III FƏSİL
3.1
İnformasiya
proqramlarının
xüsusiyyəti
158
rak edən televiziyada verilən xəbərlər fərdlərin, ayrıayrı qrupla
rın təsəvvürünü biçimləndirməklə bərabər, onların həyat tərzini
müəyyən edir və dünyagörüşünün zənginləşməsində iştirak edir.
Televiziya kanallarının çoxluğu və rəqabət meydanında informa
siya proqramlarının sayının həddən artıq olduğu bir vaxtda seyrçi
baxacağını seçmək imkanı qazanır. Bu zaman xəbərlərin hansı me
yarlarla seçilməsi məsələsi gündəmə gəlir ki, bu da televiziyanın
ictimai şüurda yerini və reytinqini müəyyən edir. Q. Lassuellanın
düsturuna əsasən hansı telekanalın xəbərlər buraxılışının rəğbətlə
qarşılanacağını təyin etmək olar. “Kim dedi? nə? hansı kanalla?
ki mə? hansı effektlə?” düsturu xəbərin fərd və ya sosial qrup
tərəfindən qəbul olunmasının dərəcəsini müəyyənləşdirməyə im
kan verir. “Kim dedi?” xəbəri verən mənbənin mötəbərliyi və söy
ləyən jurnalistin cəmiyyətdə yeri; “nə dedi?” məlumatın özü və
onun mümkün açılışı, deyiliş tərzi; “hansı kanalla?” xəbəri verən
kanalın cəmiyyətdə qazandığı etibar, inam və onun cəmiyyətdəki
yeri əsasında ölçülür; “kimə dedi?” informasiyanın onu alacaq və
onun əsasında rəy yaradacaq qruplardan hansına ünvanlanma
sı nəzərdə tutulur (burada informasiya istehlakçılarının üç növü
nəzərdə tutulur); “hansı effektlə?” informasiyanın ünvanlandığı
sosial qrupun qavrama və bunun əsasında rəyyaratma səviyyəsinə
təsir nəzərdə tutulur (intellektual cəhətdən daha çox inkişaf etmiş
insana təsir etmək cəhdi digərlərinə baxdıqda çətindir və s.). Tama
şaçı xəbərlər proqramını seçdikdə bu düstur əsasında hərəkət edir.
Xəbərin etibarlılığı, qərəzsizliyi telekanalın indiyədək cəmiyyətdə
qazandığı nüfuzdan irəli gəlir. İnam və etibar faktoru ilə yanaşı,
xəbərlər proqramının seçimində operativlik və əhatəlilik də mü
hüm yer tutur. Video məlumatı daha çevik verən xəbərlər buraxı
lışı digərlərini geridə qoyaraq, reytinqdə birincilik qazanacaq. Bu,
xüsusi, fövqəladə ha disələr vaxtı özünü göstərən amildir.
Gündəlik həyatda heç də hər gün belə hadisələr baş vermir və
bu günlərdə tamaşaçının xəbəralma ehtiyacının mövcudluğu
onun kanallara baş vuraraq özünə maraqlı gələni seçməsilə başa
çatır. “Telejurnalistlər buna alışmalıdırlar ki, xəbərlərin özü də
təkcə rəqabətə davamlı keyfiyyətlər tələb edən səviyyədə olmayıb
(yeniliyi, operativliyi, orijinallığı və s. olan), həm də əlvan “bağla
malı”, “yarlıqlı” reklama aid biçim əlamətləri olan əmtəədir” (437,
səh. 144). Burada telekanalların xəbərlər buraxılışlarının yaradıcı
təqdimatından bəhs edilir ki, bu da əslində kifayət qədər böyük
zəhmət tələb edib, bir neçə sənətin birgə fəaliyyəti nəticəsində
meydana gəlir. Yalnız informasiya cəhətdən zəngin və sıralanması
159
düzgün qurulan, eyni zamanda, bədiiestetik cəhətdən tamaşaçı
nın zövqünü oxşayacaq bir tərzdə təqdim olunan, görüntü plasti
kasının əlvanlğı və gözəlliyi, montaj işinin yaradıcı, eyni zamanda,
yerində olması, keçidlərin, arakəsmələrin bədiiestetik yükü, apa
rıcının televiziyanın ifadə vasitələrindən məharətlə istifadə edərək
nitq əlvanlığı, gözəllik yaradan, diqqəti cəlb edən səsin ifadəliliyi,
xoş avaz və etibarlılıq, inam gətirən: istər bədiiestetik, istərsə
də tempodinamika gətirən komponentlərin fəal iştirak etməsi
xəbərlər buraxılışını digərlərindən fərqləndirər, proqram tamaşaçı
inamını, rəğbətini qazanmaqla sosial həyatda və hər bir insanın
məişətində özünün yeri və yükü ilə fəal çıxış edə bilər. Xəbərlər
buraxılışı özünün sosial əhəmiyyəti və siyasiictimai mahiyyəti
ilə bütün digər proqramlardan fərqləndiyindən, ona münasibət
də fərqli müstəvidə qurulur. Burada jurnalist fəaliyyətində olan
siyasisosial məsuliyyət anlayışı ilə bütövlükdə xəbərləri hazır
layan qrupun mənəvi məsuliyyəti üzvi bir tərzdə bütöv bağlan
malıdır. Xəbərlərdə səslənən hər fikrin, göstərilən təsvirin böyük
çəkisi və cəmiyyətin sosialsiyasi həyatında başlıca rolu olduğu
üçün deyilən fikir müxtəlif kataklizmlərə, çaxnaşmalara, kütləvi
psixoza və xaosa yaxud da fərdlərin nikbin əhvala köklənməsinə
şərait yarada bilər.
Buradan belə bir nəticə çıxır ki, televiziyanın informasiya funk
siyasının cəmiyyətdə əhəmiyyətli yeri və informasiya proqramla
rının televiziyanın həyatında aparıcı mövqeyi sosial qrupların və
fərdlərin davranışını, siyasi təfəkkürünü müəyyən etməkdə aparı
cı rol oynadığından, burada yaradıcı məsuliyyət və bədii cəhətdən
təqdimetmə, sənətkarlıq məsələləri başlıca yeri alır, verilişin
reytinqdə yüksək pillədə durmasını təmin edir. Bu, xəbərlər proq
ramlarının yaradıcı heyətinin fəaliyyətində mövcud konsepsiya
əsasında yaradıcı fəndlərin, yeniliklərin, axtarışların tətbiqindən
başlamış, ən adi peşəkarlıq tələblərinin icrası, televiziya yara
dıcılıq qaydalarına əməl olunmasına qədər böyük yolu özündə
cəmləşdirir.
İnformasiyanın məzmun etibarı ilə hansı sahəni əhatə
etməsindən asılı olmayaraq, onun ötürülməsində etibarı və ta
maşaçı inamını qazanmaq üçün rəsmilik vacib olduğu qədər, bu
rəsmiliyi yumşaldan və onun bədii rəngarəngliyini təmin edən
cəhətlər də əhəmiyyətlidir. Bir çox hallarda jurnalistlər öz peşə
fəaliyyətlərinə aludə olub, xəbərin məzmunu və etibarlılığını çat
dırmaqla işlərini bitmiş sanırlar. Lakin televiziya audiovizual in
formasiyanı yetirir və burada başlıca faktor olan görüntünü, onun
160
düzgün, bədii cəhətdən əsaslandırılmış, peşəkar tələblərə uyğun
şəkildə çatdırılması böyük əhəmiyyət kəsb edir. ANSin “Xəbərçi”
proqramında Vergilər Nazirliyinin vergi tariflərini endirməsi ilə
bağlı süjetdə müxbir aramsız olaraq vergi tariflərini, onların faiz
və rəqəmlə nisbətini, azalmanı və s. ni tamaşaçıya çatdırmağa ça
lışır. Görüntüdə isə Vergilər Nazirliyinin binası fasaddan, yandan,
sonra Nazirliyin ad lövhələri, pulsayan maşın və bir də nazirlik
binası önündə olan bağ təsvirləri dönədönə, süjet boyunca müx
birin kadrarxası mətni başa çatana qədər verildi. Xəbərin vizual
həlli tapılmadığından həmin anda televizor tamaşaçı üçün radio
ilə eyniləşmiş oldu və audiovizual effekt aradan qalxdı ki, bu da
televiziya kanalı üçün yolverilməzdir. Süjetdə hər deyilən infor
masiya görüntüdən çıxış etməli və ya sözü görüntü tamamlama
lıdır. Əks halda, yaranan uyğunsuzluq və ya yuxarıdakı hal kimi
uyuşmazlıq televiziya effektini dağıtmış olur. Haqqında danışılan
idarə binasının ünvan planının göstərilməsi tanışlıq və ümumi rəy
yaranması üçün olduqca lazımlı bir kadrdır, lakin heç də bütün
süjet bu kadrdan ibarət olmamalıdır.
Televiziya xəbərlərində daxil olmuş şifahi informasiyanın gö
rüntüsü olmadıqda burada arxiv materiallarından istifadə etmək
olar, bir şərtlə ki, kadrda bu materialların arxiv olduğunu göstərən
yazı qeyd olunsun. Başqa hallardainformasiyanın buraxılış
dan bir neçə dəqiqə əvvəl daxil olması və ya hər hansı bir rəsmi
xronika ilə bağlı olması vəziyyətində, onun aparıcı tərəfindən
şifahi təqdimatı yolveriləndir. Hazırda bir çox kanallarda bu
vəziyyətlərdə televiziyanın radioqəbulediciyə bənzəməməsi üçün
formalar tapılıb tətbiq olunur. Bu, studiyadakı monitorda foto
nun və ya tematikaya aid olan hər hansı bir şəklin yerləşdirilməsi,
dəyişdirilməsi ilə tempi saxlamaq, görüntülülük əlamətini qoru
maq məqsədi daşıyır. Digər analoji situasiyalarda xəbərlərdə audi
ovizuallığın biribirini tamamlamamasına çoxlu misallar gətirmək
olar, bu da problemin çağdaş Azərbaycan teleməkanında özünün
bütün ciddiliyi ilə durduğunu göstərir. Burada başlıca səbəb kimi
Azərbaycanda müstəqil televiziyaçılıq fəaliyyəti və informasiya
işinin yeni qurulması, bu sahədə peşəkarların yetərincə olmaması
çıxış edə bilər. Lakin heç bir halda bunlar televiziya üçün əsas ol
mamalı və Azərbaycan tamaşaçısına formaca bəsit xəbərlər bura
xılışının verilməsi ilə nəticələnməməlidir. Çünki hər bir telekanal
mənsubiyyətindən asılı olmayaraq, ictimai öhdəlikləri layiqincə,
peşəkarlıqla yerinə yetirməlidir.
161
3.2 Azərbaycan televiziyalarında informasiya proqramlarına tarixi
nəzər
Çağdaş Azərbaycan televiziyasında informasiya funksiyasının
təcəssüm mənzərəsinə diqqət yetirmək üçün bu işin teleməkanda
yaranma və inkişaf yoluna nəzər yetirmək lazımdır. Sovet
dönəmində Mərkəzi televiziyanın “Zaman” proqramından əvvəl
efirə çıxan yerli xəbərlər dövlət televiziyasının proqramı olduğun
dan bilavasitə partiyanın nəzarətində olmaqla, yalnız xoş həyatın
tərənnümçüsü kimi tanınırdı. Yalnız “ütülənmiş” təsərrüfat
xəbərləri, siyasi aktivlərin toplantıları və qurultay qərarlarının
icrasından danışan “Günün ekranı” xəbərlər proqramında qoyul
muş qaydalardan kənarda hər hansı bir informasiyanın getməsi,
sadəcə, mümkün deyildi. Hər şey bilavasitə mərkəzləşmiş şəkildə
tərtib olunaraq ötürülə bilərdi. Məhz bu səbəbdən “Günün ekra
nı” ictimaiyyət qarşısında etibar qazana bilməyərək, inamsızlıq
hissi yaratmışdı. Bu hal özünü 1988ci ildən başlanan Milli azad
lıq hərəkatı, Dağlıq Qarabağ hadisələri və Ermənistanın irticaçı
təcavüzü dönəmində açıq büruzə verməyə başladı. “Günün ekra
nı” xalqdan, ictimaiyyətdən uzaqlaşaraq, həqiqəti demək əvəzinə
meydana toplaşanları ekstremist adlandıraraq Ermənistan
Azərbaycan dostluğunu tərənnüm edirdi. Reallıqla ekranda
deyilənin səsləşməməsi insanları hə qi qətin deyildiyi yeganə yerə
– meydana aparırdı.
“Günün ekranı” xəbərlər buraxılışı adlansa da, mahiyyətcə ondan
uzaq idi. “Sov. İKP MK Siyasi bürosu”nda, “Sosialist yarışmasının
gündəliyi”, “Qurultay şərəfinə”, “Elmitexniki tə rəqqi yolu ilə”,
“Respublikanın tarlalarında”, “Ərzaq proqramı ümumxalq işidir”,
“Ədəbiyyat, incəsənət, mədəniyyət..” ad lanan rubrikaların adından
artıq mahiyyət bəlli olur və burada normal xəbərvermə sənətindən,
informasiya funksiyasından danışmaq artıqdır. Çünki “Azərbaycan
televiziyası nın “Günün ekranı” redaksiyasında çalışan jurnalistlər
partiyanın….göstərişlərini heç zaman unutmurlar” (52, səh. 31).
Cəmiyyətdə demokratik dəyişikliklər prosesi başlandığı halda,
Azərbaycan televiziyası bu prosesdən tam uzaqda durmaqla möv
cud reallığı işıqlandırmaq, cəmiyyəti baş verənlərlə informasiya
laşdırmaq əvəzinə, partiya qaydalarına uyğun təbliğatçı rolunu
oynamaqda davam edirdi. “İnformasiya xidmətinin başlıca qay
ğısı nə obyektivlik, nə də dolğun işıqlandırma deyildi, “ideolo
ji təmkinlilik”, televiziya informasiya vasitəsilə günün yaradılan
mənzərəsinin partiya və dövlət rəhbərlərinin irəli sürdüyü meyar
162
lara uyğun olması idi; ekranda həyat gerçəkdə olduğu kimi deyil, Si
yasi Büronun və baş katibin görmək istədiyi kimi idi” (437, səh. 145).
İstər 19881989cu illərdə, istərsə də 1990cı ilin 20 yanvar ha
disələrinə qədərki dövrdə televiziya demokratikləşməni yaxına
buraxmayaraq, inzibati amirlik sisteminin qaydalarından kənara
çıxmadan efir vasitəsilə gerçəyi – Bakı küçələrində baş verənləri
çatdırmaq əvəzinə uydurulmuş sosializm mifinin təbliğatı ilə
məşğul olurdu.
1990cı ilin 19 yanvar axşamı saat 19.30da Dövlət Televiziyasının
enerji blokunun partladılması ilə cəmiyyət bütövlükdə informasi
yadan təcrid vəziyyətində qaldı və həmin gecə Sovet ordusunun
xalqımıza qarşı törətdiyi cinayətin başlanğıcı oldu.
Azərbaycan televiziyası işini bərpa etdikdən sonra da infor ma
siya vermək funksiyasını birdəfəlik unudaraq təbliğatçı və zi fəsini
icra edirdi ki, bu da “Günün ekranı” proqramının seyr çidə inam
sızlıq sindromu yaratmasına səbəb olurdu. Cə miy yətdə birmənalı
şəkildə televiziyanın həqiqəti gizlətməsi və re allığın tamam fərqli
olması rəyi yaranırdı ki, bu da televiziya nın öz ictimai vəzifələrinin
öhdəsindən gəlməməsi demək idi.
25 noyabr 1991ci il tarixində dövlət televiziyasının efirində “Xə
bərçi” proqramı göründü. Azərbaycan Nyu Servis ANSin təq dim
etdiyi xəbərlər buraxılışı teleməkanda yeniləşmənin bi rinci və ən
böyük addımı idi. İstər adında olan orijinallıq, yenilik və başlıca
sı cəsarət, istərsə də tamam yeni və Azərbaycan tamaşaçısı üçün
yad olan görüntü estetikası, danışıq tərzi sonrakı dövr televiziyada
xəbərvermə mədəniyyətinin başlanğıcı kimi dəyərləndirilməlidir.
Bu, televiziya məkanında bir hadisə idi.
İlk dəfə efirə iki diktor əvəzinə bir aparıcının çıxması, öncədən
yazılaraq redaktə və senzura olunmuş mətn əvəzinə, canlı və
bə dahətən deyilən nitq, verilən xəbərlərin reallığa yaxınlığı,
qərəzsizliyi və ən başlıcası tərəfsizliyi tamaşaçıda yeni bir hiss ya
ratmış oldu. Məhz bu tarix ölkəmizdə azad informasi ya buraxılışı
nın efirə çıxdığı gün kimi qeyd olunmalıdır.
Müstəqil telekanalların yaranması və onların efirində xəbərlər
xidmətinin başlıca yer alması informasiyavermə işinin ölkə te
leməkanında özünə yer alaraq kamilləşməsinə təkan verdi. Kanallar
arasında rəqabət, yeni kadrların cəlb olunması və dünya televiziya
larında gedən yenilikçilik axtarışlarının tətbiqi, operativlik, çevik
lik kimi peşəkar tələblərin mənimsənilməsi prosesi Azərbaycan
teleməkanında informasiya funksiyasının təcəssümünü effektiv
edir və onu informasiya qanunlarına yaxınlaşdırırdı. Artıq normal
163
xəbərvermə mədəniyyəti və onun peşəkar problemlərindən danış
maq, mövcud qüsurları qeyd etmək, yaradıcılıq fəallığını çözərək
elmi araşdırma aparmaq mümkün və lazımlı oldu.
Rus televiziya nəzəriyyəçisi R. Boretskinin hər bir xəbərin, in
formasiyanın dörd tələbi yerinə yetirməsi barədə irəli sürdüyü
fikirdə birinci yeri düzgünlük, ikinci yeri yenilikçilik, üçüncü yeri
əhatəlilik, dördüncü yeri aktuallıq tutur (121). Bu tələblər və on
ların sıralanma ardıcıllığı verilən məlumatın yükünü artıraraq
informasiya funksiyasının yerinə yetirilməsini daha effektiv edir.
Məhz bu qaydalara əməl edən xəbər efirə çıxmalı və tamaşaçıya
çatdırılmalıdır.
Evert Denisin “Massmediaya dair söhbətlər” kitabında xəbər
lərin təyin olunmasında irəli sürdüyü meyarlar xəbərvermə işində
olduqca vacibdir. Onun fikrincə informasiyada bu cəhətlərdən biri
olmalıdır: konfliktlilik – yəni informasiya gərginlik və təəccüb
yaratmalıdır; fəlakət – məğlubiyyət, dağıntı; hər hansı bir va
cib hadisənin inkişaf – qələbə, nailiyyət; hər hansı bir hadisənin
nəticələri – onun cəmiyyətə təsir dərəcəsi; məşhur adam –
həyatındakı hadisə ümumi maraq yaradacaq insan haqqında
xəbər; yenilikçilik – nə isə qeyriadi, hətta fövqəladə; güclü insan
marağı – qabarıq emosional fon; ərazi yaxınlığı – yerli problemlər.
Azərbaycan teleməkanında mövcud olan informasiya proqram
larını təhlil edincə, onların bir çoxunun bu meyarlara əməl etdiyi
nin şahidi olacağıq, lakin bir çox hallarda bu meyarların arxa plana
keçirilməsi informasiya proqramlarını maraqsız və baxımsız edir,
onun digərləri ilə rəqabətdə geri qalmasına gətirib çıxarır ki, bu da
kanalın ümumi reytinqinə mənfi təsir edir.
Azərbaycan Dövlət Televiziyası (AzTV) xəbərlər xidmətinin
tamam başqa və daha çox, köhnə sovet kütləvi informasiya və
təbliğat vasitələrinin qarşısında qoyulan iş prinsipi və metodu
ilə iş ləməkdə davam etməsi rəsmi kanalın “Xəbərlər” proqramı
nın rey tinqini aşağı salırdı ki, nəticədə tamaşaçılar digər xəbərlər
buraxılışlarına üstünlük verirdilər. Digər ölkələrin dövlət televi
ziyaları təcrübəsinə baxdıqda (Rusiya – RTR, Türkiyə – TRT, Bri
taniya – BBC, İtaliya – RAİ və s.) “Xəbərlər” proqramının qüsurlu
cəhətlərini aydınlıqla sezmək olar. Lakin kommersiya kanalların
da yeni meyarlarla iş prinsipinin qurulması ləng də olsa, aparılır.
İnformasiya proqramları mövzu və coğrafi genişliklə, hadisənin
operativ işıqlandırılması, əhatəli informasiya, süjet və reportajla
rın maraqlı, orijinal olması, videomaterialın verilməsində yenilik
çiliyin, bədii həllin olması və onun təkrarsızlığı ilə yüksək peşəkar
164
tələblərə cavab verə bilər. İnformasiya proqramını zəiflədən cə
hətlər – uzunçuluq, bədii solğunluq, görüntü azlığı, dar əhatəli
olması, həmçinin material qıtlığı, informasiyanın çoxçeşidli olma
ması, süjetlərdə sözçülük, bədii həlldə oxşarlıq kimi cəhətlərdir ki,
burada jurnalistika və informasiya siyasətinin qurulması ilə yana
şı, onun yaradıcı problemləri də vacib yer alır.
İnformasiya funksiyasını icra edən informativ verilişlərdə in
formasiya anlayışı ilə yanaşı jurnalist fəaliyyəti və yaradıcılığı
məsələsi də durur ki, bu da kifayət qədər vacib, olduqca mühüm
amildir. Jurnalistikanın prinsipləri və informasiya proqramlarının
quruluşu ilə bağlı mülahizələr jurnalistikanın araşdırma predmeti
olduğundan, bu məsələyə toxunmadan yaradıcı tərəfin araşdırma
sını aparaq.
3.3 Azərbaycan teleməkanında xəbər proqramları
Azərbaycan teleməkanında mövcud olan informasiya proqram
larını təhlil edərkən onların peşəkar tələblərə uyğun olubolma
ması məsələsi aydınlıqla önə çıxır. Çağdaş teleməkanda informa
siya funksiyasının təcəssüm mənzərəsini çözmək üçün ilk əvvəl
telekanallarda yayımlanan xəbərlər proqramlarının yaradıcı duru
munu təhlil edək.
Azərbaycanda ilk televiziya olan AzTV özünün böyük yaradıcı
ənənələrinə, kadr potensialına və texniki təchizatına, həmçinin bü
tün ölkə boyunca yayımlanmasına görə uzun müddət digər kanal
lardan seçilmişdir. Kommersiya kanallarının yaranma, təşəkkül
dövrü son illəri əhatə edirsə, AzTV və onun informasiya xidmətinin
böyük yaradıcı yolu və peşəkar vərdişləri var idi. Sözsüz ki, illər
ərzində yaranmış bu qaydalar demokratikləşmə və azad fikir axa
rında, həmçinin kommersiya kanallarının fəaliyyətə başlaması ilə
köhnələrək, yalnız tarixə çevrilə bilərdi. Rusiyada İctimai Televi
ziyanın və RTRin təcrübəsi buna misaldır. Onlar tez bir zamanda
yeniləşmə apararaq, müasir xəbərvermə standartlarını öz ekranla
rına gətirdilər. Lakin AzTVdə keçid prosesi uzunmüddətli oldu
və “Günün ekranı”ndan qalma vərdişlər, qaydalar “Xəbərlər”
üçün xarakterik olmuşdur ki, bu proqramın xəbərvermə gücünü
zəiflətməklə bərabər, onun digər analoji proqramlarla rəqabətə
girmək imkanını heçə endirmiş oldu.
“Xəbərlər” proqramının başlanğıcından sonunadək qurulan
estetik görünüş, musiqi seçimi, başlıq və arakəsmələr müasir ya
radıcılıq axtarışlarından, yenilikçilikdən kifayət qədər uzaq olan
165
primitivliyi ilə seçilir. Hazırda proqramların başlıqlarında əlvan
rənglərdən ibarət kompyuter qrafikası vasitəsilə yığılan dina
mik, daha mürəkkəb forma və dizayndan istifadə olunduğu hal
da, “Xəbərlər”in başlığı kifayət qədər solğun, tempsiz, köhnəlmiş
metodlarla yığılmış, heç bir estetik yük daşımayan kadrlar toplu
sudur. Başlığın bu qədər solğun olması artıq proqramın estetik
tamlığına, görüntü həllinin müasirlik axtarışları ilə ayaqlaşmadı
ğına dəlalət edir. “Xəbərlər” proqramında, həmçinin ümumilikdə
“AzTV” kanalında yaradıcı yenilikçilik ümumiyyətlə duyulmur və
o, köhnəlmiş üsullardan istifadə etməklə fəaliyyətini davam etdi
rir, bu da kanalın dünya televiziyaları və ya qonşu ölkələrin ka
nalları ilə deyil, heç ölkədə mövcud olan kommersiya kanalları ilə
rəqabətə girmək imkanını heçə endirir.
Proqramın başlığında olan estetik solğunluq, primitivlik, xarak
tersizlik studiyanın dekorasiya həllində də özünü büruzə verir.
Yeniləşmə aparıldıqdan sonra müasir televiziyaçılıqda mövcud
olan axtarışları tətbiq etmək adı ilə “Xəbərlər”in studiyası ifadəsiz,
solğun və yorucu görkəm alıb. Arxada yerləşdirilən heç bir tex
niki iştirakı olmayan, həmçinin estetik yük də daşımayan yaşıl
uzunvari lampaların dəmirlər üzərində qurulması ilə arxanın sol
ğunlaşdırılması, yersiz olaraq ultramüasir bir görkəm verilməsi,
soyuq rənglərin əsarətinə alınması göz yorğunluğu bəxş etməklə
tamaşaçının kanalı dəyişiminə səbəb olur. Biz yuxarıda xəbərlər
studiyasının dekor həlli barədə danışaraq, orada qurulan görün
tünün verilişin ümumi estetik həlli ilə üzvi vəhdətdə olmasını,
həmçinin göz yorğunluğu yaratmamaq, dərinlik, ifadəlilik vermək
kimi cəhətləri ilə seçilməsini vacib şərt kimi ortaya qoyduq. Lakin
“Xəbərlər”in studiyasında bütün bunlara rast gəlmək mümkün
deyil. Studiyada açıq duyulan darısqallıq, işıq cihazlarının düz
gün yönəldilməməsi üzündən yersiz kölgə və qaranlıqlar görün
tünü yorucu edir və xəbər verilişindən uzaq bir təəssürat yaradır.
Aparıcının əyləşdiyi masa, onun üzərində qoyulan noutbuk – əl
kompyuteri və onun fəaliyyətsizliyi studiyanın dekor həllində
olan ifadəsizliyi tamamlayaraq, cansıxıcı mənzərə yaradır. Masa
üzərinə noutbuk qoyulması ənənəsi ABŞda xəbərlər proqram
ları təzə yaranarkən qoyulub və bu, aparıcının son məlumatları
almaq yaxud mətnə bir daha nəzər yetirmək, həmçinin onun
keçidlər vaxtı ifadəsiz gözləmələrinin qarşısını almaq məqsədi gü
dür. Lakin “Xəbərlər”də kifayət qədər böyük həcmli kompyuter
kadrın böyük hissəsini tutmaqla bərabər, işlənməmiş qalması ilə
166
əlavə yük gətirir. Studiyada qoyulan televizor, əslində, xəbərlər
proqramlarında yeni bir forma kimi aparıcının xəbər öncəsi nit
qini müşayiət edən arxiv və ya xatırlatma kadrlarını verməklə ek
randa boşluğu doldurmaq, görüntünün dinamikasını yaratmaqla
televiziya dilinin – görüntünün əlamətliliyini saxlamaq məqsədi
daşıyan monitor əvəzi qoyulub və o da, əslində, özünün daşımalı
olduğu vəzifəni icra edə bilmir. Bir çox hallarda studiya monito
runda verilən görüntü keyfiyyətsiz olduğundan qarışıqlıq yarat
maqdan başqa heç bir şey ifadə etmir.
Studiyanın quruluşunda olan solğunluq “Xəbərlər”də gedən
süjetlərdə də, onların dramaturji xüsusiyyətlərində, dilüslub
cəhətlərində, görüntü primitivliyi, montaj ifadəsizliyində də özü
nü büruzə verir. Verilən informasiyaların pafoslu və artıq tamaşa
çı üçün ştamplaşmış ifadələrlə çatdırılması xəbər effektini azalt
maqla, onu informasiya yığınına çevirir. İnformasiya qanunlarına,
xəbərvermə qaydalarına uyğun gəlməyən, yuxarıda dediyimiz
prinsiplərlə uzlaşmayan süjetlərdə heç bir jurnalist yaradıcılı
ğından danışmaq olmaz. Sovet dövrundə plan xəbərlərini xatır
ladan cümlələr hələ də “Xəbərlər”in efirində səslənir. Xəbərlərin
nə düzülüşü, nə seçimi, nə də ki mahiyyəti informasiya janrının
tələblərinə, qaydalarına uyğun gəlmədiyindən, bu mövzuda da
nışmayaraq, daha çox, proqramda olan yaradıcı qüsurlara diqqət
ayırmaq istərdik.
İlk növbədə proqramda rejissor işinin zəifliyini, yaradıcı axtarış
ların olmamasını qeyd etmək gərəkdir. Süjetlərin görüntü həllində
dəyişməz planlar, təkrar kadrların zənginliyi, keçidlərdə yeni for
ma axtarışlarının olmaması efirdə rejissor işinin mənfi göstəricisi
kimi diqqəti cəlb edir. Rejissor kadrlarla işləyərək yekun kompozi
siyanın ifadəli olması üçün heç bir addım atmır. Montaj işində ya
radıcı münasibət verilişin ümumi keyfiyyətinə təsir etməklə, onu
daha baxımlı, maraqlı edə bilər. “Kadrları montajlayarkən, rejissor
aydın, onların ekranda az və ya çox növbələnməsinin ifadəli ritmi
ni, az və ya çox tez olan, ləng olan tempini yarada bilər. Temp və
ritm – tamaşaçı şüurunun rasional hissəsindən daha çox emosio
nal hissəsinə yönəlmiş ifadələrdir” (237, səh. 61). Məhz montajın
ifadəliliyi tamaşaçıya emosional təsir etməklə proqramın baxımlı
lığını artıra bilər. Bu sahədə boşluq, axtarışların olmaması şablon
çuluğun yaranmasına, televiziya proqramında yaradıcı səviyyənin
aşağı düşməsinə və tamaşaçıda proqrama qarşı marağın azal
masına səbəb olur. Rejissor işində yaradıcı axtarışların olmama
sı, həmçinin montaj işində standart, köhnəlmiş metodlarla şablon
167
kadrların növbələnməsi ilə müşayiət olunma “Xəbərlər”in yaradıcı
səviyyəsini aşağı salmış olur.
“Xəbərlər”də operator işinin ciddi nöqsanlarla müşayiət olun
ması da özünü büruzə verir. Bir çox hallarda televiziyada ya
yımlanma keyfiyyətinə uyğun olmayan kadrlar, həvəskar kame
ralarla çəkilmiş süjetlərin efirə getməsi “Xəbərlər”in nüfuzuna
ciddi xələl gətirir, onun daşıdığı yükü zəiflətmiş olur. Televiziyada
həvəskar kamera ilə çəkilən və ya keyfiyyətcə aşağı olan kadr
ların verilməsi, sadəcə, yolverilməz bir haldır. Bu, yalnız istisna
hal kimi arxiv materialı olduqda göstərilə bilər. “Rusiya” (RTR)
telekanalında İnformasiya Proqramları Direktorluğunda hər bir
müxbirə verilən “Qaydalar”da bu barədə xüsusi maddə öz əksini
tapır: “…Efirdə keyfiyyətsiz videocərgənin görünməsinə yalnız
əks olunan hadisənin istisnalığı zamanı yol verilə bilər”(437, səh.
22). Lakin “Xəbərlər”in efirində televiziyada istifadə olunan Bete
cam və ya Dvcam formatlarında deyil, VHS, SVHS kimi həvəskar
formatlarda çəkilən adi, heç bir fövqəladə hadisəni əks etdirməyən
görüntülərin efirə getməsi halları müşahidə olunur ki, bu, proq
ramın nüfuzuna, onun peşəkarlıq səviyyəsinə ciddi xələl gətirən
amildir.
“Xəbərlər”də operator işinin solğunluğu, maraqlı kadrların
seçilməməsi, ənənəvi rakurslarla işləmə kimi yaradıcı durğunluq
özünü süjetlərdə daha qabarıq şəkildə əks etdirir. Operator özü
nün yaradıcı yanaşması, iti gözü, hədəfi tapma, maraqlı, süjetə
dinamika gətirəcək kadrları, rakursları tutması ilə seçilməli, mon
tajda rejissor üçün yetərincə görüntü ehtiyatı təqdim etməlidir ki,
kadrların dinamik dəyişməsi, kadr çatışmazlığının ucbatından
təkrarçılığın qarşısının alınması mümkün olsun. Televiziyanın
dili görüntüdür və operator məhz televiziyanın görən gözü kimi
dilin ifadəli, rəngarəng, çoxcəhətli olması istiqamətində səmərəli
çalışmalı, süjetin taleyi, proqramın uğuru kimi məsələlərin onun
çəkilişlərindən asılı olduğu məsuliyyətini dərk edərək, bunu düz
gün qiymətləndirməli, işinə, çəkiliş məkanında yaradıcı axtarışa
xüsusi diqqət ayırmalıdır.
Təəssüflə deməliyik ki, operator işinin zəifliyi təkcə standart plan
ların seçilməsi ilə deyil, zövqsüzlük, maraqlı fon, görüntü rakursu
nun tapılmaması ucbatından efirdə “çirkli” – estetik cəhətdən qarı
şıq, qüsurlu kadrların getməsinə imkan verən hallarla da müşayiət
olunur ki, bu bir daha “Xəbərlər”də çalışan operatorların bir ço
xunun öz işinə yaradıcı yanaşmamasından irəli gəlir. Bu cəhət,
hər hansı hadisə ilə bağlı bölgələrdə keçirilən tədbirlərdən hazır
168
lanan süjetlər silsilələrində özünü xüsusilə qabarıq göstərir. Bir
çox hallarda həvəskar kameralarla çəkilən süjetlərin efirə getməsi,
həmçinin operatorun kadrı qurmaq, kompozisiyanı yaratmaq
işində qeyriyaradıcı və qeyriestetik yanaşmasının şahidi olmaq
olar: lazımsız rakursların seçilməsi ucbatından tədbirin keçirilmə
məkanında nöqsanlı yerlər, çatışmayan cəhətlər efirdə özünə yer
alır ki, bu da süjetin məzmunideyasına heç bir dəxli olmadığın
dan, ekrana çirklilik gətirməkdən başqa heç bir rol oynamır.
Belə keyfiyyətsiz görüntülər təkcə bölgələrlə bağlı süjetlərdə
deyil, həmçinin respublikanın paytaxtı Bakı şəhəri barədə gedən
materiallarda da əksini tapır. Bakının qədim və müasir memarlıq
inciləriylə bağlı görüntülərin məzmunsuz, heç bir estetik yük daşı
mayan, maraqlı rakurslarla seçilməyən halda ekrana çıxması ope
rator işinin nöqsanlarını göstərir. Hətta bir çox hallarda paytax
tın görüntülərini yaxın keçmiş arxivindən götürməklə öz işlərini
bitmiş sayan proqram yaradıcıları süjetin görüntü həllinin bədii
cəhətdən primitivliyinə və zaman dəyişiminin duyulmaması ilə
nəticələnən səhvlərlə efirə getməsinə yol verirlər. Bütün bu halları
olduqca ciddi nöqsan kimi dəyərləndirərək “Xəbərlər” proqramı
nın görüntü, kadr həllinin televiziya sənətinin tələblərinə uyğun
olmadığını qeyd etməliyik.
“Xəbərlər” proqramında daha bir mənfi cəhət aparıcının rolu ilə
bağlıdır. Yuxarıda xəbər aparıcısının şəxsiyyəti, peşəkar tələbləri
barədə danışaraq onu da qeyd etdik ki, aparıcı jurnalistikanı
mükəmməl bilən və süjetlər arasında körpü yaradan nitqi ilə mo
zaik dramaturji struktura malik olan proqramın əlaqələnməsini,
canlı olmasını təmin edən şəxs olmalıdır. Lakin “Xəbərlər”in
aparıcılarında bilavasitə köhnə ənənələrdən qalma diktorluq
cəhətləri özünü göstərməkdədir. Aparıcılar Esmira Çərkəzqızı,
Nailə İslamzadə, Nəsimi Nəbiyev özlərinin düzgün qurulmuş,
peşəkar nitqləri, aydın tələffüzləri ilə seçilsələr də, onlar ekrandan
müstəqil fikri olan, hadisələrə müdaxilə edən və xəbər süjetlərinin
məzmunundan irəli gələrək mətn yazan və bu xəbəri tamaşaçıya
çatdıran aparıcı yox, redaktorlar tərəfindən yazılmış quru, ifadəsiz
mətni oxuyan diktorlara bənzəyirlər. Məhz bu cəhət xəbər aparı
cılarının ekran davranışlarını yorucu, solğun və psixoloji cəhətdən
emosional təsirə malik olmayan bir tərzə salır. Bir çox hallarda
hazır mətni oxuyan aparıcı mətnlə yaxından tanış olmadığından,
ona olan münasibətinin quru, kifayət qədər rəsmi və biganə ol
ması; informasiya, onun qanunlarını bilməməkdən irəli gələrək
həyəcan, nitqlə temp yaratmaqla tamaşıçını cəlb etmək əvəzinə la
169
zımsız ləngərlə, bədii qiraətə xas deyim tərzi, yersiz pafosla xəbər
oxuması; aparıcı, onun tamaşaçıya psixoloji və emosional təsiri,
inandırma, tamaşaçının təsəvvürünü, davranışını belə yönəldən
imkanlarını bilməməsi ucbatından mimika və jestikulyasiyadan
tamlıqla imtina etməklə yersiz ciddi, tərpənişsiz, cansız ünsiyyəti
ilə proqramın təsir gücünü zəiflədir, tamaşaçını haqqında daha
geniş danışılacaq xəbərə hazırlamır və yalnız yorucu aura yarat
maqla kifayətlənir.
Azərbaycan milli televiziyasının xəbərlər xidmətinin “Xəbərlər”
proqramında efirə gedən süjet və reportajların hazırlanmasında,
strukturunda olan nöqsanlarla bərabər, kadrarxası oxunan mətndə
quruluq, lüzumsuz pafos informasiya təsirini azaldır və tamaşa
çıda daha çox bədiipublisistik söhbət təəssüratı yaradır. Bir çox
jurnalistlərin televiziya danışıq üslubuna, orfoepiya qaydaları
na uyğun olmayan nitqlərində buraxdıqları peşəkarlıqdan uzaq
nitq qüsurlarından, həmçinin ifadəsiz, monoton təqdimatdan,
əslində, yolverilməz bir hal kimi “Xəbərlər”in effektiv, təsirli və
rəqabətə davamlı olması naminə təcili sürətdə imtina edilməlidir.
Bu sahədə televiziya jurnalistikasının ustaları, peşəkarlar, müasir
jurnalistikanın prinsiplərinə bələd olan kadrları cəlb etməklə efirə
effektiv xəbər proqramı çıxarmaq olar.
“Xəbərlər”in “Xarici xəbərlər” blokunda köhnəlmiş, informasi
ya yükü daşımayan, yalnız proqramda yer alması naminə Rusiya
və Türkiyə kanallarından o kanallara məxsus loqotip ilə götürülən
icmal xarakterli videogörüntülər və Azərbaycan dilinin qaydala
rına uyğun olmayan qəliz tərcümə mətniylə efirə gedən xəbərlər
proqramın peşəkarlığını, informasiya sahəsində öncüllüyünü
kölgədə qoymaqla, onun həm də xəbər mərkəzinə çevrilməsinə
imkan vermir. İqtisadiyyat, mədəniyyət, sənət xəbərlərinin kasad
lığı, idmanla bağlı blokun maraqlı hazırlanmaması, görüntülərin
keyfiyyətsizliyi, xəbər operativliynin olmaması, hava durumu ilə
bağlı maraqlı forma tapmaq əvəzinə, köhnədənqalma üsullarla
dərəcənin yalnız sadalanaraq keyfiyyətsiz bölgə görüntülərinin
müşayiəti ilə verilməsi istər informasiyanı, istərsə də onun çat
dırılma formasını yorucu, baxımsız edir. Tamaşaçı tamlıqla
bütün mühüm xəbərləri məhz bu proqramdan alacağına, gö
rüntünün keyfiyyətli olacağına əmin olmur ki, bu da nəticədə
proqramın kommersiya kanallarında gedən xəbər proqramları ilə
müqayisədə az baxımlı olmasına səbəb olur. Bu cəhət proqram,
kanal üçün yolverilməz və kifayət qədər ciddi problemdir ki, onun
həlli istiqamətində düzgün addımlar atılmalıdır. AzTV adi bir
170
kanal olmaqla kifayətlənməyib, dövlətin informasiya siyasətinin
yayıcısı kimi özünün forma və peşəkarlıq cəhətlərinə görə maraq
doğurmaqla daha çox tamaşaçı toplamağa çalışmalıdır. Dövlət
Televiziyasının xəbər siyasəti təkcə rəsmi xronika ilə bitməməli,
eyni zamanda, müasir xəbər standartlarına uyğun informasiya
proqramı olmalı və ölkənin baş xəbərvericisi statusuna iddialı ol
malıdır. Bu baxımdan “Xəbərlər” proqramının yaradıcı və peşəkar
qüsurları dövlətin də maraq dairəsinə daxil olmalı və onun həlli
istiqamətində ciddi addımlar atılmalıdır.
AzTVdə həftənin iş günləri səhərlər yayımlanan “Səhər” mu
siqiinformasiya proqramında efirə çıxan xəbər bloklarında biz
Dövlət Televiziyasının sivil xəbərvermə formasının şahidi oluruq.
Aparıcının kifayət qədər canlı təqdimatı, maraqlı keçidləri heç
də onu digər xəbər buraxılışlarından geri salmır. Aparıcılardan
(“Səda” (“Lider”) informasiya proqramı) Günay Novruzqızının,
Lalə Azərtaşın peşəkar aparıcı tələblərinə uyğun sərbəst davranış
ları, nitqlərində olan dinamika, inam, informasiyaya münasibət,
süjetlərarası mətndə qurulan rabitəli nitq və onun ifadəli tələffüzü,
həmçinin digər kifayət qədər müsbət cəhətlər buraxılışları maraq
lı, baxımlı edir. AzTVnin Xəbərlər redaksiyasının bu təcrübədən
bəhrələnərək tamaşaçının maraqla izləyəcəyi informasiya proqra
mı yaratmaq cəhdi, hesab edirik ki, kanal üçün faydalı ola bilər.
2005ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Komitəsinin ləğv olunaraq, yerində Azərbaycan Dövlət Televizi
ya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin yaradılması
keyfiyyətcə heç bir yeniliklə müşayiət olunmasa da, əslində, isla
hatlara rəvac verən bir addım olmalı idi. Yalnız 2006cı ilin avqust
ayında rəhbərliyin dəyişdirilməsindən sonra AzTVnin yayımın
da keyfiyyət sıçrayışı baş verdi. Yenilik kanalın bədii tərtibatında,
proqram siyasətində yeni tip verilişlərə yer verilməsi ilə bərabər,
“Xəbərlər” informasiya proqramının kökündən dəyişərək, nimdaş
və gərəksiz biçimdən xilas olunub sivil məlumatverici proqra
ma çevrilməsi ilə duyuldu. Çox qısa vaxt ərzində tərtibatda, es
tetik görünüşdə duyulan yeniləşmə məzmuna da sirayət etdi və
peşəkar bir informasiya proqramının seyrçi ilə görüşə gəlməsi nə
imkan yarandı. Yuxarıda göstərilən qüsurların hamısından da ol
masa, böyük əksəriyyətindən xilas olan “Xəbərlər” ölkədaxili və ya
xaricdə baş verən siyasi, ictimai hadisələri dolğunluqla çatdırma
ğa, onun vizual həllini tapmağa çalışaraq köhnəlmiş biçimlərdən
imtina etməyə başladı. Yeni xəbər aparıcılarının AzTVyə gəlişi
informasiya proqramının bütünlüklə ruhunda yenilik yarada bil
171
di. Səadət Məmmədova və Günay Yelmarqızının sərbəst davranış
ları, nitqlərində sərrastlıq, konkretlik, səslənəcək informasiyanın
təqdimatında “xəbər dilinin” qorunması, təbiilik seyrçini xəbərə
kökləməyə imkan yaradır. Bu aparıcıların hər ikisinin peşəkarlığı
və öncəki təcrübələri, özəl kanalların xəbər buraxılışlarındakı
qənaətbəxş fəaliyyətləri verilişə yeni abhava gətirməklə bərabər,
bütövlüklə yanaşmanı kökündən dəyişdirdi. Bu dəyişmələr
həmçinin süjet və reportajların dolğunluğu, ifadə vasitələrinin
informasiya təqdimatı qaydalarına uyğunluğu, mövzunun düz
gün təyini, struktur dəqiqliyi, mətnin konkretliyi, xəbər üzərinə
yüklənməsi, qaranlıq qalan tərəflərin açılması ilə özünü qabarıq
göstərir. Öncə alışdığımız basmaqəlib süjetləri indi rəngarəng, çe
şidli, maraqyaradan xəbərlərin əvəzləməsi olduqca müsbət hadisə
kimi xüsusi qeyd olunmalıdır. “Xəbərlər”in bu cür dəyişikliyi
AzTVni rəqabət meydanına çıxarmaqla bərabər, onun tezliklə
ölkənin aparıcı kanallarından birinə çevrilməsi ümidlərinin yaran
masına da imkan verdi.
Süjetlərin məzmunlu və ifadəli olmasından danışarkən 2006
cı ilin 10 sentyabrında İslam Konfransı Təşkilatının Turizm Na
zirlərinin Bakı Konfransı barədə hazırlanmış süjeti misal çəkmək
olar. Tədbirdən bir gün öncə hazırlıq, təşkilati işlər barədə
məlumatın verilməsi, pərdəarxası məqamların çatdırılması,
təşkilatçıların hazırlıqla bağlı müsahibələri, texniki tərəflərin açıl
ması olduqca maraqlı və seyrçidə lazımi təsəvvürün yaradılma
sına xidmət edən süjet kimi qeyd olunmalıdır. Yaxud 11 oktyabr
buraxılışında Quba rayonunun Xınalıq kəndi ilə bağlı süjetdə
müxbir Günay Yelmarqızının dolğun informasiya verməsi, kənd
barədə coğrafi, statistik informasiyanı sadə danışıq tərzində çat
dırması, həmçinin olduqca maraqlı, ilk dəfə səslənən məlumatlara
yer ayırması istedadla yerinə yetirilmiş iş kimi qeyd edilməlidir.
Süjetin çoxtərəfliliyi, kəndin spesifik cəhətlərinin maraqlı rakursla,
yanaşma ilə çatdırılması, informasiya qanunlarına sadiq qalmaqla
səmimi ünsiyyətə girilməsi “Xəbərlər” üçün çoxdan bəri gözlənilən
yenilik kimi təqdir olunmalı hadisə kimi dəyərləndirilməlidir.
Hesab edirik ki, qısa müddət ərzində görüntü və nitqdə duyulan
dəyişmələr, məzmun əlvanlığının əldə olunması, kamil strukturun
ekrana gəlməsi olduqca müsbət işlərin başlanğıcından xəbər verir.
Doğrudur, hələ bütün problemlərin aradan qalxmasından danış
maq tezdir, hələ bir çox süjetlərdə köhnə abhava, danışıq tərzi,
təqdimat biçimi, çəkilişlərdə texniki qüsurlar nəzərə çarpır, lakin
islahatların başlaması bunların aradan qalxacağı ümidini yaradır.
172
Dövlət Televiziyasının xəbər buraxılışının kamil biçimə, tərzə ma
lik olması, onun yüksək peşəkarlıqla təqdimatı olduqca vacib bir
məsələdir. İctimai statusu, cəmiyyət qarşısında yerinə yetirməli
olduğu vəzifələrin miqyası onun seçilən, örnək ola biləcək biçimə
malik olmasını tələb edir. Dövlət Televiziyasının xəbər buraxı
lışı özünün əhatəliliyi, bədii məziyyətləri, yaradıcı səviyyəsi ilə
rəqibləri arxada qoymaqla, informasiya təhlükəsizliyi işinin yarar
lı şəkildə yerinə yetirilməsini təmin edə bilər.
Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra onun
qarşısında qoyulmuş öhdəliklərdən biri də ictimai yayımın yara
dılması idi və bu istiqamətdə bir neçə il aparılan araşdırma, tədqi
qat, müzakirələrdən sonra qanunun qəbulu, 2005ci ildən isə İcti
mai Televiziyanın yayıma başlaması gerçəkləşdi. İctimai yayımın
mahiyyəti, yaranma zərurəti, inkişaf tarixi, idealları geniş tədqiq
olunan mövzudur və bu baxımdan professor Qulu Məhərrəmlinin
geniş araşdırmaları, “İctimai televiziya” kitabı dolğun məlumat
əldə etmək üçün tutarlı mənbədir. Biz, sadəcə, informatik şəkildə
ictimai yayımın mahiyyətinə toxunaraq, əsas diqqəti ölkəmizdə
onun fəaliyyətinə yönəltməyə cəhd edəcəyik. İctimai yayımın ya
ranma zərurəti inkişaf etmiş və demokratikləşmiş cəmiyyətlərdə
dövlət və özəl KİVin maliyyələşdirmə mənbələrinin siyasi və ma
liyyə maraqlarına qulluq etməyi başlıca istiqamət götürərək icti
mai, cəmiyyət maraqlarına bir qədər əhəmiyyət verməməsindən
doğurdu. Doğrudur, özəl qurumlar yaranarkən ictimai əhəmiyyətli
fəaliyyətlə bağlı müəyyən öhdəliklər götürürlər, lakin hətta onun
icrasında belə kommersiya marağı unudulmur və gətirəcəyi gəlir
əsas hesab edilir. Dövlət Televiziyası isə birbaşa dövlətçiliyin irəli
sürdüyü prinsiplərə söykənən yayımı ehtiva edir ki, demokratik
cəmiyyətlərdə bu mövqelər heç də həmişə üstüstə düşmür. İcti
mai maraqlara, onun mənəvi, mədəni yüksəlişinə xidmət etməli
olan, heç bir şəkildə heç bir fikri təlqin, manipulyativ texnologiya
lardan istifadə etməməli, kommersiya maraqlarından uzaq, ayrı
seçkiliyin aradan qalxması yönündə birbaşa fəaliyyət göstərməli
olan yayımın yaranması zərurət kimi meydana çıxdı və bu, sürətlə
gerçəkləşdi. Qulu Məhərrəmli İctimai Televiziyanın ideallarından
yazaraq onun obyektiv, dolğun informasiya çatdırmağı, dəyərləri
qorumağı, maarifçilik işi aparmağı, dözümlülüyü, barışı təbliğ
etdiyini önə çəkir. “Kommersiya televiziyasının reytinq uğrunda
məqsədyönlü fəaliyyəti və seyrçini öz ətrafına toplamaq naminə
ən ağlasığmaz layihələri gerçəkləşdirməsi axarında İctimai Televi
ziyanın mövzu dairəsi baxımlılığını itirməməsi üçün “informasiya,
173
maarifçilik, bədii və əyləncəli verilişlərin keyfiyyətinin kommersi
ya kanalları ilə göstərilənlərə nisbətən daha yüksək olması ən əsas
çıxış yoludur” (68, səh. 34). Yəni ictimai TV yüksək peşəkarlıq,
estetik həllin kamilliyi, dolğunluqla seyrçini öz ətrafında sax
laya bilər. Misal üçün, bir neçə ölkənin reytinq göstəricilərinin
müqayisəli təhlili belə qənaətə gəlməyə əsas verir ki, ictimai kanal
lar bir neçə sahələr üzrə və ümumilikdə öz birinciliyini əldən ver
mir və faiz göstəriciləri ilə bütün özəl kanalları arxada qoyur (397).
Deməli, ictimai TVnin qarşısında sosialmənəvi məsələlərin həlli
dayandığı kimi, yaradıcı məqamlar, keyfiyyətin yüksək olması və
eyni zamanda, seyrçinin televizordan almaq istədiyi bütün növ və
janrlarda olan informasiyanı çatdırmaq, tələbatı ödəmək vəzifəsi
də unudulmamalıdır. Əks halda, o tez bir zamanda gərəksiz kana
la çevrilməklə, həm də maliyyələşdirmə mənbəyinin (abunə pulu
və ya ictimai yayım vergisi) etimadını itirə bilər. Digər tərəfdən,
onsuz da maliyyə mənbəyi olan ictimai televiziya baxımlı proq
ramların olması hesabına sponsorların, reklamvericilərin marağını
da oyada bilər ki, bu da ikiqat faydalı iş kimi yayımın yüksəlişinə,
irimiqyaslı layihələrin gerçəkləşməsinə rəvac verə bilər. Yüksək
keyfiyyətli yayım həm İctimai Televiziyanın mövcudluğu, həm də
inkişafı üçün ən vacib şərt kimi çıxış edir. Məzmun nə qədər icti
mai əhəmiyyətli, tərbiyəedici olsa da, onun çatdırılma biçiminin
aşağı səviyyədə həlli gərəksiz efir yüklənməsindən o tərəfə gedib
çıxa bilməyəcək.
Azərbaycanda İctimai Televiziya yaranan kimi onun ətrafında
ol duqca böyük müzakirələr və ziddiyyətli fikirlər səsləndi. Bu
rada əsas diqqət sosialictimai əhəmiyyətliliyə və siyasi mövqeyə
yönəlmişdi. Hər kəs xəyalında arzuladığı ictimai yayımı gör mək
istədiyi halda, əvəzində yayıma başlayan kanalı görüncə, bunu
bir mənalı qarşılamadı. Demokratik cəmiyyət üçün bu cür hallar,
müzakirələr olduqca adi qəbul olunmalıdır. İlk növbədə onu deyək
ki, yeni yaranan qurum həmişə birmənalı münasibətlə qarşılan
mır və İctimai Televiziyadan birdənbirə bütün sahələri əhatə edə
bilmək, bütün təbəqələrin, qrupların maraqlarına cavab vermək,
hələ üstəlik keyfiyyətli yayıma yer vermək kimi mürəkkəb prose
si gözləmək sadəlövhlük olardı. Bütün fəaliyyət tədricən nizama
salınmalı və inkişaf xətti ilə getməlidir.
Yarandığı andan “Carçı” proqramı özünün qeyrimüəyyən kon
sepsiyası ilə mahiyyətinin hansı prinsip üzərində qurulmasını tə yin
etməyə imkan vermədi. Onun xəbərvermə işinin mahiyyəti infor
masiya qanunlarının kobudluqla pozulması nəticəsində müsahibə
174
və müsahibə ətrafında söhbətdən ibarət proqramdan o tərəfə gedə
bilmədi. Solğun tərtibat, qeyripeşəkar müxbir, rejissor və operator
işi süjet və studiyaların çəkilişində özünü dərhal göstərir. Yuxarıda
informasiya proqramının yaradıcı xüsusiyyətlərini çözərkən qo
yulan tələblərlə yanaşı, informasiya süjetinin, reportajının qurulu
şundan da danışmışıq. Deməliyik ki, “Carçı” bütünlüklə informa
siya janrının tələblərini bir kənara qoyaraq, dövlət və kommersiya
televiziyalarının mövcud xəbər buraxılışının qarışıq simbiozu
nu yaratmışdır. Süjetlərin məzmunu yükünün azlığı, tərəflərin
mövqelərinin təqdimatı, araşdırma cəhdləri olmadan xronoloji
ardıcıllığın təqdimatı “Carçı”nın başlıca yaradıcı xüsusiyyəti kimi
çıxış edir. Aparıcı və müxbirlərin hazırlıqlı olmamaları, onların
xəbərin mahiyyətindən uzaq danışıq tərzləri proqramın təsir gü
cünü zəiflədir. Proqramda xəbər spikerinə uyğun gəlməyən qa
rışıq rəngli geyim, ifadəsiz davranış, xəbərə münasibətin olma
ması seyrçidə mənfi emosiyanın yaranmasına səbəb olur. Aparıcı
proqramın siması olmaqla bərabər, seyrçini gündəlik xəbərlərlə,
gedəcək süjetlərlə tanış etməklə kifayətlənməməli, onda etibar,
inam, psixoloji yaxınlıq yaratmaqla vaxtın sahibinə çevrilməli, hər
bir xəbəri öz içərisindən keçirərək təqdim etməlidir. Seyrçi aparıcı
dan həmin vaxtın xəbərilə bərabər əhvalını, təhlükəsizlik baxımın
dan əminliyi almalı, qarşısında duranın nə dediyindən xəbərdar
olduğuna inanmalıdır. Lakin “Carçı”nın aparıcıları bu hissi yarat
maqdan çox uzaqda duraraq, yalnız suflyoru oxumaqla gündəlik
işlərini bitmiş hesab edirlər. Aparıcının yalançı baxışları, oxu tərzi,
həmsöhbətdən daha çox diktəçiyə bənzəməsi, səmimilikdən uzaq,
quru, bayağı ifadəsi, münasibətsiz davranışı ekran önündə xəbər
almaq üçün əyləşənə gərəkli heç nə bəxş etmir, əksinə onda ma
raqsızlıq yaradır. Bir çox hallarda xəbər proqramına baxan seyrçi,
əslində, teleqəzetin şahidi olur. Aparıcının ifadəsiz, münasibətsiz
nitqi heç də xəbər əhvalı yaratmayaraq, əzbərçinin müəllim
önündə, dediyinin fərqinə varmadan dərs söyləməsinə bənzəyir.
İnformasiya proqramı publisistik mövzunun olması, sosial
əhə miyyəti, diskussiyalılığı, qaldırılan problemin yeniliyi, həm
çi nin əsaslanmış, inandırıcı dəlil və mülahizələrin səslənməsi ilə
se çilməlidir. Hadisəlilik, informasiyalılıq, mövzunun genişliyi,
informasiyanın dolğunluğu, operativliyi, süjetlərin, reportajla
rın baxımlılığı, orijinal olması vacib şərt olaraq teleyayımçıla
rın qarşısında durur. “Carçı” proqramında sadalanan meyarla
ra rast gəlmək, elə başqa kanalların bir neçəsində olduğu kimi,
sadəcə, mümkünsüzdür. Məhz hadisənin geniş işıqlandırılma
175
sı, tərəflərin mövqeyinin verilməsi, informasiya sıxlığı – özü də
müxtəlif sahələri əhatə edən informasiyanın – süjetlərin orijinal,
fərqli yaradıcı həllə ekrana çıxması həyata keçirilməsi mütləq olan
şərtlərdəndir. İnformasiya verilişlərinin keyfiyyət meyarlarının
ölçülmə mexaniz min də 100 ballıq sistemin (V. Polukarov, L. Qra
novski, V. Kozin, V. Lozovskaya, G. Kuznetsov və b., həmçinin
“TNS Gallup Media”) 4059 bal göstəricisində qeyripeşəkarlıqla
hazırlanmış, çoxtərəfliliyi ilə seçilməyən, nitqin həddindən artıq
çox olması, görüntü qıtlığı, operativ olmayan xəbərlər, uzunuza
dı mövzu ətrafında sinonimlərin, oxşatmaların, başqa cür ifadə
etmələrin vasitəsilə uzunçuluğa yol verilməsi, yaradıcı həllin, bir
qayda olaraq, standart şəkildə üzə çıxması nəzərdə tutulur.
Deyilənlərdən bəlli olur ki, İctimai Televiziyanın xəbər buraxı
lışları peşəkar qüsurlarla zəngindir və informasiya onun təqdimat
prinsiplərinə qətiyyən uyğun deyil. Özünün solğun tərtibatı
ilə seçilən “Carçı“nın görüntü plastikasında üzə çıxan qüsurlu
məqamlar, videohəllin vacib komponent olması unudularaq çe
şidliliyi ilə seçilməməsi, rejissor, operator, montaj işlərində yaradı
cı münasibətdən uzaq yanaşma proqramın baxımlılığını zəiflədir.
Bir çox süjetlərdə təkrar kadrlar, ümumi görüntülərin sıralanma
sı ilə vəziyyətdən çıxma halları olduqca böyük qüsur kimi önə
çəkilməlidir.
Dostları ilə paylaş: |