Qaraciyərin Uzunmüddətli İşemiyası Zamanı Zülal Mübadiləsində Baş Vermiş Patogenez Dəyişikliklərdə Antioksidant Müdafiə Sisteminin Rolu



Yüklə 336,32 Kb.
Pdf görüntüsü
tarix18.01.2017
ölçüsü336,32 Kb.
#5738

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №3, səh. 84-88 (2014) 

84 


Qaraciyərin Uzunmüddətli İşemiyası Zamanı Zülal Mübadiləsində Baş Vermiş 

Patogenez Dəyişikliklərdə Antioksidant Müdafiə Sisteminin Rolu 

 

R.C. Kərimova 

 

Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzi, Bakıxanov küçəsi 23, Bakı AZ 1002, Azərbaycan; 

E-mail: rena.kerimova.71@mail.ru 

  

Xroniki toksikoz modeli yaradılmış  ağ siçovullarda qaraciyər işemiyasının müddətindən asılı olaraq 

qanda zülal mübadiləsində baş vermiş patogenez dəyişikliklərdə antioksidant müdafiə sisteminin rolu 

aydınlaşdırılmışdır. Tədqiqatlar 3 qrupa ayrılmış 45 baş ağ siçovul üzərində aparılmışdır. 1-ci qrupda 

(5 baş) intakt vəziyyət, 2-ci qrupda (20 baş) 30 dəqiqəlik işemiya, 3-cü qrupda (20 baş) 30 dəqiqəlik 

işemiya fonunda antioksidant müdafiə sistemi yaradılmışdır. Götürülmüş qanda ümümi zülalın, 

albuminin, α

1

-, α

2

-, β, γ-qlobulinlərinin qatılığı və laktatdehidrogenazanın (LDH) fəallığı 2-ci qrupda 

intakt vəziyyətlə, 3-cü qrupda isə intakt vəziyyət və 30 dəqiqəlik işemiya ilə müqayisə  edilmişdir. 

 

Açar sözlər: Qaraciyər işemiyası, zülal mübadiləsi, antioksidant müdafiə sistemi, Ridutox məhlulu  

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

GİRİŞ  



 

Müasir həyat ekoloji mühitin pozulması, toksiki 

məhsullarla insanların daha çox təmasda olması ilə 

səciyyələndiyi üçün ekzogen intoksikasiya halları 

daha çox müşahidə olunur (Белобородова, 2010; 

Зербино, 2009). Ekzogen yolla baş vermiş 

intoksikasiyanın təsir göstərdiyi üzvlərdən biri də 

qaraciyərdir.  İntoksikasiyanın təsir müddətinin 

uzanmasına paralel olaraq qaraciyərin istər 

quruluşunda, istərsə  də funksional vəziyyətində 

patoloji istiqamətdə  dəyişikliklər baş verir ki, bunlar 

da adətən patoloji proseslərin dərinləşdiyi hallarda 

qaraciyər çatışmazlığı (işemiyası) ilə  nəticələnir 

(Granfeldt, 2009). Müasir təbabətinin sürətli 

inkişafına baxmayaraq qaraciyər çatışmazlığı olan 

xəstələrin böyük əksəriyətində ölüm hadisəsi baş verir 

(Арипов, 2005; Брюхин, 2005; Громов, 2009; 

Пащенко, 2006; Павлов, 2005). Müəyyən edilmişdir 

ki, ölümün əsas başvermə  səbəblərindən biri zülal 

mübadiləsində yaranan dəyişikliklərdir (Малышева, 

2010). Bu dəyişikliyin səbəbi toksiki maddələrin 

qaraciyərin zülal sintezedici funksiyasına təsiri ilə 

əlaqələndirilsə  də onun patogenezi bu günə  qədər 

aydınlaşdırılmamışdı. Ona görə  də  tədqiqatın  əsas 

məqsədi-işemiyaya məruz qalmış qaraciyər 

patologiyası fonunda endotoksikozun zülal 

mübadiləsinə  təsirini  öyrənmək və patogenezdə 

antioksidant təbii müdafiə sisteminin rolunu 

aydınlaşdırmaqdan ibarət olmuşdur.  

 

MATERİAL VƏ METODLAR 

 

Tədqiqatlar ATU-nun Elmi-Tədqiqat Mərkə-



zində 3 qrupa ayrılmış 45 baş  ağ siçovul üzərində 

aparılmışdır (cədvəl 1).    

 

Cədvəl 1. Heyvanlarda təcrübələrin aparılma şəraiti 

Qrup Təcrübələrin aparılması şəraiti Təcrübə hey-

vanlarının 

sayı 

1-ci qrup  İntakt vəziyyət 5 

baş 

2-ci qrup  Xroniki intoksikasiya modeli 



fonunda qaraciyər arteriyasının 30 

dəqiqə müddətində sıxılması 20 

baş 

3-cü qrup  30 dəqiqəlik işemiya fonunda 



aparılan antioksidant müdafiə 

sisteminin stimullaşdırılması 20 

baş 

 

Dekapitasiya etməklə 



ağ siçovullardan 

götürülmüş qanda Roşe firmasının istehsalı olan 

(Bioscreen MS-2000 mikroanalizator) reaktiv 

dəstlərindən istifadə edərək, ümümi zülalın, 

albuminin,  α

1

-,  α



2

-,  β-,  γ-qlobulinlərinin qatılığı  və 

LDH-ın fəallığı 

təyin edilmişdir. Xroniki 

intoksikasiya Karkişenko metodu ilə (Каркищенко, 

2004) 20%-li xlorid turşusundan (HCl) istifadə 

etməklə yaradılmışdır. Onun fonunda işemiya 

modeli yaratmaq üçün anesteziya şəraitində 

(Ананьев, 1982) qarın boşluğu açılmış, qaraciyərə 

gedən arteriya liqaturaya alınmışdır. Təcrübə 

heyvanları 3, 7, 15 və 30-cu günlərdə hər birində 5 

baş olmaqla dekapitasiya edilərək qan götürül-

müşdür. Təcrübə heyvanlarının 3-cü qrupunda 

antioksidant müdafiə sistemini gücləndirmək 

məqsədilə quyruq venasına 7 gün müddətində 

gündə 1 dəfə olmaqla, hər dəfə 2 ml Ridutox 

məhlulu yeridilmişdir (Jayakumar, 2006, 2007). 

Alınmış  göstəricilər qeyri-parametrik metodla 

statistik işlənmişdir (Колб, 1976;  Recom-

mendations of the German Society for Clinical 

Chemistry, 1970). 

 

 



Qaraciyərin Uzunmüddətli İşemiyası Zamanı 

85 


Cədvəl 2. 30 dəqiqəlik işemiyadan sonra ağ siçovulların qanında zülal mübadiləsi göstəricilərinin dəyişməsi

 

Qaraciyərin  

zülal mübadiləsi 

göstəriciləri 

Kəmiyyət 

göstəriciləri 

II qrup (30 dəqiqəlik işemiya) 

3-cü gün 

(n=5) 

7-ci gün 

(n=5) 

15-ci gün 

(n=5) 

30-cu gün 

(n=5) 

LDH 

U/l 

M±m 2256,8±202,2 

2436,4±338,7 1624,4±135,2  1422,0±99,2 

min - max 

1699-2830 

1712-3516 

1137-1956 

1136-1647 

p



p



1

<0,01 p

1

<0,05 p

1

>0,05 p


1

>0,05 


Ümumi zülal 

q/l 

M±m 55,5±3,1 67,9±5,4 59,4±3,3 58,1±2,9 

min - max 

47-63,5 


50,2-80,5 47,4-66,4 47,5-64,2 

p



p

1

<0,01 p

1

>0,05 p


1

<0,01 p

1

<0,01 



Albumin 

q/l 

M±m 33,5±2,1 25,9±3,0 17,1±1,0 18,9±0,8 

min - max 

28-39,3 


19,5-35,4 13,8-19,7 16,5-21,2 

p



p

1

>0,05 p



1

<0,05 p

1

<0,01 p

1

<0,01 

α

1

-Qlobulin 

q/l 

M±m 10,98±2,02 

20,15±2,89 28,73±3,39 26,92±2,27 

min - max 

5,45-17,95 

11,19-27,8 19,17-40,1  18,2-31,1 

p



p



1

<0,01 p

1

<0,01 p

1

<0,01 p

1

<0,01 



α

2

-Qlobulin 

q/l 

M±m 3,51 

±0,56 

20,70±1,05 34,65±2,15 30,70±1,96 



min - max 

2,06-4,65 

17,52-23,4 28,79-40,2  25,1-37,1 

p



p

1

>0,05 p



1

<0,01 p

1

<0,01 p

1

<0,01 

β-Qlobulin 

q/l 

M±m 8,97±2,34 

21,32±3,62 37,18±9,20 32,06±7,19 

min - max 

3,52-17,55 

13,12-30,4 11,19-57,2  14,1-50,3 

p



p



1

>0,05 p


1

<0,01 p

1

<0,01 p

1

<0,01 

γ-Qlobulin 

q/l 

M±m 5,19±1,62 

18,93±3,15 16,33±1,94 18,54±1,95 

min - max 

2,02-11,31 

11-30,2 10,1-21,1 11,1-22,1 

p



p



1

>0,05 p


1

<0,01 p

1

<0,01 p

1

<0,01 

Qeyd: p



– intakt vəziyyət 

 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

1-ci qrupa daxil olan ağ siçovullardan 



götürülmüş qanda LDH-ın fəallığı 1011-2028 U/l 

arasında (M±m=1491

163,6), ümumi zülalın qatılığı 

67,4-84,5 q/l (M±m=73,5

2,9), albuminin qatılığı 

34,8-41,1 q/l (M±m=37,8±1,3), α

1

-qlobulinin qatılığı 



1,42-1,62 q/l (M±m=1,50±0,04), α

2-

qlobulinin 



qatılığı 3,87-4,93 q/l (M±m=4,45±0,23), β-qlo-

bulinin qatılığı isə 8,94-9,65 (M±m=9,31

 0,11), γ-

qlobulinin qatılığı isə 2,33-2,47 q/l (M±m=2,37 

0,03) arasında dəyişmişdir. 2-ci qrupa daxil olan ağ 

siçovullarda 30 dəqiqə işemiya yaradıldıqdan 3 gün 

sonra qanda zülal mübadilasində  aşağıdakı 

dəyişikliklər baş vermişdir (cədvəl 2). LDH-ın 

fəallığı intaktla müqayisədə 51,4%, α

1

-qlobulinin 



qatılığı 631,9%, γ-qlobulinin qatılığı 118,8%, artmış, 

ümumi zülalın qatılığı intaktla müqayisədə 24,5%, 

albuminin qatılığı 11,2%, α

2

-qloblinin qatılığı isə 



21,0%,  β-qlobulinin qatılığı 3,6%  azalmışdır. 

İşemiya modelinin yaradılmasının 7-ci günündə 

qanda LDH-ın fəallığı intaktla müqayisədə 63,4%, 

α

1-



 qloblinin qatılığı 1243,1% ,α

2-

 qloblinin qatılığı 



365,5%,  β-qlobulinin qatılığı 129,1%, γ-qlobulinin 

qatılığı 697,2%, artmış, ümumi zülalın qatılığı 

intaktla müqayisədə 7,7%, albuminin qatılığı isə 

31,4% azalmışdır (cədvəl 2).  

İşemiya modelinin yaradılmasının 15-ci 

günündə qanda LDH-ın fəallığı intaktla müqayisədə 

8,9%, α

1

-qlobulinin qatılığı 1815,6%, α



2

-qlobulinin 

qatılığı 679,1%, β- qlobulinin qatılığı 299,5%, γ-

qlobulinin qatılığı 587,7% artmış, ümumi zülalın 

qatılığı 19,2%, albuminin qatılığı 54,7% azalmışdır.  

İşemiya modelinin yaradılmasının 30-cu 

günündə isə qanda α

1

-qlobulinin qatılığı intaktla 



müqayisədə 1694,8%, α

2

-qlobulinin qatılığı 



590,2%,  β-qlobulinin qatılığı 244,5%, γ-qlobulinin 

qatılığı 681,0% artmış, LDH-ın fəallığı intaktla 

müqayisədə 4,6%, ümumi zülalın qatılığı 21,0% 

albuminin qatılığı 50,1% azalmışdır (cədvəl 2). 

3-cü qrupa daxil olmuş  ağ siçovullarda (30 

dəqiqə) müalicədən 3 gün sonra qanda zülal 

mübadiləsində  aşağıdakı  dəyişikliklər baş vermişdir 

(cədvəl 3). LDH-ın fəallığı intaktla müqayisədə 

19,5% artmış, 30 dəqiqəlik işemiya ilə müqayisədə 

isə 21,1% azalmışdır, ümumi zülalın qatılığı intaktla 

müqayisədə 19,7% azalmış, 30 dəqiqəlik işemiya ilə 

müqayisədə isə 6,3% artmışdır. Albuminin qatılığı 

intaktla müqayisədə 20,1%, 30 dəqiqəlik işemiya ilə 

müqayisədə 10,0% azalmışdır. α

1

-qlobulinin qatılığı 



intaktla müqayisədə 311,7%, işemiya ilə müqayisədə 

100,5% artmış,

 

α

2-



qlobulinin qatılığı intaktla 

müqayisədə 371,7%,işemiya ilə müqayisədə 497,4% 

artmış,  β-qlobulinin qatılığı intaktla müqayisədə 

91,6%, işemiya ilə müqayisədə 98,8% artmışdır.  γ-

qlobulinin qatılığı intaktla müqayisədə 195,5%, 

işemiya ilə müqayisədə isə 35,1% artmışdır. 



R.C. Kərimova 

86 


Cədvəl 3. 30 dəqiqəlik işemiya fonunda antioksidant müdafiə sistemini stimullaşdırdıqdan sonra ağ siçovulların 

qanında zülal mübadiləsi göstəricilərinin dəyişməsi 



Qaraciyərin  

zülal mübadiləsi 

göstəriciləri 

Kəmiyyət 

göstəriciləri 

III qrup (30 dəqiqəlik işemiya) 

3-cü gün 

(n=5) 

7-ci gün 

(n=5) 

15-ci gün 

(n=5) 

30-cu gün 

(n=5) 

LDH 

U/l 

M±m 1781,0±165,8 

1932,2±73,2 1559,0±176,9 1361,8±104,3 

min - max 

1127-2010 

1716-2117 

1067-1976 

1012-1614 

p



p



1

>0,05 p


1

<0,05 p

1

>0,05 p



1

>0,05 


p

3

 



p

3

>0,05



p

3

>0,05



p

3

>0,05 



p

3

>0,05



Ümumi zülal 

q/l 

M±m 59,0±1,1 57,8±1,6 59,8±1,1 58,8±2,2 

min - max 

55,4-61,5 

52,7-61,2 56,8-62,4 50,5-62,7 

p



p

1

<0,01 p

1

<0,01 p

1

<0,01 p

1

<0,01 

p

3



 

p

3



>0,05

p

3



>0,05

p

3



>0,05 p

3

>0,05 



Albumin 

q/l 

M±m 30,2±1,0 25,1±2,6 19,8±0,8 19,4±0,9 

min - max 

27,8-32,5 

17,9-30,5 17,3-21,9 17,4-21,9 

p



p

1

<0,01 p

1

<0,01 p

1

<0,01 p

1

<0,01 

p

3



 

p

3



>0,05

p

3



>0,05

p

3



>0,05 

p

3



>0,05

α

1

-Qlobulin 

q/l 

M±m 22,01±2,33 

20,17±2,65 29,65±1,78 24,30±2,49 

min - max 

16,13-29,5 

12,18-27,18 26,86-35,91  15,91-31,4 

p



p



1

<0,01 p

1

<0,01 p

1

<0,01 p

1

<0,01 

p

3

 



p

3

<0,01

p

3

>0,05



p

3

>0,05 



p

3

>0,05



α

2

-Qlobulin 

q/l 

M±m 20,98 

±3,68 

22,05±4,82 36,18±0,61 34,24±1,36 



min - max 

9,78-29,14 

6,15-34,18 34,42-37,8  29,8-37 

p



p

1

<0,01 p

1

<0,01 p

1

<0,01 p

1

<0,01 

p



p

3

<0,01

p

3

>0,05



p

3

>0,05 



p

3

>0,05



β-Qlobulin 

q/l 

M±m 17,83±3,00 

21,72±4,22 35,21±2,18 36,17±1,25 

min - max 

9,19-27,96 

9,18-33,72 26,72-38,7 33,2-39,91 

p



p



1

<0,05 p

1

<0,05 p

1

<0,01 p

1

<0,01 

p

3

 



p

3

<0,05

p

3

>0,05



p

3

>0,05 



p

3

>0,05



γ-Qlobulin 

q/l 

M±m 7,02±0,54 

18,15±1,91 16,93±2,96 17,38±1,62 

min - max 

5,14-8,17 

13,62-24,42 6,17-24,2 14,17-23,58 

p



p



1

<0,01 p

1

<0,01 p

1

<0,01 p

1

<0,01 

p

3

 



p

3

>0,05



p

3

>0,05



p

3

>0,05 



p

3

>0,05



Qeyd:  p



- intakt vəziyyət; p

3

 – 30 dəqiqəlik işemiya

 

 



3-cü qrupa daxil olmuş  ağ siçovullarda 

modelin yaradılmasının 7-ci günündə LDH-ın 

fəallığı intaktla müqayisədə  29,6% artmış, işemiya 

ilə müqayisədə 20,7% azalmışdır. Ümumi zülalın 

qatılığı intaktla müqayisədə 21,3%, işemiya ilə 

müqayisədə 14,8% azalmışdır. Albuminin qatılığı 

intaktla müqayisədə 33,4%, işemiya ilə müqayisədə 

3,0% azalmışdır.  α

1-

qlobulinin qatılığı intaktla 



müqayisədə 1244,7%, işemiya ilə müqayisədə 0,1% 

artmışdır. α

2-

qlobulinin qatılığı intaktla müqayisədə 



395,8%, işemiya ilə müqayisədə 6,5% artmışdır, β-

qlobulinin qatılığı intaktla müqayisədə 133,4%, 

işemiya ilə müqayisədə 1,9% artmış.  γ-qlobulinin 

qatılığı intaktla müqayisədə 664,7% artmış, işemiya 

ilə müqayisədə 4,1% azalmışdır (cədvəl 3).  

3-cü qrupa daxil olmuş  ağ siçovullarda 

modelin yaradılmasının 15-ci günündə LDH-ın 

fəallığı intaktla müqayisədə 4,6% artmış, işemiya 

ilə müqayisədə 4,0% azalmışdır. Ümumi zülalın 

qatılığı intaktla müqayisədə 18,7% azalmış, işemiya 

ilə müqayisədə 0,6% artmışdır, albuminin qatılığı 

intaktla müqayisədə 47,7% azalmış, işemiya ilə 

müqayisədə 15,6% artmışdır.  α

1

-qlobulinin qatılığı 



intaktla müqayisədə 1876,6%, işemiya ilə 

müqayisədə 3,2% artmışdır.  α

2-

qlobulinin qatılığı 



intaktla müqayisədə 713,5%, işemiya ilə 

müqayisədə 4,4% artmışdır.  β-qlobulinin qatılığı 

intaktla müqayisədə 278,4% artmış, işemiya ilə 

müqayisədə 5,3% azalmışdır.  γ-qlobulinin qatılığı 

intaktla müqayisədə 613,2% işemiya ilə 

müqayisədə isə 3,7% artmışdır.  

3-cü qrupa daxil olmuş  ağ siçovullarda 

modelin yaradılmasının 30-cu günündə LDH-ın 

fəallığı intaktla müqayisədə 8,7%, işemiya ilə 

müqayisədə 4,2% azalmışdır. Ümumi zülalın 

qatılığı intaktla müqayisədə 20,1%, azalmış, 

işemiya ilə müqayisədə 1,2% artmışdır, albuminin 

qatılığı intaktla müqayisədə 48,5%, azalmış, 

işemiya ilə müqayisədə 3,1% artmışdır.  α

1-

qlobulinin qatılığı intaktla müqayisədə 1519,9%, 



artmış, işemiya ilə müqayisədə 9,7% azalmışdır, α

2-

qlobulinin qatılığı intaktla müqayisədə 669,8%, 



işemiya ilə müqayisədə 11,5% artmışdır.  β-

qlobulinin qatılığı intaktla müqayisədə 288,6%, 

işemiya ilə müqayisədə 12,8% artmışdır.  γ-

qlobulinin qatılığı intaktla müqayisədə 632,0%, 

artmış, işemiya ilə müqayisədə 6,3% azalmışdır.   

Apardığımız təcrübələrin nəticələri göstərmiş-

dir ki, uzunmüddətli işemiya modeli yaradıldıqdan 

sonra qanda zülal mübadiləsində bir sıra dəyişik-

liklər baş vermişdir. LDH-ın fəallığı yüksəlmiş, 

ümumi zülalın, albuminin qatılığı azalmış,  α

1

-,α


2

-, 


Qaraciyərin Uzunmüddətli İşemiyası Zamanı 

87 


β-,  γ-qlobulinlərin qatılığı isə artmışdır. Vena 

daxilinə Ridutox məhlulu daxil etdikdən sonra 

pozulmuş zülal mübadiləsi normallaşmağa doğru 

yönəlmişdir. Bizim fikirimizcə, vena daxilinə 

Ridutox məhlulu daxil etdikdən sonra qanda zülal 

mübadiləsindəki dəyişikliklərə  səbəb orqaniz-min 

antioksidant müdafiə sisteminin güclən-məsidir. 

Çünki  Ю.В.Нестеров (2010) göstərmişdir ki, 

antioksidantlar qaraciyər hüceyrələrində  tənəffüsə 

müsbət təsir göstərməklə mitoxondirlərin 

funksional fəaliyyətini gücləndirir. Digər tərəfdən 

isə M.R.Biagininin (2006) ildə göstərdiyi kimi, 

antioksidantlar qaraciyərin işemiyası zamanı 

mikrosomal monooksi-genazanı fəallaşdırır. Hər iki 

alimin verdiyi məlumatlara və  aldığımız nəticələrə 

əsaslanaraq hesab edirik ki, xroniki intoksikasiya 

fonunda qaraciyərin uzunmüddətli işemiyası 

zamanı zülal mübadiləsinin patogenezdə 

antioksidant müdafiə sisteminin zəifləməsi mühüm 

rol oynayır. 

 

 

ƏDƏBİYYAT 

 

Ананьев 

А.Р. (1982) Справочник 

по 


анестезиологии и рениматологии. Москва, 80с. 

Арипов Н.У. (Н.У. Арипов, М.У. Арипова, В.Г. 

Лим) (2005) Роль  УЗД  в  диагностике  и 

лечении  полостных  образований  печенью. 

Анналы хир. гепатол., 10(2): 175. 

 Брюхин Г.В. (2005) Сравнительная характерис-

тика  структурно-функциональных  изменений 

селезенки 

потомства 

самок 

крыс 


с 

экспериментальным хроническим поражением 

печени различной этиологии. Морфология, 127 

(вып. 3): 48-51.  

Белобородова  Е.В.,  Белобородова  О.Е.  (2010) 

Показатели  системы  протеолиза  и  метаболиз-

ма  коллагена  при  хроническом  течении 

заболеваний  печени  вирусной  и  токсической 

этиологии. Терапевтический архив, №2: 29-34. 

Громов  А.И.,  Рыбчинский  С.С. (2009) 

Значение  ультразвукового  исследования  в 

диагностике  жирового  гепатоза.  Клиническая 

медицина, №8: 64-66.  

 

Зербино Д.Д. (2009) Экологическая патология и 

экологическая нозология: новое направление в 

медицине. Мистецтво лікування, №8: 37-41. 



Каркищенко  Н.Н. (2004) Основы  биомодели-

рования.  М.:  Межакадемическое  издательство 

ВПК, 607 c. 

Колб  В.Г. (1976) Клиническая  биохимия 

(пособие для врачей лаборантов) Минск: 450 с.  



Малышева  М.В.,  Булычева  Т.И. (2010) 

Содержание  ключевых  белков  ядрышка  в 

лимфоидных клетках здоровых лиц и больных 

с  лимфопролиферативными  заболеваниями. 



Клиническая 

лабораторная 

диагностика, 

№12: 23-28.  

Нестеров  Ю.В. (2010) Влияние  стресс-индуци-

рованных  воздействий  разной  модальности  и 

антиоксиданта 

на 


свободнорадикальные 

процессы  в  легких  и  печени  белых  крыс. 



Естественные науки, №3: 122-126. 

Пащенко  И.Г.,  Куликов  В.Е. (2006) Возмож-

ности  динамического  контроля  за  уровнем 

портального давления методом ультразвуковой 

допплеро-сонографии 

при 

хронических 



гепатитах. Клиническая медицина, №1: 149-156. 

Павлов  Ч.С.,  Ивашкин  В.Т. (2005) Современ-

ные  представления  о  патогенезе,  диагностике 

и лечении фиброза печени. Рос. журн. гастро-

энтерол., гепатол., колопроктол.2: 2-7. 

Biagini M.R. (2006) Hyperhomocysteinemia and 

hypercoagulability in primary biliary cirrhosis. 



Wld. J. Gastroenterol.12(10): 1607-1612. 

 

Granfeldt A., Lefer D.J., Vinten-Johansen J. 

(2009) Protective ischaemia in patients: 

preconditioning and postconditioning. Cardiovasc 



Res., 83: 23. 

Jayakumar T., Ramesh E., Geraldine P. (2006) 

Antioxidant activity of the oyster mushroom



Pleurotus ostreatus, on CCl (4)-induced liver 

injury in rats. Food Chem. Toxicol.,  44: 1989-

1996. 

 Jayakumar T., Thomas P.A., Geraldine P. 

(2007) Protective effect of an extract of the oyster 

mushroom,  Pleurotus ostreatus, on antioxidants 

of major organs of aged rats. Exp. Gerontol., 42: 

183-191. 

Recommendations of the German Society for 

Clinical Chemistry. Standardization of 

methods for the determination of enzyme 

activities in biological fluids. 

 

(1970)  Z. Klin. 



Chem. Klin. Biochem., 8(6): 658-660. 

 

 



 

 

 

 

 

 

 

R.C. Kərimova 

88 


Роль Антиоксидантной Защитной Системы В Патогенетических Изменениях Белкового 

Обмена Вызванных Длительной Ишемией Печени 

 

Р.Дж. Керимова 

 

Научно-исследовательский центр Азербайджанского медицинского университета 

 

В  исследованиях,  проводимых  на  модели  хронического  токсикоза,  созданной  у  белых  крыс, 



исследована  роль  антиоксидантной  защитной  системы  в  патогенезе  белкового  обмена  крови  в 

зависимости  от  срока  ишемии  печени.  Опыты  проводились  на 45 белых  крысах,  поделенных  на 3 

группы. I группа (5 голов) – интактные  животные, II группа (20 голов) – 30-минутная  ишемия, III 

группа (20  голов) – на  фоне 30 мин.  ишемии  создавалась  модель  антиоксидантной  защитной 

системы.  Сравнивали  общее  содержание  белка  крови,  концентрации  альбумина,  α

1

-,  α



2

-,  β-,  γ-

глобулинов,  а  также  активность  фермента  лактатдегидрогеназа  (ЛДГ)  у  животных  второй  группы  с 

интактными  животными  и  у  животных  третьей  группы  с  интактными  животными  и  крысами, 

подвергнутыми 30-ти минутной ишемии. 

 

Ключевые  слова:  Ишемия  печени,  белковый  обмен,  антиоксидантная  защитная  система,  раствор 



Ридутокса 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

The Role of the Antioxidant Defence System  in Pathogenetic changes of Protein Metabolism 

caused by Long-term Liver Ischemia   

 

R.J. Kerimova 

 

Research Center Of The Azerbaijan Medical University 

 

Under conditions of chronic intoxication in white rats alterations in pathogenesis of protein exchange have 

been observed in blood depending on the hepatic ischemia period and the role of the antioxidative protective 

system of the organism has been elucidated . The experiment has been performed on 45 white rats, divided 

into 3 groups. The 1

st

 group (5)- intact animals, the 2



nd

 group (20 animals)- 30-minute ischemia, the 3

rd

 group 


(20 animals)-under conditions of 30-minute ischemia the antioxidative protective system model was created. 

Total protein, albumin , α

1

-,  α


2

-,  β-,  γ-globulin  concentrations and LDH activity were compared with the 

intact condition in the 2

nd

 group and with the intact condition and 30-minute ischemia in the 3



rd

 group. 



 

Key words: Hepatic ischemia, protein exchange, antioxidative protective system, Ridutox solution 

 

Yüklə 336,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin