NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ AZƏRBAYCANIN ƏN DƏYƏRLİ, QABAQCIL ALİ MƏKTƏBLƏRİNDƏN BİRİDİR
NDU-NUN “FİKİR” İNFORMASİYA BÜLLETENİNƏ ƏLAVƏ 26 may 2015-ci il.№3(12)
HEYDƏR ƏLİYEV
Ümumrespublika
Olimpiadasında NDU-
nun komandası finala
vəsiqə qazanıb
Ümummilli Lider
Heydər Əliyev və
Azərbaycan Ədəbiyyatı
Klassikləri
Kənd təsərrüfatının
inkişaf perspektivlərinə
həsr olunmuş konfrans
Müasir arıçılığın
problemləri və inkişaf
xüsusiyyətləri
səhifə-4-də
səhifə-3-də
səhifə-3-də
səhifə-5-də
Naxçıvan və Şərqi
Anadolu abidələri
mövzusunda beynəlxalq
simpozium
səhifə-4-də
Ölkəmizdə yüksəkixtisaslı kadrların ha-
zırlanmasında mühüm xidmətləri olan Naxçıvan
Dövlət Universitetində müasir tədris imkanla-
rı yaradılmışdır. Son illər universitet şəhərciyində
aparılan yenidənqurma işləri, tikilən müasir
binalar və yaradılan elektron tədris sistemi
təhsilin səviyyəsini xeyli yüksəltmişdir. Bu
işlərin davamı olaraq universitet xəstəxanası və
baytarlıq təbabəti ixtisası üçün yeni binalar inşa
olunmuşdur.
Mayın 21-də Naxçıvan Dövlət Univer -
siteti xəstəxanasının yeni binası istifadəyə ve-
rilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində
iştirak etmişdir.
Tədbirdə universitetin rektoru, Azərbay -
can Milli Elmlər Akademiyasının müxbir üzvü,
professor Saleh Məhərrəmov çıxış edərək de-
mişdir ki, son illər universitet şəhərciyində ən
müasir texnoloji avadanlıqlarla təmin olunmuş
yeni tədris korpusları, elektron kitabxana, id-
man kompleksi istifadəyə verilmiş, yeni ixti-
saslar açılmışdır. Həyata keçirilən tədbirlər ali
təhsil ocağında təhsilin səviyyəsini
yüksəltmişdir. Xəstəxana və baytarlıq ixtisası
üçün müasir binaların istifadəyə verilməsi də
göstərilən qayğının davamıdır. Saleh
Məhərrəmov yaradılan müasir tədris şəraitinə
görə universitetin kollektivi adından
minnətdarlıq etmiş, tədrisin səviyyəsini daha da
yüksəldəcəklərini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov müəllim və
tələbələri Tibb fakültəsinin yeni xəstəxana bi-
nasının istifadəyə verilməsi münasibətilə təbrik
edərək demişdir: “Ölkəmizdə gənclərin təhsil
alması üçün lazım olan bütün şərait yaradılır.
Naxçıvan Dövlət Universitetində də müasir
tədris şəraiti yaradılmış, lazımi avadanlıqlarla
təchiz olunmuş tədris korpusları tikilib istifadəyə
verilmişdir. Həmçinin universitetlərarası təcrübə
mübadiləsi də həyata keçirilir, burada təhsil alan
gənclərin qabaqcıl təcrübəyə yiyələnmələri
təmin edilir. Bütün bunlar ölkəmizin gələcəyi
üçündür.
Hər bir həkim insan sağlamlığının qo-
runmasına cavabdehdir. Buna görə də tələbələrin
bu peşəni yaxşı mənimsəməsi üçün lazımi
tədbirlər görülür. Bu gün istifadəyə verilən
xəstəxana binası da bu istiqamətdə həyata
keçirilən tədbirlərin tərkib hissəsidir. Naxçıvanın
blokada şəraitində olması nəzərə alınaraq tib-
bi kadrlara olan tələbatı ödəmək üçün 1999-cu
ildə Naxçıvan Dövlət Universitetində Tibb
fakültəsi yaradıldı. O dövrdə bir ixtisasla
fəaliyyətə başlayan fakültə ötən dövr ərzində
inkişaf edərək bu gün 4 kafedrada 5 ixtisas üzrə
həkim hazırlığını həyata keçirir. Bu günədək
fakültənin nəzdində 1 ixtisas üzrə xəstəxana
fəaliyyət göstərirdisə, bu gün 5 ixtisası əhatə
edən xəstəxana şəraiti yaradılmışdır. Həmçinin
Naxçıvan Muxtar Respublikasında fəaliyyət
göstərən bütün xəstəxanalarda tələbələrin
təcrübə keçməsi üçün lazımi şərait yaradılmış,
auditoriyalar qurulmuşdur. Bütün bunlar bilikli
və təcrübəli gənclərin yetişdirilməsində
əhəmiyyətli rol oynayacaqdır”.
Ali Məclisin Sədri demişdir: “Bu gün
muxtar respublikada həkim hazırlığı işi pilləli
təhsil sistemi üzrə həyata keçirilir. Kiçik tibb
işçilərinin hazırlanması üçün Naxçıvan Tibb
Kolleci fəaliyyət göstərir. Naxçıvan Dövlət Uni-
versitetində isə həm bakalavr, həm də
rezidentura təhsili üzrə həkimlərin hazırlanması
həyata keçirilir. Xəstəxana binasında yaradılan
şərait gənclərin ilkin tibbi vərdişlərə
yiyələnməsinə xidmət edəcəkdir. Bu sahədə
təhsil alanların tam ixtisaslaşması üçün isə mux-
tar respublikanın xəstəxanalarında yaradılan im-
kanlardan səmərəli istifadə edilməlidir. Bu
gün bu sahədə yaradılan şərait ölkəmizin
gələcəyi və muxtar respublika əhalisinin sağ-
lamlığının qorunması üçündür. Əgər hər hansı
bir ölkənin insanları sağlamdırsa, onun iqtisa-
diyyatı da davamlı inkişaf edəcək, ailələri də
sağlam təməllər üzərində qurulacaqdır. Buna
görə də ölkəmizdə bu sahənin inkişafına xüsusi
diqqət və qayğı göstərilir. Bu isə insan amilinə
göstərilən qayğı deməkdir. Buna görə də bu
sahədə kadr hazırlığına xüsusi diqqət ayrılma-
lıdır ki, yaxşı həkim peşəsinə yiyələnən gənclər
yetişsin, insanlara nümunəvi tibbi xidmət
göstərilsin”.
Ali Məclisin Sədri yaradılan şəraitdən
səmərəli istifadə olunacağına, tələbələrin ilkin
peşə vərdişlərinə yiyələnəcəklərinə, universitetin
6 minə yaxın tələbə-müəllim heyətinə nümunəvi
tibbi xidmət göstərəcəklərinə əminliyini bil-
dirmiş, kollektivi bir daha yeni xəstəxana bi-
nasının istifadəyə verilməsi münasibətilə təbrik
etmiş, onlara tədrisdə və gələcək işlərində
uğurlar arzulamışdır.
Ali Məclisin Sədri açılışı bildirən lenti
kəsmiş və yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, hazırda univer-
sitetin Tibb fakültəsində pediatriya, tibbi pro-
filaktika, müalicə işi, stomatologiya və əczaçılıq
ixtisasları üzrə 326 tələbə təhsil alır. Xəstəxanada
tələbələrin seçdikləri ixtisaslar üzrə hərtərəfli
bilik və təcrübə qazanması üçün lazımi şərait
yaradılmışdır. Üç mərtəbədən ibarət olan binanın
birinci mərtəbəsində cərrahiyyə bloku və
klinika bölməsi fəaliyyət göstərir. Burada 2 pa-
latadan ibarət reanimasiya şöbəsi, rentgen
kabinəsi, kliniki laboratoriya, aptek və həkim
otağı vardır. Stasionar bölmə üçün ayrılan
ikinci mərtəbədə həkim və tibb bacıları üçün iş
otaqları, ultrasəslə müayinə və EKQ kabinələri,
pediatriya palatası, oftalmoloji kabinə, 2 pala-
ta, sarğı otağı, auditoriya və bufet yerləşir.
Binanın üçüncü mərtəbəsində isə sto-
matoloji kabinə, sterilizasiya otağı, fizioterapiya
kabinəsi, 2 stomatoloji və 2 əczaçılıq labora-
toriyası, terapevt otağı və auditoriyalar vardır.
Mərtəbələrin hər birində müasir iş və tədris
şəraiti yaradılmış, otaq və kabinələr ən yeni tib-
bi avadanlıqlar və inventarlarla təchiz edilmiş,
lift quraşdırılmışdır.
Xəstəxanada professor-müəllim heyəti
üçün yaxşı iş şəraiti, tələbələr üçün isə yüksək
bilik və bacarıqlara yiyələnmək imkanı möv-
cuddur. Burada çalışan həkim və tibb işçiləri
peşəkar tibbi kadrların hazırlanması işinə öz
töhfələrini verməklə yanaşı, həm də insanların
sağlamlığının qayğısına qalacaqlar. Müasir
xəstəxana binası tələbələrin nəzəri və praktik
biliklərinin təkmilləşdirilməsində müstəsna
əhəmiyyətə malikdir. Tələbələr laborator
məşğələlərdə, diaqnostika, müayinə və müalicə
əməliyyatlarında iştirak etməklə tibbi biliklərini
daha da möhkəmləndirəcəklər.
Xəstəxana ilə tanışlıqdan sonra kollektivlə
görüşən Ali Məclisin Sədri demişdir ki, həkim-
müəllimlərin qarşısında insan sağlamlığının
qorunması ilə yanaşı, gələcəyin kadrlarının
yetişdirilməsi kimi mühüm vəzifələr dayanır.
Bunun üçün Naxçıvan Dövlət Universitetində
müasir tədris şəraiti yaradılmış, tələbələrin il-
kin tibbi biliklər üzrə təcrübə əldə etməsi üçün
müasir xəstəxana binası istifadəyə verilmişdir.
Bu gün Naxçıvan Dövlət Universitetinin
dünyanın 100-ə yaxın universiteti ilə əlaqələri
mövcuddur, tələbə-müəllim mübadiləsi həyata
keçirilir.
Ardı 2-ci səhifədə
Naxçıvan Dövlət Universitetinin xəstəxanası və baytarlıq təbabəti
ixtisası üçün yeni bina istifadəyə verilmişdir
Hazırda Tibb fakültəsində təhsil alan
326 tələbədən 54-ü xarici ölkə vətəndaşlarıdır.
Bu da onu göstərir ki, artıq universitetin bu
sahədə də beynəlxalq səviyyədə nüfuzu var-
dır. Universitetin xəstəxana binasında həm
yüksək tədris imkanı yaradılmış, həm də in-
sanların sağlamlığının qayğısına qalmaq üçün
müasir avadanlıqlar quraşdırılmışdır. Yeni ava-
danlıqlar müasir səhiyyənin əsasını təşkil
edir. Buna görə də bu avadanlıqlar yaxşı
öyrənilməli, onlardan səmərəli istifadə olun-
malıdır. Müasir tibbi yeniliklərlə yanaşı,
bioloji təbabətin təməl tibb fənlərinin bir
hissəsi kimi öyrədilməsinə də diqqət
yetirilməli, gənclərə muxtar respublikada
mövcud olan dərman bitkilərinin tərkibi və
müalicə əhəmiyyəti aşılanmalıdır.
Naxçıvan Muxtar Respublikasının
Əməkdar həkimi – müəllim Malikəjdər İbra-
himov yaradılan şəraitə görə kollektiv adından
minnətdarlıq etmişdir.
Xəstəxana binasına fiber-optik kabel
çəkilmiş, girişdə məlumat monitorları və
nəzarət-müşahidə kameraları quraşdırılmışdır.
Mayın 21-də Naxçıvan Dövlət
Universitetində baytarlıq təbabəti ixtisasının yeni
binasının da açılışı olmuşdur.
Açılış tədbirində universitetin tələbəsi
Nazəni Rüstəmli çıxış edərək demişdir ki, bö-
yük inkişaf yolu keçən Naxçıvan Dövlət Uni-
versiteti bu gün Avropa standartlarına uyğun,
dünya miqyasında tanınan müasir təhsil ocağına
çevrilib. Yeni xəstəxana və baytarlıq təbabəti ix-
tisası binalarının istifadəyə verilməsi bu sahələr
üzrə təhsil alan tələbələrin yüksək elmi biliklərə
və zəngin təcrübəyə yiyələnməsinə şərait
yaradacaq, gələcəyin mütəxəssisi kimi forma-
laşmasında əhəmiyyətli rol oynayacaqdır.
Nazəni Rüstəmli yaradılanlardan səmərəli
istifadə edəcəklərinə, təhsildə və ictimai işlərdə
fəal olmaqla göstərilən etimadı doğruldacaq-
larına söz vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov tədbir iştirak-
çılarını baytarlıq təbabəti ixtisası üçün yeni tədris
binasının istifadəyə verilməsi münasibətilə
təbrik edərək demişdir: “2005-ci ildə Naxçıvan
Dövlət Universitetində baytarlıq ixtisası açılmış
və ötən müddət ərzində uğurla fəaliyyət
göstərmişdir. Əgər insanların sağlamlıqlarının
qorunmasına xidmət edən tədbirlər görülürsə,
bu sahədə müasir infrastruktur yaradılırsa və ix-
tisaslı kadr hazırlığı təmin olunursa, buna ilk
əvvəl baytarlıq təbabətindən başlanılmalıdır. Bu
sahənin insan həyatı üçün əhəmiyyəti nəzərə alı-
naraq baytarlıq ixtisası baytarlıq təbabəti ixti-
sası adlandırılmışdır”.
Ali Məclisin Sədri qeyd etmişdir ki, bu
sahəyə göstərilən diqqət nəticəsində baytarlıq
təbabəti ixtisasının tədrisi lazımi avadanlıqlarla
təchiz olunmuş binada həyata keçiriləcəkdir.
Eyni zamanda Naxçıvan Texniki Kollecində də
baytarlıq ixtisası üzrə kadr hazırlığı yerinə ye-
tirilir. Bu gün muxtar respublikada 107 min başa
yaxın iribuynuzlu, 650 min başa yaxın xırda-
buynuzlu, 1 milyon başdan yuxarı quş, 69 minə
yaxın arı ailəsi vardır. Buna görə də onların sağ-
lamlığının qorunmasına xidmət edən ixtisaslı
kadrlara da tələbat böyükdür. Muxtar respub-
likada bu sahədə kadr hazırlığı Naxçıvan
Dövlət Universitetində və Naxçıvan Texniki
Kollecində həyata keçirilir. Peşəkar kadrların
yetişməsi üçün isə müasir tədris metodları
tətbiq olunmalıdır. Bunun üçün hər iki təhsil
müəssisəsində lazımi şərait yaradılmışdır. Eyni
zamanda Naxçıvan Muxtar Respublikası Dövlət
Baytarlıq Xidmətində də praktik dərslərin
keçilməsi üçün siniflər yaradılmış, lazımi tədris
avadanlıqları quraşdırılmışdır. Bu işdə Dövlət
Baytarlıq Xidmətinin kollektivinin üzərinə də
mühüm vəzifələr düşür. Xidmətin mütəxəssisləri
dərslərə cəlb olunmalı, tələbələrin praktik
vərdişlərə yiyələnməsində yaxından iştirak
etməlidirlər. Bu gün ölkəmizdə insan sağlam-
lığına xüsusi diqqət yetirilir. Əhalinin sağlam-
lığının qorunması üçün lazımi tədbirlər həyata
keçirilir, bu sahədə dövlət proqramları qəbul olu-
nur. İnsan sağlamlığının qorunması isə sağlam
qidadan asılıdır. Keyfiyyətli və sağlam ərzaq ol-
madan insan sağlamlığını qorumaq mümkün de-
yil. Buna görə də baytarlıq təbabəti üzrə təhsil
alan tələbələrin üzərinə böyük məsuliyyət
düşür. Gənclər bu sahəni dərindən öyrənməli,
insanları keyfiyyətli kənd təsərrüfatı məhsulları
ilə təmin etməlidirlər.
Ali Məclisin Sədri dövlətimizin bu
sahəyə verdiyi önəmin nəticəsi olaraq yaradılan
şəraitdən düzgün istifadə olunacağına və bu
sahədə yaxşı mütəxəssislər hazırlanacağına
əminliyini bildirmiş, kollektivi bir daha təbrik
etmiş, gələcək tədrisdə və fəaliyyətlərində
uğurlar arzulamışdır.
Ali Məclisin Sədri açılışı bildirən lenti
kəsmiş və binada yaradılan şəraitlə
maraqlanmışdır.
Məlumat verilmişdir ki, 3 mərtəbədən
ibarət olan binanın birinci mərtəbəsində baytarlıq
klinikası, diaqnostika və terapiya laboratoriyası,
vivarium, mamalıq və süni mayalanma labo-
ratoriyası, aptek və iş otaqları yerləşir. Mikro-
biologiya və virusologiya, fiziologiya və bio-
kimya, parazitologiya, ekspertiza və qida gi-
giyenası, arıçılıq problemləri, farmakologiya və
toksikologiya laboratoriyaları, sterilizasiya ota-
ğı binanın ikinci mərtəbəsindədir. Üçüncü
mərtəbədə isə anatomiya muzeyi, sitologiya, his-
tologiya, embriologiya, yemləmə, yetişdirmə və
genetika kabinələri vardır. Burada həmçinin
auditoriyalar, iş otaqları, kompüter sinfi,
elektron lövhəli siniflər və 75 yerlik iclas zalı
da istifadəyə verilmişdir.
Bildirilmişdir ki, universitetdə baytarlıq
ixtisası 2005-ci ildə yaradılmış, 2007-ci ildən
Baytarlıq kafedrası kimi fəaliyyətə başlamışdır.
Hazırda bu sahədə universitetin geniş əlaqələri
mövcuddur. Türkiyə və İran İslam respublika-
larının bir sıra universitetləri ilə tədris mübadiləsi
aparılır. Binada yaradılan müasir şərait
tələbələrin daha dərin biliklərə yiyələnməsinə
və kliniki təcrübələrinin möhkəmləndirilməsinə,
eləcə də kənd təsərrüfatının və baytarlıq
xidmətinin inkişafına geniş imkanlar açır.
Baytarlıq təbabəti ixtisası üçün müasir
tədris şəraitinin yaradılması muxtar respublikada
ərzaq təhlükəsizliyi tədbirlərinin də güclən -
dirilməsinə stimul verir. Buradakı ekspertiza və
qida gigiyenası laboratoriyasında kənd
təsərrüfatı məhsullarının tərkibi və keyfiyyət
dərəcəsi öyrəniləcək, bu sahə üzrə peşəkar
mütəxəssislər hazırlanacaqdır. Laboratoriyalarda
qabaqcıl texnoloji avadanlıqlar quraşdırılmış,
baytarlıq apteki bütün növ lazımi dərman pre-
paratları ilə təchiz edilmişdir.
Baytarlıq klinikası iki otaqdan ibarətdir.
Burada iri və xırdabuynuzlu heyvanlar üzərində
cərrahi əməliyyatlar aparmaq mümkündür.
Anatomiya muzeyində heyvan skeletlərinin
nümunələri qoyulmuş, onların öyrənilməsi
üçün lazımi şərait yaradılmışdır. Muzeydə
açıq dərslərin keçilməsi üçün anatomiya
kabinəsi də vardır.
Heyvandarlığın inkişafında süni maya-
lanma mühüm yer tutur. Muxtar respublikada
bu məsələ diqqət mərkəzində saxlanılır, mal-qa-
ranın cins tərkibi yaxşılaşdırılır. Binada yara-
dılan mamalıq və süni mayalanma laboratori-
yası bu sahədə daha geniş elmi araşdırmalar
aparmağa və ixtisaslı kadrların yetişdirilməsinə
mühüm töhfə verəcəkdir.
Naxçıvan Muxtar Respublikasında arı-
çılığın inkişafı sahəsində də mühüm tədbirlər
görülür. Universitetin Baytarlıq təbabəti ka-
fedrasında arıçılığın ayrıca fənn kimi tədris olun-
ması da bu məqsədə xidmət edir. Binada arıçılıq
problemləri laboratoriyasının fəaliyyətə
başlaması isə bu sahədə peşəkar mütəxəssislərin
yetişdirilməsində əsas baza rolunu oynayacaqdır.
Laboratoriyada arıçılıq sahəsinə aid əyani
tədris vasitələri, mikroskop, balsüzən aparat,
xəstəliklərin öyrənilməsi və dərman preparat-
larının hazırlanması üçün bir sıra avadanlıqlar
quraşdırılmışdır.
Kompüter otağında 20 kompüter
quraşdırılmış və internetə qoşulmuşdur. Bu da
onlayn dərslərin və elektron imtahanların
keçirilməsinə imkan verəcəkdir. Geniş iclas za-
lında da müasir avadanlıqlar quraşdırılmışdır.
Burada videokonfransların və distant dərslərin
keçirilməsi mümkündür.
Bina ilə tanışlıqdan sonra kollektivlə
görüşən Ali Məclisin Sədri demişdir:
“Universitetdə baytarlıq təbabəti ixtisasının
tədrisi üçün bütün imkanlar yaradılmış, sinif və
auditoriyalar müasir avadanlıqlar və əyani
tədris vasitələri ilə təmin olunmuşdur. Bütün
bunlar muxtar respublikada dövlətin bu sahəyə
göstərdiyi qayğının ifadəsidir. Eyni zamanda
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq
Xidmətinin tərkibində elmi müəssisə və
laboratoriya fəaliyyət göstərir. Burada forma-
laşdırılan müasir tədris bazası gənc
mütəxəssislərin hazırlanmasına əlverişli şərait
yaradacaqdır. Muxtar respublikada bu ixtisası
bitirən məzunlar üçün işlə təminat imkanları ge-
nişdir. Son illər aparılan tikinti-quruculuq işləri
zamanı bütün yaşayış məntəqələrində baytarlıq
xidmətinin fəaliyyəti üçün də ayrıca iş yerləri
yaradılmışdır. Ona görə ki, insanların sağlam-
lığının qorunması vacib məsələdir. Bu gün
universitetdə istifadəyə verilən həm xəstəxana,
həm də baytarlıq təbabəti ixtisası üçün bina bir-
başa insanların sağlamlığına xidmət edən
sahələri əhatə edir”.
Naxçıvan Dövlət Universitetinin rektoru,
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, professor Saleh Məhərrəmov
göstərilən etimadı doğruldacaqlarına, tədrisi
günün tələbləri səviyyəsində təşkil edəcəklərinə
söz vermişdir.
Binanın həyətində abadlaşdırma tədbirləri
görülmüş, ətrafda gülzarlıqlar salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Baytarlıq təbabəti ixtisası yeni binada tədris olunacaq
2 / GÜNDƏM
YENİ FİKİR
MAY 2015
3 / GÜNDƏM
YENİ FİKİR
MAY 2015
H
əmin gün Ali Məclisin Sədri Naxçıvan
Dövlət Universitetində daşdan
düzəldilmiş heykəllərə baxmışdır.
Məlumat verilmişdir ki, bu il mayın 11-
də və 12-də Naxçıvan Dövlət Universitetində
“Naxçıvan və Şərqi Anadolu abidələri” möv-
zusunda Beynəlxalq Simpozium keçirilmişdir.
Beş ölkədən 56 alimin iştirakı ilə keçirilən sim-
poziumda Naxçıvan Dövlət Universiteti
ərazisində Türkiyənin Ağrı İbrahim Çeçen, An-
kara Qazi, Ərzurum Atatürk və Naxçıvan
Dövlət universitetlərinin əməkdaşlarının birgə
səyi ilə yaradılmış daşdan düzəldilmiş heykəllər
nümayiş etdirilmişdir.
Naxçıvana aid olan yerli travertin da-
şından hazırlanmış heykəllərdə iki ölkənin
milli dəyərləri əks olunmuşdur. Onlar arasın-
da iki dost və qardaş ölkənin birliyini əks etdirən
heykəl xüsusilə diqqəti cəlb edir. Ağrı İbrahim
Çeçen Universitetinin müəllimi Bilal Hano
tərəfindən hazırlanmış “Heydər Əliyev-Atatürk”
abidəsinin bir üzündə Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin, digər
üzündə isə türk xalqının böyük öndəri Musta-
fa Kamal Atatürkün Azərbaycan-Türkiyə
birliyini ifadə edən dəyərli fikirləri həkk olun-
muşdur. Ağrı Universitetinin müəllimi Naci
Edinin “Azərbaycan bayrağı”, həmçinin onun
Ozan Baycan ilə birgə hazırladığı
“Azərbaycanın yüksəlişi”, Ankara Qazi Uni-
versitetinin müəllimi Tulay Özkulun “Sütun və
ay”, Ərzurum Atatürk Universitetinin müəllimi
Volkan Doğanın “Buğa” əsərləri yüksək
sənətkarlıq nümunələridir.
Ali Məclisin Sədri heykəltəraşlıq nü -
munələrini yüksək qiymətləndirmiş və onların
Naxçıvan şəhərinin müvafiq yerlərində nüma-
yiş etdirilməsi ilə bağlı tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Naxçıvan Dövlət Universitetində daşdan düzəldilmiş
heykəllərə baxış olmuşdur
N
axçıvan Dövlət Univer -
sitetində “Kənd təsər -
rüfatının inkişafı: reallıqlar
və perspektivlər” mövzusunda
beynəlxalq konfrans keçirilib.
Türkiyə Cümhuriyyətindən Ərzurum
Atatürk, Qars Qafqaz və İqdır
universitetlərinin, Gürcüstandan Şota
Rustaveli adına Batumi Dövlət Uni-
versitetinin də təmsil olunduğu
beynəlxalq konfransı universitetin
rektoru, AMEA-nın müxbir üzvü
Saleh Məhərrəmov giriş sözü ilə
açıb. Rektor müasir dövrdə
Azərbaycanda aparılan aqrar isla-
hatların uğurlarından, bu sahədə
dövlət strategiaysının düzgün
müəyyənləşdirilməsindən, Naxçı-
van Muxtar Respublikasında kənd
təsərrüfatının inikişafına göstərilən
dövlət qayğısından, görülən işlərdən
danışıb. Qeyd olunub ki, ölkəmizdə
“Kənd təsərrüfatı” ilə elan olunan cari
ildə qəbul edilmiş Dövlət Proqram-
larının icrası və kənd təsərrüfatı in-
frastrukturunun yaxşılaşdırılması he-
sabına muxtar respublikada əkinçilik,
heyvandarlıq,quşçuluq sahəsində
əhəmiyyətli nailiyyətlər əldə edilib.
İftixarla demək olar ki, muxtar res-
publika istehsal etdiyi kənd təsərrüfatı
məhsullarının keyfiyyətinə görə
istənilən ölkə ilə rəqabətə girə bilər.
Rektor kənd təsərrüfatı məhsullarının
ərzaq təhlükəsizliyi, ətraf mühitin
mühafizəsi, ekoloji cəhətdən təmiz
məhsulların əldə olunması və satışı
istiqamətində qarşıda duran
vəzifələrdən söz açaraq keçirilən
beynəlxalq konfransın mövcud
problemlərin elmi həllində mühüm
rol oynayacağını vurğulayıb.
Sonra AMEA-nın müxbir üzvü
Saleh Məhərrəmovun “Naxçıvan
Muxtar Respublikasında helmintoz-
ların qoyunçuluğa vurduğu iqtisadi
zərər və onun qarşısının alınması
yolları” ilə bağlı elmi məruzəsi
dinlənilib. Məruzədə zərərvericilərin
vurduğu iqtisadi zərərdən xilas ol-
maq, insanların qida vasitəsi ilə
infeksion xəstəliklərə yoluxmasının
qarşısını almaq üçün mövcüd olan
üsullardan, qoyunların helmintozalara
yoluxmamaları üçün yonca sahələrinə
antihelmint bitkilərin əkilməsinin
əhəmiyyətindən bəhs olunub.
Naxçıvan Muxtar Respub -
likasının Kənd Təsərrüfatı naziri
Elşad Əliyev məruzə edərək regionda
kənd təsərrüfatının müxtəlif
sahələrinin sürətli inkişafı üçün
əlverişli şərait yaradılmasından, əldə
olunan nəticələrdən danışıb. Qeyd
olunub ki, son illərdə ümumi sahəsi
105 min kvadrat metrdən artıq olan
istixana kompleksləri, ümumi tutu-
mu 12250 ton olan soyuducu anbar-
lar, tutumu 27000 ton olan
uzunmüddətli və 43 min ton olan
qısamüddətli taxıl ehtiyatı anbarları,
17 taxıl emalı müəssisəsi, 222 hey-
vandarlıq, 64 quşçuluq, 94 arıçılıq, 12
balıqçılıq, 68 bağçılıq və üzümçülük
təsərrüfatı yaradılıb. Aparılan
məqsədyönlü tədbirlər nəticəsində
2014-cü ildə muxtar respublika üzrə
103 000 ton taxıl, 41406 ton kartof,
66731 ton tərəvəz, 34339 ton bostan,
36196 ton meyvə, 14395 ton üzüm
məhsulu istehsal edilib. Bütövlükdə
2014-cü ildə kənd təsərrüfatının
ümumi məhsulunun dəyəri 355 mil-
yon 157 min manat təşkil edib ki, bu
da əvvəlki illə müqayisədə 6,1%
çoxdur. Muxtar respublikada hey-
vandarlığın inkişaf etdirilməsinə,
mal-qaranın cins tərkibinin yaxşı-
laşdırılmasına, heyvandarlıq məhsu -
llarının intensiv artımına da nail
olunmuşdur. Belə ki, 1 aprel 2015-ci
il tarixə olan məlumata görə muxtar
respublika üzrə iribuynuzlu malların
baş sayı 114137, xırdabuynuzlu hey-
vanların baş sayı 701 min olmuşdur.
Keçən ilin müvafiq dövrü ilə
müqayisədə 1550 baş iribuynuzlu
mal, 12792 baş xırdabuynuzlu hey-
van artıb.
Konfransın plenar iclasında
AMEA Mikrobiologiya İnstitutu-
nun direktoru, akademik Məmməd
Salmanovun “Azərbaycanın Xəzər
sektorunun üzvi maddələr balansının
müasir ekoloji vəziyyəti”, Naxçı-
van Muxtar Respublikası Dövlət
Baytarlıq Xidməti rəisi Əbil Əbilovun
“Naxçıvanda baytarlığın müasir
vəziyyəti” mövzusunda məruzələri
dinlənilib. Diskussiya şəklində keçən
plenar iclas maraqlı elmi
müzakirələrlə yekunlaşıb. Konfrans
“Heyvandarlıq”, “Bitkiçilik və kənd
təsərrüfatının
iqtisadiyyatı”,
“Ekologiya və ətraf mühit”,
“Meyvəçilik” üzrə bölmə iclasları ilə
işini davam etdirib. Konfrans işti-
rakçılarına sertifikatlar təqdim olu-
nub. Qonaqlar universitet kampusunu
gəzib, müasir texnologiyalarla təchiz
olunmuş universitet televiziyasında
və digər struktur bölmələrdə olublar.
Növbəti gün konfrans iştirakçıları
muxtar respublikanın heyvandarlıq
komplekslərində, istilikxanalarda
olublar. Təsərrüfatlarla tanışılıq za-
manı qonaqlar ət və süd məhsulları
istehsalı, heyvan xəstəliklərinə qar-
şı epizootik tədbirlərin aparılması,
əkin sahələrində suvarılma və
becərmə işləri ilə maraqlanıblar.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri
Dostları ilə paylaş: |