1 Aynur Qəzənfərqızı


Nağılların toplanması  Türkiyə folklorşünaslığında



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   ...   6   7   8   9   10   11   12   13   ...   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

Nağılların toplanması  Türkiyə folklorşünaslığında 
Türkiyədə nağılların toplanmasına XIX əsrin sonların-
da “Billur köşk masalları” (Alangu T., 2017) adlı kitab ilə 
başlanmışdır. Daha sonra 1912-ci ildə K.D. olaraq adının 
baş hərflərini göstərmiş xanım yazarın “Türk Masalları” adlı 
317 səhifədən ibarət nağıl kitabı çap olunur (Bax: Hayvan 
masal..., 2010:10). Bundan başqa Ziya Gökalp da nağılları 
toplayıb nəşr etdirmiş, həm də nəzmə çəkməklə daha geniş 
kütlələrin oxumasına şərait yaratmışdır. Z.Gökalp toplayıb 
nəşr etdirdiyi nağılları bir araya toplayaraq 1922-ci ildə 
“Altın Işık” adlı kitabda çap etdirmişdir (Gökalp Z., 2007). 
Müasir dönəmdə türkiyəli nağıl tədqiqatçılardan Ali Berat 
Alptəkin və Saim Sakaoğlunun adlarını çəkə bilərik.
S.Sakaoğlu “Masal araştırmaları” (2007) kitabında na-
ğılların giriş formullarını geniş şəkildə işləyib hazırlamışdır. 
Bundan başqa, nağılların toplanması və yayınlanmasında 
da onun böyük əməyi vardır.
A.B.Alptekin “Taşeli masalları” kitabında Türkiyədə 
ilk dəfə nağılların sistemli şəkildə araşdırılmasına nail ol-
muşdur. Müəllif kitabda o günə qədər nağıl ilə əlaqədar 
aparılmış bütün tədqiqatlar haqqında məlumat vermişdir. 
Bundan başqa, A.B.Alptekin 2010-cu ildə “Hayvan masal-
ları” kitabını nəşr etdirərək topladığı nağıllarını yayımlat-


24 
mışdır (Hayvan masal..., 2010). 2013-cü ildə “Halk masal-
ları” kitabında isə folklorşünas alim daha geniş nəzəri tədqi-
qat aparmışdır (Halk masal..., 2013).
Nağılların toplanması Qərb ölkələrində 
Avropada nağılların ilk dəfə tədqiqi 17-ci əsrdə fransız 
Jan La Fontenin adı ilə bağlıdır. 1668-ci ildə yayımladığı 
“Nağıllar” adlı kitabı 12 hissəyə bölünür və burada 239 na-
ğıl yer almışdır. Kitabda “Toyuq və qızıl yumurtaları”, 
“Meyit daşıyan eşşək”, “Tənək koluna dolaşan maral”, “İlan 
və quyruğu”, “Dovşan ilə kəklik”, “Qartal ilə bayquş” kimi 
məşhur nağıllar yer almışdır. 
Avropada nağılların toplanması və nəşrində Şarl Perro-
nun (Çarlz Parrault) da xidmətləri böyükdür. La Fontenin 
müasiri olan Perro “Contes de ma Mere Loye” (“Loy ananın 
nağılları”) adlı səkkiz nağıl mətnindən ibarət kitab yayın-
latmışdır.
Almaniyada Yakov Qrimm, Açim von Arnim, Kle-
mens Brentano, Bettina Brentano kimi tədqiqatçıların da 
adlarını sadalaya bilərik.
Yohan Qotfried Herder nağılların tərbiyəvi əhəmiyyəti-
ni araşdırmış, Benfey isə mənşəyini öyrənməyə çalışmışdır.
Skandinaviya ölkələrindən isə finlandiyalı Anti Aarne
Oskar Hekmen, İsveçli Von Sidov və digərlərinin adlarını 
nağıl tədqiqatçıları sırasında sadalaya bilərik.
Rusiyada nağılların toplanması işinə 17-ci əsrdən baş-
lanmışdır. Rusiya folklorşünaslığında nağılların toplayıcıları 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin