cısının şəxsiyyət məsələsinə, onun televiziya ifadə vasitələrindən
istifadə etməsinə toxunmuşduq, burada yalnız onu qeyd edək
ki, “Səda”nın aparıcı seçimi kifayət qədər uğurlu və perspektiv
lidir və biz inanırıq ki, bir müddət sonra məhz bu aparıcıların
kamilləşməsi ilə ekranda daha müstəqil fikrə, hökmə sahib olan,
tamaşaçı inamı, etibarı qazanmış aparıcını görmək imkanı olacaq
“Səda”nın süjet və reportajlarından danışarkən bunu qeyd
etməliyik ki, görüntü plastikası məsələsi digər kanalların xəbər bu
raxılışları ilə müqayisədə daha peşəkar səviyyədə qurulub. Burada
istər maraqlı operator işinin olması, istərsə də montaj prosesində
kadrların seçilməsindəki yaradıcı yanaşma, rejissor işinin dəqiq ol
ması, ifadəlilik süjetləri daha baxımlı və yaddaqalan edir. Burada
nəzərə çarpan çatışmazlıq müxbir fəaliyyətinin səthi, üzdən olma
sıdır. Bir çox informasiyalar yalnız faktların ardıcıl sadalanması,
rəqəmlərin verilməsi ilə yekunlaşır. Burada jurnalist yanaşması
na, təhlilə, araşdırmaya ciddi tələbat olduğu halda, tamaşaçı tam
əksinin şahidi olur. Televiziya xəbər xidmətinin işi yalnız informa
siyanın çatdırılması ilə bitmir, burada tədqiqata, araşdırmaya da
ciddi zərurət var.
Göstərilən qüsurlarla bərabər, “Səda”nın operativ iş prinsi
pi: 2003cü il prezident seçkilərində 24 saat fasiləsiz efir vaxtı
səs vermənin gedişatı, səsvermə başa çatdıqdan sonra səslərin
hesablan ması, 16 oktyabr iğtişaşlarının operativ təqdimatı, faktla
rın göstərilməsi proqramın nüfuzunun yüksəlməsinə xidmət etmiş
189
oldu. Həmçinin ölkənin idman həyatına xüsusi diqqət ayıran proq
ramda idman xəbərlərinin daha əhatəli, maraqlı tərzdə təqdimatı
uğurlu cəhətlərdən sayıla bilər. Deyilənlərə yekun kimi “Səda”nın
peşəkar üstünlükləri ilə yanaşı, mövcud qüsurlarının da aradan
qaldırılması ilə ölkə teleməkanının informasiya cəbhəsində özünə
sarsılmaz mövqe tutmasını istərdik.
“Səda”da informasiyanın hazırlanması işində köklü də yi
şikliklərin baş verdiyini xüsusilə qeyd etməliyik. Peşəkar yana
şım, görüntünün əsas götürülməsi xəbər buraxılışının süjetlərində
aydın görünür. İnformasiyanın hazırlanmasında və təqdimatında
televiziyaçılıq prinsiplərinin əsas götürülməsi, hesab edirik ki,
“Səda”nın yaradıcı sıçrayışı kimi dəyərləndirilməlidir. 2005
ci il parlament seçkiləri öncəsi və sonrakı günlərdə operativ
xəbərvermə, müxtəlif siyasi hadisələrdən dərhal, ətraflı infor
masiyanın çatdırılması proq rama olan tamaşaçı marağını artır
dı. “Səda”nın daha bir üstün cəhəti onun sosial, mədəni, ictimai
proseslərə nüfuz edərək bu sahələri vaxtaşırı işıqlandırmasıdır ki,
bunu bir çox digər xəbər buraxılışlarında izləmək mümkün deyil.
Xüsusən də ölkənin mədəni həyatında baş verən hadisələrdən
hazırlanan süjetlər, turizm, gənclər problemləri, təhsil, mənəvi
tərbiyə işinin çatdırılması proqramın sosial əhəmiyyətini artıran
göstəricilərdir.
“Səda”nın aparıcı heyətinin hər birinin fərdi xüsusiyyətlərinin
üzə çıxması da qeyd olunmalıdır. Günay Malikqızı, Günay Nov
ruzqızı, Nərgiz Məmmədzadə, Mehman Mehdiyevin aparıcılıqla
rında səmimi ünsiyyətə girmək cəhdləri, seyrçini xəbər əhvalına
kök ləməklə həmsöhbətə çevirmələri xüsusi qeyd olun malıdır.
Mehman Mehdiyevin tələsik nitqi onun jestikulyasiyası ilə uzlaş
dığından, seyrçidə mənfi emosiyanın yaranmasına imkan vermir.
Günay Novruzqızının təbəssümlü yanaşımı “xəbər şoku”nun ya
ranmasına imkan verməyərək tamaşaçını izləyiciyə çevirməklə
nəticələnir ki, bu da çağdaş xəbər aparıcılığının nəzəri və psixolo
ji aspektləri ilə məşğul olan bir çox mütəxəssislərin rəyincə daha
gərəklidir.
Ölkə teleməkanında ən cavan kanal sayılan, 2000ci ilin dekab
rından yayımlanan Azad Azərbaycan Teleradio Yayım Şirkəti
(ATV) əyləncəli proqramlar kanalı kimi bir müddət yayımlandıq
dan sonra öz efirində tədricən xəbər proqramına da yer verməyə
başladı. “Son xəbər” adı ilə gün ərzində bir dəfə axşam buraxılışı
ilə saat 20:30da efirə çıxan proqram bir müddət sonra saat 09:00
190
və 14:00da da yayımlandı. Xəbər məkanında gənc olmasına bax
mayaraq, “Son xəbər”in özünə kifayət qədər tamaşaçı auditoriyası
qazanmasını informasiyalara daha dərindən, operativ yanaşma ilə
izah etmək olar. Texniki təchizat problemi və ATV kanalının bü
tün ölkəyə yayımlanmaması proqramın efirində bölgə xəbərlərinə
az yer verilməsi ilə nəticələnsə də, ölkədaxili və xarici xəbərlər
mükəmməl tərzdə işıqlandırılır. Tərtibat və dizayn işi xüsusi ya
radıcı yeniliklərlə seçilməsə də, tapılan başlığın maraq doğurma
sı tamaşaçının proqram öncəsi xəbərə köklənməsinə xidmət edir.
Studiya tərtibatında dərinliyin olmaması, həmçinin fonun birton
lu, cansıxıcı olması əsas problem kimi proqram qarşısında durur.
Lakin proqramın yayım tarixinin çox olmadığını nəzərə alıb bu
məsələyə diqqət ayırmadan proqramda rejissor işinə nəzər yetirək.
“Son xəbər” proqramında da açıqaydın jurnalist montajının özü
nü əks etdirməsinin şahidi ola bilərik. Bir çox hallarda süjet təkrar
kadrlar, binaların, obyektlərin müxtəlif rakurslardan verilməsi,
şəhər planları ilə doldurulan videocərgə ifadəsizliyi ilə seçilir və
yuxarıda qeyd etdiyimiz qüsurların meydana gəlməsi ilə süjetlərin
təsvir solğunluğuna səbəb olur. 2 yanvar 2004cü ildə efirə getmiş
“Barmekin xalqımızı təhqir etməsinə Millət vəkillərinin etirazı”
süjetində Milli Məclisin deputatı haqqında danışıb, parlament
binasının, bina üzərindəki yazının verilməsi (K. Həsənovun sü
jeti), 10 yanvar buraxılışında Bakı şəhər İcra Hakimiyyətinin
fəaliyyətinə həsr olunmuş süjetdə həmin günlərdə baş verən
hadisədən danışarkən təsvirdə yay aylarını göstərməsi kimi ol
duqca ciddi problemlər proqramın yaradıcı işini zəiflətmiş olur.
Ötən müddət ərzində xəbər heyətinin peşəkarlaşması nəzərə çarp
sa da, müxtəlif qüsurların, yolverilməz nöqsanların efirə çıxması
hallarına rast gəlinir. “Son xəbər”in 6 oktyabr 2006cı il buraxılı
şında qaçqınların evlərə köçürülməsi ilə bağlı süjetdə məcburi
köçkünlərin qaçqın adlandırılması, süjetin birtərəfli olaraq Qaç
qınlar və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin məsul
şəxsinin müsahibəsi üzərində qurulması, müxbir Jalə Əsgərovanın
narkomaniyaya qarşı mübarizə ilə bağlı süjetində yalnız bir mü
sahibin dediklərinin təkrarlanması hesabına informasiya verilməsi
xəbərçilik xüsusiyyətini dağıtmış, proqramın marağını azaltmış
olur. Fındığın tərkibi ilə bağlı 10 oktyabr 2006cı ildə getmiş süjetdə
hadisənin tarixçəsi, nə baş verdiyi, harada və kim tərəfindən
müəyyən olunmasına toxunmadan Kənd Təsərrüfatı nazirinin
müsahibəsi əsasında biçimsiz, struktura ma lik olmayan informa
191
siya çatdırılması, 11 oktyabrda Rumıniya prezidentinin Bakı səfəri
ilə bağlı reportajda müəllif Etibar Məmmədovun ifadəsiz, hadisə
ilə yalnız arxada görünməz vəziyyətdə dalğalanan bayraqla bağlı
olan “stendap”ı və Azərbaycan bayrağında olan göy rənglə Rumı
niya bayrağındakı göy rəngin eyni məzmun daşıması – qərbçiliyi,
demokratiyanı ifadə etməsi kimi olduqca səhv qənaət, ölkə sim
vollarının mənasından xəbərsizliyi tənqid olun malı məqamlar
kimi üzə çıxır. İnformasiya proqramının mə lumatlandırıcı olduğu
nu nəzərə alaraq, bu cür qüsurların mənfi hal kimi təzahür edərək
daşımalı olduğu yükün öhdəsindən gələ bil məməsi təəssüratını
yaradır.
Lakin deyilənlərə baxmayaraq, “Son xəbər” özünün məlumat
genişliyi, informasiya əhatəliliyi, məzmunlu yanaşma ilə seçilən
süjetlərilə efirə çıxdığından, getdikcə daha çox seyrçini öz ətrafına
toplaya bilib. Jurnalistlərin durmadan öz üzərlərində işləmələri,
onların yanaşım tərzlərində duyulan yaradıcı axtarışlar, araş
dırmaya meyil, səmimi ünsiyyətcillik baxımlı süjetlərin mey
dana çıxmasına imkan verir. “Son xəbər”in 20 oktyabr 2006cı il
bura xılışında “O olmasın, bu olsun” tamaşasının ictimai baxışı
və “Energetiklər günü”nün qeyd olunması haqqında süjetlərin
olduqca fərqli bir tərzdə qurulması diqqəti çəkdi. Müəllif Cey
hun Əli “O olmasın, bu olsun” komediyasının yenidən səhnəyə
çıxmasının bu günlə bağlılığını əsas problem kimi ortaya qoya
raq, onu qəhrəmanlarla müsahibə şəklində həll etməyə çalış
mışdır. Ceyhun Səfərov isə energetiklərin bayramını bir insan
taleyi ilə bağlayaraq, özünə veteran energetik Marlen Əsgərovu
qəhrəman seçib səmimi ünsiyyəti, söhbəti ilə seçilərək, bayramın
o insanın çoxillik əməyinə verilən qiymət kimi sevinc yaratmasını
əsaslandıra bilmişdir. Əslində, burada müəllif qəhrəmanın ömür
yolunu, fəaliyyətini və həmin gün çox sevinməsini önə çıxarmaqla,
seyrçidə bayramın mahiyyəti barədə təəssüratın yaranmasına çalı
şır, bayram o qəhrəman kimi seyrçiyə daha da yaxın olur. Müxbir
informasiyasını çatdırmaqla bərabər maraqlı məqamları üzə çı
xartmaqla, qəhrəman taparaq onu izləməklə, əslində, hadisəlilik
prinsipinə sədaqətini, yanaşım tərzində yaradıcı münasibətin ol
duğunu sübut etdi. 23 oktyabr 2006cı ildə binaların rənglənməsi
ilə bağlı süjetdə müxbir gerçəkliyi əyani göstərərək, vətəndaşların
bu barədə rəylərini verməklə kifayətlənməyərək, binanı rəngləyən
rəngsazı dindirir, onun hansı əziyyətlə və nə qədər müddət bu işi
gördüyünü çatdırmaqla problemə bu baxışdan da yanaşmanı orta
192
ya qoymuş olur. Doğrudur, burada səbəbkar – binanın bu rəngdə
olmasına qərar verən şəxs tapılmadığından, dramaturgiya tamam
lanmır, sanki, həll olunmamış qalır. Ancaq rəngsaz və onun binanı
yenidən, təkrar rəngləyəcəyini qabartması olduqca maraqlı yana
şımdır. “Stendap”larında müxbir seyrçiyə tam mənzərəni çatdır
mağa çalışaraq, əli ilə rəngli binaları göstərərək danışması hesab
edirik ki, maraqlı və eyni zamanda, məlumatverici mahiyyət daşı
yaraq onun infoteynmentin prinsiplərinə uyğun təqdim olunması
na nail ola bilir.
Elə həmin buraxılışda bazarda qiymətlərin qalxması ilə bağ
lı süjetdə müxbir Vaqif Həsənovun Azərbaycan Respublikası
nın Prezidentinin müşavirədə söylədikləri ilə qiymətlərin baha
laşmasından əziyyət çəkən insanlar arasında paralel apararaq
“qiymət qaldıranları” dindirməsi, problemi hərtərəfli çatdırma
ğa nail olması maraqlı iş hesab edilməlidir. Bazar rəhbərliyi ilə
müsahibədə süjetdə qaldırılan problem, sanki, tamlıqla açılır və
dramaturji bitkinlik əldə olunur. Əsas problemin nə satıcıda, nə
də bazar məmurunda olduğu, yaranmış inhisarın nəticəsində belə
vəziyyətin üzə çıxmasının bəlli olması ilə hesab edirik ki, müəllif
axtardığı gerçəyi müsahibələr, onların nəticəsi əsasında verdi
yi təhlillə taparaq seyrçiyə təqdim edə bilmişdir. Bütün bunlar
informasiya proqramının kamilliyindən, yaradıcı münasibətin
dərinliyindən xəbər verən olduqca sevindirici hal kimi qeyd olun
malıdır. Bu cür hərtərəfli yanaşma, mövqelərin verilməsi, dra
maturji bitkinliyə sədaqət seyrçini də maraqlandırır və nəticədə
reytinqlərdə “Son xəbər” tutarlı yerlərdə durur. Bunu reklam blo
kunda reklamların çoxluğu nəticəsində proqramın öz vaxtından
bir neçə dəqiqə gec başa çatması da sübut edir.
“Son xəbər”də, həmçinin operator işinin kifayət qədər qüsur
lu olmasını da izləmək olar: təsvirin əsməsi, ifadəsiz rakursların
seçilməsi, haqqında danışılan xəbərin baş verdiyi məkanı qeyri
dəqiq təsvir etmə operatorların öz işlərinə qeyriyaradıcı yanaşdıq
larını göstərən amillərdir. Cəsarətlə deyilməlidir ki, televiziyanın
ifadə vasitəsi kimi başlıca yer tutan görüntünün aşağı keyfiyyətdə
və operator işinə zidd şəkildə olması yolverilməzdir. Bu təkcə
süjetin gücünü zəiflətməklə onu yorucu və qeyripeşəkar etmir,
həmçinin proqramın ümumi işinə təsir etmiş olur.
“Son xəbər” aparıcılarının öz davranışları, sərbəstlikləri ilə
seçilmələri hadisənin şahidi, nəql edəni kimi çıxış etmələri
xüsusilə qeyd edilməlidir. Özünün jurnalistika prinsiplərinə
sədaqəti, görüntülülüyün ifadəli təqdimatı ilə seçilən proqramın
193
aparıcı heyətinin də həmçinin çağdaş teleməkanda rəqibsiz oldu
ğunu cəsarətlə qeyd etmək olar. Fərdi xüsusiyyətlərini qorumaqla
onlar proqram prinsiplərinə, yaradıcı dəstxəttinə sədaqətli olaraq
ona canlılıq, məhrəmlik gətirirlər. Xəbər buraxılışının aparıcıları
tamaşaçı duyumunu, hadisəyə, xəbərə olan maraq dərəcəsini düz
gün qiymətləndirərək bəziləri barədə ətraflı şərh verirlərsə, digər,
gözlənilən xəbərin təqdimatında qısaca girişlə kifayətlənirlər ki,
bu da peşəkarlıq nümunəsidir. Hər bir aparıcı özünün “sifətini”
yaratmaqla digərindən seçilə bilir ki, bu da informasiya proqra
mında “kim dedi” prinsipinin yerinə yetirilməsinə xidmət edir.
“Son xəbər” aparıcılarının hər biri buraxılışın deyil, özlərinin adın
dan danışmaqla, psixoloji baryeri qıraraq uğurlu ünsiyyəti qura
bilirlər. Onların üslub cəhətlərinə malik olmaları televiziya qarşı
lıqlı təsir prosesində kommunikativ atmosfer yaratmaqla, tamaşa
çıya xəbər verənin obrazını qavrama strukturunu qurmağa imkan
verir. Bu obraz, əslində, söylənilən xəbərə inamı, etibarı yaradır
ki bu, kommunikasiya işində ən əsas şərtlərdəndir. Aparıcılarda
kı çevik, parlaq, fərdi, plastik və ifadəlilik seyrçidə onların sub
yektiv, fərdi fikir söylədiyi hissini yaradır ki, bu da ekranda mətni
əzbərləmiş robot yox, məhz insanın olduğu təəssüratını yaradır ki,
bu inamı gücləndirməklə bərabər, canlılıq da gətirir. Məhz bu cür
yanaşma tərzi proqramı baxımlı, aparıcıları isə sevilən edir. Seyr
çi ekranda olan xəbər çatdırana doğma adam kimi yanaşır, onun
sözünə, rəyinə qulaq asır, onun jestlərinə, mimikasına diqqət yeti
rir və göstəriləcək reportajı diqqətlə izləməklə, öz rəyini çıxararaq
onu aparıcının əhvalı ilə müqayisə etməyə cəhd edir. Xəbər sıxlı
ğı bu ətrafda çox düşünməyə imkan vermədiyindən, seyrçi apa
rıcının əhvalı ilə qeydşərtsiz razılaşaraq (əgər ikrah, qəzəb hissi
doğurmursa) növbəti xəbərin sorağını gözləyir. Məhz bu qavrama
mərhələsi ani çəkən, lakin əhəmiyyəti böyük olan bir şərtdir ki, bu
zaman qalib çıxan aparıcı seyrçinin sevimlisinə çevrilə bilir. “Son
xəbər” aparıcılarının hər biri özünəməxsusluqla buna nail ola bilir:
Samirə Mustafayevanın təbəssümlü, oynaq, enerjili münasibəti,
dəyişkən jestləri, incəliyi, hətta bir qədər yerində, ölçüsündə olan
şıltaqlığı, düzgün nitqinə bir qədər özünəməxsusluq gətirən xırda
dil qüsuru; Namiq Əliyevin ciddiliyi, bir qədər ironik yanaşımı,
sərbəst jestləri, məqsədyönlülüyü; Vaqif Aydınoğlunun qurulu
ğu, sərtliklə təbəssümün vəhdətini qurma, mimikası ilə ünsiyyətə
girmək qabiliyyəti; Ceyhun Səfərovun daxili artistizmi, əminliyi,
qulağa pıçıldayırmış kimi üzünü bir tərəfə çevirərək danışmağı
194
ünsiyyətin qurulmasına xidmət edən, seyrçidə xoş təəssüratlar,
inam hissi yaradan cəhətlər kimi özünü göstərir.
Azərbaycan teleməkanında informasiya proqramları içərisində
əcnəbi dillərdə: rus dilində “Gün” (AzTV), “Xəbərçi” (ANS), in
gilis dilində “Xəbərlər” (AzTV), “Səda” (“Lider”) xəbər verilişləri
ölkə daxilində fəaliyyətdə olan, yaşayan əcnəbilər və peyk yayı
mı ilə bu verilişlərə baxanlar üçün nəzərdə tutulmuşdur. Lakin
hesab edirik ki, bu hala başqa ölkələrdə rast gəlinmədiyindən,
əcnəbi dildə xəbərlərin verilməsinə böyük zərurət duyulmur.
Azərbaycanda yaşayan və fəaliyyət göstərən digər millətlərin
nümayəndələri də dövlət dilinə sayğı ilə yanaşmalı və televiziya
vasitəsilə xəbərləri dövlət dilində almağa alışmalıdırlar.
İnformasiya proqramları arasında həftənin xəbər yekununa həsr
olunmuş və bazar günləri efirə çıxan verilişləri də qeyd etmək la
zımdır. Bu cür proqramlar informasiya yayımını təşkil etsələr də,
analitik proqram sayıldığından, burada televiziyanın digər funksi
yalarına aid əlamətlər görmək olar.
Azərbaycan teleməkanında informasiya funksiyasının təcəs sü
münü təhlil edərkən, bu sahədə xeyli işlərin görüldüyünü gös
tərməklə yanaşı, kifayət qədər ciddi problemlərin, öz yaradıcı
fəaliyyətlərində nöqsanların olduğunu da qeyd etdik. Televizi
yanın tədrici inkişafının bu qüsurların aradan qaldırılmasına və
informasiya yayımı qədər əhəmiyyətli bir fəaliyyətin keyfiyyət
dəyişiminə səbəb olacağına əminliyimizi bildiririk. Bu, kifayət
qədər vacib, əhəmiyyətli və taleyüklü məsələdir. İnformasiya
əhalinin yaşamında müstəsna rol oynamaqla, onun xəbəralma
mənbəyidir və bu mənbənin etibarlı, dəqiq, qərəzsiz, peşəkar,
keyfiyyətli, səviyyəli, yaradıcı cəhətdən kamil, peşə fəaliyyətinin
prinsiplərinə uyğun tərzdə olması günün reallığıdır. Bu reallıq
dan uzaqlaşma xəbər məkanının boşalmasına, kanalın etibarı
itirməsinə və tamaşaçının informasiya mənbələri başqa yerlərdə
axtarmasına səbəb ola bilər.
Dostları ilə paylaş: |