1 Aynur Qəzənfərqızı



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   ...   27   28   29   30   31   32   33   34   ...   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

Ev tapşırığı: 30 nağılın süjet göstəricilərini Aarne-
Tompson, Eberhard-Boratav və İlkin Rüstəmzadə kataloq-
ları üzrə müəyyənləşdirmək. 
 
 


83 
Nağıllarda formul 
Formul nağıllarda önəmli ünsürdür. Nağıldan formul 
çıxarıldıqda mətn ya dastan, ya da rəvayət, lətifə və s. bən-
zəyəcək. Odur ki, nağıl mətnlərini digər mətnlərdən fərq-
ləndirən önəmli ünsür məhz formullardır. Formul məsələsi 
bir çox alimlərin diqqət mərkəzində olmuşdur. Ona müxtə-
lif tərif vermişlər. Bütün təriflərdə formulların nağıllar üçün 
olan əhəmiyyəti vurğulanmışdır.
A.B.Alptekinin tərifi belədir: Nağılların strukturunda 
özünə yer tapmış, mətnlə çox da əlaqəsi olmayan, ancaq 
onunla bütünləşmiş ifadələrə formul deyilir. Formullar əsa-
sən söyləyici ilə dinləyici arasındakı əlaqəni təşkil edir (Halk 
masal..., 2013:10). Y.V.Çəmənzəminli ənənəvi formulları 
nağılın zinəti hesab edir. O qeyd edir: “Üsula gəldikdə na-
ğıl ədəbiyyatının müəyyən üsulu var. Onları gözəl edən və 
süsləndirən müəyyən dil, tərkib və cümlələrdir. Xalq ədə-
biyyatı ilə maraqlananlar bu nöqtəni unudarlarsa, çəkdiklə-
ri zəhmət hədər olar” (Çəmənzəminli Y., 2005: 284). A. 
Lorda görə, formullar onların haqqında düşünüldüyü kimi 
donmuş klişelər deyil, əksinə onlar dəyişə bilir və onlardan 
yeni formullar yaranır (Bax: İsgəndərzadə V., 2014:8). Bo-
ratav və Eberhard: “Nağılların başlanğıcında giriş formulu 
olur: “Bir varmış, bir yokmuş...” Bu formul bir “təkərləmə” 
ilə davam edə bilər. Sonra əhvalatların əsas hissəsinə keç-
məzdən əvvəl qəhrəmanın durumu, həyatı, həmçinin doğu-
luşu və gəncliyinin təsvir olunduğu kiçik bir hissə gəlir. Ar-
dınca nağılın əsas hissəsi başlayır. Sonda isə sonluq formulu 
gəlir. Şər uduzur və ya qırx gün, qırx gecə davam edən toy 


84 
olur, yaxud digər xoşbəxt sonluqla yaxşı qəhrəmanlar və ey-
ni zamanda dinləyicilər sevinirlər (Bax: İsgəndərzadə V., 
2014:8). Burada dinləyici belə bir arzu irəli sürür: “Onlar 
ermiş muradına, biz de erelim muradımıza”. Bəzən söyləyici 
zarafatla, maraq üçün oxucunu mükafatlandırır: “Göydən 
üç alma düşdü”. Sonra almaların üç nəfər arasında bölün-
məsi gözlənilir, ancaq o, söylədiyi nağılın əvəzində almala-
rın hər üçünü özünə götürür. Ənənəvi formul deyərkən, 
epik təhkiyədə istifadə olunan qəlibləşmiş söz, ifadə və ya 
sözlər qrupu nəzərdə tutulur. Bir çox mənbələrdə fərqli şə-
kildə izah olunan “ənənəvi formul” müxtəlif terminlərlə ifa-
də olunur. Dilçilik lüğətində “formul” termini “frazeolo-
gizm”, “klişe”, “ştamp”, “stereotip” terminləri ilə sinonim 
kimi verilir. Mövcud məsələ ilə bağlı araşdırdığımız mənbə-
lərdə aşağıdakı terminlərə rast gəlinir: dayanıqlı yerlər, ti-
pik yerlər, ənənəvi formullar, epik formullar, tipik ifadələr, 
qəlib ifadələr, stereotiplər, ənənəvi yerlər, klişelər, təkrarla-
malar, daimi epitetlər, metrik söz qrupları, şablonlar, tema-
tik standartlar, dayanıqlı müqayisələr və məcazlar, hərəkətli 
hissələr, obrazlı stereotiplər, stilistik klişelər, dayanıqlı söz 
kompleksləri, frazeologizmlər, kümə sözlər və s. Məzmun-
ca, əhatəlilik baxımından daha uğurlu, çox rast gəlinən və 
kifayət qədər həcmli ifadə “ənənəvi formul” terminidir (İs-
gəndərzadə V., 2014:9).
V.Y.Proppun “ümumi yerlər” adlandırdığı formullar 
xalq yaradıcılığı və tətbiqi incəsənətdə öyrənilmişdir. Nağı-
lın məhz ənənələr, miflər, ilkin təsəvvür formalarının və bir 
sıra sosial institutların vasitəsilə izahının mümkünlüyünü 
sübut edən V.Propp ənənəvi formullardan söz açılanda, on-


85 
ları arxaik mədəniyyət kontekstində anlamaq lazım olduğu-
nu bildirmişdir (Пропп В. 1957: 457). Amerikan mədə-
niyyətşünası Con Kavelti məşhur “Formul nəqli incəsənət 
və populyar mədəniyyət kimi” əsərində formulu “çoxlu say-
da əsərlərdə istifadə olunan təhkiyə və dramaturji konvensi-
yaların strukturu” kimi müəyyən etmişdir (Cawelti, J. 
1976:121).
Göründüyü kimi, formulların əsasən funksiyası, yeri 
müəyyən edilməyə çalışılmışdır. Onların struktur-tipoloji 
yöndən araşdırılması ilk dəfə Rumıniya alimi N.Roşiyanuya 
məxsusdur. N.Roşiyanu bir sıra Slavyan, Qərbi Avropa və 
Şərq xalqlarının nağıl mətnlərinin əsasında formulları, onla-
rın elementlərinin tərkibini öyrənmiş, funksional xüsusiy-
yətlərini müəyyən etmişdir. N.Roşiyanunun tədqiqatlarına 
əsaslanaraq, N.M.Gerasimova rus xalq nağıllarının struktu-
runu araşdırmışdır. Bu problemin linqvistik yöndən analizi 
isə O.A.Davıdovaya məxsusdur.
Dastanların formul nəzəriyyəsini öyrənən K.Vəliyev də 
formulun təsnifatının bilavasitə dil birliklərinə uyğun oldu-
ğunu vurğulayır: 1) Söz-formulu (metafora); 2) Söz birləş-
məsi-formulu (bədii vəsflər); 3) Cümlə-formulu (atalar söz-
ləri, hikmətli sözlər); 4) Mürəkkəb sintaktik bütünlük- for-
mulu (şeir) (Vəliyev K., 1984: 143). Onun fikrincə, bu 
ümumi modellər öz tərkib hissələrinə bölünür. Alqış, qar-
ğış, bədii vəsf, paralel inşalar, atalar sözləri, təkərləmə ifa-
dələri və s. uyğun modelin ünsürü kimi ortaya çıxır. Bu dil 
birliklərinin uyğun modellərinə N.Roşiyanunun araşdırma-
sında da rast gəlinir.


86 
Müasir dövrdə Türkiyə folklorşünaslarından M.H.Ya-
vuz, N.Taner, M.Gökçəoğlu xalq nağılları üzərində çalış-
malarını davam etdirirlər. Kıbrıs nağıllarını toplayan tədqi-
qatçı M.Gökçəoğlu ənənəvi formulların “Kıbrıs türk küme 
sözler (formeller)” sözlüyünü hazırlamışdır. Burada o, küme 
sözü altında ənənəvi tapmacaların, atalar sözlərinin, təkər-
ləmələrin daxil olduğu bütün formulları təqdim etmişdir 
(Bax: Vəfa İsgəndərzadə, 2014: 8).
Bu günə qədər Azərbaycanda nağıl janrına həsr olun-
muş bir sıra araşdırmalar mövcuddur. Ancaq onların heç 
birində nağıl formulları xüsusi şəkildə araşdırmaya cəlb 
olunmamışdır. O.Əliyev “Azərbaycan nağıllarının poetika-
sı” adlı monoqrafiyasında nağıl formullarından bir qədər ət-
raflı bəhs etmişdir. Ayrı-ayrı dərsliklərdə isə nağıl formulla-
rına ötəri şəkildə toxunulmuşdur. 
Azərbaycanda nağıl formulları mövzusuna sistemli şə-
kildə ilk dəfə Vəfa İsgəndərzadə toxunmuşdur. Onun 
“Ənənəvi nağıl formulları” kitabında Azərbaycan-Türkiyə 
və Şimali Kipr nağıllarının müqayisəli ənənəvi formulları 
verilmişdir.
V.İsgəndərzadə öz tədqiqatında formulları aşağıdakı 
kimi bölür: 
1. Başlanğıc (giriş), təhkiyə və sonluq formulları. Baş-
lanğıc formullarını da öz növbəsində iki yerə bölür: 
a) zaman formulları 
b) məkan formulları 
1. 
Təhkiyə formullarını da ikiyə bölür: 
a) xarici təhkiyə 


87 
b) daxili təhkiyə 
2. 
Sonluq formullarını isə bölgüyə tabe tutmur.
Zaman formullarını “Biri var idi, biri yox idi” və Alla-
hın mövcudluğu ilə bağlı formullar, zamanla bağlı formul-
lar, qarışıq formullar, sicilləmələrə; Məkan formullarını na-
məlum yer adları ilə bağlı formullar, məlum yer adları ilə 
bağlı formullar, qarışıq formullara bölür.
Xarici təhkiyə formullarını dinləyicinin diqqətini cəlb 
etmək üçün onlarda maraq oyadan formullara (buna daxil-
dir: atalar sözləri və deyimlərlə dinləyicidə maraq oyadan 
formullar, fasilə verərək dinləyicidə maraq oyadan formul-
lar, bədii təsvir vasitəsilə dinləyicidə maraq oyadan formul-
lar, qəhrəmanın fəaliyyəti ilə xaricən bağlı formullar), dinlə-
yicilərin diqqətini yoxlamaq üçün formullar, keçid formul-
larına (buna daxildir: vaxtın tez keçməsi ilə bağlı formullar, 
uşağın tez böyüməsi və hamilə qadınlarla bağlı formullar) 
bölür. 
Daxili təhkiyə formullarını qəhrəmanların simasını mü-
əyyən edən formullar (buraya daxildir: kişi qəhrəmanların 
simasını təsvir edən formullar, yeni doğulmuş körpələri təs-
vir edən formullar, mənfi obrazları təsvir edən formullar, 
təbiət hadisələri ilə bağlı formullar, qəhrəmanın adını təsvir 
edən formullar, qəhrəmanın yaşadığı sarayları, bağ-bağatla-
rı təsvir edən formullar, əşyaları və canlı varlıqların qızılı 
təsvirini verən formullar, qızılın və gümüşün semantik cüt-
lüyü olan formullar), personajların hərəkətini, fəaliyyətini 
təsvir edən formullar (buraya daxildir: uzaq məsafəni get-
məyi təsvir edən formullar, qorxulu, çətin keçilər yerləri 


88 
təsvir edən formullar), dialoqa girən formullar, magik for-
mullar, başlanğıc formullarına xarakterik olan daxili təhki-
yə formulları (buraya daxildir: atalar sözü və məsəllərlə 
bağlı formullar) şəklində təsnif edir. 
Sonluq formullarını isə söyləyicinin padşahın qonaqlı-
ğında iştirakı və xoş gün-güzəranla bağlı formullara, söylə-
yici fəaliyyəti ilə bağlı formullara, söyləyicinin dinləyiciyə 
yönəlməsi ilə bağlı formullara (bura daxildir: “göydən üç al-
ma düşdü” formulu və onun variantları, qarışıq sonluq for-
mulları, atalar sözü və deyimlərdən ibarət sonluq formulla-
rı, nağılın məzmunu ilə bağlı olmayan ritmik formullar və 
sadə sonluq formulları) bölmüş və bu şəkildə bölgü apar-
mışdır (İsgəndərzadə V. 2014: 149-198). Bu bölgü həddin-
dən artıq xırdalığı da nəzərə alaraq göstərilmişdir. Düşünü-
rük ki, kitab nağıl tədqiqatçısı üçün olduqca gözəl materi-
aldır. Ancaq bizim məqsədimiz tələbələrin nağıl formulları-
nı daha tez idrak etməsi olduğundan bu formulları bir qə-
dər sadələşdirib, əlavələr artıraraq belə verməyi məsləhət 
bildik:

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin